Azərbaycan: davamlı
yüksəlişə aparan kurs
Dünyada iqtisadi böhrandan əziyyət çəkən ölkələr az deyil. Hətta ən çox inkişaf etmiş dövlətlərdə belə bu problem narahatlıq doğurur. Bunun fonunda Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafa nail olması ekspertlərin marağına səbəb olub. Həmin mənada ölkəmizin təcrübəsindən yararlanmağa çalışanlar az deyil. Xüsusilə, son zamanlar qlobal geosiyasətdə özünü göstərən ziddiyyətli proseslər kontekstində Azərbaycanın regional və qlobal miqyasda oynadığı rolun təhlilinə ehtiyac artıb.
Davamlı inkişafın Azərbaycan nümunəsi
Dünya üçün təhlükəsizlik və davamlı inkişaf məsələləri son dərəcə ciddi əhəmiyyət kəsb edir. Müxtəlif regionlarda geosiyasi gərginliklər narahatlıq yaradır. Suriya, Misir, İraq və son olaraq Ukrayna hadisələri geosiyasətdə düşündürücü problemlərin olduğunu təsdiq edir. Cənubi Qafqaz da həssas və mürəkkəb bir geosiyasi məkan kimi qəbul edilir. Belə bir şəraitdə region dövlətlərinin uğurlu inkişaf kursunu müəyyən etmək kifayət qədər çətin məsələdir. Ancaq Azərbaycan təcrübəsi bunun tamamilə mümkün olduğunun göstəricisidir.
Cənubi Qafqazda müstəqil dövlətin, ümumiyyətlə, mövcud olması 3 səviyyədə olan faktorlardan asılıdır. Hər şeydən əvvəl, regionda yerləşən hər bir dövlətin özünəməxsus tarixi təkamül yolu var. Sonra, hazırda regional miqyasda bir neçə ziddiyyət mövcuddur. Onlar iqtisadi, siyasi, geosiyasi və hərbi xarakterlidir. Nəhayət, qlobal geosiyasətdə özünü göstərən mürəkkəbliklər Cənubi Qafqaz dövlətlərinin həm mövcudluğuna, həm də inkişaf strategiyasına ciddi təsir etməkdədir.
Bu 3 fərqli amilin birlikdə özünü göstərməsi olduqca çətin vəziyyət yaradır. Azərbaycan müstəqillik dövründə sübut etdi ki, onun seçdiyi inkişaf kursu əsaslıdır və ölkəni uğurlardan uğurlara apara bilir. Prezident İlham Əliyevin bu kontekstdə ifadə etdiyi aşağıdakı fikirlər reallığı dəqiq və dolğun əks etdirir: “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir” (bax: Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində İlham Əliyevin nitqi / “Xalq qəzeti”, 3 sentyabr 2010, s. 1-3).
Dövlət başçısının bu fikirləri tarixi əhəmiyyət kəsb edir. Çünki dövlət quruculuğu aspektində qısa bir zamanda “gənc” dövlətin başqaları üçün də nümunə ola biləcək “təcrübəli ölkə” halına gəlməsi sıçrayışlı inkişaf əlamətidir. Məsələ ondan ibarətdir ki, Azərbaycan keçən müddətdə bu məqsədə iqtisadi, enerji, sosial, siyasi, mədəni və hərbi sahələri sinxron inkişaf etdirməklə çatıb. Bundan başqa, həmin proses ölkənin qlobal miqyasda geosiyasi təhlükəsizliyini təmin etmək vəzifəsi ilə paralel həyata keçirilib. Bu iki nəhəng işin uyğunlaşdırılması sözün həqiqi mənasında nümunəvi təcrübədir. Konkret misallar bunu təsdiq edir.
Əvvəlcə, mütəxəssislərin
belə bir qiymətləndirməsini vurğulamaq istərdik: “Qlobal rəqabətin güclənməsi, iqtisadi böhranlar, siyasi gərginlik, vətəndaş müharibələri,
hərbi müdaxilələr beynəlxalq münasibətlərdə
aparıcı faktorlara çevrilib”
(bax: Yeni geosiyasi şəraitdə Azərbaycanın yeri və rolu möhkəmlənir
/ “Yeni Azərbaycan” qəzeti, 7 fevral 2014, s. 5). Belə bir şəraitdə Azərbaycanda iqtisadi inkişaf tempi həmişə yüksək olub. Məsələn, “Dooing Business”in 2009-cu ildə dərc olunmuş hesabatında Azərbaycan “ən islahatçı” ölkə
elan edilib. “Dünya Rəqabətlilik
Hesabatı 2012-2013” hesabatına
əsasən isə ölkə rəqabətlilik
reytinqinə görə
144 dövlət arasında
46-cı yeri tutub.
Sözsüz ki, Azərbaycanın “...dünyanın
50 ən rəqabətqabiliyyətli
iqtisadiyyatı sırasına
daxil olması ölkədə aparılan
məqsədyönlü sosial-iqtisadi
inkişaf siyasətinin
əyani göstəricisi
və ölkəmizin
beynəlxalq nüfuzunun
artmasının nümunəsi
kimi qiymətləndirilə
bilər” (bax: Azərbaycan beynəlxalq münasibətlər sistemində:
regional liderdən qlobal
aktora doğru / “Yeni Azərbaycan” qəzeti, 8 avqust 2013, s.
10).
