Əsrin yeni müqaviləsi - “Şahdəniz-2” layihəsi...

 

Prezident İlham Əliyevin prinsipial, qətiyyətli və praqmatik milli enerji diplomatiyası regionda sıx və geniş əməkdaşlıq, təhlükəsizlik platformasını möhkəmləndirməkdədir

Məlum olduğu kimi, dekabrın 17-də Azərbaycan dövləti adından Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanmışdır. Eyni zamanda, Azərbaycan qazının Qərbə nəqlini nəzərdə tutan tranzit ölkələr arasında “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanmışdır. Bununla da, “Şahdəniz” yatağının ikinci fazası çərçivəsində hasil olunacaq qaz blokunun tammiqyaslı işlənməsi və yanacağın ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından strateji marşrut hesab olunan Trans-Adriatik boru kəməri (TAP ) ilə Qərbə nəqli üçün möhkəm zəmin, hüquqi-siyasi bazis yaradılmış oldu. Azərbaycanın və onun tərəfdaşlarının bu addımı mövcud layihənin ən düzgün və yaxşı geoiqtisadi seçim olduğunu təsdiqlədi.

“Şahdəniz- 2” XXI əsrin ən iri enerji layihəsidir...

“Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə uğurların, qətiyyətli praqmatik siyasətin davamı olaraq dünya enerji siyasi palitrasında çox mühüm fundamental sənəd kimi xarakterizə oluna bilər. Çünki bu qərar dünyanın transenerji strukturunun ən mühüm komponenti kimi yanacağın şaxələndirilməsinə yeni üfüqlər açır. Azərbaycanın və xarici neft-qaz kampaniyalarının qətiyyəti və siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan ən mühüm hadisənin baş verməsi ilə yanacağın çoxşaxəli diversifikasiyasının ana arteriyası işə düşmüş olur. Eyni zamanda, bu sistemin ən etibarlı və rentabelli seqmenti olan TAP layihəsi də strateji frazaya keçid almış olur.

“Şahdəniz-2” layihəsinin, eləcə də, TransAdriatik boru kəmərinin həyata vəsiqə alması birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyəti, prinsipial qərarı və xarizmatik liderliyinin, mükəmməl təşəbbüsünün məntiqi nəticəsi, əzmkar və möhtəşəm fəaliyyətinin təntənəsi hesab oluna bilər. Məhz Azərbaycanın siyasi liderinin uzaqgörən praqmatik siyasi əzmkarlığı sayəsində 2011-ci ilin yanvarında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında XXI əsrin ən böyük iqtisadi-siyasi hadisələrindən biri olan “Cənub” qaz dəhlizinə dair Anlaşma Memorandumunun imzalanması ilə yeni enerji əməkdaşlığının əsası qoyuldu. Eyni zamanda, Azərbaycanın dövlət başçısı ilə Avropa Komissiyasının prezidenti Xoze Manuel Barrozu tərəfindən enerji sektorunda Strateji Əməkdaşlığa dair Bəyannamənin imzalanması “Şahdəniz-2” və TAP layihələrinin gerçəkləşməsində açar rolunu oynadı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi iki il əvvəl imzalanmış həmin memorandum proseslərin inkişafına dərin zəmin yaratdı. “Bu, öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq”.

Azərbaycan Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Şahdəniz- 2” enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan 19 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. “Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır... Bu, Azərbaycanda ən böyük qaz yataqlarından birinin tammiqyaslı işlənməsi yolunda belə mühüm hadisələrin yalnız kiçik nümunəsi olmaqla, tarixin inikasıdır. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək”. Regional layihələrdə aparıcı mövqe qazanan respublikamız beynəlxalq miqyasda söz sahibi, milli maraqlar baxımından öz şərtlərini diqtə edə bilən ölkəyə çevrilib.

Enerji resursları, layihələri ölkələri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir”

Prezident İlham Əliyevin yürütdüyü milli enerji siyasəti Azərbaycanın bütün tərəfdaş ölkələrlə qarşılıqlı şəkildə və yaxın təmaslara söykənən harmonik münasibətlərinin qurulmasından ibarətdir. Azərbaycanın dövlət başçısı bölgədə sülhünsabitliyin təşəbbüskarı kimi iqtisadi əməkdaşlıq formatının dərin xarakter almasında da aktiv fəaliyyəti ilə seçilir. Bu fəaliyyət planı regionda əməkdaşlıq və sabitlik amilinə çevrilməklə bərabər, yeni istiqamətlər üçün zəngin baza yaratmış olur.

