Azərbaycan virtual məkanda

 

Müasir dünyanı informasiyasız, internetsiz təsəvvür etmək sadəcə mümkün deyil. Çünki sürətli inkişafa malik olanİKT-nin ildən-ilə təkmilləşdiyi dövrümüzdə internet, virtual məkan həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir.

Azərbaycanda internetin inkişafı keçən əsrin 90-cı illərinin ortalarından başlayıb. Ötən müddət ərzində qlobal şəbəkə öz ətrafına yüz minlərlə Azərbaycan vətəndaşını toplayıb. 2004-2012-ci illər arasında Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 10 dəfə artıb. Belə ki, əgər ölkədə 2004-cü ildə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 7 nəfər idisə, 2012-ci ildə bu rəqəm 70 nəfərə çatıb. Ölkəmizdə internetin inkişafını son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatması da əyani sübut edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda telekommunikasiyainternet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi ölkəmizdə internetin inkişafını şərtləndirir.

Son illərdə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər üçün informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirildi, bu Strategiyanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (“Elektron Azərbaycan”) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramları təsdiq edildi. Qəbul olunmuş Milli Strategiya və Dövlət proqramlarında elektron informasiya məkanında Azərbaycan seqmentinin genişləndirilməsi, Azərbaycan dilinin geniş istifadəsinin təmin olunması, ana dilimizdə proqram təminatının və milli internet informasiya resursları kataloqunun yaradılması, milli axtarış saytlarının inkişaf etdirilməsi, elm və təhsil sahəsində informasiya və biliklərin mübadiləsini təmin edən kompüter şəbəkələrinin inkişaf etdirilməsi, ölkəmizdə bütün ümumtəhsil məktəblərinin internetə qoşulması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, milli informasiya resurslarının ümumdünya elektron informasiya məkanına inteqrasiyası və onların beynəlxalq aləmə çatdırılması, Azərbaycan diasporuna elektron informasiya dəstəyinin təmin olunması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycanın informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiyasının icrası ilə əlaqədar artıq “Elektron imzaelektron sənəd haqqında”, “Telekommunikasiya haqqında” “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları qüvvəyə minib, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi”, habelə təhsil sahəsində MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan “Mənim məktəbim”, “On-line rejimində hazırlıq kursları”, “Poliqlotelektron lüğətlər sistemi və digər layihələr həyata keçirilib.

Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca onların təhlükəsizliyini təmin etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyinin əsas şərtlərindən biridir. Çünki dövlət əhəmiyyətli məlumatların düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə təhlükələrin qarşısının alınması dövlətlərdən birgə tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi “Kibercinayətkarlıq haqqında Konvensiya”, 2003-cü ildə isə kompüter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyini təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci ildə həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalayıb. Göründüyü kimi, ölkəmiz gördüyü tədbirlərin effektiv olması üçün kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi gələcək layihələr üçün təkcə hüquqi yox, həm də olduqca modern texniki baza yaratmağa imkan verdi. Ümumiyyətlə, İKT sektoru 2004-2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənib, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olub. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010-cu ildə isə tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib. 2012-ci ildə şəbəkəyə 20 minə yaxın nömrə də əlavə olunub və “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq edilib. Ötən ildə sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulub. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əməkhaqqının təxminən 3 faizi qədərdir. Bu rəqəm inkişaf etməkdə olan ölkələr üçün orta hesabla 20 faiz civarındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və başa vurduğumuz 2013-cü ildə bu layihəyə 103 milyon manat vəsait ayrılıb. Layihənin üç il müddətində həyata keçirilməsi nəzərdə tutulub və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq.

Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olub. Hazırda ölkəmizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə edib. Hazırda mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılıb və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunub. Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanmapaylanma sistemi yaradılıb.

Bu ilin fevralında orbitə buraxılan Azərbaycanın ilk telekommunikasiya peyki isə əsl hadisədir. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün nəzərdə tutulub, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaq. Təxminən 40 faizdən yuxarı satışı üçün şərti müqavilələr isə artıq imzalanıb. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzi və ehtiyat idarəetmə mərkəzi yaradılıb. Mərkəzdən təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaq. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılır. Qeyd etmək lazımdır ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb.

BMT-nin 67-ci Baş Məclisində bu beynəlxalq qurum Azərbaycanın əlaqələndirici olduğuAvrasiya Transmilli Böyük İnformasiya Magistralı” (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini veribbu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə edib. İkinci layihə Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanıb. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin, ünvanların idarə olunması üçün regional sistemin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını xeyli artırıb. İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncam və fərmanları imzalanıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən ölkəmizin hədəfi İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2013.- 17 dekabr.- S.6.