İqtisadi tərəqqi və
geosiyasi təhlükəsizlik:
qarşılıqlı əlaqələr
Azərbaycan enerji sahəsində çox səmərəli
siyasət həyata keçirir. “Şahdəniz-2” layihəsini obrazlı olaraq “XXI əsrin müqaviləsi” adlandırırlar.
Çünki bu layihə
bütövlükdə Avropanın
enerji xəritəsini
dəyişəcək. Artıq bu barədə dünyanın aparıcı
analitikləri də yazırlar. Ukraynada baş verən hadisələrin fonunda Azərbaycan Qərbin enerji ilə təminatı məsələsində
ön sıraya çıxır (bax: məs.,
George Friedman. From Estonia to Azerbaijan: American Strategy After Ukraine / Stratfor, 25 mart
2014).
Prosesin bu istiqamətdə inkişaf
edəcəyini gözləmək
olar. Çünki rəsmi Bakı
praqmatik və səmərəli xarici siyasət yürüdür.
Son dövrlərdə baş verən geosiyasi hadisələr göstərdi ki, Cənubi Qafqazda dayanıqlı mövqeyi olan ölkə məhz Azərbaycandır.
Eyni zamanda, 2013-cü ildə bu dövlət öz inkişafının
yeni mərhələsinə
qədəm qoyub.
Bütün sahələr üzrə
dinamik inkişaf davam edib. Məsələn, qeyri-neft
sektorunda ÜDM-in həcmi
2012-ci illə müqayisədə
2013-cü ildə 9,5 faiz artıb.
Bundan başqa, “...tikintidə əlavə dəyər
23,5 faiz, turistlərin
yerləşdirilməsi və
ictimai iaşə xidmətləri sahəsində
18,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri
üzrə xidmətlər
sahəsində 9,7 faiz,
informasiya və rabitə xidmətlərində
9,4 faiz, kənd təsərrüfatı, meşə
təsərrüfatı və
balıqçılıqda 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatında
5,3 faiz, sənayenin sahələrində 1,4 faiz,
o cümlədən, mədən
çıxarmada 1,0 faiz,
emal sənayesində
4,1 faiz, elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi
və emalında 10,3 faiz, sosial və
digər xidmət sahələrində isə
3,9 faiz artım qeydə alınıb” (bax: 2013-cü ildə Azərbaycan keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm
qoyub / “yap.org.az”, 30 dekabr
2013).
Bu qəbildən olan
misalları artıra bilərik. Lakin real fakt ondan
ibarətdir ki, bütövlükdə dünya
iqtisadiyyatında ciddi
silkələnmələrin baş verdiyi bir dövrdə Azərbaycanda davamlı və sistemli inkişaf müşahidə
edilir. Özü
də bu proses ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəlməsi ilə
müşayiət olunur.
Azərbaycan BMT TŞ-nin müvəqqəti
üzvü seçilmiş
ölkədir. Bakı faktiki
olaraq, mədəniyyətlər
və dinlər arası dialoqa həsr edilmiş böyük beynəlxalq tədbirlərin keçirildiyi
məkandır. Buna
nail olmaq üçün
dünyanın diqqətini
cəlb edən uğurlu xarici siyasət yeritmək lazımdır. Yalnız bu şərt
daxilində ölkənin
cəlbedicilik dərəcəsini
artırmaq mümkündür.
Azərbaycan rəhbərliyi
həmin məqsədə
nail olub.
Azərbaycan 2013-cü ildə Cənubi Qafqazın ən demokratik ölkəsi olduğunu Prezident seçkisi ilə sübut etdi. Şəffaf,
yüksək təşkilatçılıq,
dinc və demokratik qaydalara tam əməl etməklə keçirilən bu seçkidə vətəndaş
layiq bildiyi namizədə azad surətdə səs verdi. Təsadüfi deyil ki, Azərbaycana
olan inam və etibar daha da artdı.
İndi ölkəni əhəmiyyətli
beynəlxalq ittifaqlara
üzv görmək istəyirlər. Xüsusilə, regional və qlobal təhlükəsizlik modellərində
Azərbaycana ayrıca
yer verməyə çalışırlar. Bu
kontekstdə Prezident İlham Əliyevin Haaqada nüvə təhlükəsizliyi ilə
əlaqədar keçirilən
toplantıdakı çıxışı
böyük maraq doğurub. Cənab Prezident “Azərbaycanın
nüvə materiallarının
qeyri-qanuni dövriyyəsində
tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin
qarşısını almaq
üçün böyük
səylər göstərdiyini,
bu məqsədlə beynəlxalq tərəfdaşlarla
sıx əməkdaşlıq
edərək beynəlxalq
standartlara uyğun güclü qanunvericiliyə
əsaslanan əhatəli
milli ixraca nəzarət sistemini formalaşdırdığını” vurğulayıb (bax: Azərbaycan Prezidenti İlham Əliyev Haaqada keçirilən III
Nüvə Təhlükəsizliyi
Sammitində çıxış
etmişdir / AzərTac,
25 mart 2014).
Bütün bunlar son 10 ildə Azərbaycanın müstəqil
dövlət kimi böyük bir yol keçdiyini və mürəkkəb geosiyasi şəraitdə
onun yeri və rolunun möhkəmləndiyini təsdiq
edir. Bu prosesin davam edəcəyinə şübhə yoxdur.
Leyla MƏmmƏdƏliyeva
Yeni Azərbaycan.-2014.- 10 aprel.- S.6.