Azərbaycan: lider dövlətin daim yeniləşən xarici siyasət kursu

 

Sirr deyil ki, postsovet məkanı uğrunda böyük dövlətlərin mübarizəsi daha da kəskinləşib. Bu şəraitdə həmin məkanda yerləşən ölkələrin xarici siyasət kursunun məzmunu maraq doğurur. Suverenlik və təhlükəsizlik məsələləri daha çox aktuallıq kəsb edir. O cümlədən, Cənubi Qafqaz dövlətlərinin bu istiqamətdəki fəaliyyətləri ekspertlərin diqqətlərini çəkir. Təhlillər göstərir ki, Azərbaycan daha perspektivlistrateji aspektdə səmərəli xarici siyasət yürüdür. Bu siyasətin bir çox məqamları və prinsipləri region üçün nümunə ola bilər.

Dəyişən geosiyasi şərtlərdə çevik siyasətin prinsipləri

İndiki tarixi mərhələdə dövlətlər arasında münasibətlərin qurulması mürəkkəb işdir. Qloballaşma prosesi meydana bir çox hallarda ziddiyyətli xarakter daşıyan xeyli faktorlar çıxarıb. Müstəqilliyini sonradan əldə etmiş ölkələr üçün bu məsələ daha çətindir. Təsadüfi deyil ki, həmin sıradan olan bəzi dövlətlər öz müstəqilliklərini tam təmin edə bilmirlər. Onlara müxtəlif qüvvələr maneələr yaradır, böyük dövlətlər təzyiqlər edirlər. Nəticədə, dövlətçilik aspektində olduqca ağır vəziyyət yaranır.

Bu cür hallar müstəqil dövlətin uğurlu xarici siyasət kursu seçməsini çox aktuallaşdırıb. Burada yeridilən siyasətin prioritet istiqamətləri, qarşıya real məqsədlərin qoyulması və diplomatik məharət nümayiş etdirmək kimi amillər ön sıraya çıxır. Postsovet məkanı ölkələri timsalında bu məqamları aydın görmək mümkündür. Ayrıca, Azərbaycanın yeritdiyi xarici siyasət kursunun səmərəliliyi konkret fakt olaraq öz təsdiqini tapır.

Ölkənin xarici siyasət strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanıb. “Azərbaycanın xarici siyasətinin strateji xəttinin konturlarını” müəyyənləşdirən Ümummilli lider tarixi təcrübə ilə yanaşı, müasir dövrün tələblərini də zərgər dəqiqliyi ilə nəzərə alıb (bax: Elmar Məmmədyarov. Uğurlu xarici siyasət strategiyasının Azərbaycan modeli: nailiyyətlər və perspektivlər / “Azərbaycan” qəzeti, 10 sentyabr 2013).

Burada vacib bir məqamı unutmaq olmaz. Heydər Əliyev nəzəri aspekti ilə praktiki tərəfi optimal formada uyğunlaşdırılımış xarici siyasət kursu hazırlayıb. Bu, “xarici siyasətimizin manevr imkanlarının strateji dərinliyinin artırılmasıiləuğurlu enerji nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsiniuzlaşdırmağa imkan verib (bax: əvvəlki mənbəyə).

Məsələnin bu cəhəti prinsipial geosiyasi əhəmiyyət daşıyır. Çünki heç bütün ölkələr davamlı inkişafı təmin edən diplomatiya ilə strateji dərinliyin artırılmasına xidmət göstərən şərtləri uyğunlaşdıra bilmir. Burada çoxlu sayda daxili xarici amillərin mürəkkəb təsir mexanizmlərini nəzərə almaq lazım gəlir. Azərbaycanın enerji siyasəti son dərəcə səmərəli məzmuna malikdir. Bunu dünyanın aparıcı dövlətlərinin liderləri etiraf edir.

Sevindiricidir ki, məhz həmin faktor Azərbaycanı hazırda postsovet məkanında əsənsərt geosiyasi küləklər”dən qoruyur. Üstəlik, Bakı daha aktiv xarici siyasət mərhələsinə qədəm qoyub. Bir çoxları bu məkanda özünü müdafiə etməyi qarşıya əsas məqsəd kimi qoyursa buna güclə nail olursa, Azərbaycanproaktivtədbirlər vasitəsi ilə hücum diplomatiyasını həyata keçirir önləyici addımlarla mövqeyini daha da möhkəmləndirir (bax: əvvəlki mənbəyə).

Bu, Prezident İlham Əliyevin xarici siyasət qarşısında qoyduğu yeni vəzifə tapşırıqların mahiyyətindən birbaşa alınan nəticədir. Hücum strategiyası öz bəhrələrini verir. Azərbaycan xarici siyasətin bütün prioritet istiqamətləri üzrə uğurlar əldə edir.

