Zərifə xanım
Əliyevanın timsalında ideal qadın
və əsl Azərbaycan xanımı obrazı canlanır
Musahibimiz Milli Məclisin
deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru
Gövhər Baxşəliyeva
- Gövhər xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü tamam olur. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Zərifə xanım Əliyeva mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim kimi xatırlanır...
- Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Hesab edirəm ki, Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir.
Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Bu gün Onun yetişdirdiyi kadrlar da insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq elə də asan məsələ deyildi. Məsəl var, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım da ailədə Ümummilli liderimiz Heydər Əliyevin güclü dayağı olub. Eyni zamanda, onların arasında böyük, saf məhəbbət yaşanıb. Bu barədə Ulu öndərimiz Özünün xatirələrində də danışırdı ki, heç bir çətinlik Zərifə Əliyeva ilə olan məhəbbətinə mane ola bilməyib. Biz Heydər Əliyevin necə polad iradəli şəxs olduğunu yaxşı bilirik. Amma O, təkcə Zərifə xanımın məzarı önündə kövrəlmişdi. Əlbəttə ki, bu, Zərifə xanımın Heydər Əliyevin həyatındakı rolundan irəli gəlir.
Ümumiyyətlə, Zərifə Əliyevanı və ailəsini şəxsən tanıyan hər bir kəs Onun haqqında xoş, müsbət fikirlər bildirirlər. Bununla əlaqədar bəzi xatirlərimi bölüşmək istəyirəm. 1970-ci illərdə Azərbaycanın rabitə naziri olan Hüseyn Rəsulbəyov (H.Rəsulbəyov həm də general idi) atamla dost idi. H.Rəsulbəyovun qızı Zərifə xanımın qardaşı Cəmil Əliyevin həyat yoldaşıdır. Bu qohumluq əlaqələrinə görə onların ailəvi gediş-gəlişi var idi. Mən H.Rəsulbəyovdan da Zərifə Əliyevanın respublikanın birinci şəxsinin həyat yoldaşı olmasına baxmayaraq, necə sadə insan olduğunu eşitmişdim. O, danışırdı ki, Zərifə xanım işdən evə gələndə özü mətbəxə keçər, yeməklər bişirər, ailənin süfrəsini şəxsən hazırlayardı. Qeyd edirdi ki, Zərifə xanım çox mədəni, ziyalı, qayğıkeş və sadə insandır.
Eyni zamanda, bu cür yüksək alicənablıq Zərifə xanımın qardaşları Tamerlan və Cəmil Əliyevlərdə də var. Çünki bu insanlar yüksək mədəni mühitdə böyüyüb və yaşayıblar.
- Bir ana kimi Zərifə xanım Əliyevada olan xüsusiyyətlər haqqında bir neçə kəlmə...
- Zərifə Əliyeva bir
ana kimi gözəl insan idi. O, ailədə iki övlad böyüdüb, onlara yüksək tərbiyə
verib, vətənə
layiqli övladlar kimi yetişdirib. Bu gün ölkəmizə
rəhbərlik edən
Prezident İlham Əliyev Zərifə xanımın övladıdır,
ailədə ondan ana tərbiyəsi alıb.
Eyni zamanda, bu ailənin
digər övladı
olan Sevil xanımla mən tələbə
yoldaşı olmuşam,
onunla beş il bir qrupda
ali təhsil almışıq. Bu illər ərzində mən Sevil xanımda elə xüsusiyyətlər müşahidə
etdim ki, bunların hamısı ailədən, ananın verdiyi tərbiyədən
irəli gəlirdi.
İlk növbədə,
onda dərin millilik var idi, Zərifə
Əliyeva qızını
da əsil azərbaycanlı xanımı
kimi böyütmüşdü.
Oxuduğumuz qrupda Sevil xanım özünün milliliyi, sadəliyi, davranışı, milli adət-ənələlərimizə diqqət və hörməti ilə hamıdan fərqlənirdi.
Mən başa düşürdüm
ki, bunların hamısı ailədən
gələn məsələlərdir.
Sevil xanım insanlara, o cümlədən
ətrafına, tələbə
yoldaşlarına qarşı diqqətcil
və qayğıkeş
idi. Məsələn, bir hadisəni
danışım. Bizim qrupda
bir qız oxuyurdu, uşaq ikən anasını itirmişdi. Təhsil aldığı
vaxt isə atası da dünyasını
dəyişdi. Ailədə iki bacı idilər,
kiçik bacısı
hələ orta məktəbdə oxuyurdu.
