Deyilənlər gerçəkdimi
Könül onu göyçək saysın?
Yazılara qələm çalan
Gülün vursun, çiçək saysıng
Alqışam söz qarasında
Haqq qaşla göz arasında
Düz düzdümü sırasında
Sonrasını fələk saysın.
Əsgəroğlum halım duysun
Boy verin boylanıb dursun
Qanadlanan
eşqim olsun
O da özün mələk saysın.
***
Gün-güzarım pozuq düşüb,
Görün rüzgar nə istəyir?
Pərdə çəkib üz
-gözünə
Özü aşkar nə istəyir?
Can istəyir, canım peşkeş,
Qəm istəyir,
mənəm qəmkeş.
Versin üç-üç, alsın
beş-beş,
Özgə nə var, nə
istəyir?
Əsgəroğlum, ayrılıq var,
Yol bitirməz
haça yollar.
Gedənə yar, gələnə
yar,
Mənəm zəvvar nə istəyir?
***
Tərsə düşən yazıların
Zavalı
bir navaldı kig
Surətin gör binəvanın
Görsən demə xəyaldı
kig
Yar yaxasın çəkə
yana,
Amansız qala divana.
Aşiq
ki, qıymasın canag
Cavabı
yox, sualdı kig
Şeh düşüb könül
xalına
Gəl,
indi döz məlalına
Əsgəroğlum xoş halına
Halın zurna qavaldı ki.
***
Sığınıb Tanrı eşqinə,
Hürr olan, hürr olum necə?
Könül, odun bəs eyləmir
Bu odnan, kül olum necə?
Cana məlhəm sözü yoğur,
Ələ düşmür belə uğur.
Olumdan bir ölüm doğur,
Ölümdən bir olum necə?
Əsgəroğlum çox yanasıg
Tikansızdı gülxanası.
Eşqin
dəli divanası,
Deməz ki, pir olum
necə?
***
Zalım
fələk şah deyibən,
Mat qoyub dondurma məni.
Gərdişinlə at oynadıb,
Boşuna qandırma məni.
Səni
deyirlər adilən,
Zəkirlər ahı dadilən.
Qalanırmı od odilən,
Yanıram yandırma məni.
Əsgəroğlu dara düşüb,
Hardan gəlib,
hara düşüb?
Sınmıramsa zora düşüb,
Zülümnən sındırma məni.
***
Sığınıb Tanrı eşqinə,
Hürr olan, hürr olum necə?
Könül, odun bəs eyləmir
Bu odnan, kül olum necə?
Cana məlhəm sözü yoğur,
Ələ düşməz belə uğur.
Olumdan bir ölüm doğur,
Ölümdən bir ölüm necə?
Əsgəroğlum çox yanası...
Tikansızdı gülxanası.
Eşqin
dəli-divanası,
Deməz ki, pir olum
necə?
***
Şükür, Tanrım şükranədi,
Rəhmdildi, aman eylər.
Nə verərsə, gözüm
üstə,
Nə eylərsə,
yaman eylər.
Sevdirər qəddi-qaməti,
Can bahası əmanəti.
Möhürlüdü qiyaməti,
Asilər nə güman eylər?
Əsgəroğlum, kəs ahları,
Özündə gəz günahları,
Sev ki, gerçək sabahları,
Səni əhli iman eylər.
***
Tanrım,
könlüm aşiqanə,
Bir aman ver, dözüm, durum.
Nuş eyləyim şirin-şirin,
Düyün-düyün çözüm, durum.
Yozulurmu
naşı deyən,
Ağlın kəssə başdı yiyən.
Mən gerçəyin aşiqiyəm,
Gerçək olub özüm, durum.
Əsgəroğlum mərd haraylar,
Sinəsi gülşən saraylar.
İtkin
düşməz haqqı-saylar,
Bədirlənsin sözüm, durum.
***
Qəlb
deyəni ağlım
dedi,
Mən də dedim, düz vaxtında.
Görən gözlərimə şükür!
Gördüm nəzərin, haqqın da.
Qan-qadalı nələr varmış,
Can sökən nalələr
vermiş.
Al üzlü lalələr varmış,
Bu, allı-güllü baxtımda.
Əsgəroğlum, haqq eylədim,
Eşqimi çıraq eylədim.
Çox böyüdü, şah eylədim.
Əyləşdi könlüm taxtında.
***
Əhdinə vəfalı dünya,
Könlümdü hüsnün heyranı.
Bir gedişə şah deyibsən
Mat qoyubsan Süleymanı.
Ay sinəsi dağlı gəzən,
Haqqını çıraqlı gəzən.
Bir ömürlük sağlıq
gəzən,
Olur gözlərin
qurbanı.
Umud dolu xanimansan,
Həm yanansan,
həm yamansan.
Sən özün sultansan, xansan,
Neynirsən özgə fərmanı.
Əsgəroğlum, ağam, paşam,
Gerçəyəm əhvalı xoşam.
Tək sənə
aşiq olmuşam.
Sevmərəm ayrı dünyanı.
***
Sözün özü güldü,
balam!
Ruzigar əssə, solmaz ki...
Bu ömür beş
gündü, balam!
Beşi
də qara olmaz ki...