Azərbaycan Avroatlantik regionu üçün perspektiv sənaye mənbəyi, enerji sənayesi mərkəzidir. Dünyanın enerji təhlükəsizliyinin təminatı üçün təhlükəsizlik sindromu respublikamızın timsalında öz həllini tapır. Rəsmi Bakı milli enerji siyasətini milli təhlükəsizliyin əsas komponenti kimi nəzərə alaraq tərəfdaşları ilə enerji əməkdaşlığında strateji maraqlarımızı ana xəttə çevirir. Azərbaycan enerji amilindən spekulyativ məqsədlər üçün istifadə etmir, qarşılıqlı və sıx əməkdaşlıq məqsədi seçir, partnyorlarının ehtiyaclarının ödənilməsinə üstünlük verir, bölgədə genişşəbəkəli əməkdaşlıq dəhlizinin möhkəmlənməsinə nail olur. Respublikamız neftqaz faktorundan xarici ölkələrin daxili siyasətinə müdaxilənin tamamilə əleyhinədir və bunu öz diversifikasiyası zamanı büruzə vermiş olur. Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, yeni enerji layihələri ölkələr arasına səmimi təmasları yeni müstəviyə qaldırır, xalqlar arasında dostluğu möhkəmləndirir. Cənab İlham Əliyev enerji faktorundan regionda sıx və geniş əməkdaşlıq, təhlükəsizlik platformasının möhkəmlənməsinə səbəb olan vasitə kimi istifadə edərək bölgədə sülhünsabitliyin təşəbbüskarına çevrilib. Bu siyasi qətiyyət və humanitar formulun müəllifi olan cənab İlham Əliyev bölgədə iqtisadi əməkdaşlıq formatının dərin xarakter almasında aktiv fəaliyyəti ilə seçilir. Bu fəaliyyət planı regionda əməkdaşlıq və sabitlik amilinə çevrilməklə bərabər, yeni istiqamətlər üçün zəngin baza yaratmış olur.

Prezident İlham Əliyevin “enerji resursları, layihələri ölkələri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir” fikirləri isə dövlətimizin başçısının hansı siyasi qətiyyət sahibi olmasının, xarici iqtisadi münasibətlərdə ən etibarlı və səmimi tərəfdaş kimi yüksək nüfuzunun təsdiqi hesab olunur. Azərbaycanın dövlət başçısının bu fəaliyyət platforması Avropa siyasi liderləri tərəfindən nikbinliklə qarşılanıb və dünya ölkələrini geniş əməkdaşlıq dəhlizlərində birləşdirən bu geocoğrafi konsepsiya güclü dəstək qazanıb. Bütün bunların nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verməklə yanaşı, qlobal müzakirələrin davam etdirilməsi üçün mötəbər tədbirlərin, enerji sammitlərinin Azərbaycanda keçirilməsinə qərar verirlər. Bu ilin aprel ayında Bakıda keçirilən Davos forumu da məhz bu uzaqgörən siyasətin məntiqi nəticəsidir. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısının yürütdüyü enerji siyasəti barədə yekdil bir fikir mövcuddur; Azərbaycanın dünyanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik ölkədir, dünyanın enerji təhlükəsizliyində zəngin təchizatçıdır, Xəzər və Mərkəzi Asiya regionu dünyanın yanacaq-enerji mərkəzlərindən biridir.

Yeri gəlmişkən, “Şahdəniz-2” ilə bağlı sazişlər dünyanın supergücləri və Avropa İttifaqı tərəfindən, eyni zamanda, qlobal miqyasda güclü iqtisadi analitika mərkəzləri tərəfindən ən mühüm iqtisadi-siyasi hadisə kimi səciyyələndirilir.

TransAdriatik boru kəməri dünyanın enerji xəritəsini dəyişəcək...

