Heydər Əliyev
strategiyası regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır
Azərbaycanda regionların tarazlı və yüksək inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Daha dəqiq desək, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramları Azərbaycanın ümumi iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir və fundamental strateji inkişaf konsepsiyası sayılır. Ölkəmisizin iqtisadi inkişafının təmin olunmasında mühüm rol oynayan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) iqtisadi artımı sürətləndirməklə yanaşı, sosial həyat tərzinin və insanların məşğulluğunun artmasına, bölgələrin infrastruktur təminatının yaxşılaşmasına güclü təsir göstərib.
Bölgələrin sürətli inkişafını təmin edən strategiya...
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. “Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlayıb”.
Azərbaycan dövləti 10 il əvvəl başladığı bu strategiyanı həyata keçirməklə uğurlu neft strategiyası sayəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəldərək iqtisadiyyatın tarazlı inkişafına nail olmaq məqsədini qarşıya qoymuşdu. Digər məqsəd paytaxt Bakı ilə regionlar arasındakı fərqi aradan qaldırmaq, iqtisadi istehsal obyektlərini, müəssisələri kifayət qədər yüklənmiş olan Bakı şəhərindən kənarda - bölgələrdə yaratmaq idi. Başqa bir istiqamət isə bölgələrdə sosial infrastruktur tarazlığını və regionlarda yeni iş yerlərini yaratmaq, insanların məşğulluğunu təmin etmək məqsədi güdürdü.
Beləliklə, hökumət nəzərdə tutulan bu fundamental prinsipləri yerinə yetirməklə regionların inkişafında həyati əhəmiyyət kəsb edən əsaslı sosial-iqtisadi dəyişikliklərə nail oldu. Aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib. Regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, onun 900 mini daimidir. Bəhs edilən müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3 artıb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
Regionların inkişafına 50 milyard
manatdan çox sərmayə qoyulub...
Bir sözlə,
regionların sosial-iqtisadi
inkişafı Dövlət
proqramları iqtisadi inkişafın əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət
tənzimlənməsinin mütərəqqi
bir metoduna çevrilib. Ölkənin sosial-iqtisadi problemlərinin
həllində sahibkarlığın
rolunun artırılması,
bu istiqamətdə dövlət qayğısının
genişləndirilməsi və
ən əsası regionlarda sahibkarlığın
inkişafı sahəsində
mövcud potensialdan istifadə edilməsi mühüm vəzifələrdən
biri olub. Bu baxımdan regionların
maliyyə vəziyyətinin
yaxşılaşdırılması və sahibkarlığın
regional inkişafının sürətləndirilməsi həyata
keçirilən siyasətin
əsas istiqamətlərindən
birini təşkil edib. Regionlardakı sahibkarlıq subyektlərinə
və biznesə dövlət dəstəyi
tədbirlərinin gücləndirilməsi,
azad sahibkarlığın
inkişafı üçün
maliyyə və texniki imkanların artırılması sahəsində
əhəmiyyətli dönüş
yaranıb.
Ötən 10 ildə Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan
layihələrinin maliyyələşməsinə,
45 faizi qaytarılmış
vəsait olmaqla, 1,2 milyard manat güzəştli
kredit verilib və bu layihələr
hesabına 110 minədək
yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Həyata keçirilmiş
tədbirlər sayəsində
məşğulluqda özəl
sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq
subyektlərinin sayı
2,5 dəfə artıb
və ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80
faizi ötüb. Həmin kreditlər hesabına ölkədə 55 min yeni
müəssisə yaradılıb.
Hər iki proqramın icrasına bütün mənbələr
hesabına 50,7 milyard,
o cümlədən, birinci
proqramın icrasına
16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Dövlət proqramları Azərbaycanın
dünyada iqtisadi gücünü artmasına
səbəb olub...
Regionların sosial-iqtisadi inkişafı
ilə bağlı həyata keçirilən
Dövlət proqramları
Azərbaycanın dünyada
sürətli iqtisadiyyata
malik ölkə kimi nüfuzunun artmasına, dünya dövlətləri sırasında
ən mühüm iqtisadi göstəricilər
üzrə qlobal hesabatlarda mövqeyinin yaxşılaşmasına da
əhəmiyyətli təsir
göstərib. Son 10 ildə bütün sahələrdə
böyük uğurlar
qazanan Azərbaycanın
maliyyə imkanlarının
artması, ölkəmizin
transmilli layihələrin
təşəbbüskarı və əsas iştirakçısı kimi
çıxış etməsi,
müasir tələblərə
cavab verən infrastrukturun yaradılması,
ən yeni texnologiyalara əsaslanan müəssisələrın fəaliyyətə
başlaması, sahibkarlığın
dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması müşahidə olunub. Məhz bu mühüm faktorlarda regionların inkişaf strategiyası ciddi rol oynayıb.
