Yeni Azərbaycan Partiyasının siyasətində gənclərin və qadınların çoxşaxəli fəaliyyəti üçün hər bir şərait yaradılıb

 

Aygün Əliyeva: Bu təyinat Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, həmçinin, gənclərin bütün sahələrdə, o cümlədən idarəçilikdə irəli çəkilməsinin növbəti təsdiqidir

Məlum olduğu kimi, hazırda regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə inkişaf əldə edilib. Bu inkişafdan gənclərimizə də pay düşüb. Bu da səbəbsiz deyil. Çünki Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti uğurla həyata keçirilir. Daha dəqiq desək, Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, gənclərin hərtərəfli inkişafı, həmçinin, onların müxtəlif strukturlarda geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Məhz Prezident İlham Əliyevin bu istiqamətdəki tövsiyə və tapşırıqlarının icrasının nəticəsi olaraq hazırda ölkənin hər yerində, o cümlədən paytaxtın Binəqədi rayonunda bacarıqlı gənc kadrların dövlət idarəçiliyində irəli çəkilməsi prosesi uğurla həyata keçirilir. Belə ki, bu yaxınlarda YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Binəqədi rayon təşkilatının baş təlimatçısı Aygün Əliyeva Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub. Beləliklə, yeni vəzifəsində ilk müsahibəsini “Yeni Azərbaycan” qəzetinə verən Aygün Əliyevadan bu və digər suallara cavab aldıq.

- Aygün xanım, öncə sizi yeni vəzifəyə təyin olunmağınız münasibəti ilə təbrik edirik. Bu təyinatı ümumilikdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclərə dövlət qayğısı siyasəti istiqamətində atılan növbəti addım kimi dəyərləndirmək olarmı?

- Gənclik gələcəkdir, inkişafdır, tərəqqidir. Lakin kimsəyə sirr deyil ki, müstəqilliyimizin ilk illərində Azərbaycanımızın gələcəyi ciddi sual altında idi. Çünki bütün sahələrdə olduğu kimi gənclərlə sahəsində də boşluq var idi. Daha doğrusu, hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qruplaşmalar öz qaranlıq məqsədlərinə çatmaq üçün gənclərdən istifadə edirdilər. Bu anormallığa, gənclərdən müxtəlif çirkli siyasi oyunlarda alət kimi istifadə olunmasına isə 1993-cü ilin iyunundan, Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra son qoyulduuğurla həyata keçirilən gənclər siyasətinə start verildi. Təsadüfi deyil ki, hələ 1993-cü ildə Azərbaycan gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndərin səsləndirdiyi fikirlər həm gənclərimizə, həm də ölkəmizin mövcudluğunu həzm edə bilməyən qüvvələrə önəmli mesaj idi:Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Beləliklə, Ulu öndərə böyük inametimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərinin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Eyni zamanda, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu öndərin Sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü. Təsadüfi deyil ki, Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması və idarəçilik strukturlarında geniş təmsil olunmaları xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Eyni zamanda, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Dövlət başçısının müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ilielan edilməsi, 2011-ci ilin iyul ayının 7-də isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq olunması gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.

Bir sözlə, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Sadalananların məntiqi nəticəsi olaraq deyə bilərəm ki, bu təyinat Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, həmçinin, gənclərin bütün sahələrdə, o cümlədən idarəçilikdə irəli çəkilməsinin növbəti təsdiqidir. Mənə göstərilən bu etimada görə cənab Prezidentə öz təşəkkürümü bildirirəm və yeni vəzifədəki fəaliyyətimdə də Ümummilli liderin ideyalarını rəhbər tutacağıma söz verirəm.

- Siz, eyni zamanda, zərif cinsin nümayəndəsisiniz və yeni təyinatı həm də ölkəmizdə həyata keçirilən gender siyasəti baxımından da müsbət qiymətləndirmək mümkündür...

- Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də 1994-cü ildən etibarən ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Azərbaycan gender bərabərliyinin təmini istiqamətində bəzi beynəlxalq konvensiyalara qoşuldu. Belə ki, ölkəmiz 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya etdi. 2000-ci ildə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu sahədə möhkəm hüquqi baza yaratdı. Həmin Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tuturdu. 2006-cı ildə “Gender bərabərliyinin təminatı haqqında” Qanun qəbul edildi. Tam məsuliyyətlə söyləyə bilərik ki, məhz cənab Prezidentin rəhbərliyi ilə aparılan uğurlu gender siyasəti nəticəsində bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Bir sözlə, sosial yükümüzün ağırlığına baxmayaraq biz qadınlar yenə də cəmiyyətin mənəvi dayağı funksiyasını ləyaqətlə yerinə yetiririk.

- Bu sualın davamı olaraq vurğulamaq yerinə düşər ki, YAP-ın siyasətində gənclərə və qadınlara daha geniş fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması başlıca yer tutur. Və son təyinatı, eyni zamanda, bu siyasətin davamı kimi də qiymətləndirmək olarmı?

- Bəli. Bu birmənalıdır ki, YAP-ın siyasətində gənclərin və qadınların çoxşaxəli fəaliyyəti üçün hər bir şərait yaradılıb. 1995-ci ildə YAP-ın Qadınlar Şurası və Gənclər Birliyinin təsis olunması ilə bu siyasət daha aktiv fazaya qədəm qoyub. Bu gün partiyamızın üzvlərinin təxminən 49 faizini qadınlar təşkil edir. Ümumiyyətlə, YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edirbunu da reallaşdırmaq üçün çox ciddi addımlar atır. Məqsəd odur ki, qadınlar ictimai-siyasi proseslərə cəlb olunsun. Məhz bunun nəticəsidir ki, ən çox qadın, o cümlədən ən çox ziyalı qadınlar YAP-ın sıralarındadır. Qadınlar YAP-ın təşkilatı strukturlarında, seçkili orqanlarında, dövlət qurumlarında, bir sözlə, ictimai həyatın bütün sferalarında təmsil olunurlar. Partiyamızda qadınların fəaliyyətindən danışanda YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə vurğulamaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva nəinki ölkə daxilində böyük işlər görür, möhtəşəm layihələrin həyata keçirilməsinə birbaşa rəhbərlik edir, hətta xarici ölkələrdə də Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini, ədəbiyyatını təbliğ edir. Dünyanın çox yerində Mehriban xanımın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun sayəsində Azərbaycan layiqincə tanınır. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.