Kimsəsiz qız idi, onlara sahib çıxan qohum-əqrabası da yox idi ki,
atasının dəfnini
təşkil etsin. Qrup üzvləri yığışaraq
köməkləşdik, onun
atasının dəfnini
və başqa məsələləri həll
etdik. Bu hadisədən
bir neçə gün sonra Sevil xanım həmin qıza yaxınlaşaraq nə köməyə ehtiyacı
olsa, ona yardım etməyə hazır olduğunu dedi. Əlbəttə ki, bunu hər kəs etməzdi. Amma Sevil xanımın
ailədə aldığı
tərbiyənin nəticəsi
idi ki, ehtiyacı
olan insana öz təşəbbüsü
ilə kömək etdi. Bir sözlə, Sevil
Əliyeva obyektiv, təvazökar və çalışqan insan idi. Bütün bunlar isə
ailədə ana və atanın verdiyi tərbiyədən,
öyüd-nəsihətdən irəli gəlirdi.
- Zərifə xanım Əliyevanın oftalmologiya
elminin inkişafındakı
böyük xidmətləri
var. Onun elmi fəaliyyəti cəmiyyətimizə
hansı töhfələr
verib?
- Zərifə xanım Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında xidmətləri
olduqca böyükdür.
Alim, pedaqoq, qayğıkeş,
bilikli həkim, həmçinin, gözəl
insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl
biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında
böyük əmək
sərf edib. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən
çox-çox uzaqlarda,
səhiyyə, elm sahəsində
çalışan hər
bir insanın qəlbində yaşamaqdadır.
Zərifə xanım Əliyevanın
çox müsbət
aurası var idi. Səhiyyə tariximizdə müstəsna
yeri olan Zərifə xanım oftalmologiya sahəsində
geniş elmi axtarışları və
tədqiqatları olub.
O, tibb elmində, təcrübi səhiyyədə
son dərəcə əhəmiyyətli
əsərlər yazıb.
İllər boyu apardığı
müşahidələrin, klinik tədqiqatların və təcrübələrin
nəticələri Zərifə
xanımın dünyada
ən məşhur oftalmologiya mərkəzlərinin
birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri
Elmi Tədqiqat İnstitutunda müdafiə
etdiyi «Azərbaycanın
bir sıra kimya müəssisələri
işçilərinin görmə
orqanının vəziyyəti»
adlı doktorluq dissertasiyasının əsasını
təşkil edib. 1977-ci ildə Zərifə
xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib.
Qeyd etdiyim kimi Zərifə
xanım Əliyevanın
Azərbaycanda oftalmologiya
elminin inkişafında
müstəsna xidmətləri
var. O, vaxtilə Azərbaycanda
geniş yayılmış
traxomanın, dünya
təcrübəsində birincilər
sırasında peşə,
xüsusilə kimya və elektron sənayelərində peşə
fəaliyyəti ilə
bağlı göz xəstəliklərinin öyrənilməsi,
profilaktikası və
müalicəsinə, habelə
oftalmologiyanın müasir
problemlərinə dair
bir çox sanballı tədqiqatların,
o cümlədən "Terapevtik
oftalmologiya", "İridodiaqnostikanın
əsasları" kimi
nadir elmi əsərlərin
müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə
yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici
təklifin müəllifidir.
Xüsusi vurğulamaq lazımdır
ki, Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına
da böyük əmək sərf edib. Ümumiyyətlə, elm sahəsində göstərdiyi
xidmətlərin nəticəsi
idi ki, 1981-cı ildə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata -
SSRİ Tibb Elmləri
Akademiyasının akademik
M.İ. Averbax adına mükafatına
layıq görüldü.
Eyni zamanda, Zərifə xanım həmin
mükafata layiq görülən ilk qadın
olub.
Zərifə xanımın elmi tədqiqatları yüksək
səviyyədə olmaqla
bərabər, onların
sosial əhəmiyyəti
də olduqca böyük idi. Onun bu sahədə xidmətləri,
fəaliyyəti qiymətləndirildi
və Azərbaycan Elmlər Akademiyasının
akademiki seçildi.
Xüsusi vurğulamaq istəyirəm
ki, bu gün
də Zərifə Əliyevanın tədqiqatlarından
tibb elmində geniş istifadə olunur.
Yeni Azərbaycan.-2014.- 26 aprel.- S.5.