Dövlət proqramları Azərbaycanın
dünyada nüfuzunun
daha da artmasına,
iqtisadiyyatın rəqabət
qabiliyyətinin yüksəlməsinə,
əhalinin həyat səviyyəsinin davamlı
olaraq yaxşılaşdırılmasına
səbəb olub.
Qarşıda yeni hədəflər
durur...
Məlum
olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sənədə
əsasən, regionlarda
kommunal xidmətlərin
və sosial infrastruktur təminatının
keyfiyyətinin daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması,
regionlardakı iqtisadi
imkanların səfərbər
edilməsi, iqtisadiyyatın
diversifikasiyasının, qeyri-neft
sektorunun və regionların inkişafının
davamlılığının təmin edilməsi, investisiya qoyuluşunun artırılması, yeni müəssisələrin və
iş yerlərinin açılması ilə
bağlı tədbirlərin
davam etdirilməsi nəzərdə tutulub. Dövlət
başçısı üçüncü
regional proqramın icrası
üçün müvafiq
orqanlara zəruri tədbirlər görməklə
bağlı tapşırıqlar
verib. Dövlət
regionların inkişafının
sürətləndirilməsinə nail olmaqla bölgələr arasındakı sosial-iqtisadi
fərqlərin tam aradan
qaldırılmasına və
balanslaşdırılmış inkişafa nail olmaq, respublikanın rayon və şəhərlərinin yerli
gəlirləri hesabına
mərkəzləşdirilmiş xərclərdən ayrılan
vəsaitləri azaltmaq
niyyətindədir. Bu məqsədlə qarşıdakı
illərdə bölgələrdə
iqtisadi gücün
tam səfərbər olunması,
istifadə edilməmiş
iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevrilməsi
nəzərdə tutulur.
Yeni Dövlət Proqramında
ölkə regionlarında
mühüm infrastruktur
layihələrinin reallaşdırılması
ilə yanaşı, iqtisadiyyatda sənayeləşmə
siyasəti, kənd təsərrüfatının inkişafı
üçün rayonlar
arasında və rayonlar üzrə ixtisaslaşmanın aparılması,
kənd təsərrüfatının
intensiv inkişafının
təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi və İKT məsələləri, əsas
ərzaq məhsulları
üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və
ölkənin ərzaq
təhlükəsizliyinin gücləndirilməsi
ilə bağlı tədbirlərin istiqamətləri
də müəyyən
olunub. Ən ucqar kəndlərdə
bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa
çatdırmaq, rayonlarda
iqtisadi fəallığı
artırmaq üçün
digər tədbirlərlə
bağlı kompleks islahatları həyata keçirmək nəzərdə
tutulur. 2009-2013-cü illərdə elektrik enerjisi, qazlaşdırma sahələrinə, içməli
su təminatı, meliorasiya və suvarma bölmələrinə
böyük diqqət
ayrılacaq, bir çox infrastruktur proqramları həyata keçiriləcək. Bir sözlə,
Azərbaycanın bütün
bölgələrində, kənd
və qəsəbələrində
bu iqtisadi hədəflərin reallaşması
nəticəsində tamamilə
yeni mənzərə
yaranacaq. 2009-2013-cü
illəri əhatə
edən proqramın spesifik xüsusiyyətlərindən
biri hər bir kənd və
qəsəbə üzrə
ayrıca tədbirlər
planını reallaşdırmaqdan
ibarət olacaq.
Məlum
olduğu kimi, yaxın 5 il ərzində ölkədəki
iqtisadi artımın
2 dəfə yüksəldilməsi
əsas hədəf seçilib və bu məqsədlə Azərbaycanın malik olduğu təbii sərvətlərdən səmərəli
istifadə edilməsi
və regionların sosial-iqtisadi inkişafının
sürətləndirilməsi və regionlar arasında mövcud olan diferensiasiyanın minimuma endirilməsi başlıca prioritetlərdəndir.
Eyni zamanda, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin
və onun intellektual-texnoloji səviyyəsinin
yüksəldilməsi, iqtisadiyyatın
diversifikasiyasının sürətləndirilməsi
və optimal iqtisadi strukturun və qeyri-neft sektorunun dinamik inkişafının
təmin edilməsi, qeyri-neft məhsullarının
ixracının genişləndirilməsi,
ölkənin ixrac potensialının artırılması,
ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin
təmin olunması kimi prioritetlər daxildir.
Zahid İLHAMOĞLU
“İqtisadiyyat
və Sənaye Nazirliyi tərəfindən
jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə
təqdim edilir”
Yeni Azərbaycan.-2014.- 30 aprel.- S.6.