Azərbaycanda sosial dövlət modelinin uğurla reallaşdırılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

- Elman müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb. Ümumilikdə bu sənədin sosial-iqtisadi məzmununu necə xarakterizə edərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşduriqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Qeyd olunan əsaslarla formalaşdırılmış Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edən sənəddir və onun əsas məzmunu “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunmuş mühüm sosial vəzifələrin mərhələlərlə yerinə yetirilməsinə istiqamətlənmişdir. Fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 2 mlrd 928 milyon 452 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 11,2 faiz, 2012-ci illə müqayisədə 19,1 faiz, 2011-ci illə müqayisədə isə 37,8 faiz çoxdur. Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin belə sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir.

- Fikrinizin davamı olaraq Fondun 2014-cü il büdcəsinə təsir edən amilləri konkret ifadə etsək, iqtisadiyyatın inkişafı ilə sosial xərclərin artımı arasındakı əlaqəni necə səciyyələndirmək olar.

- Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcə layihəsi tərtib olunarkən bir sıra əsas parametrlər, o cümlədən cari ilin ötən dövrü ərzində müşahidə olunan iqtisadiyyatın dinamik artımı şəraitində Fondun büdcəsinin icrası vəziyyəti diqqətə alınmışdır. Cari ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz, sosial sığorta gəlirləri isə 12 faiz artmışdır. Sosial sığorta daxilolmalarının 57 faizi qeyri-büdcə sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6 faiz çox olmaqla proqnozun 115 faiz icra edildiyini göstərir. Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunmuşdur.

Bu isə öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan vermişdir. Bu dövrdə pensiyaların indeksləşdirilməsi və artımı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2 sərəncamı icra olunmuşdur. Bu artımlardan sonra əmək pensiyalarının baza məbləği 100 manata, orta aylıq məbləği 170 manata çatdırılmış, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45 faiz təşkil etmişdir. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələmişdir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

2014-cü ildə Fondun büdcəsinə təsir edəcək digər əsas parametrlər makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlıdır. Həmin göstəricilərin proqnozlarına əsasən ölkə iqtisadiyyatının dinamik inkişafının davam etdiriləcəyi şəraitdə inflyasiyanın 3,5 faiz olacağı, iqtisadi fəal əhalinin orta illik sayının 4784 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayının 4557 min nəfər və muzdla işləyənlərin orta illik sayının 1542 min nəfər təşkil edəcəyi, orta aylıq əməkhaqqının real artım tempinin 5,4 faizə, məbləğinin 479,4 manata çatacağı nəzərdə tutulur.

Fondun növbəti il üçün büdcəsinə təsir edən digər əsas göstəricilər bloku sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalları ilə bağlıdır. Bu göstəricilərə əsasən pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım təşkil edəcək, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişməyəcəkdir. Pensiyaçıların orta illik sayı 1270,8 min nəfər nəzərdə tutulur ki, bu cari ilin göstəricisindən 1100 nəfər azdır. O cümlədən yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.

Yuxarıdakı reallıqlar, proqnozlar və Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafı üzrə planlaşdırılmış tədbirlərin gerçəkləşdirilməsi də nəzərə alınmaqla Fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 295,8 milyon manat artımla nəzərdə tutulur. Bu məbləğin 288,3 milyon manatı əmək pensiyaları, 3,2 milyon manatı müavinətlər, 4,3 milyon manatı isə digər xərclər üzrə artıma yönəldiləcəkdir. Məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə artım 230,8 milyon manatya artım məbləğinin 78 faizi, dövlət budcəsinin transferti üzrə artım 65 milyon manatya artım məbləğinin 22 faizini təşkil edəcəkdir. Göründüyü kimi, xərclərin artımının 78 faizə qədəri sosial sığorta haqları hesabına maliyyələşəcəkdir. Fondun ümumi büdcəsində dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 2013-cü illə müqayisədə 1,9 faiz bəndi azalacaqdır.

- Gəlir və xərclərin qeyd etdyiniz artımı pensiyaların orta aylıq məğləğinin yüksəlməsinə təsir edəcəkdirmi? Ümumiyyətlə, növbəti il üçün pensiya məbləğlərinin artımı Fondun büdcəsində necə əks olunmuşdur?

