Əsrlər boyu kütləvi soyqırımları törətmiş ermənilərin “soyqırımı” iddiaları tarixihüquqi əsaslara söykənmir

 

Yaxud, 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin illərdə Anadoluda, həmçinin, Cənubi Qafqazda yaşayan azərbaycanlılar və türklər olduğu danılmaz faktlarla üzə çıxır

Bu bir həqiqətdir ki, ermənilər tarix boyunca özgə millətlərə, xüsusilə də, türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına özlərinin paronoid təxəyyüllərinə əsaslanan “Böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə ən müxtəlif yollara baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraqtürksüz Ermənistan” (oxu: Böyük Ermənistan”) yaratmaq ideyaları bəzi xarici güclərin maraqları ilə də üst-üstə düşüb. Bunun da nəticəsidir ki, təcavüzkar xarakterli ermənilər qanlı aksiyalarda iştirak edərək kütləvi soyqırımı aktları törədiblər.

Bütün bunlara baxmayaraq, hər il aprelin 24-ü ərəfəsində dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr, imperialist mərkəzlər də bu qondarma iddiaları dəstəkləyirlər. Eyni zamanda, saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasiiqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Əminliklə demək olar ki, bu məsələyə müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsaslarının araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzli mahiyyət daşıyır. Çünki məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır.

“Erməni məsələsi” və “Böyük Ermənistan” xülyası

Məlum olduğu kimi, Osmanlı dövlətini parçalayaraq tarix səhnəsindən silmək istəyən imperialist dövlətlər XIX əsrin sonlarından etibarən bu məqsədlə bölgədə yaşayan ermənilərdən vasitə kimi istifadə ediblər. Yəni, “erməni məsələsi” XIX əsrin sonlarından etibarən süni şəkildə meydana çıxarılan, imperialist dairələrin planlarının reallaşmasına zəmin yaradan faktor qismində istifadə olunur. Ermənilər isə hər zamankı kimi bu məsələdə könüllü şəkildə vasitə rolunu oynamaqla öz məkrli niyyətlərinin gerçəkləşməsinə can atırdılar. Müəyyən müddətdən sonra imperialist dövlətlərin dəstəyi və təhriki ilə ermənilər Osmanlı dövləti və Anadolunun türk əhalisinə qarşı geniş fəaliyyətə başladılar. Onlar özlərini dünyaya “əzilən toplumkimi göstərməyə çalışaraq “Anadoluya hökmranlıq haqlarının türklər tərəfindən qəsb olunduğufikrini yayırdılar. 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra Rusiyabir sıra Avropa dövlətlərinin iştirakı ilə Berlində imzalanan müqavilənin şərtlərindən biri Şərqi Anadoluda ermənilərə muxtariyyətin verilməsi idi. “Erməni məsələsi”ni beynəlxalq səviyyəyə qaldıran bu maddə bölgədəki ermənilərin sayının azlığı səbəbindən reallaşmadı.

I Dünya müharibəsi illərində Osmanlı dövlətini parçalayaraq aralarında bölüşdürmək məqsədi güdən imperialist güclər prosesi sürətləndirmək üçün erməniləri onlar üçün dövlət qurulacağı vədi ilə şirnikləndirdilər. Beləliklə, “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək uğrunda işə başlayan erməni başbilənləri, xüsusən də, din xadimləri Osmanlı dövlətini daxildən sarsıdacaq hər cür yola əl atdılar. Onlar əvvəlcə təbəəsi olduqları dövlətin hərbi səfərbərlik çağırışından yayındılar. Orduya qatılanların əksəriyyəti isə silahları ilə birlikdə fərarilik edərək Çar Rusiyasının tərəfində Osmanlıya qarşı döyüşməyə başladı. Osmanlı ordusu bir tərəfdən cəbhədə Rusiya ordusuona qoşulan erməni xəyanətkarlarına qarşı savaşarkən, digər tərəfdən bütöv türk kəndlərini yerlə-yeksan edən, əhalisini qətlə yetirən, orduya ləvazimat aparan karvanlara hücum edən erməni silahlı quldur dəstələri ilə mübarizə aparmalı idi. Dövlətin cinayətkarlara qarşı gördüyü tədbirlər isə beynəlxalq aləmə “ermənilərin qətlə yetirilməsi”, “təzyiqlərə məruz qalması” kimi təqdim olunur, bununla da “erməni məsələsi” süni olaraq qabardılırdı. Erməni quldur birləşmələri isə onlara vəd edilən ərazilərdə dövlət qurmaq xəyalı ilə bölgənin türk əhalisini “təmizləmək”də davam edir, qadınlara, uşaqlara, qocalara fərqi qoymadan yüzminlərlə dinc insanı amansız qırğına məruz qoyurdular.