Umudlar sabaha uyar,
Barsız şair qəm buduyar.
Bağrı tıncıxan quyular,
Su tökmək ilə dolmaz ki...
Durdum üz-üzə fələknən
Mən qələmnən,
o lələknən.
Bəyaz
donlu bir mələknən,
Gəlib
canımı almaz ki...
Əsgəroğlum, olur nələr?
Yazılar qanlı namələr.
Binası
küskün xanələr,
Düzlənər, izi qalamaz ki...
***
Ötər rüzgar acı-acı,
Özündən ötürməz məni.
Karvan-karvan yüküm bəlli,
Körpələr götürməz məni.
Şahə qalxar and-amanlar,
Silkələnər xanimanlar.
Sinəmi
didər aslanlar,
Tülkülər bitirməz məni.
Köçündən yayınan quşun,
Köksündə dayanar qurşun.
Çinar kimi şah duruşum,
Diz üstə
gətirməz məni.
Əsgəroğlum,ölüm yalan,
Bu söz ki, çürüməz
balam!
Dan yerində sevdalanan,
Sabahlar itirməz
məni.
***
İçindən sovrulub durur,
Mən olan, məndə olmayan.
Bir gün düşür ayaqlara,
Zil olan, bəmdə olmayan.
Boğur
özünü öz
köpü,
Bilməz
nədi yaxşı, kötü,
Bom-boşun gəlib ötür,
Doğulan, bəndə olmayan.
Oluma, ölümə doğru,
Bir
"ol"!-dan olanlar doğdu.
O nədir ki, Əsgəroğlu!
Həm olan, həm də olmayan.
Muradımı sirr saxladım,
Saxladım ki, gerçək
ola.
Pərvazlana şahin kimi,
Qanad çala
sağa-sola.
Gülüm güllər gülüşüdü
Güllərin könüllüsüdü.
Naz etməyin ölüsüdü,
Çətin ki, gətirəm yola.
Əsgəroğlum, söz dərmişəm,
Eşqi deyilən dərvişəm.
Deməlisin çox demişəm
Yazdım ki, yazılı qala.
***
Eşq dəlisi, düş çöllərə,
Məcnundan da lap betər ol!
Ya dillərdə dastana dön,
Ya da çürü, dərbədər ol!
Aynasında qəm butası,
Qan çiləyər
tər yaxası.
Gülöyşədi narxanası,
Get, dənələ - bəxtəvər
ol!
Yanağında lalə xalı
Yanğısında Ney misalı.
Bu nişanda xoşdur halı
Gör halımı
bixəbər ol.
Əsgəroğlum qara gedər,
Gerçəklər aypara gedər,
Saylar itər, sıra gedər,
Sözün qalsın, gəl,
gedər ol!
***
Ağam,
məni sınağa çək,
Suallar siir olan yerdə!
Alın
yazım möhürlənir,
Mövlanə pir olan yerdə.
Sevənlər eşqdən bayılır,
Qumrusu erkən
ayılır.
Tikanlar güldən ayrılır,
Aşiqlər bir olan yerdə.
Əsgəroğlu, haqqın qulu
Sevdalıdır ömür yolu,
Qansızlar qan tökmür,
durur,
Könüllər hürr olan yerdə.
***
Yaxası
açılıb gülün,
Xal üstündə
xan havası.
Havalanan gözəl budu.
O da gerçək binəvası.
Qana həris bu hay-həşir,
Cana can deyib dirəşir.
Alması,
narı titrəşir
Amanabənddi heyvası.
Əsgəroğlum dillər tökər,
Pərdə-pərdə sədlər sökər.
Dartışması uzun çəkər
Görünməyəndi davası.
***
Mənəm, mənəm deyən
fələk,
Gör, mənimlə
bölər nələr?
Bir üstə birini gəlməz,
Qoşa-qoşa gələr nələr?
Tellənən ürəyim olsun!
Qızılsa, dirəyim olsun!
Bir məsum mələyim olsun!..
Sonra olsun, nələr, nələr?
Əsgəroğlum qara tirdi,
Həmi
aşkar, həmi sirdi,
Olum-ölüm özü pirdi,
Olar nələr,
ölər nələr?
***
Nur qona qara gözlərə,
Bir cüt ala göz üzündən.
Nişangaha göz eyləyib
Vura ovu düz gözündən!
Halı dildən-dilə düşə
Ümidi get-gələ düşə
Eşqə düşən belə düşə,
Alov tuta öz-özündən.
Əsgəroğlum, arzun sıcaq,
Dada gələ bu dil-dodaq
Ha deyəsən nazı burax
Xoşallana naz sözündən.
***
Oxu, gözəl məndən oxu!
Divanələr oxunsa, zor.
Millənib yazılan könül.
Ilmə-ilmə toxunsa, zor.
Beş gün, sıralanıb gedər,
Bir-bir qaralanıb gedər.
Birdən aralanıb gedər
Əhd-kamın yoxunsa, zor.
Əsgəroğlu, andım qələm,
Sultanımdı, eylər kərəm.
Nura dönüb vəcdə gələn,
Sarı simə toxunsa zor.
Əsgəroğlu Ədalət
Yeni Azərbaycan.- 2013.- 23 noyabr.-
S.7.