Tofiq Kazımov novator rejissor
kimi
Azərbaycan milli teatr sənətində əvəzsiz və fərqli yaradıcı metodu ilə seçilən sənətkarlardan söhbət düşəndə məhz yada Tofiq Kazımov düşür. Onun yaradıcılığına nəzər saldıqda biz məsuliyyətli, teatr tariximizin qızıl səhifələrini məharətlə möhürləmiş şəxsiyyət görürük. Azərbaycan teatr məktəbinin əsası qoyulandan bu günə kimi olan zaman kəsiyinə diqqət yetirsək, Tofiq Kazımov fenomeninin özünün ayrıca hücrəsini sezmək mümkündür. O, məhz bir rejissor kimi səhnələşdirdiyi tamaşaların müəllifinə çevrilə bilmişdir. Bununla da rejissor anlayışına “Müəlliflik” möhürünü vurmuşdur.
O ənənəvi rejissorluqdan çıxaraq, rejissoru sxematik təsvirdən, bəsit düşüncədən, aktyorun istedadının yükündən azad edərək pyesin səhnədə sahibinə çevrilə bilirdi.
Tofiq Kazımovun bu cür mədəniyyət yanğısı ilə çırpınması təsadüfi deyildir. O, məhz maarifpərvər bir ailədə göz açmışdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Qeyd edək ki, Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, “Nicat”, “Səfa”) teatr truppalarının rəhbərlərindən idi.
Daha sonra təzadlı həyat onun dünya görüşünü zənginləşdirməklə yanaşı, mövqeyini möhkəmləndirib. Böyük Vətən müharibəsində iştirak edən Tofiq Kazımov döyüşlərdə yaralanaraq 1943-cü ildə Azərbaycana qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin “Ana” dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. 1945-1950-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb.
Tələbə ikən Ağdam Dövlət Dram
Teatrında Həsən Qasımovun “Kür
sahilində” pyesini tamaşaya
hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi, Hüseyn Muxtarovun “Ailə
namusu” (“Allanın ailəsi”) pyesinə səhnə
quruluşu verib.
1952-ci il aprelin 25-də
Gənc Tamaşaçılar Teatrına baş
rejissor göndərilib, ancaq
burada tamaşa
hazırlamayıb. Elə həmin il
oktyabrın 1-də akademik teatrda
rejissor kimi işə
götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub.
Onun rejissor kimi fəaliyyətində
müasir yanaşma özünü parlaq şəkildə göstərirdi. Müasirlik və
aktuallıq, problematiklik,
klassik dramaturgiyada dünyəvilik və dünya dramaturgiyasına milli çalarla yanaşma onun yaradıcılığının aparıcı xəttidir.
Məlum olduğu kimi, 60-cı illərin teatr sənətində klassik irsə müasir münasibət problemi birmənalı şəkildə
anlaşılmışdı. Klassik əsərlərə
əlavələrin, innovasiyaların
edilməsi çox zaman ciddi mübahisələr
doğururdu. Adətən klassikaya doğma münasibət göstərən
tənqid klassik dramaturgiya, xüsusən, milli klassika əsasında hazırlanan
tamaşalarda müasirlik
axtarışlarına ciddi
müqavimət göstərirdi.
Təbii
ki, tənqidin bu mövqeyi prinsip etibarilə düzgün deyildi.
Milli teatr tarixinə nəzər salarkən görürük
ki, bu mənada,
milli klassik dramaturgiya əsasında hazırlanan tamaşalarla bağlı vəziyyət
xüsusilə problematik
olmuş, hər hansı bir klassik milli dramaturgiya
nümunəsini səhnələşdirərkən
rejissorlar, bir qayda olaraq, doqmatik
prinsiplərdən çıxış
etmişlər. Nəticə etibarilə, teatrmızın
inkişafı zəngin
baza rolunu oynamaq potensialına malik olan milli
klassik dramaturgiyamızı
fəal, canlı teatr prosesindən kənarda qoymuşdur.
