Azərbaycan-Rumıniya əlaqələri strateji xarakter daşıyır

 

İki ölkə arasında uzun illərdir uğurla davam edən münasibətlər ən yüksək inkişaf mərhələsinə çatıb

Xəbər verildiyi kimi, Buxarestdə yerləşən Qədim Xəritə və Kitablar Muzeyində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin sabiq əməkdaşı Təbriz Qarayevin müəllifi olduğu “Rumıniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətləri” kitabının təqdimat mərasimi keçirilib. Kitab Rumıniyanın nüfuzluTop Form” nəşriyyatı tərəfindən çap edilib.

Mərasimdə ölkənin ictimai, elm xadimləri, müxtəlif universitetlərin professor və müəllimləri, Avropa Parlamentinin üzvləri, Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılar və Azərbaycansevər rumınlar iştirak ediblər. Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu, Buxarest İqtisadiyyat Akademiyasının coğrafiyaturizm kafedrasının müdiri, professor Silviu Nequts, Rumıniyanın Geniş Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı, siyasi elmlər doktoru Rızvan Buzatu, Rumıniya Coğrafiya Akademiyasının professoru Radu Sacata mərasimdə çıxış edərək kitab haqqında müsbət rəylərini bildirib, nəşrin yüksək peşəkarlıqla hazırlandığını vurğulayıblar. Çıxış edənlər, həmçinin, kitabda Cənubi Qafqaz regionunun tarixi, coğrafi, iqtisadi, geosiyasietnik baxımdan təhlil edildiyini deyib, Rumıniyanın həmin regionun ölkələri ilə ikitərəfli diplomatik, iqtisadi və mədəni əlaqələri barədə geniş məlumat verildiyini diqqətə çatdırıblar. Rumıniyanın region ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycanın Avropa üçün maraqlı olan enerji layihələrinin həyata keçirilməsində oynadığı mühüm rol vurğulanıb. Kitabın rumın oxucuları, müxtəlif təhsil müəssisələrində təhsil alan tələbələr və elmi araşdırma aparan tədqiqatçılar üçün əvəzsiz əyani vəsait olacağı qeyd edilib. Mərasimdə T.Qarayev çıxış edərək müəllifi olduğu kitabda Azərbaycanın tarixi, keçdiyi inkişaf yolu, regiondakı mövqeyi, apardığı müstəqil xarici siyasət, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu, Avroatlantik institutlara fəal inteqrasiyası, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumatların yer aldığını bildirib.

Bu məqamda vurğulamaq lazımdır ki, Azərbaycan ilə Rumıniya arasında hər zaman xoşgeniş əlaqələr mövcud olub. Yeri gəlmişkən, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb, 1992-ci il iyunun 21-də iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1998-ci il noyabrın 3-dən Rumıniyanın Azərbaycanda, 2001-ci il mayın 19-dan isə Azərbaycanın Rumıniyada səfirliyi fəaliyyət göstərir. Azərbaycanla Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilir. Ümumilikdə, müxtəlif sahələrdə əlaqələrimizin inkişafını təmin edən 40-dan çox sənəd imzalanıb.

Son illərdə iki ölkənin prezidentləri, xarici işlər nazirləri, həmçinin, hökumət və parlament təmsilçiləri səviyyəsində çoxsaylı görüşlər həyata keçirilib. Belə ki, 2004-cü il martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasında keçirilən “Daha geniş Avropaya istiqamət: yeni gündəlik” mövzusunda beynəlxalq konfrans zamanı Rumıniyanın baş naziri A.Nastase ilə görüşüb. 2004-cü il oktyabrın 11-12-də Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər edib. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Prezident İlham Əliyev və Rumıniya Prezidenti İon İliyesku Buxarestin 8 May parkında xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində iştirak ediblər. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb.

