Yazıçı Çingiz Aytmatovun yaradıcılığı və cəmiyyət həyatında müasir ideoloji problemlər

 

Dahi adamların həyatı və yaradıcılığı həmişə onların ölkələrinin və xalqlarının maraqları ilə bağlı olmuşdur. Yazıçı, mütəfəkkir və insanpərvər kimi Çingiz Aytmatovun da yaradıcılıq və ictimai fəaliyyəti böyük yer məkanını, ümumbəşəri taleləri və maraqları, Yer üzərində insan həyatının fəlsəfi problemlərini əhatə edir. Eyni zamanda, onun povest və romanları bizim sadə adamların həyatı, onların könül sevgisi, məişətdəki çətin və dramatik hadisələr, müasir mürəkkəb dünyada həyat yollarının axtarışları barədə olan hekayələrdir. Bəşər həyatının təbiətlə, cəmiyyətin inkişaf tarixi ilə, sivilizasiyaların təşəkkülü və insanlar arasında münasibətlərlə ümumi əlaqəsi - Çingiz Aytmatovun əsərlərində bütün bu məsələlər öz əksini tapmışdır.

Yazıçının bədii əsərlərində və ictimai nəşrlərində toxunulan, kütləvi informasiya vasitələrində işıqlandırılan məsələlər müxtəlif ölkələrin və cəmiyyətin müasir ideoloji həyatı üçün bu gün xüsusi aktuallıq kəsb edir.

Keçmiş Sovet respublikalarında dövlət və ictimai həyatın normal inkişaf proseslərini təmin etmək üçün əhali arasında məktəb vaxtlarından başlayaraq geniş və qabaqcıl ideoloji aparmaq lazımdır. Yazıçıların, şairlərin, bəstəkarların, teatrşünasların, kino incəsənəti xadimlərinin ən mühüm bədii əsərlərinin ideyalarını təbliğ etməklə bu ideoloji işin əsas prinsipləri əhalinin şüuruna fəal surətdə yeridilməlidir. Bu mənada cəmiyyətin özündə daimasistematik olaraq insanların düşüncələrinə humanizm, sevgi, qarşılıqlı hörmət, beynəlmiləlçilik, dostluq münasibətləri, əmin-amanlıq və zəhmətsevər həyat ideyalarının hakim kəsilməsi üçün təbliğati aparılmalıdır.

Təəssüf ki, insanın real həyatında, əsasən, adamların bir-birinə qarşı durması amilləri mövcudur. Baxmayaraq ki, dövlətlərin qarşı-qarşıya gəlməsi amilləri hələ lap qədim zamanlardan insanların, döyüşən tərəflərin kütləvi məhvinə, şəhər və kəndlərin dağılmasına, qarşıduran dövlətlərdə iqtisadi, sosial və siyası böhranlara səbəb olmuşdur.

XX əsrin ortalarında AvropaAsiya ölkələrinin faşist rejimlərinin ideologiyası və üsullarının təsiri altında başlanan II Dünya müharibəsi faşist ölkələrinin məğlub olması və 1945-ci ildə 220 min nəfərin həlak olduğu ABŞ hərbi qüvvələrinin Hirosima və Naqasaki şəhərlərinə ilk atom bombalarını atması ilə başa çatdı.

Çingiz Aytmatov özünün “Köçəri quşun ağlaması”nda qeyd edir: “... mən durnalarla uçuramözümbir durnayam, mən qaranlıq gecələrdə durnalarla ulduzlara, gündüzlər isə şəhərlər və zəmilər üzərində uçuram. Öz düşüncələrimə dalıram. Uçuram və ağlayıram... durna göz yaşları nə demək?... silin üzünüzdən! Amma yenə də, hər halda ey insanlar, qeyri-insani bəlalardan, sönməyən yanğınlardan, qarşısı alınmayan qanlı qırğınlardan, düzəlməyən işlərdən qurtulun, ey insanlar, pis adamların bəlalarından qurtulun!..”.