Ancaq onu da qeyd
etmək lazımdır
ki, azlıq təşkil etməsinə
baxmayaraq, milli klassik dramaturgiyaya müasirlik nöqteyi-nəzərindən
yanaşması T.Kazımovu
fərqləndirən cəhətlərindəndir.
Müasirliyin sənət
üçün bir zərurət olduğunu duyan novator rejissorlar
klassik əsərlər
əsasında hazırlanan
tamaşalarda müasir
sənət düşüncəsindən
ötrü aktual səciyyələr tapmış
və ümumbəşəri
problemlərin bədii
həllinə nail ola bilmişlər. İstər klassik milli, istərsə də klassik dünya dramaturgiyasının müasir
yozumu problemindən danışarkən Azərbaycan
səhnəsinin böyük
rejissoru - Tofiq Kazımovun adi xüsusi vurğulanmalıdır.
Tofiq Kazımov klassik dramaturgiya nümunələri
əsasında hazırladığı
tamaşalarda milli, məhəlli çərçivələri
sındırmağa, ümumbəşəri
problemlərin bədii
həllinə nail olmağa
çalışır və
klassik dünya dramaturgiyasının milli
teatr düşüncəsinə
adaptasiyası yollarını
axtarırdı.
Tofiq Kazımov klassik pyes əsasında hazırladığı tamaşada
klassik əsərə
müasir yanaşma tərzi göstərə,
tarixi bir dövrdə cərəyan
edən hadisələrin
mayasındakı müasirliyi
üzə çıxara,
tamaşanı müasir
dünyanın mənzərəsi
müstəvisində yoza,
ümumbəşəri problemlərin
bədii həllinə
nail ola bilirdi.
“Ölülər”, “Pəri Cadu”, “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları -rejissor T.Kazımovun klassik milli dramaturgiyaya müasir münasibətinin təzahürü kimi əlamətdardır. Belə ki, müxtəlif illərdə hazırlanan bu tamaşalarda rejissor tamaşanın çağdaş teatr sənətinin tələblərinə uyğunlaşmasını, dövrün mədəni, mənəvi, əxlaqi mühiti ilə səsləşməsini, ümumbəşəri problemlərin bədii həllini, aktual problemlərin bədii yozumunu ali məqsəd kimi qarşıya qoymuş və demək olar ki, buna nail ola bilmişdi.
O, yaradıcılığı dövründə öz novatorluğu ilə həmişə seçilmişdir. Onun aktyorlarla işləməsi, gənclərin səhnəyə gəlməsində, obrazların yaş və geyim tərzinə, təbiiliyə üstünlük verməsi buna əyani sübutdur. O, teatrda köhnəlmiş, qəlibləşmiş ənənələri sındıra bilib. Teatra gənc istedadlar toplayıb. Onun tamaşalarında aktyorlar obraz üçün yazılmış mahnıları özləri oxumağa başlayıb.
Tofiq müəllim rejissorluqla yanaşı, bir sıra sənətkarlar barədə monoqrafiyalar da yazıb, mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.
Tanınmış şairin oğlu olan T.Kazımov yaradıcı insan idi. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınıb.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.
Tofiq Kazımov 1965-ci ildə “Antoni və Kleopatra”, 1979-cu ildə “Şəhərin yay günləri” tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub.
Respublikanın Əməkdar İncəsənət xadimi (1961) və Xalq artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb.
Tofiq Kazımov yaradıcılığının müdriklik çağında - 1980-ci ildə cəmi 57 yaşında avtomobil qəzasında həyata göz yumub.
Onun adı milli teatr tariximizə parlaq hərflərlə yazılıb. Onun səhnəmizdə tamaşaya qoyduğu əsərlər qızıl onluqların həmişə bəzəyi olub. Azərbaycanda yeni istiqamətli bir teatr məktəbinin yaranması da bu unudulmaz sənətkarın adıyla bağlıdır...
Sona HƏmidova,
Sənətşünaslıq
üzrə
fəlsəfə
doktoru
Yeni Azərbaycan.-2014. - 23 aprel.-
S.6.