Gəncə heç vaxt indiki qədər sürətli inkişafda olmayıb

 

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız-burada yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin şanlı tarixi ilə fəxr etməlidir. Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə görə gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.

Ulu öndər Heydər Əliyev

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında baş verən mübarizə nəticəsində yenidən suverenliyini itirmək təhlükəsi ilə üzləşdi. Ölkədə xaos, anarxiya, didişmələr baş alıb gedirdi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, Gəncə qiyamı baş vermişdi. Belə bir ərəfədə xalqın aparıcı qüvvələri, ziyalıları ayağa qalxaraq Naxçıvana üz tutdularböyük xahişlə, təkidlə Heydər Əliyevə xalqa rəhbərlik etməyi təklif etdilər. 1993-cü ildə Bakıya qayıdan və Prezident seçilən Ulu öndər Heydər Əliyev çox böyük çətinliklərlə baş verə biləcək vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu, bir çox xarici dövlətlərlə əlaqələr yaratdı, beynəlxalq təşkilatlara üzv oldu, “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu, ölkədə sabitlik əldə etməklə Azərbaycana xarici adamlarını dəvət edərək müəyyən layihələrin yerinə yetirilməsi üçün onlarda sərmayə qoymağa maraq yaratdı. Ölkə dirçəldi, ayağa qalxdı, yavaş-yavaş inkişaf etməyə başladı, tanındı və Ulu öndərin rəhbərliyi altında nüfuz qazandı. Azərbaycanda əsaslı şəkildə müxtəlif istiqamətlər üzrə islahatlar aparıldı. Özəlləşdirmə siyasəti həyata keçirildi. Ölkə bazar iqtisadiyyatına keçdi.

Ulu öndərin siyasi varisiOnun layiqli davamçısı olan cənab İlham Əliyev 2003 və 2008-ci illərdə xalqımızın mütləq çoxluğunun etimadını qazanaraq Prezident seçildi. Artıq 10 ildir ki, Azərbaycan dövlətinə layiqincə rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi düzgünuğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatı əsaslı şəkildə inkişaf edib.

İqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan dünya ölkələri arasında ilk sıralardadır. Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətlilik hesabatına əsasən ölkəmiz rəqabətlilik reytinqinə görə bir qədər də irəliləyib və 148 dövlət arasında bir çox Avropaqonşu dövlətləri arxada qoyaraq, hazırda 39-cu yerdədir. MDB-də isə birinci yerdədir. Bu uğurlar əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün bir sıra sosial proqramların həyata keçirilməsinə imkan yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, neftdən əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, neft kapitalının insan kapitalına çevrilməsi və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticəsidir ki, ölkəmiz ötən 10 ildə yüksək göstəricilərə nail olub.