Ümumiyyətlə, hər iki ölkənin dövlət başçıları daimi olaraq qarşılıqlı səfərlər edirlər. Azərbaycanın dövlət başçısının ən çox səfər etdiyi dövlətlərdən biri məhz Rumıniyadır. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi Rumıniyaya 3 dəfə işgüzar, 2 dəfə isə rəsmi səfər edib. Dövlət başçımızın 2009-cu il 28-29 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri xüsusilə yaddaqalan olub. Bunu səfər zamanı “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin imzalanması və Rumıniya Prezidenti Trayan Beseskunun Prezident İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanat da təsdiqləyir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Rumıniya arasında uzun illərdir ki, uğurla davam edən münasibətlər ən yüksək inkişaf mərhələsinə çatıb. Tərəflərin siyasi-iqtisadi əlaqələrə təkan verən mühüm addımlar atması təmasların dinamikliyini daha da artırıb və münasibətlərin məntiqi nəticəsi olaraq Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın möhkəm təməli qoyulub.

Rumıniya-Azərbaycan əlaqələrindən danışarkən bir məqamı xüsusi olaraq vurğulamaq vacibdir. Belə ki, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə növbəti yüksək qiymət Rumıniya ictimaiyyəti tərəfindən verilib. Daha doğrusu, dövlətimizin başçısı Cənub-Şərqi Avropanın, eləcə də, Rumıniyanın nüfuzluBalcanii şi Europa” (“BalkanlarAvropa”) jurnalı tərəfindən “İlin adamı-2010” mükafatına layiq görülüb. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti bu seçimini Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlarla, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb, regionuneyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd ediblər. Təbii ki, bu hadisə, dövlətimizin başçısının belə yüksək adlara layiq görülməsi hər bir vətəndaşımız üçün böyük fəxr və qürur mənbəyidir. Bu, həm də Azərbaycan dövlətinə və xalqına yüksək hörmətin ifadəsidir.

Yeri gəlmişkən, Azərbaycanla Rumıniya arasındakı əməkdaşlığı möhkəmləndirən əsas layihələrdən biri də AGRİ layihəsidir. 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili və Macarıstanın baş naziri Viktor Orban tərəfindən imzalanan AGRİ layihəsinə dair Bakı Bəyannaməsi ilə Bakı-Buxarest əlaqələri yeni müstəviyə qədəm qoyub.

Məlum olduğu kimi, bu layihə Qara dənizin iki tərəfini birləşdirən, demək olar ki, ən mühüm layihədir. Layihə Avropa İttifaqı ölkələri, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcək.

Onu da qeyd edək ki, Mərkəzi Avropanın əsas nəqliyyat-kommunikasiya qovşağında yerləşən Rumıniya ilə sıx ticariiqtisadi əlaqələrin möhkəmlənməsi ölkəmiz üçünmühüm əhəmiyyət daşıyır.

Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən ilin martında Rumıniya Deputatlar Palatası sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı da iki dövlət arasındakı münasibətlər əsas müzakirə mövzusu olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli dostluqstrateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Ötən ilin aprelində isə Rumıniyanın Konstansa şəhərində Azərbaycan Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb. Fəxri konsulluğun inzibati ofisinin rəsmi açılış mərasimində bu ölkə parlamentinin deputatları, senatorları, dövlət və hökumət nümayəndələri, Konstansadakı universitetlərin rektorları, ictimai təşkilatların və fondların üzvləri, tanınmış tarixçilər, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV-lərin nümayəndələri, bu şəhərdəki diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, diasporumuzun, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

Bu il martın 14-də isə Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniya xarici işlər nazirinin müavini Boqdan Aureskunun iştirakı ilə siyasi məsləhətləşmələr keçirilib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin strateji xarakter daşıdığı vurğulanıb.

Xələf Xələfov Azərbaycan ilə Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən, iqtisadi, kənd təsərrüfatı, sənaye, müdafiə sənayesi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da inkişafı üçün heç bir məhdudiyyətin olmadığı qeyd edilib. Nazir müavini ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini də vurğulayıb. O, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu qeyd edib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Respublikası və Rumıniya Respublikası Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014. - 26 aprel.- S.8.