Bu gün tanınmış Azərbaycan şairəsi Nurəngiz GÜNün ad günüdür.

 

1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açan xanım GÜN (o zamankı adı ilə desək) Azərbaycan Dövlət Teatr İnstitutunun məzunudur.

Nurəngiz Gün (yenə, o zamankı adı ilə desək,) Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.

Ədəbiyyata “Tanrı” povesti ilə gələn şairə, “ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifidir.

Nurəngiz GÜNün şeirləri bir çox ölkələrdə-Türkiyədə, Özbəkistanda, İranda, İraqda, Estoniyada, keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi ödüllərinə layiq görülüb.

...Poeziyası ümid, kədər, məhəbbət və qadın(lıq)... ətrinə bələnən şairənin könül süfrəsindən, şeir bağçasından... seçilən əlvan çələngi “Yeni Azərbaycan” oxucusuna təqdim edirik:

Ulu nənəm, Gün xanım, hey!..

Bu torpağın öncə Günəşi doğub,

Bu torpaq sarı tellərdən yoğrulub.

Bu torpağın ulu nənəsi Gün xanım olub.

Gün xanım, Günəş xanım!

Andım, Tanrım, imanım!

Yadındamı,

Tellərindən bir cüt hörük toxudun,

Bağışladın anama?

Hə, bax, onu deyirəm, e!

Allah apardı, getdi...

O telləri bu torpaqdan

Uf demədən,

Zorla qopardı, getdi.

Gün xanım, Günəş xanım!

Gözəlim, mehribanım!

O titrək əllərinlə

Titrək kirpiklərimə

Bir yol sığal çək!..

Yoxsa, yoxsa...

Şehləri... ləçəkləyəcək,

Qırov tutacaq onları...

Gün xanım, Günəş xanım!

Eşqim, duam, qızıl banım!

Uzat sarı tellərini,

Uzat, əllərim çatmır.

Uzat, uzat, sarıl mənə,

Sarıl mənə, apar məni,

Mənə soyuqdur, Günəş...

Çatarsam,

Odundan ovuc-ovuc udacağam...

Boğazımda qurşun qalacaq, Günəş!

Bir qurşuna möhtacam...

Eşidirsənmi, ulu nənəm, hey!

Gün xanım, Günəş xanım!

Sap-sarı xanımanım!

 

Ağlama, Zaur, ağlama

(Əvəzsiz sənətkarımız, respublikanın Xalq artisti Fuad Poladova, “Təhminə və Zaur” pyesindən aldığım təəssüratla)

Firəngiz neyləsin?

Gümüş tabut kimi ömür edir, gümüş pillələr.

Firəngizin dünyası məlum -

Zəncir hasar arxasında gümüş yuxular.

Zaurun başında başqa qayğı var

Firəngizin əlləri çatmaz,

yatır ürəyində ölü qorxular;

Gözəl Zaur - özgə tikəsi!

Zaur daş pillələrdə əsrin müti məlaikəsi!

Zaur birdən daş qapını aça bilər,

Zaur birdən baş götürüb yol uzunu,

yollar boyu qaça bilər.

Zaurun çəpəri çarpaz çəkilib.

Bu sədd qayım olmalı.

Əsir düşmüş Zaur bu gün.

O qız sayıq olmalı!

Zaurun qandalı əllərindədir -

Zaurun ürəyini budağından üzəcəkdir.

Tapıbdır haqqın yolunu.. Yox. Yaxşı.”

Zor məsələ. Zaur buna alışacaq,

dözəcəkdir!

Zaur bu göl,

bu ölü sular içrə su zambağı!

Büllur ləçəkləri çirklənəcək.

Zaur dev yuxusunda. Bir gecə

Yuxuları çiliklənəcək.

Ayılınca,

O sahilə bir daha harayı yetməyəcək!..

Gölün üstü örtülüdür. Bu tərəfdə,

Günahlar örtük altında. Bilinməyəcək.

Gizli-gizli, hər şey gizli.

Ah, yazıq Təhminə!

Təkcə sənin tüstün bəlli! -

Qorxdu, çəkildi Zaur -

Aydan arı, sudan duru “bəyazları”

Zəhərləyə bilərdi, Təhminənin tüstüsü,

O gölün çirkablarını

Ləkələyə bilərdi, Təhminə qüssələri!..

Mərhəmətlər içindəymiş Təhminə.

Mərhəmətlər dünyasından qəfil qopdu

Təhminə.

Qeyb oldu, qəfil uçdu, qəfil köçdü,

Bulud oldu, su oldu,

buludlara hopdu Təhminə! Zaur!..

Təhminənin rəsmi göy üzündədi.

Ala gözlər alacalanıb.

Baxır, baxır, hey baxır,

yer üzünü seçə bilməyir.

Kirpikləri teyxa qarmış!..

Göy üzü hüzündə di

Göy üzü qəlbidi. Göy bizdən hündürdədi!

Endir Zaur, endir qolların göydən aşağı,

Ağlama daha, ağlama!

Çayxana müdiri fin aboyu gətirdi,

Sənin kədərini anlamayacaq.

Fərqində deyil.

Fərqində deyil

ellər, sellər! -

Təkcə Təhminə üşüyür!.. Bax, yaxşı bax,

uçur mərtəbəsinə,

Qanadında sənin inci yaşların

Uçur qübbəyə sarı.

Qanadını eşq yandırır,

sinəsində ağrı vardır.

Bax, yaxşı bax, saçları sozalıb,

ayaz vurub, don vurub,

rəngi ağappaq ağarmış

Alıb heysiz qanadlarına,

aman Allah, səni

Səni aparırmış!..

Ağlama, Zaur bala ağlama daha, ağlama!

1985

 

Döydüm qapını

 

Şəngülümsüz, Şüngülümsüz

bir Məngülüm var,

bir bəmbəyaz gülüm var.

Qürbətdən gəlirdim.

Döydüm qapını, utana-utana.

Oxudum mahnımı, mən yana-yana:

- Məngülüm! qapını, mən gəlim.

Döşümdə ağrı gətirmişəm,

başımda təzyiq

Buynuzlarım ki, yoxdur?

Olsaydı, ot yox,

At gətirdim, həyat gətirərdim,

At ucalıqdır, həyat - qanadlı bir nağıl!..

At gətirərdim, həyat gətirərdim.

1978

Boşluq

 

Bomboş bir səssizlik,

bomboş

Boşluqda sevgi, nifrət, səadət,

hiss, səs!

Atlıydım. Bəs hanı? Qamçım vardı,

bəs hanı?

Atım sizə qalsın. Qaytarın qamçımı!

Qamçılamaq istəyirəm

bu boşluğu!

* * *

İstədim çağıram...

Boynum çiynimə düşdü.

Çünki heç kim yox idi qabaqda.

 

İstədim çağıram,

Ey, Adam!”

Gördüm çiynimə düşənim

“Gedək evimizə” deyir,

Burası “səhradır!”

Pıçıldayır...

Aman könlüm! Can könlüm!

Deyəsən qəribçilikdir...

Yol gedirəm

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid qürur,

İçimdə ağlamaq ehtiyacı

Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdir varım-yoxum

Yol gedirəm, saplağından qırılanadək.

 

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası,

Başımda məğlub eşqim

Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Yaləm titrəyişim

Yol gedirəm, yol olanadək.

1984

 

Nurəngiz Gün

Yeni Azərbaycan.- 2013.- 21 sentyabr.- S.12.