- Fondun büdcə xərclərinin 97,7 faiziya 2 milyard 861,8 milyon manatı əhaliyə ödənişlərə, 2,3 faiziya 66,7 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4 faiziniya 2 milyard 788,6 milyon manatını pensiya xərcləri, 2,6 faizini və ya 73,2 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir.

Pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur. Qeyd edilən məbləğin 1 milyard 474,1 milyon manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə baza hissəsinə əlavələrin ödənişi üçün nəzərdə tutulur.

Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2 faizya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi, yəni 100,7 milyon manatı isə xüsusi əlavələr alan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s. pensiyaçıların qulluq stajına görə əlavələrinin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaqdır. Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır.

Məlumat üçün bildirim ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir.

Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artmışdır ki, bu, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır.

- Milli Məclisdə aparılan büdcə müzakirələrində əsasən 2 məsələ daha çox səsləndirildi. Bunlardan birincisi işləyənlərin sosial sığortaya tam cəlb olunması, ikincisi isə əlilliyə görə pensiya alanların xüsusi çəkisinin artımı ilə bağlı idi. Həmin məsələlərə bir daha aydınlıq gətirməyiniz maraqlı olardı.

- Sualınızın birinci hissəsi ilə bağlı qeyd edim ki, işləyənlərin sosial sığortaya cəlb olunması sahəsindəki problemləri əsasən 2 qrupa bölmək olar. Bunlardan birincisi işləyənlərin tam qeydiyyatının aparılması, ikincisi isə mövcud yerlərində çalışanlara ödənilən əməkhaqlarının leqallaşdırılması ilə bağlıdır. Qeyd olunan problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən ötən il konkret tapşırıqlar verilmişdir və Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarla birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində 600 mindən çox şəxs əlavə qeydiyyata alınmış, bununla da sığortaolunanların sayı 2 milyon 630 min nəfəri ötmüşdür. Lakin burada digər mühüm bir məqam da diqqətə alınmalıdır ki, xüsusilə əməkhaqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı hesab edilir. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır. Ötən dövrdə Azərbaycanda aparılan islahatlarla fərdi uçota və təkmil pensiya alqoritminə əsaslanan belə bir sistemin qurulması uğurla təmin edilmişdir. Müxtəlif təbliğat vasitələrindən istifadə, eləcə də Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir. Fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcəkdir.

Pensiyaçıların ümumi sayında əlilliyə görə əmək pensiyaçılarının xususi çəkisinin tənzimlənməsi barədə isə onu qeyd edə bilərəm ki, sığorta-pensiya sisteminin göstəricələrinin demoqrafik göstəricilərə uyğunlaşdırılması mərhələrlə həyata keçirilən daimi bir prosesdir. Məlum olduğu kimi, qanunvericiliyə edilmiş dəyişikliklərlə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədilə 2010-cu ildən 3 və 4 uşaqlı qadınların yaşa görə pensiya hüququ üzrə güzəştlər ləğv edilmiş, qadınların pensiya yaşı hər il 6 ay artırılmaqla 59 yaşa, kişilərin pensiya yaşı 63 yaşa çatdırılmış, yaşa görə pensiya hüququ üçün sığorta stajına olan tələb 5 ildən 12 ilə qaldırılmışdır. Bunun nəticəsidir ki, pensiyaçıların ümumi sayında yaşa görə pensiyaçıların xüsusi çəkisi hər il azalmış, 2010-cu ilin əvvəlində 65,6 faiz təşkil etdiyi halda, hazırda 62,2 faizə enmişdir, 2014-cü il üçün isə 62 faiz proqnozlaşdırılır. Bu dövrdə ailə başçısını itirməyə görə pensiyaçıların xüsusi çəkisi orta hesabla 10,5 faiz olmaqla sabit qalmışdır. Beləliklə, ümumi say göstəricisinin digər tərkib hissəsi olan əlilliyə görə pensiyaçı kateqoriyasının xüsusi çəkisi faiz baxımından yüksəlmiş, 2010-cu ildəki 23,8 faizdən hazırkı 27,1 faizə artmışdır. Doğrudur, əlilliyə görə əmək pensiyaçılarının say artımının tənzimlənməsi qarşıda duran mühüm islahat istiqamətlərindəndir, lakin qeyd etdiyimiz səbəblərdən bunu təkcə xüsusi çəki baxımından qiymətləndirmək düzgün olmazdı.