XX əsr bədii ədəbiyyat əsərlərinin aparıcı və nəhəngin tədqiqatçılarından və resenzentlərdən biri Georgiy Qaçev hələ 1977-ci ildə özününÇingiz Aytmatov dünya mədəniyyəti aləmində” kitabında ön sözdə yazmışdı: “Çingiz Aytmatov barəsində artıq çox yazılmışdır, lakin bir qayda olaraq, resenziyajurnal məqalələri janrındadırlar. Halbuki, onun yaradıcılığı daha diqqətli təhlil olunmağa layiqdir; onu dünya mədəniyyəti kontekstində araşdırmaq maraqlıdır. Bu, ona görə vacibdir ki, birincisi, Aytmatovun yaradıcılığı Qırğızıstanın dünya mədəniyyətinə bir töhfədir; ikincisi isə əgər dünya mədəniyyətinə tarixi ekranda işıq salsaq, onun əsərlərində elə mənaları kəşf etmək olar ki, bunlar yalnız indiki zamanda çox yaxın təsir altında görünmürlər. Məsələ burasındadır ki, Qırğızıstan Sovet cəmiyyəti şəraitində yarım əsrlik dövr ərzində patriarxal-feodal quruluşundan sosializmə doğru sürətlənmiş bir yol keçmişdir, hansı ki, bu yolu Rusiya yüzyüz illərlə, dünyanın başqa ölkələri isə daha çox müddətə tamamlamışdır. Bu sıçrayış idi, lakin bu sıçrayış sonradan yerinin doldurulması ilə olan sıçrayışdır. Zira cəmiyyətdə və mədəniyyətdə baş verənlərin çoxu (insanlarda şəxsiyyətin və vətəndaşlılığın, ictimai düşüncə formalarının inkişafı, mədəniyyət dövrlərinin bir-birini əvəzləməsi: intibah, klassisizm, maariflənmə, romantizm, realizms., nağıldan elmə, poetik vəziyyətdən rasional vəziyyətə, patriarxal comərdlilikdən - müasir dövrə keçid) Qırğız xalqının sosializm şəraitində məişət və mədəniyyətində geriyə tarixlə baş vermişdi və həyata keçmişdi. Bu proseslər Aytmatovun povestlərində də görünür. Onun gənclik illərində yazdığı kiçik, sadədil povestlərində bədii sonsuzluq və fəlsəfi dərinlik vardır və onlar insan həyatının, mədəniyyətin, düşüncəsinin müasir problemləri kimi əbədi problemlərini də düşünməyə rəvac verir.

Çingiz Aytmatovun əsərləri son onilliklərdə bizim ayrılmaz tərkib elementimiz və həyat amilimiz olmuşdur: onlar ruhlarımızı düşüncələrimizlə, qəlblərimizi, xəyallarımızı gözəlliklə qidalandırır, bizdə daxili insanı dərinləşdirir. Çingiz Aytmatov əsl: həyat həmrahı, düşüncələrin dolandırıcısı və bizim nəslin hisslərinin ifadəçisidır” (Georgiy Qaçev, “Çingiz Aytmatov dünya mədəniyyəti aləmində”, 1977-ci il.).

O vaxtlardan etibarən bizim dahi yazıçımız Çingiz Aytmatov barəsində nəinki Qırğızıstanda, keçmiş Sovet İttifaqında, həm də dünyanın bir çox ölkələrində onun ədəbi yaradıcılığına yüksək dəyər verilməklə, onun dünya oxucuları qarşısında böyük xidmətlərini tanımaqla çoxlu nəşrlər yazılmışdır.

Bu gün Çingiz Aytmatovun ədəbi əsərləri müasir cəmiyyətin inkişafının ideoloji -əxlaqi əsasının təşəkkül tapmasında fəlsəfi və həyati mənbələr ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün həyatın bütün səviyyələrində böyük ideoloji işə ehtiyac vardır. Bu dövlətdən və cəmiyyətdən həm əhali arasında, həm də ümumdövlət və regional strukturlar arasında böyükçox zəhmət tələb edən xüsusi bir sahədir.

Məktəblərdə, əmək kollektivlərində böyük əxlaqi-ideoloji və tərbiyəvi aparılmalıdır. Ölkədə cəmiyyətin həyat fəaliyyətində insanpərvərlik, mənəvi və ümumbəşəri prinsiplərə əsaslanan müasir mədəniyyətin, qabaqcıl sivilizasiyanın əsaslı möhkəmlənməsinə və inkişaf etdirilməsinə böyük dövlət və ictimai diqqət ayrılmalıdır. Bu zaman dahi yazıçıların, mədəniyyət, təhsil və elm xadimlərinin elmi əsərləri əhali arasında tərbiyəvi işin ən mühüm mənəvi-ideoloji qaynağı olmalıdır.

Məktəb və məktəbəqədər yaşda olan uşaqlar arasında ideya-tərbiyəvi işin əhəmiyyətindən danışanda, mən Çingizin valideynlərinin timsalında valideyn ictimai-siyasi baxışlarının və münasibətlərinin rolunu ayrıca qeyd etmək istəyirəm. Təbiət Çingizə gələcək nəhəng yazıçı və ictimai xadim kimi dərin istedad bəxş etmişdir. Yeniyetmədə müvafiq başlanğıc əxlaqi-etik və mənəvi baxışlar və hisslər, ilk növbədə, valideyn-ideya münasibətlərindən və bəzi xarici həyat amillərindən asılı olaraq formalaşa bilər. Məsələn, bizim valideynlərimizin əxlaqi-ideya aləmi Çingizdə hələ uşaqlıq illərində dərin mənəviyyatlılıq, insanın cəmiyyətdəki davranışına düşünülmüş baxış formalaşdırmışdı. Təbii ki, həmin XX əsrin 30-cu illərində rəhbər partiya və dövlət vəzifələrində işləyən zaman atamız Torokul Aytmatovun, yüksək mədəniyyətə malik və təhsilli şəxsiyyət, qabaqcıl kommunizmin SSRİ-də qurulması mövqeyindən çıxış edən, respublika həyatında dövlət və xalqın problemləri barədə düşünən anamız Hagima Aytmatovanın əxlaqi-ideya aləminə müvafiq olaraq insanın əxlaqi-etik prinsipləri Çingiz tərəfindən artıq uşaqlıq illərindən onda formalaşmış uyğun mənəvi baxışlar nəzərə alınmaqla dərk olunmuşdu.