Yeni mərhələ: regional sabitliyin mühüm faktoru

Prezident İlham Əliyev 2012-ci il sentyabrın 21-də 10 istiqamət üzrə yeni tapşırıq vəzifələr müəyyən edib (bax: əvvəlki mənbəyə). Onların sırasındaAzərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi”, “mədəni diplomatiya siyasətinin davam etdirilməsi dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılmasıdünya azərbaycanlıları diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi onların fəaliyyətinin dəstəklənməsi yer alıb. Həmin bəndlər ölkənin xarici siyasətinin keyfiyyətcə, faktiki olaraq, yeni səviyyəyə qalxmasını ifadə edirlər.

Burada söhbətin dünyanın böyük dövlətlərinin ciddi əhəmiyyət verdiyi məqamlardan getdiyini dərk etmək zəruridir. Çünki mədəni, mənəvi, əxlaqi bu kimi dəyərlərin yayılması vasitəsi ilə həmin dövlətlər öz nüfuzlarını artırırlar. Buna müasir geosiyasi nəzəriyyələrdəyumşaq gücdeyirlər. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, konkret şəkildəmədəni diplomatiya” həyata keçirir həmin müstəvidə dəqiq hazırlanmış proqrama malikdir.

Məhz bu prinsiplər əsasında reallaşdırılan məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edib.

Bu bağlılıqda Xocalı soyqırımını bir neçə ölkə parlamentinin tanımasını yuxarıda vurğulanan istiqamətlərdə Azərbaycan diplomatiyasının apardığı aktiv işlərin birbaşa nəticəsi kimi qəbul etmək lazımdır. Daha geniş kontekstdə isə həmin xəttin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi sərhədlərinin toxunulmazlığının təmini vəzifəsinə xidmət göstərdiyini ayrıca qeyd etmək gərəkdir. Bunu tarixi nailiyyət adlandırmaq olar. Sonuncu məqam hazırda postsovet məkanında cərəyan edən geosiyasi proseslər işığında xüsusi maraq doğurur.

Məsələ ondan ibarətdir ki, böyük dövlətlərin öz nüfuzları uğrunda daha kəskin mübarizə mərhələsinə qədəm qoymaları bu məkanda yerləşən ölkələr üçün mürəkkəb geosiyasi vəziyyət yaradıb. Onlar ərazi bütövlüyünü qorumaq təhlükəsizliyi təmin etmək üçün daha fəal olmağa məcburdurlar.

Məhz həmin kontekstdə Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi Azərbaycana qarşı olan məqsədyönlü bəzi əks-təbliğat əməllərinin qarşısının alınmasının xarici siyasətdə əhəmiyyəti daha da artır. Rəsmi Bakı xarici siyasətdə istifadə olunan klassik üsullarla yanaşı, “yumşaq gücfaktorundan səmərəli istifadə etməklə regionda nümunəvi dövlətə çevrilib.

Prezident İlham Əliyevin aşağıdakı fikirləri xarici siyasətin mahiyyətini dəqiq ifadə edir. Dövlət başçısı Novruz bayramı münasibəti ilə bu il keçirilmiş tədbirdəki nitqində deyib: “Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir” (bax: Prezident İlham Əliyev: Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir / “Azərbaycanqəzeti, 21 mart 2014).

Ölkə rəhbərinin bu fikirlərində Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrə işarə vardır. Bu istiqamətdə xarici siyasətdə nəzərdə tutulan bütün məqsədlər ardıcıl surətdə həyata keçirilir. Təkcə son zamanlar rəsmi Bakının xarici siyasətçilərlə müzakirə etdiyi mövzuların məzmunu bunu sübut edir. Azərbaycan ikitərəfli əsasda dünya ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verir. O, ikitərəfli siyasi, iqtisadi, mədəni humanitar əlaqələrin daha da inkişaf etdirilməsi üçün təşəbbüslərini davam etdirir.

Bakının atdığı bu addımların fonunda Ermənistanın aciz vəziyyətə düşdüyü açıq görünür. Rəsmi İrəvan tutarlı arqumentlərlə çıxış edə bilmir. Son hadisələr göstərir ki, bu ölkə, ümumiyyətlə, konkret xarici siyasət kursuna malik deyil. Bir qədər əvvəl təriflənən Ermənistan hökuməti indi bütövlükdə istefa verir. Belə bir qeyri-müəyyənlik çaşqınlıq İrəvanın kənardan verilən sifarişlərlə oturub-durduğunu göstərir.

Belə görünür ki, Azərbaycan mürəkkəb geosiyasi vəziyyətdə səmərəsini verən xarici siyasət kursuna malikdir. Müəyyən edilmiş xətt daim inkişaf etdirilir yeni çalarla zənginləşdirilir. Təsadüfi deyil ki, Azərbaycanı Cənubi Qafqazın ən perspektivli ölkəsi kimi qəbul edirlər. Bu obrazın daha da möhkəmlənəcəyinə şübhə yoxdur.

 

Leyla MƏmmƏdƏliyeva

Yeni Azərbaycan.-2014.-16 aprel.-S.4.