Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Məlum olduğu kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən siyasət inkişafın Azərbaycan modelinin tərkib hissələrindən birini təşkil edir. Onu da qeyd etmək yerinə düşər ki, artıq ölkəmizin, xüsusilə, regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramının (2009-2013-cü illərə dair) icrası başa çatmaq üzrədir. Sözügedən Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, bu gün Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial rifah halı əhəmiyyətli dərəcədə dəyişib.

Bütövlükdə, isə regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlər, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: Bəhs edilən dövrdə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan, tam modernləşən dövlətə çevrilib.

Bu məqamda vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktursosial obyektlərin açılışında iştirak edib. Məhz dövlət başçısının sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin edir. Onu da qeyd edək ki, həyata keçirilən proqramlardan və əldə edilən uğurlardan paytaxtın Nizami rayonuna da pay düşüb. Bunu cari ilin 9 ayı ərzində rayonda aparılan quruculuq-abadlıq işləri, həmçinin, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar da təsdiqləyir.

Məsələn, bəhs edilən dövr ərzində rayonun xidmət və təsərrüfat idarələri tərəfindən tabeçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda çoxsaylı işlər görülüb. Belə ki, rayon istilik təsərrüfatı üzrə ötən dövr ərzində ayrı-ayrı ünvanlarda 840 p/m istismara yararsız müxtəlif diametrli boru dəyişdirilib, 190 saylı qazanxanada yenidənqurma işləri aparılıb, müasir tipli qazanlar quraşdırılıb və həmin qazanxanalardan qidalanan 14 binanın, 1 məktəbin məhəllədaxili istilik xətləri əsaslı təmir olunub. 60 və 66 ¹-li qazanxanalarda 4 ədəd qazan bərpa olunub, 6 ədəd nasos, 2 ədəd mühərrik, 2 ədəd siyirtmə quraşdırılıb, 33 qazanxanada və 1 istilik məntəqəsində əsaslı, 106 ədəd müxtəlif markalı qazanlarda, 160 ədəd nasoslarda, 18 ədəd istilik mübadiləedici avadanlıqlarda, 1281 ədəd müxtəlif ölçülü siyirtmələrdə təmir-bərpa işləri aparılıb. 64 yaşayış binasının aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunub, 2 yeni qazanxana tikilib, avadanlıqlar quraşdırılıb, həmin qazanxanalardan istilik alacaq binalara magistral və məhəllədaxili istilik xətləri çəkilib, 48 binanın aşağıpaylayıcı xətləri dəyişdirilib, hazırda 189 saylı qazanxanada yenidənqurma işlərinə başlanıb, İ.Müzəffəroğlu küçəsi 7 və Q.Qarayev prospekti 59 ünvanlarında yeni qazanxanaların tikintisi planlaşdırılır.

Qaz təsərrüfatı üzrə görülən işlər çərçivəsində Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsindəki fərdi yaşayış evlərinin qaz xətlərinin küçəyə çıxarılması və “İtrontipli sayğacların quraşdırılması üçün 5091 p/m müxtəlif diametrli qaz xətləri çəkilib. Dövlət Proqramı çərçivəsində 30-cu sahə QPS-dən çıxan və Keşlə qəsəbəsinə gedən “Nizami-Keşlə” qaz kəmərindən M.H.Kazımov küçəsinə ayrılan 3138 p/m küçə xətti, 4085-ci məhəllədə müxtəlif diametrli 2544 p/m yeni qaz xətti çəkilib, 39986 ədəd mexaniki qaz sayğacı “Smart-karttipli sayğacla əvəz edilibbu istiqamətlərdə işlər davam etdirilir.

Əhali sektorunda 50457 abonentə xidmət göstərilib ki, onlardan 49761 (105,74 faiz ) abonentə sayğac quraşdırılıb.

Eyni zamanda, rayonun elektrik təchizatını yaxşılaşdırmaq üçün 2 ədəd 630 KV-lıq komplekt transformator məntəqəsi quraşdırılıb, 2 transformator məntəqəsində 4 ədəd zəif transformatorların daha güclüsü ilə, 10 transformator məntəqəsindən çıxan hava xətləri yeni SİP xətləri əvəz edilib, transformator məntəqələri arası 962 p/m 10 Kv-luq kabel xətti, 10 yaşayış binası ilə transformator məntəqələri arası 1562 p/m 0,4 Kv-luq kabel xətti dəyişdirilib, 33 binanın elektrik təchizatında yenidənqurma işləri aparılıb, 10 transformator məntəqəsində təmir-təftiş işləri görülüb, 7 transformator məntəqəsində paylayıcı lövhələr yenisi ilə əvəz edilib, 204 saylı yarımstansiya yenidən qurulub, Heydər Əliyev prospekti 105, 2-ci Uzununa və 6-cı Köndələn küçələrinin kəsişməsində yerləşən yeni yarımstansiyaların inşası başa çatdırılıb, 204 saylı yarımstansiyadan 2-ci Uzununa küçəsindəki yarımstansiyaya qədər 12500 metr 110 kV-luq yeni kabel xətti çəkilib.

Küçə işıqlarının istismara yararsız 5429 p/m kabel xətti, 18 ədəd kontaktoru, 10 ədəd açarı, 499 ədəd drosseli, 2320 ədəd lampası, 2 ədəd rubilnik, 13 ədəd rele dəyişdirilib, 2400 p/m naqil çəkilib, 500 metr polietilen, 70 metr metal boru, 19 ədəd dirək, 132 ədəd çıraq qoyulub.

