Azərbaycan-Avstriya əlaqələri bütün
sahələr üzrə inkişaf edir
İki ölkə arasında
çoxşaxəli və yüksək səviyyəli
münasibətlər mövcuddur
Xəbər verildiyi kimi, aprelin 1-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avstriya Milli Şurasının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Oqtay Əsədov qədim tarixə malik olan Azərbaycan-Avstriya münasibətlərinin inkişafının məmnunluq doğurduğunu söyləyib. Əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin rolunu xüsusi vurğulayan Oqtay Əsədov deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər zamanı aparılan danışıqlar, imzalanmış sənədlər hərtərəfli əməkdaşlığın genişlənməsi üçün möhkəm hüquqi baza yaradıb.
Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb. Son 10 ildə Azərbaycanda bütün sahələrdə müşahidə olunan sürətli inkişafdan söhbət açan O.Əsədov ölkəmizin Avropaya inteqrasiyası sahəsində çox mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sədr beynəlxalq ictimaiyyətin bu problemin həlli istiqamətində daha ciddi səy göstərməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Buna baxmayaraq, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir.
Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf səfər zamanı nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, xalqlarımız arasında əlaqələrin qədim tarixi vardır və münasibətlərimizin bu gün də bütün sahələrdə inkişaf etməsi çox sevindiricidir.
Qonaq Azərbaycanın qısa müddətdə bu qədər nailiyyət qazanmasını yüksək qiymətləndirib və Avropaya inteqrasiya istiqamətində ölkəmizə daim dəstək göstərməyə hazır olduqlarını söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd etmək yerinə düşər ki, iki ölkə arasında sıx münasibətlər mövcuddur. Xatırladaq ki, Avstriya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. 1995-ci ilin sentyabrında Azərbaycanın Avstriyada səfirliyi açılıb. Avstriyanın Bakıdakı səfirliyi isə 23 iyun 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanla Avstriyanın çoxşaxəli xarakterli qarşılıqlı faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslardan biri məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olmasıdır.
Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri də münasibətlərin inkişafına xüsusi təkan verib. Belə ki, 2000-ci ilin iyul ayında Ümummilli lider Heydər Əliyev bu ölkədə səfərdə olub. 2011-ci ilin oktyabrında isə Avstriya Prezidenti Haynts Fişer Azərbaycanda rəsmi səfərdə olub.
2013-cü il mayın 12-14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriyaya səfəri iki dövlət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Aparılan müzakirələrdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusilə diqqət mərkəzində olub. Avstriya Prezidenti Haynts Fişer bildirib ki, ölkə başçıları tərəfindən imzalanmış Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyi qeyd edilir. O, uzun illərdir həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün qəbul ediləcək həlli variantına nail olunacağına əminliyini bildirib.
Prezident İlham
Əliyev isə vurğulayıb ki,
münaqişə beynəlxalq hüququn
normaları, beynəlxalq təşkilatların qərarları
və qətnamələri əsasında həll
olunmalıdır: “Onların arasında mən
erməni qoşunlarının Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini xüsusilə qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu
qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq
azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüş, etnik
təmizləmə siyasətinə
və soyqırımına
məruz qalmışdır.
Əfsuslar olsun ki,
ATƏT-in Minsk qrupuna həmsədrlik
edən ölkələrin
prezidentlərinin status-kvonun
qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda
məhəl qoymurlar.
Status-kvonun dəyişilməsi,
Azərbaycan ərazilərinin
işğaldan azad edilməsinin başlanğıcı
deməkdir. Fikrimcə, bu,
nə qədər tez baş verərsə,
danışıqlar prosesi
daha sürətlə
gedər və danışıqlar prosesində
müşahidə olunan
mühit mənfidən
müsbətə doğru
dəyişə bilər.
Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz məsələdir.
Ümidvarıq ki, beynəlxalq
ictimaiyyət bu istiqamətdə daha fəal rol oynayacaqdır”.
Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq
məsələləri də
geniş müzakirə
olunub. Avstriyanın iqtisadi sahədə tanınmış şirkətlərinin
rəhbərləri dövlətimizin
başçısı ilə
görüşlərdə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini yüksək
qiymətləndirərək Azərbaycan ilə Avstriya arasında yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq,
turizm, informasiya-kommunikasiya
texnologiyaları və
digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi və
yeni sahələrin müəyyənləşdirilməsində maraqlı olduqlarını
bildiriblər. Avstriyanın dövlət başçısı
bildirib ki, əməkdaşlığımız üçün bir çox vasitələr mövcuddur. Onun sözlərinə görə,
ticarət dövriyyəsinin
göstəriciləri artır,
ixrac-idxal əməliyyatları
genişlənir: “Əlbəttə
ki, müzakirələrimizin
əsas mövzusu iqtisadi əməkdaşlığa
da aid idi. Çox əlamətdar haldır ki, Bakıya səfərimdən,
apardığımız danışıqlardan
və Bakıdakı biznes forumdan 1 il sonra
ölkələrimiz arasında
ixrac, idxal əməliyyatları böyük
həcmdə artmışdır.
