HEYDƏR ƏLİYEV: MƏTBUAT AZADLIĞININ TƏMİNATÇISI

 

 Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına Tanrı qisməti idi. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.

Dahilərdən biri deyirdi ki, hakimiyyət səbatsız adamların əlinə keçərsə, bu, bütövlükdə bir xalqın məhvinə səbəb olar. Müstəqilliyimizin ilk illərində yaşananlar da buna bariz nümunədir. Lakin, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə ölkəmizin üzərini qara buludlar aldığı çətin bir vaxtda xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dahi, müdrik dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə, Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, seçildi, milyonların ehtiramını qazandı.

Ulu öndər deyirdi: Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq!”

Ümummilli liderin Azərbaycan dövləti və Azərbaycan xalqı üçün gördüyü işlər böyük bir tarixdir. Bu yazıda isə Ulu öndərin çox zəngin və parlaq fəaliyyətinin yalnız müəyyən bir sahəsinə nəzər salmağa çalışacağam.

Cəmiyyətin baş verən dəyişikliklərə uyğunlaşmasına, özünüqoruma instinktinin yaranmasına, yeni çağırışlara və təhdidlərə cavab verməsinə imkan yaradan yeni davranış modellərinin və stereotiplərin formalaşmasına görə məsuliyyət hər zaman elitanın üzərinə düşür. Elita, ilk növbədə, xüsusi sosial qrup, bu qrupa daxil olan, vahid məqsədlər ətrafında birləşən insanların dərin, daxili əlaqələrinə əsaslanan davamlı birlikdir. Onun hakimiyyət və dövlət barədə, ölkənin inkişafı və xarici aləmlə qarşılıqlı münasibətləri, ictimai problemlər, dövlətin idarə edilməsində sosiumun yerirolu barədə Öz baxışları var. Bu da təbiidir, çünki hər bir cəmiyyətdə hakimiyyət və əks-elitadan başqa, cəmiyyətin inkişafı üçün məsuliyyət daşıyan insanlar qrupu da olmalıdır. Buna görə də, elitanın özünəməxsus, bəzən cəmiyyətdəki mövcud baxışlar və əhval-ruhiyyə üçün o qədər də anlaşıqlı olmayan dünyagörüşü var. Elə cəmiyyətin də inkişafının əsas təkanverici qüvvəsi elitalar olur.

Amerikalı sosioloqlar R.PayX.Ziqler “Demokratiyanın ironiyası” kitabında təsdiqləyirdilər ki, kütlələrə nəzərən elitalar daha çox demokratik dəyərlərə sadiq olurlar. Məhz Azərbaycanda da milli elitanın səyilə 1993-cü ildən başlayaraq demokratizasiya prosesi çərçivəsində cəmiyyətdə yeni siyasi düşüncə, siyasi davranış formaları yarandı, siyasi mədəniyyət yüksəldi. Bu da, təbii ki, siyasi elitanın reallaşdırdığı siyasi reformaların nəticəsində mümkünləşdi.

İqtisadi-sosial baxımdan vəziyyəti normallaşdıran milli elita siyasi sistemin sabitləşməsini və demokratikləşməsini həyata keçirməyə başladı. Əlbəttə, bu çətin və məsuliyyətli bir proses idi. Çünki Azərbaycan cəmiyyəti ADR-in süqutundan sonra 70 il totalitar rejim daxilində bütün demokratik dəyərlərdən məhrum edilmişdi. Mərkəzi planlı iqtisadiyyat və idarəetmə, doqmatizm, insan hüquq və azadlıqlarının kağız üzərində olması, KİV üzərində dövlət senzurasının mövcudluğu, fikir plüralizminin və çoxpartiyalılığın formalaşmaması kütləvi şüurun da totalitar xarakter almasına səbəb oldu. Lakin 1988-1992-ci illər ərzində siyasi-hərbi faktorların da ictimai həyata yüklənməsi kütləvi şüurun parçalanmasına gətirib çıxardı. Bu baxımdan siyasi elitanın qarşısında mürəkkəb və mühüm vəzifə dururdu.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlsə də, kövrək siyasi sistemi tez-tez böhrana salan dövlət çevrilişinə cəhdlər qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Eyni zamanda, ölkədə siyasifiziki məhvetmə terrorlarının da törədilməsi liberal reformaların başladılmasını ləngidirdi.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra həyata keçirilən kompleks islahatlar demokratik transformasiyanı təmin edən fundamental mexanizm oldu. Ölkə daxilində ayrı-ayrı şəxslərin və ya siyasi subyektlərin maraqlarını ifadə edən silahlı qruplaşmalar neytrallaşdırıldıqdan, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra siyasi-sosialiqtisadi stabillik yarandı. Bunun davamı olaraq, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum nəticəsində Milli Konstitusiyanın qəbul edilməsi demokratik transformasiyanın əsasını qoyan tarixi addım oldu. Bundan sonra çoxpartiyalı təmsilçilik əsasında parlament seçkilərinin keçirilməsi, qanunvericilik prosesinin rasionalkonstitusion şəkildə təşkil edilməsi hüquqi dövlət quruculuğu prosesini sürətləndirən mühüm amil oldu.

