Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş böyük nailiyyətlər gələcək uğurlarımız üçün möhkəm təməllər yaradıb

 

74 www.yap.org.az saytına müsahibə verib:

- Ziya müəllim, gəlin əvvəlcə son dövrlərdə Azərbaycanın əldə etdiyi uğurlara nəzər salaq...

- Azərbaycan Respublikasının sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməllər yaratmışdır.

Azərbaycanın iqtisadisosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın öz müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması Ümummilli liderimiz Heydər Əliyev siyasətinin nəticəsi, Ulu öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində daha da zənginləşdirilərək, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir.

İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır. Respublika rəhbərliyinin xüsusi dəstəyi və səyləri nəticəsində respublikanın nəqliyyat-yol kompleksi də günbəgün yenilənir, daha da inkişaf edir, avtomobil yolları infrastrukturu genişlənir və səviyyəsi yüksəlir. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planlarının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.

- Təbii ki, bu uğurlarda nəqliyyat-yol kompleksinin öz çəkisi var...

- Əlbəttə, təkcə son 1 ilin göstəricilərinə nəzər salmaq kifayətdir ki, nəqliyyat sektorunun dinamik inkişafı göz önündə canlansın. Diqqətinizə çatdırım ki, 2012-ci il ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, yük və sərnişin daşımaları 2011-ci ilə nisbətən müvafiq olaraq 6,2 və 8,4 faiz artaraq 153,5 milyon ton yük və 1,6 milyard nəfər sərnişin təşkil etmişdir. Yüklərin 22,9 milyon tonu dəmiryolu, 12,4 milyon tonu su, 117,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Limanlarda 11,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 1,7 milyard manat təşkil etmişdir.

Dəmiryolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq ölkəmizin dəmir yollarında aparılan irihəcmli yenidənqurma işləri davam etdirilmişdir. Hazırda, şərq-qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri mərhələlərlə həyata keçirilir.

Layihə üzrə bu istiqamətdə yolun artıq 132,4 km hissəsi yenidən qurulmuş, tələb olunan avadanlıq və materialların müəyyən hissəsi alınmışdır.

Ölkəmizin tranzit imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilmişdir. Hazırda, Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 km uzunluğunda yeni yolun üst quruluşu inşa edilmişbu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən, AxalkalakiKartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 km-lik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisiuzunluğu 153 km olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.

Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmi parkının yeniləşdirilməsi və donanmanın imkanlarının artırılması məqsədilə dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərələr ölkəyə gətirilərək istismara verilmişdir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işlərinin 90 faizi yerinə yetirilmişdir.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2012-ci ildə “Azərbaycan Hava Yolları” QSC tərəfindən 1 ədəd “Boeing 767” tipli sərnişin təyyarəsi alınmış, Heydər Əliyev Hava Limanında yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir.

Hesabat dövründə avtomobil nəqliyyatı sahəsində avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

2012-ci il ərzində paytaxtda 428 (278+150) ədəd yeni iriorta tutumlu avtobuslar və 1000 ədədi “London-Taksi”ləri olmaqla 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilmişdir.

Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılmış, Yevlax avtovağzalının tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir.

Yollar iqtisadiyyatın və iqtisadi inkişafın əsas faktorlarından biridir. İqtisadiyyat müasir infrastrukturyollar olmadan inkişaf edə bilməz”... Bu fikirlər cənab Prezident İlham Əliyevə məxsusdur. 2012-ci ildə avtomobil yolları sahəsində görülmüş işlərdən bir qədər ətraflı danışaq...

Avtomobil yolları infrastrukturunun inkişafı və ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması ilə bağlı dövlət başçısının tövsiyə və tapşırıqları əsasında irimiqyaslı yol layihələrinin icrası davam etdirilmiş, yeni yollar və körpülər istifadəyə verilmişdir.

2012-ci il ərzində 537,2 km, o cümlədən, 134,6 km respublika əhəmiyyətli, 402,6 km yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 25 ədəd körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsi (Bayraq Meydanına gedən yol), Yevlax-Bərdə (29 km), Qusar-Ləzə avtomobil yolu (39 km) və bu yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü tikilərək, Saatlı-Mərzəli avtomobil yolunda Araz çayı üzərindəki körpü (238,8 m) yenidən qurularaq istismara verilmişdir. Bakı-Ələt avtomobil yolunun 50-69 km hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi (59 km) avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336 km)-Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilmişdir.

Həmçinin, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır.

Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan (31-54,04 km), Salyan-Şorsulu (55,8 -80,6 km) və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilir.

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq, Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiriprospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir.

Böyük Şor yol qovşağının üçüncü mərhələsi (asma körpü) və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr, Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində uzunluğu 546 metr olan tunellər istismara verilmişdir.

Buzovna-Mərdəkan-Qala, Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilmişdir.

Bakı şəhərində 94 km yol əsaslı təmir olunmuş və 6 yeraltı piyada keçidi istismara verilmişdir.