Bu, çox yaxşı
göstəricidir. Biz bunun davam etdirilməsinə
çalışırıq. Avstriya tərəfi şirkətlərinin
tərtib etdiyi və müxtəlif sahələri və təklifləri əhatə
edən siyahını
Prezidentə və Onun əməkdaşlarına
təqdim etdi. Burada neft, səhiyyə, texnologiyalar sahələrinə,
yeni hava limanına, turizm sahəsindəki əməkdaşlığa
dair təkliflər vardır. Dəmir yolları üçün
avadanlıq, infrastruktur,
mehmanxana işi, konsaltinq və digər məsələlər
də öz əksini tapmışdır.
Bizim bir çox ümumi layihələrimiz,
bu cür layihələr üçün
təkliflərimiz vardır.
Bundan çox məmnunuq”.
Prezident İlham Əliyev ölkələrin iqtisadi
sahədə əməkdaşlığının
çox yaxşı nəticələrinin olduğunu
vurğulayıb. Ticarət dövriyyəsinin artdığını
deyən dövlət
başçısı qeyd
edib ki, hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda
mühüm layihələri
həyata keçirən
podratçı qismində
fəaliyyət göstərirlər:
“Bu layihələr turizm
infrastrukturuna, incəsənətə,
memarlığa aiddir.
Avstriya şirkətlərinin Azərbaycanda
əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə
yardım edirlər”.
Dövlətimizin başçısı, həmçinin, deyib ki, Azərbaycan şirkətləri üçün
sərmayə baxımından
Avstriya çox cəlbedici ölkədir:
“Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada
və ümidvarıq
ki, Avstriyada sərmayə imkanlarını
axtarır və sərmayə layihələrinə
başlayır”.
Ötən il mayın 13-də Vyanada Avstriya-Azərbaycan biznes forumu da keçirilib.
Azərbaycan Prezidenti İlham
Əliyev və Avstriya Prezidenti Haynts Fişer biznes forumda iştirak ediblər.
Forumda çıxış edən
Avstriya İqtisadi Palatasının sədri Kristof Laytl deyib
ki, qarşılıqlı
əməkdaşlıq ruhlandırıcı
tempdə inkişaf edir. O, Azərbaycanın
inkişafını yüksək
qiymətləndirib: “Əvvəlcə,
cənab Prezident, Sizi ölkənizin son onillikdə əldə etdiyi uğurlar münasibətilə təbrik
edirəm. Bu məqamda,
atanızın ölkəmizə
səfərini xatırlayırıq.
10 il öncə
O, burada olmuşdur. O,
buranı ziyarət etdi. Nümayəndə heyətinizin bəzi
üzvləri Onunla gəlmişdilər. Ata Əliyevin səfərinin
fotoları həmin anları bizə bir daha xatırladır.
Hesab edirəm
ki, ölkənizdə
bu siyasətin davam etdirilməsi biz avstriyalılar üçün
də mühüm məsələdir. Çünki bu siyasət
qarşılıqlı etimad
və inam yaradır. İqtisadi qərarlar etimad
və inama əsaslanır. Bu gün ölkənizdə
müzakirə etdiyimiz
və müzakirə edəcəyimiz bir çox layihələr mövcuddur. Ümid edirəm
ki, çoxsaylı təmaslar qurulacaq və reallaşacaqdır”.
Xatırladaq ki, ötən ilin noyabr ayının
19-da da Azərbaycan Prezidenti İlham Əliyev Avstriyada səfərdə olub. Həmin gün
Vyanada, “Hofburq” Prezident Sarayında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti
Haynts Fişer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə
Avstriya arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi və digər sahələrdə uğurlu
inkişafından məmnunluq
ifadə olunub. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın
gücləndirilməsi üçün
yaxşı potensialın
olduğu vurğulanıb,
münasibətlərin bundan
sonra da genişləndirilməsinə əminlik
bildirilib. Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi və
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Nəticə etibarilə, beynəlxalq əməkdaşlığa fundamental töhfələr verən
Azərbaycan-Avstriya münasibətləri
qarşılıqlı-faydalı səciyyə daşımaqda
və perspektiv üçün optimist proqnozlar
ifadə etməyə
imkan verməkdədir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 3 aprel.- S.8.