Eyni zamanda, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edirpartiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin rəhbərlik etdiyiOnun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət və qayğısı artıb, gənc nəslə yönələn fəaliyyəti genişlənib. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması partiyanın tarixinə əlamətdar hadisə kimi daxil olub. Cənab İlham Əliyevin 2001-ci il 21 noyabrda YAP-ın II Qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə daha böyük ruh yüksəkliyi yaradıb. Məhz bunun, həmçinin, partiyada gənclər üçün lazımi şəraitin yaradılmasının nəticəsidir ki, YAP-ın Gənclər Birliyi istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən 250 mindən artıq gənci öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Bu, özlüyündə Azərbaycanın ən böyük gənclər təşkilatı olduğumuzu və ölkənin ictimai-siyasi həyatında mühüm rolumuzu bir daha təsdiq edir.

- Məlumdur ki, siz, eyni zamanda, YAP Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavinisiniz. Bu baxımdan istər YAP-ın üzvü olan gənclərə, istərsə də ümumilikdə Azərbaycan gəncliyinə hansı çağırışı etmək istərdiniz?

- Tarix boyunca, cəmiyyətin bərpasında, islaholunmasında və mütəşəkkillik tapmasında gəncliyin özünəməxsus bir yeri olmuşdur. Çünki gənclik həyatdır, enerjidir, xoşbəxtlikdir, müvəffəqiyyətdir. Gənclik güc və qüvvətin, mübarizə və əzmin zirvədə olduğu dövrdür. Nəhayət gənclik məqsədlərimizə çatmaq üçün taleyin bizə bəxş etdiyi ən qiymətli sərmayədir. Sadəcə diqqət tələb edən əsas məqam bu sərmayəni harada və necə istifadə etməkdir. Bu gün Azərbaycan gəncliyi öz inkişafının ən yüksək pilləsini yaşayır. Lakin biz bütün hallarda çox diqqətli olmalıyıq. Çünki ölkəmizin inkişafından narahat olan xarici qüvvələr və çox təəssüf olsun ki, onların əlaltısına çevrilən bəzi daxili qüvvələr də var. Gənclik tədbirli olmalıdır və bu cür təxribatlara uymamalıdır. Xüsusilə bu məsələdə YAP üzvü olan gənclərin böyük bir məsuliyyəti var. Biz həqiqətən Azərbaycan gənclərinin həyatında başlıca rol oynayan flaqman olduğumuzu təsdiq etməli, ölkəmizin işıqlı gələcəyi, dövlət müstəqilliyi və s. kimi dəyərli meyarları ucuz siyasi ambisiyalara qurban vermək istəyənlərin qarşısında keçilməz sədd çəkməliyik. Bu partiya və müstəqil Azərbaycan bizə 2 əsrin və 2 minilliyin qovşağında Ümummilli lider Heydər Əliyevin ən dəyərli əmanətidir.

- Aygün xanım məlum olduğu kimi, bəzi KİV-lər sizin bu vəzifəyə təyinatınızı cəmiyyətə özlərinəməxsus tərzdə, yəni, yanlış formada təqdim ediblər. Bu baxımdan hesab edirik ki, qəzetimiz vasitəsilə özünüz haqqında geniş bilgi verməniz həmin yanlışlığı aradan qaldıra bilər...

- Mən Aygün Nazif qızı Əliyeva 29 iyul 1988-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Koqalım şəhərində anadan olmuşam. Valideynlərimin işi ilə əlaqədar olaraq bir müddət orada yaşamışıq. 1995- 2006-cı illərdə Nizami rayonundakı Etibar Cəlilov adına 272 saylı orta məktəbdə təhsil almışam. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub Azərbaycan Dillər Universitetinə daxil olmuşam. 2006-2010-cu illərdə Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili, 2010-2012-ci illərdə eyni ixtisas üzrə magistr təhsili almışam. Hal-hazırda ADİU-də Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə distant təhsil alıram. Universitetdə oxuduğum illərdə ictimai fəallığıma görə rektorun əmri ilə xüsusi təqaüdə layiq görülmüşəm. 2006-cı ilin mart ayından Yeni Azərbaycan Partiyasına daxil olmuşam, 2009-cu ilin aprelindən YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, 2011-ci il yanvarın 29-dan YAP Gənclər Birliyinin sədr müavini seçilmişəm. 2012-ci ildən YAP Gənclər Birliyinin Mərkəzi Ofisində layihələr üzrə koordinator vəzifəsində, 2013-cü ilin dekabr ayınadək YAP Binəqədi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışmışam.YAP-ın IV Qurultayında məruzəçi, Azərbaycan Gənclərinin V forumunda, Azərbaycan Qadınlarının III Qurultayında nümayəndə olmuşam. Gənclər arasında “24 kadr qısametrajlı film festivalı” layihəmə görə 2013-cü ilin fevral ayında Azərbaycan Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant almışam. YAP Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müaviniyəm. Ailəliyəm, bir övladım var.

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2013.- 20 dekabr.- S.6.