Dünya ölkələri Azərbaycan dövlətinin böyük qətiyyət nümayiş etdirərək əsrin ən nəhəng tranzit sazişlərindən birini imzalamasını təkcə, bu regionun ölkələrinin enerji təhlükəsizliyi üçün deyil, ümumilikdə, bütün Avropa və Qərb üçün strateji əhəmiyyətə malik trans-kommunikasiya şəbəkəsi sistemi kimi qiymətləndirirlər. ABŞ hökuməti Azərbaycanın müəllifi olduğu enerji marşrutlarının sırasının daha da genişlənməsini xüsusilə təqdir edən bir bəyanatla çıxış edərək qaz tranzitinə dair yeni sazişi alqışlayaraq nəql olunacaq yanacağın bölgədə geniş əməkdaşlıq formatının güclənməsinə, təhlükəsizlik şəbəkələri sisteminin möhkəmlənməsinə səbəb olacağını diqqətə çatdırıb.

Real mənzərə bundan ibarətdir ki, Azərbaycan özünün mükəmməl enerji diplomatiyası ilə bütün dünya ölkələrini birləşdirməyə nail olmaqda, regionun və bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Avrasiya məkanında birgə əməkdaşlıq mühitini yeni kreativ üsullarla zənginləşdirmək, tərəfdaş ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, mövcud olan problemləri qısa bir zamanda ümumi səylərin gücləndirilməsi ilə aradan qaldırmaq, dünyada yenilikləri qlobal səviyyədə bir masaya gətirmək modernizasiyanın yeni tələbləridir. Çox qürurverici haldır ki, Azərbaycan bu platformanın müəllifinə çevrilib.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu bildirir ki, “Şahdəniz” və TAP layihələri geoiqtisadi mühitin zənginləşməsinə töhfə vermiş olacaq. Avropa İttifaqının bu qərarı alqışladığını bildirən cənab Barrozu qeyd edib ki, Türkiyədə tikilməkdə olan yeni TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu - TAP layihəsi birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək.Bu, Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaqzamanla genişlənəcək “Cənub qaz dəhlizi”nin tamçevik şəkildə reallaşmasına daha çox təkan verəcək” deyən Avropa Komissiyasının sədri əmin olduğunu bildirib ki, bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə inanırıq.

Azərbaycan Mərkəzi-Şərqi Avropadan başlayaraq Balkanlara qədər yanacaq nəql edəcək...

“Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı Azərbaycan və Avropa region üçün, ümumdünya enerji coğrafiyası üçün hansı mühüm yenilikləri, dəyişiklikləri vəd edir?!

Öncə qeyd etmək lazımdır ki, bu layihə Azərbaycan və Avropanın enerji bağlantılarının dərin və möhkəm təməl üzərində inkişafını təmin etməklə, Qərb regionuna yanacaq axınlarının uzunömürlülüyünü şərtləndirir. “Şahdəniz”- TAP duellosu Mərkəzi-Şərqi Avropadan başlayaraq Balkanlara qədər perspektiv enerji nəqli tranzitinin başlıca baza mənbəyi, arteriyası olaraq ortamüddətli dövrdə yanacaq bazarına ən azı 20 milyard kubmetrlik qazın tədarükünü nəzərdə tutur. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və kəmərin tikintisinə 3 il tələb olunacaq. Yataqdan hasil olunacaq qazın nəqli ilkin mərhələdə illik 10 milyard kubmetr olacaq. Sonrakı mərhələdə isə TAP vasitəsilə Azərbaycandan Avropaya 16 milyard kubmetr qaz çatdırılacaq. Eyni zamanda, Xəzərin qaz potensialının geniş olması digər qaz mənbələrinin də TAP-a, eləcə də, əlavə çəkilişi nəzərdə tutulan qaz dəhlizlərinə cəlb edilməsinə imkan yaradır. Gələcəkdə “Şəfəq-Asiman” kimi qaz yataqlarından hasil olunan yanacağın Avropaya nəqli məqsədilə Səngəçal və digər qurğuların genişləndirilməsi nəzərdə tutulur. Birmənalı şəkildə onu da demək mümkündür ki, TAP təkcə “Şahdəniz” yatağı üçün axın magistralı deyil, bu çoxseqmentli tranzit şəbəkəsinə Azərbaycanın və Xəzəryanı ölkələrin digər perspektiv yataqlarının - “Ümid”, “Abşeron”, “Alov”, “İnam” və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji, nəhəng kommunikasiya infrastrukturu deməkdir. Layihə, eyni zamanda, Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət deməkdir.

Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Qazın Yunanıstandan digər kommunikasiya infrastrukturları vasitəsilə Bolqarıstana, eləcə də, Adriatik dənizindən çoxşəbəkəli sistemlər vasitəsilə BosniyaHerseqovina, Xorvatiya, Serbiya, Monteneqraya çatdırılması nəzərdə tutulur. Ümumilikdə, TAP vasitəsilə Şərqi-Qərbi Avropa regionu ölkələri qazla təmin olunacaq.

Trans-Adriatik boru kəmərinin seqmentleri o qədər genişdir ki, burada hər bir təchizatçıya geniş yer var, o cümlədən Rusiyaİran da bu layihəyə qoşulmaqla nəhəng bir qaz platforması yaratmış ola bilər. Yəni, bu marşrutlar şəbəkəsi ilə Avropaya il ərzində 5-dən çox ölkənin qaz ehtiyatlarını nəql etmək olar, bu isə illik 50-60 milyard kubmetr təbii yanacaq deməkdir. Burada Qazaxıstan, Türkmənistan və digər dövlətlərin yer alması da realdır. Şimal qonşumuz Rusiyanın bu layihəyə qoşulması reallaşdığı halda “Cənub qaz dəhlizi” ilə vəhdət təşkil edən böyük bir kontinental sistem yaranmış olacaq. Rusiya öz nəzarətində olan qaz marşrutlarının bu vahid şəbəkəyə cəlb edilməsinə xoş niyyət nümayiş etdirməklə regionda geniş sabitlik, təhlükəsizlik dəhlizinin yaranmasına səbəb ola bilər. Bütün bu hədəflərin real konseptləri isə təbii ki, TAP layihəsinin vektorial prinsipləri ehtiva edir.

Azərbaycan “Şahdəniz”dən 200 milyard dollar gəlir əldə edəcək...

Göründüyü kimi, artıq qaz faktorunun dominantlığı fonunda trans-kontinental siyasi xətt bütövlükdə daha geniş siyasicoğrafi hüdudlarını genişləndirib, yeni tarixi hadisələrin baş verməsi üçün əsaslı zəmin yaradıb. Azərbaycanın dünya enerji siyasətinə möhür vurduğu siyasi qətiyyət davamlılıq xarakteri daşımaqla yanaşı, yeni iqtisadi tarixi hadisələrin yaranmasına səbəb olur. Azərbaycan bölgədə ən qətiyyətli bir aktor kimi yeni trans-kommunikasiya dəhlizlərinin yaradılmasında presedent müəllifə çevrilməkdədir. Respublikamızın bu pozitivdinamik təşəbbüsləri dünya enerji iqtisadiyyatının sağlamlaşdırılması, regionda yeni enerjiiqtisadi əməkdaşlıq sisteminin yaradılması baxımından həddindən artıq dərəcədə səmərəlidir, təklifləri reallığa uyğundur, kontinental enerji sabitliyi, təhlükəsiz və çoxşaxəli əməkdaşlıq platformasının yaradılması, siyasi dialoq üçün əhəmiyyətlidir.

TAP-“Şahdəniz” birgə layihəsi Azərbaycanın yeni valyuta dividendləri mənbəyi hesab olunmaqla ölkə iqtisadiyyatının uzunömürlü maliyyə-inkişaf konsepsiyasının realizasiyasını təmin etmiş olacaq. Azərbaycanın yaxın onillikdə neftdən əldə olunan gəlirlərini üstləyən qaz valyutası bir neçə onillik milli inkişafın şaxələnməsinin əsas sütunu olacaq. İlkin nikbin ssenarilər üzrə aparılmış hesablamalara görə, Azərbaycan Avropaya qaz tədarükündən, təbii ki, söhbət “Şahdənizqaz-kondensat yatağından gedir, təxminən 200 milyard dollar gəlir əldə edəcək. Bu həcmdə valyuta rezervləri iqtisadiyyatın şaxələndirilməsini hədəf seçən Azərbaycanın qeyri-neft iqtisadiyyatına daxili sərmayə qoyuluşlarının əhəmiyyətli dərəcədə artımının təmin edilməsində mühüm rol oynayacaq, yeni iqtisadi artımların yaranmasını, iqtisadiyyatın həcminin böyüməsini stimullaşdıracaq.

 

Aydın Hüseynov,

YAP Siyasi Şurasının üzvü,

YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı

Yeni Azərbaycan.- 2013.- 19 dekabr.- S.6.