Yay məktəbi”nin IV Oğuz turu gənclər üçün səmərəli və yaddaqalan oldu

 

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçünYay məktəbi” başa çatıb. Layihə OğuzunAfra” hotelində və LerikinRelax” istirahət mərkəzində təşkil olunub. Oğuz rayonundaYay məktəbi” IV turu da gənclər üçün uğurlu olub. İyulun 27-dən avqustun 1-nə kimi davam edən turun qrup rəhbəri, millət vəkili Kamilə Əliyeva, məsul şəxsi isə YAP İcra katibliyinin məsul əməkdaşı Həsən Daşdəmirov olub. Turda 50-dən çox gənc iştirak edib. Onlar Bakı şəhəri ilə yanaşı müxtəlif regionları təmsil ediblər. Layihə çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilib. Layihənin əhəmiyyətindən danışan millət vəkili Kamilə Əliyeva bildirib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. “Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətini uğurla davam etdirir”, - deyə qrup rəhbəri qeyd edib.

IV turda gənclər “Buta”, “Mübarizlər”, “Böyük səkkizlik”, “Ay-pi team”, “Odlar yurdu”, “Kreativ” adları altında 6 komandaya bölünüblər. Tur çərçivəsində “Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilində rolumövzusunda diskussiya təşkil olunub. Milli Məclisin deputatı, qrup rəhbəri Kamilə Əliyeva dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan geniş bəhs edib. O, bildirib ki, təhsil hər bir dövlətin inkişafının özülünü təşkil edir: “Məhz güclü rəqabətin, qlobal inteqrasiyanın, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Azərbaycan da artıq bu qlobal dünyanın bir üzvünə çevrilibbu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində olması dövlətin başlıca prioritetlərindəndir. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar, qəbul edilmiş qərarlar təhsilin, elmin inkişafına ayrılan vəsaitin səviyyəsində də özünü göstərib”.

K.Əliyeva deyib ki, Azərbaycan təhsilinin uğurlu inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qrup rəhbəri bildirib ki, hazırda Prezident İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir.

İyulun 29-da isə “Yay məktəbi”nin iştirakçılarına YAP fəalları Aysel Həsənli və Fidan Abasovanın moderatorluğu ilə “İKT-Azərbaycanda prioritet sahə” mövzusunda təlim keçirilib. Öncə çıxış edən Milli Məclisin deputatı, qrup rəhbəri Kamilə Əliyeva internetin gündəlik həyatımızdakı rolundan və İKT-nin Azərbaycanın sosialiqtisadi sahələrinə tətbiqindən bəhs edib. O bildirib ki, cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq internetsiz həyatı təsəvvür etmək mümkün deyil.

Sonra təlimin moderatoru, YAP Yasamal rayon təşkilatı GB-nin üzvü Fidan Abasova “İKT-Azərbaycanda prioritet sahə” mövzusunda çıxış edərək deyib ki, İKT dünyada ən inkişaf etmişneft sahəsindən sonra II prioritet olan sahədir. İKT-nin inkişafı neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də, Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.

Təlimin moderatoru, YAP Yasamal rayon təşkilatı GB-nin üzvü Aysel Həsənli “İnformasiya cəmiyyəti” və “Elektron hökumət” haqqında danışaraq deyib ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.

İyulun 30-da, “Yay məktəbi”nin dördüncü günündə isə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvü Günel Əkbərin moderatorluğu ilə motivasiya xarakterli təlim keçirilib. “Sən, sən ol!” adlı təlimin mövzusu “İnsanın daxili sakitliyi” və bu daxili sakitliyin necə əldə edilməsi barəsində olub.

Təlimdən sonra gənclər Oğuz rayonunun görməli yerləri ilə tanış olublar. Gəzinti zamanı bir sıra əyləncəli oyunlar keçirilib, ziyafət təşkil olunub. Şam yeməyindən sonra gənclər arasında interaktiv, intellektual, praktik oyunlar keçirilib. Günə “İstedad gecəsi” adlı tədbir ilə yekun vurulub.

Yay məktəbi”nin sonuncu günündə YAP-ın gənc fəalı Orxan Əhmədovun moderatorluğu ilə YAP Gəncə şəhər təşkilatı GB-nin fəalları “Gəncə-Avropa Gənclər Paytaxtı 2016” mövzusunda təqdimat keçirib. O.Əhmədov bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçünAvropa gənclər paytaxtı” seçilməsi Azərbaycanın və onun gəncliyinin böyük uğurudur. Təqdimatda YAP Gəncə şəhər təşkilatı GB-nin fəalları tərəfindən hazırlanan “Ganja EYC 2016” fləşmobu nümayiş etdirilib. Mövzu gənclər tərəfindən olduqca maraqla qarşılanıb.

Daha sonra YAP fəalı Həbibə Sadıqlının moderatorluğu ilə “Biznes layihələrdə məqsəd və hədəflərin müəyyən edilməsi” mövzusunda təlim keçirilib.

