Müasir Azərbaycanın
inkişafında və Türk
dünyasının inteqrasiyasında Ulu
öndər Heydər Əliyevin xidmətləri misilsizdir
Ulu öndər Heydər Əliyev:
Bizim əməkdaşlığımız zamanın
hökmüdür. Bizim əməkdaşlığımız
xalqlarımızın, ölkələrimizin tarixi kökləri,
əsrlər boyu toplanmış adət-ənənələrinin
birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında
qurulub. Bu, çox böyük əsasdır və biz bu
imkanlardan səmərəli istifadə etməliyik
Məlum olduğu kimi, ötən əsrin sonlarında ölkəmizdə, o cümlədən, regionda baş verən proseslər, böyük bir imperiyanın süqutu digər müttəfiq respublikalarla yanaşı, Azərbaycanın da öz müstəqilliyini elan etməsi ilə nəticələndi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa edən Azərbaycan imperiya buxovundan rəsmən azad olsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması yalnız Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri dövlət müstəqilliyini qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək ölkənin bütün iqtisadi elementlərini dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı.
Məhz belə bir
ağır zamanda xalqımız öz xilaskarına - Ulu
öndər Heydər Əliyevə müraciət etdi. Bu, olduqca düzgün
seçim və zamanın təxirəsalınmaz
tələbindən irəli gələn addım idi. Çünki ölkəni
fəlakətdən, yaranmış bu
ağır vəziyyətdən ancaq Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti və
iradəsi xilas edə
bilərdi, məhz Onun ən çətin
şəraitdə düzgün olan yeganə yolu seçmək
bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu,
müstəqil dövlətçiliyimiz qorunub
saxlandı. Ümummilli liderimizin
müdrikliyi, dünyada
gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin
səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət
və bacarığı, hadisələrin
qarşısının alınması üçün
qabaqlayıcı tədbirlər görmək səriştəsi
öz bəhrəsini verdi
və Bakıya gəlişindən bir
neçə ay sonra
ölkədə siyasi
sabitlik yaradıldı. Azərbaycan
Respublikasının hüquqi dövlətçilik
yolunda ən böyük
uğurlardan biri isə
müstəqil Azərbaycanın Ümummilli
lideri Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbulu idi.
Ümummilli lider Heydər
Əliyev hakimiyyətə gəldiyi ilk gündən
əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının
gücləndirilməsinə yönəltmişdi. Məhz
ölkəmizin Avropa Şurasına qəbul
olunması bu istiqamətdə atılan mühüm addımlardan biri
idi. Görülən çoxşaxəli
işlər qısa müddət ərzində öz bəhrəsini verdi.
Qısa zaman kəsiyində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq beynəlxalq aləmin fəal
üzvünə çevrildi. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin
dönməzliyini, sarsılmazlığını və əbədiliyini
təmin etdi.
Milli birliyin təmin
olunması Ulu öndərin müasir, müstəqil Azərbaycanın
inkişafına böyük töhfəsidir
Danılmaz həqiqətdir ki, hər bir müstəqil dövlətin yaranması, inkişafı və möhkəmlənməsini digər tarixi - siyasi amillərlə yanaşı, xalqı bu dövlətin ətrafında birləşdirəcək güclü ideyanın olması da şərtləndirir. Əgər hər hansı siyasi-ictimai, yaxud təbiət hadisələri qısa müddətdə insanları bir yerə toplaya, fərdin enerjisini kütlənin, bəzən də millətin enerjisinə çevirə bilirsə, həmin faktor aradan qalxdıqdan sonra toplumu birləşdirən yeni ideyanın yaranması zərurətə çevrilir. Çünki belə bir ideya olmasa, istənilən ölkədə yaranmış birlik öz-özünə dağılacaq. Azərbaycan xalqının da tarixində belə mürəkkəb hadisələr yaşanıb, bir sıra hallarda milli ideyanın və bu ideyanın ətrafında cəmləşmiş milli birliyin olmaması mənfi fəsadlara yol açıb. Biz bunu dövlət müstəqilliyimizin ilk illərində tam çılpaqlığı ilə müşahidə etdik.
Məlum olduğu
kimi, ötən əsrin sonlarında dünyada və regionda cərəyan
edən proseslər fonunda Azərbaycan bir əsrdə ikinci dəfə
dövlət müstəqilliyini bərpa etdi.
1991-ci il oktyabrın 18-də Dövlət
müstəqilliyi haqqında Konstitusiya
Aktının qəbul edilməsindən sonra
artıq Azərbaycanda idarəçilik formasından tutmuş, iqtisadi inkişaf potensialına, insanların şüuruna qədər hər şey dəyişdi. Bu dəyişikliyin düzgün yönləndirilməsi, milli enerjinin doğru yönə istiqamətləndirilməsi
isə olduqca mühüm
amil kimi qarşıda
dayanırdı. Bütün bunlara isə yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlməsindən sonra nail
olundu.
Yeni ideoloji əsasların
yaradılması türkdilli ölkələrin
birliyinin formalaşmasında mühüm amilə çevrildi
Ulu öndər Heydər Əliyevin xalqımız
qarşısındakı xidmətlərindən
danışarkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, vətəndaş həmrəyliyi
fəlsəfəsi olan azərbaycançılıq
ideologiyası, bütün Türk dünyasının birliyi
ideyası, dilimiz, milli-mənəvi,
dini dəyərlərimiz, vətəndaş
cəmiyyətinin formalaşması, dünya
azərbaycanlılarının təşkilatlanması və s. bu kimi
məsələlər göz önünə
gəlir. Çünki türkdilli
dövlətlərin səmimi birliyi uğrunda fəaliyyət aparan,
bu birliyin
formalaşmasının iqtisadi-siyasi
təməllərini qoyan Ulu
öndər Heydər Əliyev siyasətinin əsasında
özünəqayıdış, milli təfəkkür,
milli şüur, milli düşüncə məfkurəsi
dayanırdı.
