Dini milli tolerantlığın Azərbaycan modeli

 

Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır dünya xəzinəsinə verdiyimiz töhfələrdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə təkcə hüquqi anlamda deyil, həm mənəvi sferada azadlıq əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn, parçalanmış Azərbaycanı birləşdirmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən Ümummilli liderimiz Heydər Əliyev yaranan gərginliklərin, baş verən mürəkkəb ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi, milli dəyərlərinin yenidən bərpası istiqamətində böyük çox önəmli işlər gördü. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi.

Azərbaycanın ən ağır günündə yenidən millətinin dövlətinin xilasına yeganə ümid işığı olan Ulu öndərin mövqeyi məhz bu prioritetə söykənirdi. Beləliklə, qısa bir zaman ərzində Ümummilli liderimiz Heydər Əliyev dövrün tələbləri baxımından uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə, ölkəmizdə yaşayan bütün millətləri bir ideologiya-AZƏRBAYCANÇILIQ ideologiyası ətrafında birləşdirməklə yanaşı, xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına, həmçinin, gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı.

Sovet rejimi Azərbaycanda dini inancın qadağasına nail ola bilmədi...

Xatırladaq ki, Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqının rəhbərliyində çalışarkən Azərbaycanın dini-mənəvi dəyərlərinin qorunmasında müstəsna rol oynamışdı. Ümummilli liderimiz sonralar bu məsələlərə toxunaraq qeyd edirdi: “Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat xüsusən, dinin qadağan olunması təhrif edilməsi idi. Ancaq eyni zamanda, bu tarix onu da göstərir ki, din o cümlədən, bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz 70 illik tarix göstərdi ki, bunu bacara bilmədi”.

Müstəqillik əldə olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Həmin dövrdə ilk olaraq Bibiheybət məscidində yenidənqurma əsaslı təmir işləri başlandı. Məlum olduğu kimi, dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarətgahına çevrilmiş məscid sovet əsgərləri tərəfindən 1933-cü ildə partladılıb dağıdılmışdı. 1994-cü ildə Qurban bayramında Ulu öndər Heydər Əliyev məscidi ziyarət etdi binanın tikilməsi üçün göstəriş verdi. 1997-ci ildə İslam peyğəmbəri Həzrəti Məhəmmədin mövludu günündə Ümummilli lider Heydər Əliyevin iştirakı ilə məscidin bünövrəsi qoyuldu.

Azərbaycan Konstitusiyası dini-milli tolerantlığın hüquqi təməlidir...

Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası hər zaman fərqli dinlərin, fərqli millətlərin qardaşlıq zəminində yaşadığı ərazi olub. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ulu öndərimizin fəaliyyəti ilə bağlı idi. Eyni zamanda, Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutudur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Sovet İttifaqının dağılması köhnə postsovet məkanında, ən əsası isə Cənubi Qafqaz regionunda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər.

Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən, bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılan digər dinlərə qayğı göstərir. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi ona baş kafedral kilsə statusu verdi. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.

Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. Belə ki, 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildi bu bina kilsəyə çevrildi. Respublikamızın paytaxtında həmçinin, layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.

Ölkəmizdə qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması inkişafı fondu ilə birgəYəhudilər Azərbaycandakitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər AkademiyasındaQafqazın dağ yəhudilərimövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov Ümummilli liderimiz Heydər Əliyev tərəfindənŞöhrətordeni ilə təltif olunub. Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə ölkəmizə etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.

Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir

Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət, Əjdərbəy məscidləri yenidən və əsaslı şəkildə təmir edildi. 2011-ci il dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Xatırladaq ki, 2010-cu ildə dövlətimizin başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlarİttifaq” məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncama əsasən, məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün dövlət büdcəsində Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdı. Məscidin açılış mərasimində isə Qafqaz regionunun dini rəhbərləri iştirak edirdi. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq Prezident İlham Əliyev də Azərbaycanda tolerantlığın inkişafına xüsusi olaraq qayğı göstərir. 2011-ci ilin dekabr ayında Bibiheybət məscidinin açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bu məsələyə xüsusi olaraq toxunub: “Azərbaycan xalqı öz dinitarixi ənənələrinə çox sadiqdir. Dinimiz, tariximiz, milli-mənəvi dəyərlərimiz bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Son illər ərzində bizim tarixi, dini abidələrimiz təmir edilir, yenidən qurulur. Bizim üçün çox böyük əhəmiyyət daşıyan ziyarətgahlar, ibadət yerləri dövlət tərəfindən qorunur, təmir edilir. Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 8 il ərzində Azərbaycanda 117 məscid tikilmişdir. Onların bir hissəsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilmiş və təmir edilmişdir”.

Bununla yanaşı, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bu məsələlər Azərbaycanda davamlı şəkildə icra olunacaq. Çünki Ümummilli liderimiz Heydər Əliyevin həm siyasi, həm də mənəvi varisi olaraq Prezident İlham Əliyev Ulu öndərin apardığı işləri davam etdirir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Mən tam əminəm ki, öz dininə hörmət edən insan mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır. Dinlərarası dialoq daha da gücləndirilməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar vardır. Azərbaycanın fəaliyyəti və Azərbaycanın timsalında görülən işlər göstərir ki, multikulturalizm yaşayır. Onun ünvanlarının biri məhz Azərbaycandır və digər ünvanlar vardır. Multikulturalizmə alternativ yoxdur. Multikulturalizmə alternativ özünütəcriddir”.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2013.- 14 noyabr.- S.6.