Hər bir ölkənin dayanıqlı inkişafı üçün informasiya kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir

 

Son on ilin uğurları fonunda bu gerçəkliyi böyük inamla qeyd edə bilərik ki, Azərbaycan iqtisadi möcüzələr ölkəsidir. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, iqtisadi inkişaf templərinə görə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Son on ildə iqtisadiyyatın 3,4 dəfə artması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. 2013-2023-cü illər üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu fikirdə böyük inamla səsləndirildi ki, gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar mövcuddur. Təbii ki, bu əsas düşünülmüş siyasətdir.

Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük dəstəyini qazanaraq Prezident kimi fəaliyyətə başladığı gündən ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunun azaldılması, bir sözlə, qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı bir-birindən əhəmiyyətli addımlar hərtərəfli inkişafı sürətləndirməklə yanaşı, inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə dəstəklənməsinə stimul verdi. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə bu amil önə çəkilərək bildirilir ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına zəmin yaratdı. Dövlət başçısı İlham Əliyev çıxışlarında bir vacib amili xüsusi olaraq diqqətə çatdırır ki, elmin, təhsilin, iqtisadiyyatın birliyinin yaradılması prioritet məsələdir: “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk”.

Yeni texnologiyaların tətbiqi bütün sahələrdə nailiyyətlərin miqyasının genişlənməsinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin prioritet məsələ kimi önə çəkilməsi, 2013-cü ilin “İKT ilielan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Cari ilin mühüm uğurlarından olan Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması da iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində atılan mühüm addımlardandır. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edirbiz artıq kosmik klubun üzvüyük” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev Bakıda keçirilən ənənəvi “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi çərçivəsində “Euronews” telekanalına müsahibəsində sərgi iştirakçılarının sayının ildən-ilə artdığını önə çəkərək bildirib ki, bu işə başlayanda ənənəvi neft sərgisi kimi beynəlxalq nüfuz qazanmasını qarşıya mühüm vəzifə kimi qoymuşduq: “Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. “BakuTel” də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə kimi deyil, həmçinin, gələcəkdə yüksək səviyyəli elmi potensiala malikinformasiya kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq”.

Onu da qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son on ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk on ölkə sırasındadır. İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya kommunikasiya texnologiyaları təşkil edir. Respublikamızda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün də əhəmiyyətli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir.

Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə “Aztelekomİstehsalat Birliyinin rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazilərində “Genişzolaqlı internetin inkişafı” layihəsi” işlənib hazırlanmış və icrasına başlanılmışdır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, yüksəksürətli genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

Rabitə və İnformasiya Texnologiyaları NazirliyininAztelekomİstehsalat Birliyi tərəfindən yeni nəsil informasiya kommunikasiya texnologiyalarının regionlarda aktiv tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış “Aztelekom.net” İnternet Provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir. Şəbəkəsinin qurulmasında dünyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı istehsalçılarının yüksək keyfiyyətli, sertifikatlaşdırılmış və tələb olunan bütün lisenziyalara malik avadanlıqlarından istifadə olunan “Aztelekom.net” İnternet Provayderi hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər arasında dəyişməz liderlərdən biridir.