Ermənilər Anadoluda kütləvi soyqırımlar törədiblər

Həmin vaxt Rusiya, İngiltərə və Fransanın dəstəyi ilə ermənilər sürətlə təşkilatlanaraq gizli şəkildə silahlanmışdılar. Bu işdə erməni kilsələri xüsusi fəallıq nümayiş etdirərək, həm ideoloji təbliğat mərkəzi, həm də cəbbəxana rolunu icra edirdi. Təhrikedici fəaliyyətlər nəticəsində 1880-ci illərdən etibarən Şərqi Anadoluda erməni komitələri qurulmağa başladı. Komitələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə Osmanlı sərhədlərindən kənarda erməni terrorçu təşkilatları quruldu. Anadoludan kənarda qurulanHnçak”, “Daşnak”, “Ramqavar”, “Silahlılar Cəmiyyəti”, “Ermənistana Doğru Cəmiyyəti”, “Gənc Ermənistan Cəmiyyəti”, “Qara Xaç Cəmiyyəti” kimi təşkilatlar Anadoluda aktiv fəaliyyət göstərməklə erməni əhalisini dövlətə qarşı silahlı üsyanlara, müsəlman əhalinin qətlinə sövq etdi. Belə ki, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə daşnak komitələri yaradıldı. Bu terrorçu təşkilatlar “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilas edilməsi” vəzifəsini qarşılarına məqsəd qoymuşdular. Öz fəaliyyətlərini İstanbulaAnadoluya yayan bu təşkilatlar erməni məsələsinə Qərbin daha çox diqqətini cəlb etməyə çalışırdılar.

Ermənilərin ilk üsyanı 1890-cı ildə Ərzurumda gerçəkləşdi. Bunun ardınca, həmin il Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozqat, ÇorumMerzifon hadisələri, 1894-cü ildə Sasun üsyanı, Babıali nümayişiZeytun üsyanı, 1896-cı ildə Van üsyanı və Osmanlı Bankının zəbt olunması 1903-cü ildə ikinci Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralandı. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca “Hnçak” və digər erməni komitələri üsyanlariğtişaşlar həyata keçirdilər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edir, evləri yandırır, əhalini öldürürdülər. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırdılar. Mənbələrə görə, təkcə 1895-ci ildə öldürülənlərin sayı 10617 nəfər olub. Üsyan adlandırılmasına baxmayaraq, ermənilərin türklərə qarşı törətdikləri əməllər faktiki olaraq soyqırımı idi. 1895-1896-cı illərin Zeytun qırğınında iştirak edən bir erməni gündəliyində qeyd edir: “Üsyan ərzində türklər 13 min əsgər, onlarla bərabər 20 min dinc insan itirdilər, biz isə 125 nəfəri itirdik”.

Erməni quldur təşkilatları yalnız kütləvi qırğınlar törətmir, həm də ayrı-ayrı insanlara qarşı terror aksiyaları həyata keçirirdilər. 1890-cı il iyulun 15-də “Hnçak” partiyasının təşkilatçılığı ilə İstanbulda baş verən partlayışda 17 nəfər ölən və yaralanan oldu. Dövlət məmurları da erməni terrorçu təşkilatlarının hazırladıqları sui-qəsdlərin qurbanı olurdular. Ermənilərin özbaşınalığı o səviyyəyə çatmışdı ki, hətta 1905-ci ildə Sultan Əbdülhəmidə qarşı da sui-qəsd törətmişdilər. Erməni komitələri bəzi hallarda erməni əhalinin özünə zülm edərək, yaxud onların qaniçən əməllərinə qarşı çıxan erməniləri qətlə yetirərək, daha sonra günahı türklərin üzərinə atmağa çalışırdılar.

I Dünya müharibəsi illərində “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özbaşınalığı daha da artdı. 1915-ci ildə rus ordularının Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qarsbir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər, bəzi vilayətlər yerlə-yeksan edildi.