Bu gün müstəqil respublikamız sürətlə müasirləşir. Bakı və ölkəmizin bir çox şəhərləri, Gəncə, Naxçıvan, Qəbələ və s. müasir Avropa şəhərlərinə bənzəyir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsini 4000 illik tarixə malik olan qədim Gəncənin timsalında da açıq-aydın görmək mümkündür. Şəhər öz qədimliliyini saxlamaqla daha da gözəlləşib, abadlaşıb. Yerli əhali və şəhərimizə gələn qonaqlar tərəfindən heyrətlə qarşılanan bu abadlıq və quruculuq, iqtisadi və sənaye potensialının güclənməsi möhtərəm Prezidentimiz İlham Əliyevin 2011-ci il 18 fevral tarixli Fərmanından sonra, xüsusilə şəhər rəhbərliyində etdiyi dəyişiklikdən sonra olub. Ölkə başçısının hər bir tapşırığını, tövsiyəsini və qayğısını vaxtında, çevik, böyük sürət, yüksək məsuliyyət və diqqətlə yerinə yetirən şəhər rəhbərliyinin gərgin əməyi bu gün, qısa bir müddətdə öz bəhrəsini verib və verməkdədir. Heç də təsadüfi deyil ki, yeni təyinatdan təxminən 11 ay sonra, 2012-ci il yanvarın 21-də Gəncəyə səfəri zamanı ölkə başçısının dediyi “Gəncə Şərqin mədəniyyət mərkəzidir. Mən şadam ki, doğma Gəncəmiz qədim ənənələr üzərində müasirləşir və gözəlləşir” sözləri bu gün hər bir gəncəlini Gəncənin daha da inkişaf etməsi, gözəlləşməsi üçün əllərindən gələni etməyə, var qüvvə ilə görüləcək işlərə öz töhfəsini verməyə sövq edir. İndi burada yaşayan insanlar, kiçikdən-böyüyə hər bir şəxs böyük həvəslə, tükənməz enerji ilə fədakarcasına çalışırlar. Həyata keçirilən yenidənqurma və abadlıq-quruculuq işləri özünün çoxşaxəliliyi ilə fərqlənir. Küçələr əsaslı dərəcədə enlənir, yeraltı kommunikasiya xətləri müasir tələblərə cavab verən şəkildə dəyişdirilir, keyfiyyətli səki daşları düzülürasfalt örtüyü salınır, yaraşıqlı işıqlandırma dirəkləri quraşdırılır, Heydər Əliyev, Nizami, Atatürk, Şah İsmayıl Xətai prospektlərindəki əksər çoxmərtəbəli binalar yüksək keyfiyyətli üzlüklərlə böyük zövqlə əhatə olunur, şəhərin 800-dən çox yüksək mərtəbəli binalarının 30 faizindən artığının dam örtüyü müasir üslubda dəyişdirilib, mədəniyyət mərkəzlərinin, möhtəşəm binaların tikintisi başa çatdırılır, çoxsaylı tarixi abidələr yenidən bərpa olunur, 20-dən çox məktəb, bir çox səhiyyə ocaqları yüksək zövqlə təmir olunub. Özünün əzəməti və böyüklüyü ilə seçilən, gəncəlilərin əsas istirahət və qürur yeri olacaq əsrarəngiz Heydər Əliyev parkında və eləcə də, “İstiqlaliyyət”, “Mirzə Şəfi Vazeh”, “Əziz Əliyev” parklarında və “ İmamzadə” dini kompleksində son tamamlama işləri gedir. Ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə inşa olunan möhtəşəm Heydər Əliyev Mərkəzi, Məhsəti Gəncəvi və Nizami Gəncəvi mərkəzləri hər bir gəncəlinin qəlbində böyük fəxarət hissi oyadır. Ərazisinin böyüklüyü və yaşıllığı ilə seçilən, Qafqazda və mən deyərdim ki, dünyada analoqu olmayan Ulu öndərin adını daşıyan Heydər Əliyev parkını gəzdikcə adam heyrətini gizlədə bilmir. Qısa bir müddətdə parkda inşa olunan möhtəşəm Heydər Əliyev Mərkəzi, Zəfər tağı, 3 hektar sahədə yaradılan süni göl, şəlalə, 3 min tamaşaçı tutumlu amfiteatr, gənclər sarayı, uşaqlar üçün əyləncə yeri, parkın içərisində yeni salınmış və səki daşları ilə əhatə olunmuş asfalt yollar, işıqlandırma dirəkləri, təmizlik üçün qablar, oturacaq stolları, dekorativ ağaclar, yaşıllıqlar, səliqə-sahmanla basdırılmış gül-çiçəklər, xalçalar, butalars. qurucusu və memarı Heydər Əliyev olan müstəqil dövlətimizin bugünkü təntənəsidir, müstəqilliyimizin, gəncəlilərin Ulu öndərə və ölkə başçısına olan sonsuz hörmət və ehtiramının, eləcə də, ölkə başçısı cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısının ifadəsidir.