- Ziya müəllim, görülmüş işlər öz yerində. Qarşıda bizi mötəbər yarışlara ev sahibliyi kimi məsuliyyətli vəzifələr gözləyir. Avropa Yay Olimpiya Oyunları da bu qəbildən olan çox əhəmiyyətli bir tədbirdir. Yəqin ki, bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırırsınız.

- Azərbaycan Respublikasının sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməllər yaratmışdır.

Bütün sahələrlə yanaşı ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim. Bu gün Azərbaycan idmançıları böyük qələbələr qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə “ev sahibliyiedir. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərar hər birimizdə böyük fərəh və qürur hissi doğurmuşdur. Bu münasibətlə dövlət başçısı Azərbaycan xalqını təbrik etmiş və söylədiyi fikirlərlə bu tarixi hadisənin qazanılmasında ölkəmizin nail olduğu yüksəlişi, tərəqqini xarakterizə etmiş, həm də bu mötəbər tədbirin keçirilməsi hüququnun əldə edilməsi Azərbaycanın ən layiqli namizəd olaraq parlaq qələbəsi kimi qiymətləndirmişdir. Bu qələbə də Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasından bəhrələnir.

Şübhəsiz ki, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət hissi qoyur, bu oyunların yüksək səviyyədə keçirilməsi üçün böyük təşkilatçılıq işləri tələb edir.

Biz yaxşı dərk edirik ki, Olimpiada iştirakçılarına, şəhərimizin qonaqlarına və vətəndaşlarımıza yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üzərimizə düşən ən vacibciddi məsələlərdəndir. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda keçirilən bir çox beynəlxalq idman tədbirləri, bilavasitə dövlətin dəstəyi, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi və digər tədbirlərdə toplanmış təcrübə deməyə əsas verir ki, qarşıdakı Olimpiya Oyunları da yüksək səviyyədə keçiriləcək.

- Nəqliyyat Nazirliyi tərəfindən konkret hansı təkliflər irəli sürülüb?

- Nəqliyyat Nazirliyində bu mövzuda konkret təkliflər müzakirə edilirkompleks Tədbirlər Planı hazırlanır.

İlkin məlumata görə 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.

Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Hava Limanı vasitəsi ilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcək.

Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxslərin, həmçinin, idmançılar və onları müşayiət edənlərin Olimpiya şəhərciyindən Olimpiya stadionunaidman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin, turist gəzintilərinə daşınması həyata keçiriləcək.

Hazırlıq dövründə aşağıdakı məlumatların dəqiqləşdirilməsi bu xidmətlərin daha dolğun təşkilini təmin edəcək:

- gözlənilən rəsmi heyətlərin və qonaqların, idmançıların, həmçinin, turistlərin təxmini sayı;

- oyunların keçiriləcəyi əsas idman arenalarının dislokasiyası;

- rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi hotellər və digər yaşayış yerləri.

Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün tərəfimizdən Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair Tədbirlər Planının layihəsi hazırlanıb.

Tədbirlər Planı 3 əsas hissədən ibarətdir:

1. Nəqliyyat vasitələri (avtobuslar, miniktaksi avtomobilləri, metro vaqonları)

- mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları;

- nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi;

2. Bakı şəhərində nəqliyyat infrastrukturu

- gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi;

- Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası; - şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi;

- bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması;

- əsas magistral yolların tikintisinin yekunlaşdırılması;

3. Nəqliyyat xidmətlərinin idarə olunması təşkili

- Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında Olimpiya Oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını əlaqələndirilməsini təmin edəcək Qərargahın yaradılması;

- nəqliyyat xidməti göstərən sürücü digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili bu kontingent üzrə məlumat bazasının yaradılması;

- nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması;

- ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının parklanma yerlərinin təşkili;

- görülən işlər barədə kütləvi informasiya vasitələrində məlumat verilməsi internet səhifələrində yerləşdirilməsi.

Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hal-hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir 2014-cü ilin əvvəllərində yekunlaşdırılacaq. Heydər Əliyev Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına Ziya Bünyadov prospekti üzərindən Olimpiya stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin, Buzovna-Mərdəkan-Qala Qala-Zığ şossesi, bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşdırılacaq.Şəfastadionun qarşısındakı tunel yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu yollar Olimpiya Oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin digər mövcud yollarında da təmir-bərpa genişləndirmə işləri aparılacaq.

Eyni zamanda, respublika yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir.

Qonaqların gəliş-gedişinin təmin edilməsi yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı Dəmir Yolu Vağzalında yenidənqurma işləri davam etdiriləcək vaxtında yekunlaşdırılacaq. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron ödəmə sisteminə keçid təmin ediləcək. Vətəndaşlarımıza qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək yeniləşdiriləcək. Qeyd etmək lazımdır ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa 2000 ədəd taksiyə ehtiyac var.

Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər olacaq ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək Təşkilat Komitəsinə müvafiq hesabatlar təqdim olunacaq.

Sonda əmin etmək istərdim ki, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq dövründə oyunların keçiriləcəyi müddətdə Nəqliyyat Nazirliyinə həvalə olunmuş bütün işlərin icrası vaxtında yüksək səviyyədə təmin olunacaq.

 

 

Yeni Azərbaycan.- 2013.- 7 mart.- S.4.