“Əsrin
müqaviləsi” böyük türk birliyinin möhkəmlənməsinə
açar oldu
Qeyd edildiyi kimi, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinin ən önəmli məqamlarından biri də məhz türkdilli ölkələrin inteqrasiyası prosesində oynadığı roldur. Xüsusi olaraq vurğulanmalıdır ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycan dövlətçiliyi ilə yanaşı, yeni müstəqillik əldə etmiş digər türkdilli dövlətlərin inkişafı və biri-biri ilə münasibətlərdə inteqrasiya prosesinin güclənməsində əsaslı rol oynadı. Nəzərə alsaq ki, həmin dövrün siyasi mənzərəsində türk birliyinin təməlini məhz Azərbaycan-Türkiyə birliyinin əsasları təşkil edirdi və bir sıra maraqlı xarici qüvvələr məhz bu birliyin baş tutmaması üçün mühüm planlar cızırdı. Lakin Ulu öndər Heydər Əliyev bütün çətinliklərin öhdəsindən gəldi. Bu, vaxtilə əfsanə kimi səslənən, Türkiyə-Azərbaycan birliyinin fonunda gələcəyin böyük türk birliyinin təməli sayılan və “Üç dəniz” əfsanəsinin gerçəkləşməsinə doğru ilk addım olan “Əsrin müqaviləsi”nin imzalanması idi. Məhz bu müqavilənin imzalanması Türkiyənin bölgədə siyasi-iqtisadi aktor kimi gücünün daha da artmasına, Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinə, bununla yanaşı, türkdilli ölkələrin iqtisadi maraqların fonunda başqa sferalarda yaxınlaşmasına imkan verdi.
Vurğulanmalıdır ki, Ulu öndər Heydər
Əliyev hələ 1993-cü ilin iyununda müasir, müstəqil
Azərbaycanın qurulması prosesinin nəzəri
əsaslarını izah edərkən gələcəkdə
türk birliyinin
formalaşması, Azərbaycanın və digər türkdilli xalqların inteqrasiyasının əsaslarını
dünyaya bəyan
etmişdi. Heç də
təsadüfi deyil ki,
Azərbaycanın siyasi rəhbərliyinə
qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə
işbirliyini qeyd etmişdi: “Xarici siyasət
sahəsində görüləsi işlər çoxdur.
Birinci növbədə, yaxın qonşularımızla
sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan, Türkiyə ilə əlaqələr,
şübhəsiz ki, önəmli yer tutur. Eyni
zamanda, keçmiş
Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə
əlaqələrimiz sürətlə inkişaf
etməlidir. Bizim bu
dövlətlərlə əlaqələrimiz uzun
illər çox yaxın olub.
Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf
etdirmək lazımdır”.
Dildə, fikirdə və əməldə
birlik...
Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi iqtisadi-siyasi uğurlar, dünya birliyinə inteqrasiyası türkdilli ölkələrlə də münasibətlərdə real addımların atılmasına rəvac verdi. İkitərəfli, o cümlədən, çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi bu münasibətlərin genişlənməsinə əsaslı yol açdı. Ulu öndər Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspralının məşhur kəlamı ilə belə ifadə etmişdi: “XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz “Dildə, fikirdə və əməldə birlik” şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır”.
Xüsusi olaraq qeyd edilməlidir ki, türkdilli ölkələrin inteqrasiyası prosesində ən əsas təməl Türkiyə-Azərbaycan əlaqələrinin istər iqtisadi, istərsə də siyasi cəhətdən yeni mərhələyə qədəm qoymasından irəli gəlirdi. 1994-cü ilin fevralında Türkiyəyə səfər edən Ulu öndər Heydər Əliyev iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu bəyan etdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bu şüar sonradan türkdilli ölkələrin birliyinin, Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipini təşkil etdi. Sözsüz ki, müstəqilliyimizi qazandıqdan sonra tarixə qızıl hərflərlə yazılacaq “Bir Millət, İki Dövlət” tezisi sonradan daha da inkişaf etdirilərək Prezident İlham Əliyevin də ifadə etdiyi kimi “Bir Millətin iki diasporu ola bilməz” şəklində mühüm bir birlik formulunun yaranmasına yol açacaqdı və böyük bir türk birliyi inteqrasiyasının yol xəritəsinə çevriləcəkdi. Azərbaycan-Türkiyə əlaqələrinin əbədiliyinin qarantı olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi dünya səviyyəli strateji layihələrin gerçəkləşdirilməsi və eləcə də, çox böyük iqtisadi və geosiyasi əhəmiyyətə malik olan TANAP layihəsi müasir dövrün türk birliyinin simvollarına çevrildi.
Pərviz SADAYOĞLU,
Məqalə Azərbaycanlıların
və digər Türkdili Xalqların Əməkdaşlıq
Mərkəzinin (ATXƏM) Ulu öndər Heydər Əliyevin
90 illik yubileyi ilə bağlı jurnalistlər arasında
“Müasir Azərbaycanın inkişafında və Türk
dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu”
mövzusunda yazı müsabiqəsinə təqdim olunur
Yeni Azərbaycan.- 2013.- 1 may.- S.7.