24 aprel tarixinin əsl mahiyyəti

Həm ön, həm də arxa cəbhədə döyüşmək məcburiyyətində qalmasına baxmayaraq, Osmanlı rəhbərliyi uzun müddət ermənilərin yaratdığı təhlükəni “məhəlli tədbirlərlə” həll etməyə çalışdı. Lakin qırğınların əhatə dairəsinin genişlənməsi, təhlükənin artması Osmanlı rəhbərliyini daha qəti addım atmağa vadar etdi. Ermənilərin həmin dövrdə Anadoluda bir milyondan artıq türkü qətlə yetirməsinə baxmayaraq, Osmanlı rəhbərliyi xəyanətkar quldurlara qarşı sərt cəzalandırma üsullarına əl atmadı. Əksinə, müharibənin qızğın çağında cəbhə bölgəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgənin üsyanlar qaldıran erməni əhalisinin imperiyanın içərilərində yerləşdirilməsi məsələsi gündəmə gəldi.

Əvvəlcə, 1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq, türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırıldı. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin 2345 nəfər rəhbəri və fəal üzvü həbs olundu. Göründüyü kimi, ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi, əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin, hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur.

“Təhcir” qanunusaxta “soyqırımı” iddialarının ifşası

Şərqi Anadoluda yaşayan ermənilərin üsyan və qırğınlarda geniş iştirakını nəzərə alan Osmanlı hökuməti 27 may 1915-ci ildə onların müharibə zonasından uzaq ərazilərə - Anadolunun içərilərinə, eləcə də, Suriyaya köçürülməsini nəzərdə tutan qərar qəbul etdi. Bir neçə aydan sonra Məclisdə təsdiq olunan qanunda “silahlı qüvvələrin əleyhinə casusluq və xəyanətləri aşkara çıxarılan kənd və qəsəbələrin başqa bölgələrə yerləşdirilməsi”nin vacibliyi qeyd olunur, hətta hər hansı etnik qrupun, o cümlədən, ermənilərin adı çəkilmir. Qanunda qoyulan şərtlər və tələblər Osmanlı dövlətinin xəyanətkar topluma münasibətdə humanist mövqeyini gözlər önünə sərir. 27 may 1915-ci il tarixli “Təhcir” (“Köç”) qanunu ilə nəzərdə tutulmuşdu:

1) Köçürülməsi lazım bilinənlər gedəcəkləri yerlərə qədər təhlükəsiz şəkildə aparılacaqdır; 2) Yollarda onların rahatlıqları, canmal təhlükəsizlikləri təmin olunacaqdır; 3) Getdikləri yerlərdə tam yerləşdirilmələrinə qədər özlərini köçkün ödənişindən, güzəranlarını və yeyib-içməklərini təmin etmək üçün hər cür yardım ediləcəkdir; 4) Maddi vəziyyətlərinə uyğun olaraq onlar mal və ərazi ilə təmin olunacaqlar; 5) Hökumət tərəfindən ev tikiləcəkdir; 6) Əkinçilərə toxumluq, sənətkar olanlara öz sənətləri ilə bağlı alətlər veriləcəkdir; 7) Özləri ilə apara bilmədikləri malların əvəzi malla ödənəcəkdir. Və bu olmadığı təqdirdə onlara həmin malların qarşılığı olaraq pul ödənəcəkdir; 8) Boşaldılan şəhər və qəsəbələrdə olan ermənilərə aid daşınmaz malların siyahısı tutulacaq, onların qiymətləri və miqdarı müəyyən edilərək köçkünlərə veriləcəkdir; 9) Köçkünlərin istifadəsində olan zeytunluq, tutluq, meyvə bağları, portağal bağçaları, dükanlar, fabriklər, anbar və digər gəlir gətirəcək daşınmaz mallar satılacaq və ya kirayə veriləcək. Ondan gələn gəlir həmin köçkünlərə, mal sahiblərinə veriləcəkdir.

Qərarın müharibənin qızğın çağında Osmanlı dövlətinin olduqca çətin durumda olduğu bir vaxtda qəbul edilməsinə baxmayaraq, hökumət böyük miqdarda xərc tələb edən bu tədbirləri sistemli şəkildə həyata keçirdi. Lakin ermənilər həmin dövrdən bu hadisəni “soyqırımı” kimi qələmə verməyə başladılar. Elə bu məsələdə ermənilərin fikirləri bir-birilə ziddiyyət təşkil edir. Məlum olduğu kimi, hazırda erməni lobbisi 1915-ci il köçü zamanı 1,5 milyon erməninin qətlə yetirildiyini iddia edir. Halbuki, həmin dövrün erməni, türk və digər mənbələrin irəli sürdükləri rəqəmlər əsasında I Dünya müharibəsi ərəfəsində Anadoluda 1,2-1,4 milyon erməninin yaşadığı məlum olur. Erməni tarixçisi C.Kirokosyanın məlumatına görə, ermənilərin üçdə ikisi köçürülməyə məruz qalıb. Bu isə köçürülən ermənilərin ümumi sayının 1 milyondan da az olduğunu deməyə əsas verir. Belə olan təqdirdə 1,5 milyon erməninin öldürülməsi necə mümkün ola bilərdi? Buradan da görünür ki, Türkiyəyə yönəldilən qondarma “erməni soyqırımı” iddiaları həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi ölkələrin siyasi ambisiyalarına xidmət edir.