Beləliklə, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün, mətbuat üzərindəki senzuranın ləğv edilməsi və müstəqil medianın formalaşdırılması kimi islahatlar xüsusi vurğulanmalıdır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasionalpraqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirdi.

Demokratik transformasiya kursunun uğurla davam etdirilməsi, demokratikləşmə prosesinin intensiv surətdə həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması, söz və özünüifadə azadlığının təmin və müdafiə olunması kimi başlıca strateji istiqamətlərdə fundamental uğurlar əldə edilib. Mövcud uğurların mahiyyətini və əhəmiyyətini anlamaq üçün bir neçə istiqamətdə atılan addımlara və əldə olunan nəticələrə toxunmaq məqsədəmüvafiqdir.

Qeyd etmək lazımdır ki, milli inkişaf strategiyasının hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması istiqamətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasıyla bağlı mühüm struktur islahatları həyata keçirildi. Belə ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlətin təməl atributlarından və əlamətlərindən biri kimi, ilk növbədə, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində kompleks tədbirlər görülüb. Bəhs edilən sahədə fundamental institusional mexanizmlərin formalaşdırılması və mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinə birmənalı şəkildə mühüm töhfələr bəxş edib. Bununla yanaşı, bəhs edilən istiqamətdə Konstitusiyaya müvafiq surətdə normativ hüquqi aktların qəbul edilməsi, müvafiq sərəncam və fərmanların verilməsi, ölkəmizin milli maraqlar və dəyərlər əsasında beynəlxalq konvensiyalara və müqavilələrə qoşulması insan, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizminin səmərəliliyini təmin edən növbəti strateji faktor kimi dəyərləndirilməlidir. Bu sıraya Azərbaycanda insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsini, məhz bu cür alihumanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun Azərbaycanda İnsan hüquqları günü elan edilməsini bundan sonra da bu sahədə əhəmiyyətli strateji tədbirlərin görülməsini, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində keçirilmiş ümumxalq səsverməsi-referendumlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsini və digərlərini aid etmək olar.

Bundan başqa, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar da hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını, təsisatların leqallegitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suverenleqal substratlarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.

Beləliklə, bütün bunlar mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin də formalaşdırılması üçün xüsusi önəm kəsb edən təməl strateji substratlar oldu. Məhz bütün bu tədbirlər və nailiyyətlərin fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış etdi. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosialhüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da şərtləndirdilər. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış etmiş oldu.

Ən əsası isə ötən zaman ərzində söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilən demokratik transformasiyamilli inkişaf strategiyasının fonunda media təsisatının təşəkkülü və inkişafına xüsusi diqqət göstərildi və bu sahədə strateji səciyyəli fundamental işlər görüldü. İlk növbədə, kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti üçün qanunvericilik bazası formalaşdırıldı və müvafiq hüquqi substratlar təsbit edildi.

Hələ 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ərəfəsində onun memarı, yaradıcısı Ulu öndər Heydər Əliyevin səyləri ilə insan və vətəndaş hüquq və azadlıqlarının-sərbəst düşüncə və özünüifadə, dini etiqad və məslək azadlığının təmin olunması istiqamətində xüsusi maddələr Ana Qanuna salındı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektorunun inkişafına, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunmasına fundamental töhfələr bəxş edən çox ciddi addımlar atıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.

1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.

2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradioİnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə mühüm nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların ordenmedallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən mexanizm qismində çıxış etdi.

Bununla yanaşı, milli elitanın QHT, təhsil, mədəniyyət, incəsənət və digər sektorlarda həyata keçirdiyi praqmatik siyasət nəticəsində sosial-iqtisadi inkişafı bazar iqtisadiyyatına keçid, özəlləşdirmə, sahibkarlığın stimullaşdırılması, aqrar islahatların reallaşdırılması, insanların rifah halının tədrici yüksəldilməsi, cəmiyyətin rombvari inkişafının əsasının qoyulması ilə təmin edən elita Konstitusiyanın qəbulu, insan hüquqları ilə bağlı qərarların verilməsi, azad seçkilərin keçirilməsi, demokratik hakimiyyət bölgüsünün təsbit edilməsi, mətbuat üzərindən senzuranın götürülməsi və azad medianın formalaşdırılması, QHT sektorunun fəaliyyətinin qurulması, siyasi partiyaların cəmiyyətin həyatındakı rolunun artırılması, fikirsöz plüralizminin təmin olunması, seçkilərlə bağlı qanunvericiliyin qəbulu yolu ilə siyasi-hüquqi tərəqqini reallaşdırdı. Bu da öz növbəsində demokratik transformasiyanın yeni mərhələsini əsaslandırmaqla təhsil sisteminin inkişaf etdirilməsi, elm sahəsində stimullaşdırıcı addımların atılması, sosial və mədəni həyatda tarixi yaddaşı yeniləyən qərarların verilməsi, mədəni-tarixi abidələrin bərpası, dövlətçiliklə və yerləşdiyimiz bölgə ilə bağlı tariximizin həqiqətlər üzərində yazılması və s. proseslərlə sosio-mədəni evolyusiyanı labüdləşdirdi.

 

 

Hüseyn PAŞAYEV,

YAP Siyasi Şurasının üzvü,

YAP Mətbuat Xidmətinin rəhbəri

 

Yeni Azərbaycan.- 2013.- 1 may.- S.4.