İyulun 31-də Oğuz rayonunda gənc liderlərin “Yay məktəbi”nin rəsmi bağlanışına həsr olunan təntənəli mərasim keçirilib. Bağlanış mərasimində çıxış edən Oğuz IV tur qrupunun rəhbəri, Milli Məclisin deputatı Kamilə Əliyeva gənclərə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə, “Afrahotelinin rəhbərliyinə minnətdarlığını bildirib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gənci ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, Onun həyata keçirdiyi siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayır.

Təntənəli bağlanış mərasimində “Yay məktəbi”ndə fərqlənən gənc liderlərə Fəxri fərman, diplom və təltifnamələr, eləcə də xatirə hədiyyələri təqdim olunub. Mükafatları qrup rəhbəri Kamilə Əliyeva təqdim edib. Eyni zamanda, tur müddətində qalib olan komandalara hədiyyələr təqdim olunub. Bağlanış mərasimində çıxış edən gənclər dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildiriblər. Bu fikir xüsusi vurğulanıb ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Daha sonra gənc liderlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnı və şeirlər səsləndiriblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Xatırladaq ki, 2007-ci ildən başlayaraq artıq ənənəvi hal alanYay məktəbi” layihəsinin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. Hər il olduğu kimi, bu ilYeni Azərbaycan Partiyasından olan 800-dək fəal gənc OğuzLerik rayonlarında dörd turda təşkil olunanYay məktəbi”ndə iştirak ediblər. Layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak ediblər.

IV Oğuz turunun iştirakçısı olan gənclər layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. YAP Yasamal rayon təşkilatının fəalı Aysel Həsənli bildirib ki, bu il keçirilən “Yay məktəbi” layihəsi bir sıra xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənirdi: “Belə ki, burada gənclərin üzərinə daha çox məsuliyyət düşürdü. Bu baxımdan ki, istər müxtəlif mövzularda təlimlərin keçirilməsi, istərsə də idmanintellektual yarışların təşkil olunması bilavasitə gənclərə həvalə olunmuşdu. Düşünürəm ki, layihədə iştirak edən hər bir gənc üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacardı. “Yay məktəbin”də region gənclərinin fəallığını xüsusilə vurğulamaq istərdim. Oğuzda olduğumuz 5 gün ərzində ölkəmizin ayrı-ayrı regionlarından olan gənclər öz yeni ideyaları, layihələri ilə çıxış edərək öz bacarıqlarını layiqincə nümayiş etdirdilər”.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin nümayəndəsi Orxan Əhmədov isə deyib ki, YAP Gənclər Birliyinin həyata keçirdiyiYay məktəbi” layihəsi həqiqətən ölkə Prezidenti İlham Əliyevin gəncliyə, gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “Mənim üçün bu layihədə iştirak etmək böyük fəxrdir. İstər tanınmış siyasətçilərlə görüşlərin keçirilməsində, istərsə də təlim zamanı müzakirələrin, diskussiyaların aparılmasında əsl liderliyi öyrənib, yüksək intellektli gənclərlə birlikdə fikir mübadiləsi aparmaq mənə səmimi, mehriban və ən əsası vətənpərvər dostlar qazandırdı”.

YAP Suraxanı rayon təşkilatının fəalı Məzahir Heydərli “Yay məktəbi” layihəsində ilk dəfə iştirak etdiyini deyib. Onun sözlərinə görə, bu cür layihənin təşkili gənclər üçün hərtərəfli faydalıdır: “Belə ki, burada respublikamızın ayrı-ayrı bölgələrindən olan, müxtəlif sahələrdə öz bilikləri ilə fərqlənən, bir-birini tanımayan gənclər daha yaxından tanış olur, fikir mübadiləsi aparırlar”.

YAP Yasamal rayon təşkilatının fəalı Rəşad Məmmədov isə qeyd edib ki, YAP Gənclər Birliyi müxtəlif sahələri özündə ehtiva edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən layihələr həyata keçirir ki, həmin layihələrdən biri də “Yay məktəbi” layihəsidir: “Bu lahiyədə diqqət ən çox gənclərə yönəldilib. “Yay məktəbi”nin IV Oğuz turunda Milli Məclisin deputatı, professsor Kamilə Əliyeva biz gənclərin qonağı oldu və müxtəlif mövzular ətrafında fikirlərini bölüşdü, gəncləri maraqlandıran suallara cavab verdi. Təbii ki, bunlar bizlərdə böyük marağa, yadda qalan xatirəyə çevrildi”.

YAP Yasamal rayon təşkilatının fəalı Fidan Abasova isə deyib ki, layihə ilə əlaqədar təəssüratları müsbətdir: “Gənclər üçün yaradılmış bu layihə onların bir-biri ilə yaxından tanışlığına, əsasən də region gəncləri ilə ünsiyyətə imkan yaradır. Gənclər müxtəlif mövzularda müzakirələr zamanı sərbəst çıxışlar etməyi öyrənirlər və potensiallarını üzə çıxarırlar”.

 

Yeni  Azərbaycan.-2014.- 5 avqust.- S. 5.