Mədəniyyətlərarası dialoqa dair “Bakı prosesinin beş illik yubileyi qeyd edilib

 

Dekabrın 18-də Bakı Biznes Mərkəzində mədəniyyətlərarası dialoqa dair “Bakı prosesinin 5 illik yubiley mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə Bakıda keçirilmiş ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün məşhur bəstəkar Kristof Goze tərəfindən hazırlanmış 16 dəqiqəlik xəyali səyahəti özündə ehtiva edən musiqi əsəri nümayiş olunub. Bu əsərdə 30-dan çox orijinal musiqi yazısından istifadə edilib.

Böyük maraqla qarşılanan bu musiqi əsərinin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları mədəniyyətlərarası dialoqa dair “Bakı prosesinin beş illik yubileyi münasibətilə təbrik edib.

Nazir deyib ki, “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropaona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulub. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesininbu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesinin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub.

Ə.Qarayev deyib ki, “Bakı prosesinin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. Konfransda Avropa Şurasına üz dövlətlərlə İslam Konfransı təşkilatına üzü dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoqmövzusunda “dəyirmi masakeçirilib və birgə kommünike qəbul edilib. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb və BMT-nin Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib.

Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinciikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev deyib ki, bu möhtəşəm tədbirlər UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir.

Nazir deyib ki, biz gələcəkdə beynəlxalq elmi ictimaiyyəti, universitetbeyin mərkəzlərini bu prosesə fal cəlb etmək niyyətindəyik. 2015-ci ildə keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə və proqramlarla hazırlaşırıq.

Tədbirdə bu il mayın 29-dan iyunun 1-dək Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında keçirilmiş ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı dinlənilib.

Hesabatı Böyük Britaniyanın Koventri Universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi təqdim edib.

Hesabatda ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş şəkildə təhlil olunub, Azərbaycan Prezidentinin bu bu mötəbər beynəlxalq tədbirə verdiyi dəstək xüsusi olaraq diqqətə çatdırılıb.

Bildirilib ki, Bakı Forumu sülhə, dialoqa, anlaşmasivilizasiyalar arasında əməkdaşlığa öz töhfəsini verməkdədir.

M.Hardi 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tövsiyələrini verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov son illər ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləyib.

Bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyin “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropaona qonşu regionların hüdudları çərçivəsindən çıxararaq daha qlobal səviyyəyə yüksəltməyə nail olub.

K.İmanov deyib ki, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi böyük dünya hadisəsidir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyildir. Bu gün Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi olan məkanıdır. Burada tarix boyu fərqli milli, dini mənsubiyyəti olan icmalar, xalqların nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamış və bu gün də yaşayırlar. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların bir-birlərinin mədəniyyətlərinə daha yaxından bələd olmaları baxımından da təqdirəlayiqdir.

Müəllif Hüquqları Agentliyinin sədri məşhur bəstəkar Kristof Goze tərəfindən hazırlanmış videoçarxı da yüksək qiymətləndirib. Əmin olduğunu bildirib ki, “Bakı prosesi” ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da indiyədək Bakıda keçirilmiş birinciikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının yüksək səviyyədə təşkilini Azərbaycanın uğuru hesab edib.

 

 Yeni Azərbaycan.- 2013.- 19 dekabr.- S.2.