Aparılan təhlillər göstərir ki, əlilliyə görə pensiyaçıların say artımına təsir edən amillərdən biri qanunvericilikdə pensiya təminatının həmin növünə çoxsaylı güzəştlərin verilməsidir. Bu hal əlillərin sosial müdafiəsinin mühüm cəhəti kimi təqdim olunsa da, son nəticədə say artımının səbəblərindən birinə çevrilir. Belə ki, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmamışdır. Əlillik pensiyası müddəti güzəştli olaraq sığorta stajına daxil edilir. İkinci qrup əlillərin əmək qabiliyyəti olduğu halda pensiyanın məbləği yaşa görə pensiyanın məbləğinə bərabər və ya ondan yüksəkdir və s. Göstərilənlərlə əlaqədar, əlilliyə görə pensiya təminatının maliyyə şərtlərinin təkmilləşdirilməsi yeni hazırlanmış pensiya islahatı konsepsiyası layihəsinin əsas elementlərindəndir.

- Bəzi ekspertlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərməli olması da tez-tez qabardılır.

- Aktuar tədqiqatların nəticələrinə diqqət etsək, Fond bu gün sosial sığorta ilə əlaqəsi olan bütün xərcləri məhz məcburi dövlət sosial sığorta daxilolmaları, yəni özünə məxsus vəsaitləri hesabına maliyyələşdirir.

Azərbaycanda həyata keçirilən pensiya islahatlarının mühüm cəhəti əvvəlki sistemlə əhatə olunmuş, yəni sığortaolunanların fərdi uçotu sisteminin iştirakçısı olmayan insanların da davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə tam inteqrasiyasıdır. Bu məqsədlə həmin şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış, onlar pensiyaların baza və sığorta hissəsi ilə təmin edilmiş, artım və indeksləşdirmənin yeni qaydaları ilə əhatə olunmuşlar. Digər tərəfdən, əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyaları ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbətinə uyğun olaraq əvəzsiz sığorta kapitalı müəyyyənləşdirilməklə yenidən hesablanmışdır. Bu proses hazırda yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərn əvvəlki dövrə aid stajlarına da şamil edilir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmuşdur.

Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manata yaxındır. 2014-cü ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,14 milyard manat nəzərdə tutulur, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir.

Təəssüf ki, bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər. Fond tərəfindən dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı bəzi hallarda yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunur.

- Qarşıda duran vəzifələr barədə hansı fikirləri söyləyə bilərsiniz? Növbəti mərhələdə pensiya sistemində hansı islahat tədbirlərinin aparılması zəruridir?

- Təbiidir ki, ilk və əsas məqsədimiz pensiyaçıların sosial müdafiəsi sahəsindəki davamlı inkişafı bundan sonra da qoruyub saxlamaq, «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan vəzifələri lazımı səviyyədə yerinə yetirməkdir.

Bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılmışdır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, pensiya sistemində qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi halları mövcuddur ki, bu da uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının möhkəmləndirilməsinə və bu sahədə səmərəliliyin artırılmasına mənfi təsir edən amil kimi səciyyələndirilməlidir. Bunun nəticəsidir ki, sosial sığorta haqları şəklində toplanan vəsaitlərin sığorta prinsiplərinə əsaslanmayan cari ödənişlərə yönəldilməsi, həmin vəsaitlərin fərdi uçot məlumatları əsasında təyin ediləcək pensiya məbləğləri üzrə gələcək öhdəliklərin qarşılanması məqsədilə ehtiyata çevrilməsinə imkan vermir. Bu isə dövlət pensiya sisteminin müəyyən dövr üzrə sərbəst ehtiyatlara malik olaraq maliyyə bazarında aktiv iştirakı və müasir maliyyə alətlərindən istifadə etməsi imkanlarını məhdudlaşdırır.

Göstərilənlərlə əlaqədar, pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə fikrimcə, ilk növbədə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi nəzərdən keçirilməlidir.

Bununla yanaşı muzdla işləyənlər, fərdi sahibkarlartorpaq payçıları üzrə sosial sığorta normativləri ilə onlara pensiya ödənişi göstəriciləri arasındakı fərqin, başqa sözlə ifadə etsək, sahibkarlığın inkişafına dolayı subsidiyaların pensiya sisteminin sığorta prinsipləri əsasında fəaliyyətinə əlavə maliyyə yükü yaratmadan tənzimlənməsi mexanizmlərinin qurulması da vacib şərtlərdəndir.

Sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilmə¬si sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir.