Tam səmimiyyətlə deyə bilərəm ki, belə bir layihənin keçmiş Sovetlər birliyində ərsəyə gəlməsi ən azı 10 il vaxt tələb edərdi. Budur Gəncənin yeni müstəvidə tərəqqisi, burada olan inkişafın sürəti!

Bu gün Bakı istiqamətindən şəhərə daxil olan hər bir kəs sanki möcüzələr aləmi ilə üzləşir. Yolun sağsol tərəflərində ucaldılan uzunluğu 47 metr, eni 4 metr, hündürlüyü isə 22 metr olan möhtəşəm və əzəmətli “Qalakompleksi bir növ şəhərin qədim tarixini özündə əks etdirir. Burada hündürlüyü 65 metr olan üçrəngli bayrağımız, Ulu öndərin abidəsi, yeni işıqlandırma sistemi, fəvvarələr, ətrafındakı yaşıllıqlar və təravətli gül-çiçəklər qalaya xüsusi görkəm verir. Daha sonra şəhərə doğru irəlilədikcə yolun sağsol tərəflərində milli-memarlıq üslubunda tikilən, təxminən 3 km. uzunluğunda olan istinad divarları, yaşıllıqlar, Şeyx Nizaminin əzəmətli məqbərəsi, onun ətrafında aparılmış genişmiqyaslı abadlıq işləri, yaraşıqlı Nizami muzeyi, yol boyunca basdırılmış dekorativ ağaclar, onların damcı üsulu ilə suvarma sistemi, yolun sol tərəfində qısa bir müddətdə salınan və hər cür şəraiti olan 1500 ailəlik qaçqın və məcburi köçkünlərimizin məskunlaşması üçün yaraşıqlı şəhərcik, yeni tikilən 3 mərtəbəli avtovağzal hər birimizin qəlbində qürur hissi yaradır, ölkə başçısına və şəhər rəhbərliyinə dərin hörmət və ehtiram ifadə edir.

Gəncənin gələcəkdə respublikada ikinci sənaye şəhərinə çevrilməsi haqda da ölkə başçısının göstərişi bu gün uğurla həyata keçirilir.

Möhtərəm Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş, “Gəncə DET, AL” Alüminium MMC-nin Alüminium zavodunun isti metal tökmə və fasiləsiz yaymaboyama istehsal sahələrində işlər yekunlaşmaq üzrədir. “Elba kəsim və emal fabrikası” MMC-də, “Neon” firmasında”, “Gəncə şərab-2” ASC-də, “Gəncə Əlvan Metal Emalı” ASC-də və s. -də müasir avadanlıqlar quraşdırılır, yeni yerləri açılır.

Bütün bunlarla yanaşı, ölkə başçısının Sərəncamı ilə Gəncə şəhərinin tərkibinə verilmiş şəhərətrafı Məhsəti, Sadıllı, Natəvan, Şeyxzamanlı və Cavadxan qəsəbələrində də möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində genişmiqyaslı quruculuq və abadlıq işləri görülür.

Yəqin ki, hər birimiz möhtərəm Prezidentin Gəncəyə sonuncu səfəri zamanı söylədiyi “Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilib. Bu diqqət daimidir. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir” ifadələrini yaxşı xatırlayırıq.

Azərbaycan xalqı gələcəyə inamla baxır. Xalq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə Azərbaycanın gənc, lakin sürətlə inkişaf edən, dünya ictimaiyyətinin hörmətini qazanmış bir ölkə olduğunu əyani şəkildə görür, ölkə başçısının daxilixarici siyasətini dəstəkləyir və gələcəkdə də ölkəmizin dinamik inkişafını, sabitliyini və qüdrətli bir ölkəyə çevrilməsini məhz cənab İlham Əliyevə etibar edir.

 

Kamil Fətəliyev,

Az.ETAqromexanika

İnstitutunun direktoru

Yeni Azərbaycan.- 2013.- 3 oktyabr.- S.18.