Müstəqil Azərbaycan bütün dünya ölkələri üçün dini tolerantlıq və dözümlülük nümunəsidir

 

                                                                         YAP İsmayıllı rayon təşkilatı bu mövzuda tədbir keçirib

 

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatıMüstəqil Azərbaycan bütün dünya ölkələri üçün dini tolerantlıq dözümlülük nümunəsidirmövzusunda tədbir keçirib. Rayonun milli azlıqların yaşadığı Sumağallı kəndində keçirilən tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, müstəqil Azərbaycan Respublikası dünyada dini tolerantlıq və dözümlülük nümunəsi sayılır. O bildirib ki, çox mürəkkəb bir coğrafi məkanda yerləşən ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri sərbəst yaşayırlar: “Sürətli iqtisadi inkişafa malik Azərbaycan dünyada dinimilli tolerantlıq baxımından özünəməxsus yer tutur. Ölkəmizdə bütün dinlərə və millətlərin nümayəndələrinə tarixən tolerant münasibət bəslənilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşılıb”.

YAP İsmayıllı rayon təşkilatının sədri əlavə edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətində tolerantlığın qorunması xüsusi yer tutur. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir: Son illərdə ölkəmizdə bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. 2006-cı ildə Bakıda keçirilən “İslamda dözümlülükmövzusunda beynəlxalq konfrans, İSESCO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, Beynəlxalq Humanitar forumların və digər mötəbər tədbirlərin keçirilməsi buna misaldır. Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin Prezident İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət göstərib”.

Tədbirdə çıxış edən Sumağallı kənd tam orta məktəbinin direktoru Mahmud Şirinov, kənd ağsaqqallar şurasının sədri Hüseyn Xəlilov, kənd bələdiyyəsinin sədri Ata Rəsulov, kənd sakinlərindən Mirzalı Mirzəyev, Feyruz Mirzəyev bildiriblər ki, son illərdə Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi həm iqtisadi, həm siyasi, həm də dini dözümlülük baxımından bütün dünyaya örnək olan bir dövlət kimi tanıdıb.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2013.- 24 dekabr.- S.9.