Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsinin nəticəsidir

 

Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadisiyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündürbu yol bizi daha uğurlu gələcəyə aparır.

İqtisadiyyatı inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Cari ilin birinci yarısında qeyri-neft sektorunda artımın 11 faiz təşkil etməsi uğurlu iqtisadi islahatların nəticəsidir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, iqtisadiyyatın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir. Kənd təsərrüfatında artımın 5 faiz səviyyəsində olduğunu da önə çəkən dövlət başçısı İlham Əliyev növbəti illərdə bu artımın daha böyük olacağına əminliyini ifadə etmişdir: “Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. 5 milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir”.

Təbii ki, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaradır. Amma bir reallığı da qeyd edək ki, dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu ehtiyatlar heç də hər zaman uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Lakin Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin öndə saxlanılması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqlədi. İqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verilməsi Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisidir. Azərbaycanın bugünkü uğurlarının davamlılığında neft strategiyasının rolu inkaredilməzdir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadisiyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin nüfuzununsiyasi çəkisinin təsdiqidir.

Cənab İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Son 10 ildə atılan addımlara diqqət yetirsək bu fikrin reallığa əsaslandığının şahidi olarıq. “Biz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik”.

On il bundan əvvəl proqnoz kimi səslənən bu istək artıq reallığa çevrilib. İqtisadi resursların insan kapitalına çevrilməsi əsas tezis kimi önə çəkilərək, müasir dövrün tələblərindən biri kimi yüksək ixtisaslı kadrların hazırlanmasına diqqət daha da artırılıb. Prezident İlham Əliyevin Fərmanı ilə “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi və uğurla icrası da bu məqsədə xidmət edir. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir.

Qeyd olunduğu kimi bütün bu uğurlar Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına söykənir. “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın bugünkü iqtisadi imkanlarını, beynəlxalq aləmdə siyasi mövqeyini düşünmək çətin deyildi. Dövlət başçısı bildirir: “Əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?”

Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediliciyinə görə də maraq doğurur. Son on ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 10 ildə bir milyondan artıq yeni yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. İşsizlik 5,2 faizdir. Hər sahə üzrə konkret dövlət proqramlarının qəbulu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi bölgələrdə olan dövlət başçısı İlham Əliyev əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələr arasında fərqin aradan götürülməsi də bu inkişafın göstəricisidir.

Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Ayrı-ayrı dövrləri əhatə edən “Azərbaycanda Sahibkarlığın İnkişafı” Dövlət Proqramı, “Azərbaycanda kiçikorta sahibkarlığa Dövlət Yardımı Proqramı”, “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər proqramların uğurlu icrasının davamı olaraq hazırda “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlərin icrası uğurlarımızın davamlılığına zəmin yaradır.

Azərbaycanın bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsinin dünya mətbuatında da geniş yer alması təbii ki, artan çəkisinə, nüfuzuna, iqtisadisiyasi mövqeyinin möhkəmlənməsinə əsaslanır. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən II Beynəlxalq Humanitar Forumda səsləndirilən fikirləri yada salaq. Bu inam ifadə olunmuşdur ki, İqtisadi Forumların əbədilik mərkəzi hesab olunan Davos kimi Azərbaycan da Humanitar Forumların daimi məskəni adını qazanacaq. Amma bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan eyni zamanda, İqtisadi Forumlar üçün əsas mərkəzdir. Bu ilin aprelində Bakıda keçirilən Ümumdünya İqtisadi Forumu bir daha inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı bu reallığı da diqqətə çatdırdı ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönlətməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. “Hazırda bizim məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bunun üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik.

Regional inkişaf proqramlarının uğurlu icrası hədəflərə çatmağa stimul verir. Qarşıdakı on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək, onlarda paytaxtla bölgələr arasında heç bir fərq olmur. Bizbuna çalışırıq. Son 10 ildə ümumi daxili məhsul üç dəfə artıb. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirildi. Qeyd edək ki, 2009-cu ildə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə isə 5 faiz olmuşdur. İqtisadiyyatın aynası olan büdcə son on ildə 20 dəfədən çox artıb. Cari ilin dövlət büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə büdcəmiz 1,3 milyard dollar olmuşdur. Bu gün bu rəqəmin 25 milyard dollara çatması təbii ki, böyük uğurdur. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini təşkil edən Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev bildirir ki, bütün uğurlarımızı ancaq neft amilinə bağlamaq səhv olardı. Dünyada bizdən qat-qat çox neft-qaz hasilixrac edən bəzi ölkələrin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. Bu fikirxüsusi qeyd olunur: Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik-neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.