Vətəndaşlara hazırda ölkəmizdə mövcud olan şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemindən əlavə pensiya təminatı imkanı verən mexanizmlərin də formalaşdırılması qarşıda duran vəzifələrdəndir. Bu məqsədlə dövlət pensiya təminatında yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

- Qeyd etdiyiniz yığım komponentinin və qeyri-dövlət pensiya fondlarının yaradılması məsələsi xeyli müddətdir ki gündəmdədir. Ümumiyyətlə, bu sahədə beynəlxalq təcrübə necədir və ölkəmizdə həmin məsələ öz konkret həllini nə vaxt tapacaq?

- Hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 34 üzv ölkəsindən 25 ölkədə bölüşdürücü-həmrəylik, 11 ölkədə məcburi yığım, 9 ölkədə könüllü yığım sistemləri (bəzən bir ölkədə bir neçə sistem paralel olmaqla) fəaliyyət göstərir. Ümumi pensiya ödənişlərində xüsusi çəkiyə gəldikdə isə 68 faiz bölüşdürücü-həmrəylik, 19 faiz məcburi yığım, 13 faiz könüllü yığım sistemlərinin payına düşür.

Əmək pensiyalarının yığım hissəsi sığortaolunanların fərdi hesablarında real pensiya kapitalının toplanmasını, şəxsin pensiya yaşı tamam olana qədər bu vəsaitin idarə olunaraq artırılmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya təminatına yönəldilməsini ifadə edir. Bu baxımdan dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutları vasitəsilə pensiya təminatının təşkil olunmasının ölkənin investisiya, maliyyə və qiymətli kağızlar bazarında müxtəlif maliyyə alətlərinin tətbiqinin inkişafını, bu sahədə etibarlı nəzarət və gəlirə zəmanətlilik səviyyəsinin əldə edilməsini qabaqlamadan yerinə yetirilməsi vacib şərtdir.

Bundan əlavə fərdi hesablara yığım vəsaitlərinin hansı qaydada toplanması məsələsi daim müzakirə mövzusudur. Məsələ bundadır ki, son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemlərdən tamya qismən imtina olunması meylləri qeyd olunan komponentin məcburi deyil, könüllü sosial sığorta əsasında təşkilinin daha səmərəli olduğunu təsdiqləyir. Digər tərəfdən, pensiya ödənişi göstəricilərinə uyğun olmayan aşağı sosial sığorta normativlərinin tətbiqi şəraitində həmin komponentin reallaşdırılması məqsədilə mövcud məcburi dövlət sosial sığorta normativindən hər hansı hissənin ayrılması sistem üçün əlavə büdcə kəsiri yaradır. Bu məqsədlə əlavə normativin tətbiqi isə əmək bazarının iştirakçılarının mənafeyinə uyğun gəlmir.

Qeyd olunan suallara aydınlıq gətirmədən sığortaolunanların fərdi yığım hesablarının formalaşdırılması, real yığım vəsaitlərinin idarə olunması və bu sistemdən əldə edilən gəlirlərin fərdi uçot əsasında pensiya təminatına yönəldilməsi mexanizminin qurulması çox risklidir. Bu riskin yaratdığı təhlükələri biz Çili və digər Latın Amerikası ölkələri, eləcə də Polşa, Macarıstan və Rusiya, Qazaxıstan və başqa ölkələrin pensiya sistemlərində aydın müşahidə edə bilərik. Bütün bunlar ölkəmizdə məcburi sığortalanmaya əsaslanan real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulmasının düzgünlüyünü bir daha təsdiqləyir. Amma bu da reallıqdır ki, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə olduğu kimi sığorta-pensiya sistemində də alternativ mexanizmlərin formalaşdırılması qaçılmazdır. Buna görə müvafiq təkliflərin hazırlanmasında beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınması əsas amil kimi nəzərdən keçirilir.

Göstərilənləri qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu fondların vəsaitlərinin formalaşdırılması və idarə olunması, vəsaitlərin investisiyası üzərində inzibatitexniki nəzarət, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmlərinə də şamil etmək lazımdır.

Bütün bu amilləri nəzərə almaqla Dövlət Sosial Müdafiə Fondu Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsini işləyərək təqdim etmiş və layihə Avropa Komissiyası tərəfindən təsdiqlənmişdir. Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

 

Yeni Azərbaycan.- 2013.- 21 dekabr.- S.5.