Bu istiqamətdə əhali sektorunda 54293 abonentə xidmət göstərilib ki, onlardan 54119 (99,8 faiz) abonentə sayğac quraşdırılıb.

Bəhs edilən dövrdə rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 3444 p/m su borusu, 1437 p/m kanalizasiya xətti dəyişdirilib, 2735 ədəd sayğac quraşdırılıb. Su təsərrüfatı üzrə 51440 abonentə xidmət göstərilib, onlardan 36938 (70 faiz) abonentə sayğac quraşdırılıb, 42718 (70 faiz) abonent ödənişdə iştirak edib, ödəniş isə 98,1 faiz təşkil edib. Eyni zamanda, əhalini fasiləsiz su ilə təmin etmək məqsədilə mövcud xətlərin 94602 p/m yenilənib, 25 ədəd su anbarı yuyulub, 9 ədəd anbar, 24 ədəd nasos stansiyası təmir edilib, 21470 p/m kanalizasiya xətti yuyulub, 17 dəst yağış barmaqlığı, 66 ədəd lyuk quraşdırılıb.

Rayon Lift təsərrüfatı üzrə 32 ədəd 3,5 kv-luq elektrik mühərriki, 29 ədəd 380/110 Kv-luq transformator, 41 ədəd 0,18 kv-luq elektrik mühərriki, 11 ədəd əyləc dolağı, 7 ədəd əsas şkif təmir edilib, 1294 metr buraz dəyişdirilib və 27 ədəd lift yenisi ilə əvəz edilib və 58 ədəd lift əsaslı təmir olunub.

Kommunal mənzil fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə 25967 m2 şüşəli ruberoid, 3100 m2 şifer, 150 m2 metal dam örtüyü təmir edilib, 1430 p/m su xətti, 914 p/m kanalizasiya xətti, 1662 p/m yağış su boruları dəyişdirilib, ümumi istifadə yerlərinin sınmış 580 m2 şüşəsi yenisi ilə əvəz edilib, 183 ədəd mövcud giriş qapıları, 194 ədəd pəncərə təmir olunub, 5061 p/m tüstü bacası və ventilyasiya kanalları təmizlənib, 39 ədəd divar sobası, 934 p/m elektrik xətti təmir olunub, 0,417 litrlik məişət tullantıları konteynerlərinin 1000 litrlik yeni konteynerlərlə əvəz olunması başa çatdırılıb, 34 yaşayış binasının zirzəmisinə toplanmış su qurudulub, 864900 m2 əraziyə asfalt örtüyü vurulub, 3500 ədəd ağac əkilib.

Keşlə qəsəbəsi üzrə ayrı-ayrı ünvanlarda 314 p/m kanalizasiya xətti, 286 p/m yeni su xətti çəkilib, məişət tullantıları meydançalarının hamısında təmir-bərpa işləri aparılaraq ağardılıb və konteynerlər rənglənib. P.Fərzəliyev küçəsində (Deponun yanında) yeni məişət tullantıları meydançası tikilərək 8 ədəd konteynerlə təmin olunub.

Onu da qeyd edək ki, bəhs edilən dövr ərzində aparılan quruculuq-abadlıq işləri ilə yanaşı, vətəndaşların müraciətlərinə baxılması da, diqqət mərkəzində olub. Məsələn, 2013-cü ilin 9 ayında rayon İcra Hakimiyyətinə vətəndaşlardan 1453 müraciət daxil olub ki, onlardan da 30,4 faizi mənzil məsələləri, 25,5 faizi tikinti məsələləri, 8,5 faizi torpaq məsələləri, 10,7 faizi məişət problemləri və maddi yardım və s. məsələləri təşkil edib. 396 müraciətin icrası nəzarətə götürülüb, bu da problemlərin müsbət həll olunmasına öz təsirini göstərib.

Müraciətin sənədləşdirilməsi və baxılması prosesində operativliyi təmin etmək məqsədi ilə zəruri texniki vasitələrdən, eyni zamanda, daxil olmuş ərizələrin icrasına nəzarətin gücləndirilməsi, müvafiq təhlillərin aparılması məqsədilə xüsusi proqramdan istifadə olunur. Məsələn, vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etmələri üçün 422-10-01 nömrəli telefonla qaynar xətt kimi istifadə olunur, www.nizami-ih.gov.az ünvanlı sayt da bu əlaqələrin genişləndirilməsinə imkan yaradıb. 2013-cü ilin hesabat dövründə vətəndaşlardan 63 elektron müraciət daxil olub.

Eyni zamanda, İcra Hakimiyyəti aparatında vətəndaşların qəbuluna xüsusi əhəmiyyət verilir. Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilin əvvəllərindən təsdiq olunmuş cədvələ uyğun aparılır. Bundan əlavə, şöbə müdirləri operativ həll olunmalı məsələlərlə əlaqədar vətəndaşları gün ərzində qəbul edirlər.

Eyni zamanda, mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə rayon İcra Hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri keçirilir. 2013-cü ilin 9 ayı ərzində 19 səyyar görüşü keçirilib, sakinlər tərəfindən 92 müraciət edilib. Bununla yanaşı, 153 vətəndaş Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aparatda qəbul edilib.

 

Zahid İLHAMOĞLU

Yeni Azərbaycan.- 2013.- 18 dekabr.- S.11.