Aztelekomİstehsalat Birliyinin şəbəkəsində genişzolaqlı internet xidmətlərinin tətbiqinə əsasən 2005-ci ildə başlanmışdır. Keçən müddət ərzində inkişaf tempinin əsas zirvəsi 2012-2013-cü illərə düşür. Belə ki, 2012-ci ilin sonuna “Aztelekom.net” provayderinin internet istifadəçilərinin sayı 60 minə, xidmət ərazisində fəaliyyət göstərən özəl internet provayderlərin istifadəçilərinin ümumi sayı isə 57 minə çatdırılıb. 2013-cü ilin noyabr ayında isə “Aztelekom.net” internet provayderinin istifadəçilərin sayı 100 mini, qlobal internet şəbəkəsinə (BGP-Border Gateway Protocol) bağlantı kanalının tutumu 20 Gb/saniyəni keçmişdir. “İnformasiya kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcudyarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin keçirilməsinə start verilmişdir. Keçirilən görüşlərin və inkişaf dinamikasının təhlilinə əsasən ilin sonuna gözlənilən nəticələr onu göstərirdi ki, müəyyən həddən sonra “Aztelekom.net”in şəbəkəsində İP ünvanların çatışmamazlığı başlanacaq. Qarşıya çıxacaq problemlərin əvvəlcədən həlli məqsədi ilə NAT(Network Address Translation-şəbəkə ünvanlarının çevrilməsi) funksiyalarını özündə birləşdirən, xidmət ərazisi üzrə 128.000 genişzolaqlı internet istifadəçilərinin 2x10 Gb/san sürətlə Qlobal internet şəbəkəsinə qoşulmasını təmin edə biləcək avadanlıqların tədarükü üçün hazırlıq işlərinə başlanıb. Hazırlıq prosesləri mütəmadi olaraqAztelekomİstehsalat Birliyində aparılmış toplantılarda müzakirə edilmiş, istismarda olan “Aztelekom.net” platformasının alternativliyinin təmin edilməsi funksiyasını özündə cəmləşdirən və regionlarda İKT-nin inkişafına təkan verəcək yeni mərkəzin Yevlax rayonunda qurulması məqsədəuyğun sayılmışdı. Yevlax TKQ-nin inzibati binasında alternativ regional xidmət mərkəzinin fəaliyyəti üçün sahə ayrılmışdır. Müsabiqə əsasında Yevlax TKQ-dən 2 nəfər mütəxəssis seçilərək Türkiyəyə, xüsusi təlim kursuna göndərilib, hazırlanmış ştat cədvəlinə müvafiq tələb olunan digər mütəxəssislərlə “AztelekomİB-nin inzibati binasında fəaliyyət göstərən “Aztelekom.net” platforması üzərində təcrübi məşğələlər keçirilib. Beləliklə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2013-cü ilinİnformasiya kommunikasiya texnologiyaları ilielan edilməsi çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri olaraq, genişzolaqlı internet istifadəçilərinə yüksək keyfiyyətli, dayanıqlı internet xidmətləri göstərmək məqsədi ilə “Aztelekom.netİSP-nin Yevlax TKQ-də alternativ provayder mərkəzi yaradılıb. Yeni internet mərkəzi günün tələblərinə müvafiq ən müasir texnologiyalar əsasında, bütün texniki tələblərə uyğun parametrlərə malik xidmət sahəsinin təminatı olmaqla yanaşı, regionda bu sferaya yeni mütəxəssislərin cəlb edilməsi və ümumilikdə “rəqəmsal uçurumun aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyət kəsb edir.

İP-MPLS şəbəkəsi üzərindən 10 Gb/san sürətlə qlobal internet şəbəkəsinə qoşulmuş bu sistem, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü günündə, yəni, 21 noyabr 2013-cü il tarixdə istismara verilib. İlkin olaraq “Aztelekom.net” provayderinin Yevlax, Bərdə, Ağdam və Tərtər Telekommunikasiya Qovşaqlarının xidmət ərazilərində genişzolaqlı internet istifadəçiləri bu sistemə qoşulub. Ümumilikdə, bu sistemə 17 TKQ-nin (Yevlax, Ağdam, Bərdə, Tərtər, Samux, Naftalan, Goranboy, Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Ucar, Zərdab) qoşulması nəzərdə tutulur ki, bu da öz növbəsində digər TKQ-lərin genişzolaqlı internet istifadəçiləri üçün İP ünvanların boşaldılması və alternativliyin təmin edilməsi deməkdir. Belə ki, “Aztelekom.net” provayderinin alternativi olaraq yaradılmış yeni sistemin fəaliyyəti nəticəsində həm qərb regionunda xidmət keyfiyyəti dəfələrlə artacaq, həm də digər bölgələrin genişzolaqlı internet istifadəçiləri üçünpik saatlar da daxil olmaqla günün istənilən vaxtı yüksək keyfiyyətli xidmət təmin olunacaq. Eyni zamanda, əsas və alternativ provayder mərkəzləri fors-major hallarda bir-birinin funksiyalarını icra etməklə daha dayanıqlı xidməti də təmin etmiş olacaqlar.

 

Məmməd Məmmədov,

“Aztelekom” İstehsalat Birliyinin baş direktoru

Yeni Azərbaycan.- 2013.- 21 dekabr.- S.4.