Valyuta ehtiyatlarımız 48 milyard dollar səviyyəsinə çatıb. Valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlərin araşdırıldığını qeyd edən dövlət başçısı İlham Əliyev bu gerçəkliyi də diqqətə çatdırır ki, əgər valyuta ehtiyatlarını adambaşına hesablasaq Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir. Bu günün reallıqları cari il üçün proqnoz göstəricilərinin də özünü doğruldacağına əsas verir. Belə ki, proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda əsas kapitala qoyulan böyük həcmli investisiyalarixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. Qeyd edək ki, cari ilin ötən dövründə əhalinin pul gəlirləri 7 faiz artıb. Proqnozlara görə bu il iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq. Bu onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurludur.

İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Regional inkişaf proqramlarının icrasına başlananda, yəni 2004-cü ildə ölkəmizdə orta əmək haqqı 100 dollar səviyyəsində idi. Bu gün isə həmin rəqəm 520 dollar səviyyəsindədir. Orta pensiya 2004-cü ildə 20 dollar, hazırda isə 200 dollar səviyyəsindədir.

Bir rəqəmi də qeyd edək ki, hazırda ölkəmizdə pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardan biri kimi ötən il vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini qeyd etməliyik. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat vəsait kompensasiya şəklində verilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, neft gəlirlərindən səmərəli istifadəyə yönələn addımlardan biri kimi 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması və toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsini xüsusi qeyd etməliyik. Hazırda Fondun aktivlərinin həcmi 34 milyard dollardan çoxdur. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması uğurlu sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Dövlət başçısı İlham Əliyev neft-qaz sektorunu iqtisadiyyatın dayağı kimi dəyərləndirir: “Bu gün iqtisadiyyatımız çox güclü iqtisadiyyatdır... Bizim neft-qaz sahəsində irəli sürdüyümüz bütün təşəbbüslər demək olar ki, artıq reallaşır. 2004-cü ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi ortaya qoymuşduqöz iradəmizi səfərbər etmişdik. 2004-cü ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına böyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir”.

Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan hazırda o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. Bəzi maliyyə qurumları ölkəmizə ayırdıqları kreditlərin həcmini azaldarkən, yaxud birdəfəlik dayandırarkən bu amili önə çəkirlər ki, Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hər bir problemi təkbaşına həll etməyə imkan verir.

Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqiq edilməlidir, incidilməməlidir”.

Dövlət başçısının hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalaması və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması da bu diqqət və qayğıdan irəli gəlir. Ölkə Prezidentinin vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır. Rayonlar arasında sağlam rəqabət aparılır. Uğurlarımız fonunda bu inam ifadə edilir: “Mən iqtisadi sahədə gələcəkdə heç bir problem görmürəm, bu, mümkün deyildir. Biz ancaqancaq inkişaf yolu ilə gedəcəyik”.

Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da bu inamdan irəli gəlir. Sənəddə qarşıdakı on ilin əsas vəzifələri və onlara çatmağın yolları öz əksini tapıb. Bu günün hədəfi ilə 10, 20 il bundan öncənin məqsədlərinin müqayisəli təhlilini aparsaq, bu fikir öz təsdiqini tapar ki, uğurlar yeni hədəflərə yol açmaqla yanaşı, onların icrasını şərtləndirir.

Dövlət başçısı İlham Əliyev bu fikrixüsusi qeyd edir ki, əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir və uğurlu nəticələr əldə olunur. Bu fikir də dövlət başçısı tərəfindən daim qeyd olunur ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri iqtisadiyyatın inkişafının əsas göstəricilərindən olan ümumi daxili məhsulun formalaşmasında kiçikorta sahibkarlığın xüsusi yerinin olmasıdır. Sahibkarlığın inkişafı həm bölgələrdə, həm də şəhərlərdə uğurlu inkişafı təmin edir. Ölkəmiz, ümumilikdə region üçün böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkşafına geniş yol açan mühüm addımlardır.

Sahibkarlığın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyevin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq adamları qeydiyyat orqanına getmədən, vaxt itirmədən internet vasitəsilə onlayn rejimində qeydiyyata alınırlar. Dövlət başçısının 5 sentyabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq ötən ilin sonunda istifadəyə verilən “ASAN xidmətmərkəzinin fəaliyyətinin məqsədi məhz dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-”dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. O da məlumdur ki, ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetində keçirilən bütün iclaslarda biznes mühitinin yaxşılaşdırılması üçün vacib olan tədbirlərdən bəhs etmiş, aidiyyəti qurumlara konkret tapşırıqlarını vermişdir. Bu gerçəklik diqqətə çatdırılır ki, Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar var. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni addımlar bu il biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Bu inam da ifadə olunur ki, elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü korrupsiyaya qarşı ciddi bir alət olacaq.

Sadalananlar bu gerçəkliyi söyləməyə əsas verir ki, atılan addımlar bir məqsədə xidmət edir-Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin edilsin.

 

İqbal Məmmədov,

Milli Məclisin deputatı

Yeni Azərbaycan.- 2013.- 4 sentyabr.- S.4.