Paytaxt teatrlarının bayram afişaları...

 

Yeni ilin ilk həftəsini tətildə keçirəcək paytaxt sakinləri və şəhərimizin qonaqlarına teatrlar maraqlı və rəngarəng repertuarlar təqdim edir

 

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bayramı ən çox gözləyənlər isə uşaqlardır. Şaxta baba, Qar qız və müxtəlif nağıl personajları... Onları görmək bütün balacaların arzusudur. Elə bu səbəbdən də Bakının əksər teatr və mədəniyyət ocaqları Yeni il şənliyinə xüsusi ilə hazırlıq görür. Bəs bu bayram günlərində teatrlar şəhərimizin sakinlərinə və qonaqlara hansı repertuarları təklif edirlər?

Tətil günlərində Akademik Milli Dram Teatrında gündə 4 seans olmaqla yeni il tamaşası - “Biri var idi, biri yox idinümayiş olunacaq. Akademik Milli Dram Teatrından verilən məlumata görə tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

27, 28, 29, 30 dekabr və 2, 3, 4 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında uşaqlar üçün bayram ab-havalı “Maşa və Ayının Şərqdə Yeni il macəraları” adlı Yeni il tamaşası göstəriləcək. Bilet qiymətləri 6-20 manat arasında dəyişən tamaşa iki dildə - həm rus, həm Azərbaycan dilində göstəriləcək. Tamaşanın nümayiş təqvimi belədir: 27 dekabr 12:00 və 15:00-da Azərbaycan dilində, 17:00-da rus dilində, 28 dekabr - 12:00 və 15:00-da rus dilində, 17:00-da Azərbaycan dilində, 2 dekabr - 12:00 və 15:00-da Azərbaycan dilində, 17:00-da rus dilində, 3 dekabr - 12:00 və 15:00-da rus dilində, 17:00-da Azərbaycan dilində.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında da balacalar üçün şənlik təşkil olunacaq. 27 dekabr-5 yanvar tarixlərində “Cırtdanın Yeni il sərgüzəştləri” adlı tamaşa uşaqların ixtiyarında olacaq. 5 yanvardan sonra da əyləncəli tamaşalar 2 manata körpələri sevindirməyə davam edəcək.

28, 29, 30 dekabr 2013-cü il; 1, 2, 3, 4, 5 yanvar 2014-cü ildə (12:00, 14:00, 16:00, 18:00) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Küpəgirənin hiyləsi” adlı Yeni il şənliyi olacaq. Nicat Kazımovun quruluş verdiyi tamaşada rollarda aktyorlar Günel Məmmədova, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, İlham Əsədov, Manaf Dadaşov, Elşən Hacıbabayev oynayır.

Pantomim həvəskarları Dövlət Pantomim Teatrında 4 yanvar 2014 - il tarixində saat 18:00-da C.Dadaşovun “Mən və Mən” və 5 yanvar 2014-cü il tarixində eyni saatda isə N.Qəribova, C.DadaşovKatarsis” tamaşalarına baxmaq imkanı əldə edəcəklər. “Mən və mən” tamaşası Ceyhun Dadaşovun quruluşunda hazırlanıb. Əsərin müəllifi, aktyoru, rəssamı da o, özüdür.

C.Dadaşov bu tamaşada biryenilik edəcək. Belə ki, adətən pantomim tamaşalarında sözlərdən istifadə olunmadığı halda aktyor Ceyhun Dadaşov tamaşanın ikinci hissəsində sözləri ilə onu bu hala gətirib çıxaran hadisələri tamaşaçılara danışır və düşdüyü bu ikili obrazın günahkarını axtarır.

Katarsis” tamaşasının tərtibatçısı isə Nargilə Qəribova və Ceyhun Dadaşovdur. Səhnə tərtibatı Sənubər Səmədovaya, plastik nömrələrin quruluşu Azərbaycanın Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadəyə, musiqi tərtibatı isə Nargilə Qəribovaya məxsusdur.

Tamaşa boyunca qəhrəmanların daxili monoloqlarının arasında video və fotoinstalyasiyaların nümayişi daha bir neçə dəfə tamaşaçıların “qonağı” olur. Pantomim Teatrının bütün tamaşaları kimi bu səhnə əsərində də dəqiq rəssam işi, səhnə və musiqi tərtibatı qaydası qorunub.

Rusdilli tamaşaçılar üçün Rus Dram Teatrında 26 dekabr 2013 - 6 yanvar 2014-cü il tarixləri arasında maraqlı Yeni il şənliyi keçiriləcək. Şaxta babanın, Qar qızın və şən klounların iştirak edəcəyi Yeni il şənliyində bir-birindən maraqlı nömrələr təqdim olunacaq.

 

Oktay

Yeni  Azərbaycan.-2013.- 26 dekabr.- S.6.