Əsl soyqırımını ermənilər törədiblər

Tarixi faktlar onu göstərir ki, əsl soyqırımını məhz ermənilər törədiblər. Bəlli olduğu kimi, ermənilər 1905-1907-ci illərin kütləvi qətliamlarından sonra 1918-ci ildə böyük miqyasda qırğınlar həyata keçiriblər. Bu dövrdə baş verən böyük siyasi hadisələr isə nəinki bu qırğınları yubadıb, əksinə, prosesləri daha da sürətləndirib. 1917-ci ilin fevralında Çar Rusiyası dağılıb, həmin ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək hakimiyyəti ələ keçiriblər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunubona 500 min rubl pul ayrılıb. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edək ki, 1917-ci il dekabrın 18-də imzalanmış Ərzincan müqaviləsinə görə, rus ordusu Şərqi Anadoludan çəkilməli və Rusiyaya qayıtmalı idi. Lakin bu razılaşma sona qədər icra olunmayıb. Ağır fəsadlarını isə yenə də Azərbaycan xalqı çəkib. Anadoludan qayıdan rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlib. Tarixçilərin qənaətinə görə, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng də məhz Bakıya yerləşdirilən erməni hərbçilərinə verilib. Bu hərbi qüvvələr azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilib.

Beləliklə, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib. Erməni daşnak-bolşevik hərbi birləşmələri Şamaxını işğal etdikdən sonra Quba qəzasında da azərbaycanlıların soyqırımına başlayıb. Yeri gəlmişkən, Qubada baş vermiş soyqırımını təsdiq edən ən tutarlı faktlardan birirayonda aşkarlanmış kütləvi məzarlıqdır.

Faktlar sübut edir ki, 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarşı həyata keçirilən qırğınları faciə adlandırmaq vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz bir hadisə idi. Tarixçilərin də qeyd etdikləri kimi, 1918-ci ildə mart soyqırımının həyata keçirilməsi sırf siyasi ambisiyalara xidmət edib. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak ediblər. Bu qırğınların əsas məqsədi Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaqdan ibarət idi. Çünki Sovet rejiminə rəhbərlik edən Şaumyan Cənubi QafqazdaBöyük Ermənistan” dövləti yaratmaq üçün bütün imkanlarını işə salmışdı.

Erməni daşnak qüvvələri bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törədiblər. Təbii ki, bu qırğınlar təkcə Şamaxı və Quba ilə tamamlanmayıb. Soyqırımı Azərbaycanın bütün bölgələrini əhatə edib. Hətta Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib. Ermənilər daxil olduqları bütün yaşayış məskənlərini dağıdıb, mədəni, ictimai obyektlərin hamısını tamamilə məhv ediblər. Həmin dövrdə Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı təkcə Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik”.

Qeyd etmək lazımdır ki, azərbaycanlıların ermənilər və onların havadarları tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. Bu proses 1941-1945-ci illər II Dünya müharibəsində də davam edib. Həmin müharibədə Azərbaycandan 700 min nəfər iştirak edib. Onların yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin 70-80 faizi rus dilini bilmirdi. O zaman orduda olan ermənilər, rus şovinistləri əmri yerinə yetirməmək bəhanəsi ilə azərbaycanlıları güllələyirdilər.

Qeyd edək ki, xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib.

1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start veribbu gün həmin təcavüzün nəticələri davam etməkdədir.

Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.

Məhz bütün bu faktlar onu göstərir ki, tarix boyu kütləvi soyqırımlar törətmiş ermənilərin “soyqırımı” iddiaları tamamilə qondarma xarakterlidirdünya siyasətində mühüm təsir mexanizmlərinə malik olan hegemon güclərin siyasi ambisiyalarına xidmət edir.

Yeni  Azərbaycan.-2014. - 24 aprel.- S.5.