Sonralar Moskva məktəbində I və II siniflərdə, bundan sonra isə III sinifdən VII sinfədək Talask vilayəti KirovskPokrovsk (Manassk) rayon mərkəzlərindəki orta məktəblərdə məktəb tərbiyəsi də, həmçinin, valideynlər tərəfindən əsası qoyulmuş həmin ictimai baxışları möhkəmlətmişdir. heç də təsadüfi deyildir ki, Çingiz artıq IV sinifdə bizim dövlət sərhədlərimizi qoruyan sərhədçilər haqqında özünün birinci maraqlı, məhz vətənpərvər səciyyədə olan hekayəsini yazmışdı. Çingizin bu hekayəsini müəllimlər müvafiq sinif şagirdlərinə oxuyurdular. Qeyd etmək lazımdır ki, o vaxtlar KirovskPokrovsk orta məktəblərində işləyən müəllimlər təhsilli, dərin ideyalı, düzgün və təmiz müəllimlər idi. Artıq həmin illərdə onlar şagird Çingiz Aytmatova xüsusi diqqət yetirirdilər, onun gələcəkdə görkəmli bir şəxsiyyət kimi inkişaf edəcəyini əvvəlcədən görürdülər. Müəllimlərin onun “düşmən oğluolduğunu bilmələrinə rəğmən, onda sinifdə olan çətin şagirdlərlə faydalı tərbiyəvi işin aparılmasını etibar etməyin mümkün olduğu tələbəni görürdülər və ona bu işi etibar edirdilər.

Böyük Vətən müharibəsi illəri şagirdlərinin dərin vətənpərvər ruhuna başqa bir nümunə də çəkmək olar. 1941-ci ildə müharibə başlayanda, avqust ayında rayon icra komitəsi işçiləri ailələrinin yaşadıqları həyətdə birdən-birə 11-12 yaşdan 15 yaşa qədər oğlan uşaqları yoxa çıxmışdı. Bunların arasında Çingiz də vardı. Yalnız 3 gün həyətin oğlanları Vətənimizi faşistlərdən müdafiə etmək üçün döyüşə getmək qərarına gəlmişdilər. Uşaqlar cəbhəyə gedən qatarla müharibəyə getmək istəyirdilər. Bu beynəlmiləl tərkibli vətənpərvər uşaq dəstəsi idi; burada ruslar, qırğızlar, almanlar, tatarlar da vardı. Onlar qatarla cəbhəyə gedən əsgərlərdən onları da müharibəyə aparmağı xahiş etmişdilər, lakin onları götürməmişdilər və valideynlər uşaqları saxlaya bilmişdilər. Valideynlər uşaqları Cambulda (Qazaxıstan) dəmir yolunda saxlamışdılar.

Sirr deyil ki, Çingiz Aytmatovun yaradıcılığı hələ gənclik illərində nəinki Mərkəzi Asiya Respublikaları oxucularının, həm də regiondan kənarda yerləşən türkdilli ölkələrin oxucularının xüsusi diqqət mərkəzində olmuşdur. Xüsusilə bu, Azərbaycana (Qafqaz) və Türkiyəyə (Qərbi Asiya, Cənubi Avropa) aiddir.

Məlum olduğu kimi, 2008-ci ildə Qırğızıstan Respublikasında “Çingiz Aytmatov ilielan olunmuşdu. Qırğızıstan və Azərbaycan xalqlarının dostluğu əlaməti kimi həmin il fevral ayının 24-dən martın 1-nə kimi Bakıda “Çingiz Aytmatov ili”nə həsr edilmiş rəsmi tədbirlər keçirilmişdi. Həmin tarixlərdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunmuşdu.

Səfər çərçivəsində Prezident İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək onun yaradıcılığını yüksək qiymətləndirmişdi. Şübhəsiz ki, bu yaddaqalan görüşün bizim üçün ən unudulmaz nəticəsi Çingiz Aytmatovun Prezident İlham Əliyev tərəfindən “DostluqOrdeni ilə təltif edilməsi oldu.

Aytmatovlar ailəsi və qohumları Azərbaycan Prezidenti İlham Əliyevə Çingiz Aytmatovu ali dövlət ordeni ilə təltif etdiyinə və onun yaradıcılığına verdiyi yüksək dəyərə görə dərin minnətdarlığını bildirir.

 

 

Akademik İlgiz Aytmatov

 

Yeni Azərbaycan.- 2013.- 18 may.- S.6.