Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə genişmiqyaslı xeyriyyə aksiyası keçirib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni İl ərəfəsində Moskvada genişmiqyaslı xeyriyyə aksiyaları keçirib.

Heydər Əliyev Fonduonun Rusiya nümayəndəliyi əlamətdar günlərdə və bayramlarda xəstə, yetimvalideyn himayəsindən məhrum olmuş uşaqları diqqət və qayğıdan kənarda qoymur. Bu dəfə də Fondun Rusiya nümayəndəliyinin əməkdaşları ənənələrinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Moskva uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzində, eləcə də Moskvadakı 43 nömrəli Xüsusi Uşaq Evində olublar. Uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzi artıq 10 ildir ki, körpə və 18 yaşınadək uşaqlara xüsusi tibbi yardım göstərir. Burada anadangəlmə inkişaf qüsurları və kəllə-çənə-üz nahiyəsinin, eləcə də hərəkət-dayaq aparatının deformasiyası olan, bədxassəli və xoşxassəli şişlərin bütün növlərindən və digər xəstəliklərdən əziyyət çəkən uşaqların kompleks reabilitasiya müalicəsi aparılır.

Fondun əməkdaşlarını səmimi qarşılayan Mərkəzin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Kompleksin qış bağında bayram konserti keçirilib, klounlar, estrada artistləri, Moskvanın uşaq yaradıcılıq kollektivlərinin üzvləri uşaqların və valideynlərin qarşısında çıxış ediblər. Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə alan uşaqlarla görüşüb, onlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını çatdırıblar. Şaxta babaQar qız uşaqlara müxtəlif oyuncaqlarkitablar, bayram səbətlərində şirniyyatlar, çay və mürəbbə hədiyyə ediblər. Mərkəzə tozsoran və digər məişət texnikası, bir çox başqa hədiyyələr təqdim edilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları 43 nömrəli Moskva Xüsusi Uşaq Evində də olub, orada Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil ediblər. Diqqət və qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qarşıdan gələn Yeni İl münasibətilə təbrikləri çatdırılıb. Şaxta babaQar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara Şərq şirniyyatları, meyvə, kitaboyuncaqlar, uşaq evinə isə kondisioner hədiyyə olunub. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları “Biri var idi, biri yox idimusiqili tamaşasını göstəriblər. Uşaq Evinin direktoru Qalina Birk kollektivin adından Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın daha 20 regionunda oxşar xeyriyyə aksiyaları keçirilir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu cür xeyriyyə aksiyaları tez-tez keçirir, valideyn himayəsindən məhrum və xəstə uşaqları sevindirir. Bu aksiyalar Fondun fəaliyyət və istiqamətlərindən birinin məntiqi davamıdır.

 

Yeni Azərbaycan.-2013.- 25 dekabr.- S.3.