Qəhrəmanlığı ilə hər kəsə örnək olan Azərbaycan əsgəri

 

Bir neçə gün öncə cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olan Abdulov Hüseyn Etibar oğlu Azərbaycan əsgərinin torpaqlarımızı erməni işğalından azad etməyə hazır olduğunu bir daha sübut etdi

20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda son günlər cəbhə bölgəsində baş verənlər, daha doğrusu əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son günlər düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də əsgər Abdulov Hüseyn Etibar oğludur.

Vətəni oğullar qorumalıdır

Öncə onu qeyd edək ki, cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olan 1995-ci il təvəllüdlü Abdulov Hüseyn Etibar oğlu xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun qəhrəmanlığını eşidərək könüllü surətdə hərbi xidmətə yola düşüb. Hərbi xidmətdə fəallığı ilə seçilən Hüseyn dəfələrlə komandirləri tərəfindən mükafatlara layiq görülüb. Bunları bizə şəhidin əmisi Soltan kişi danışdı. Şəhidin atası Etibar dayı hələ bu ağır itkinin təsiri altında oduğu üçün söhbətə, məhz Soltan dayı başladı. Əmisi deyir ki, Sumqayıt şəhəri 43 saylı orta məktəbi bitirən Hüseyn Abdulov məktəbdə təhsil alarkən tərbiyəsi, əxlaqı ilə seçilib: “Bir dəfə də olsun, orta məktəbdə müəllimləri ondan şikayət etməyiblər. Hüseyn dərslərini oxuyar, boş qalan vaxtlarında isə idmanla məşğul olardı. Üzüyola, böyük-kiçiyin yerini bilən gənc idi. Onu tanıyanlardan kimdən soruşsanız sizə yalnız bircə cavab verəcəklər: Hüseyndən zərrə qədər də incikliyimiz olmayıb”.

Soltan dayı, eyni zamanda, şəhid adına göstərdikləri ehtirama görə eşidib, bilib gələnlərə, onlara bu günlərdə dəstək olan millət vəkillərinə, Sumqayıt şəhər rəhbərliyinə minnətdarlıq etməyi də unutmadı: “Vətəni oğullar qorumalıdır. Bir neçə gündür onun yasında iştirak edən insanlar gəlib mərasimdə bizə ürək-dirək verəndə, HüseynHüseyn kimi igidlərin qəhrəmanlıqları haqqında danışanda fəxr və qürurla başımızı dik tutduq”.

Üzüyola, eyni zamanda, məğrur bir gənc..

Bu yerdə digər əmisi Ağalar Abdulov söhbətə qarışır.Təki Vətən sağ olsun!” - deyən əmi, eyni zamanda, bir gün torpaqlarımızın düşmən tapdağından azad olunacağından bu torpaq uğrunda canından keçən gənc hüseynlərin intiqamlarının alınacağından əminliklə danışır: “Qardaşım oğlu Hüseyn haqqında danışmaq mənə bir az çətindir. Xahiş edirəm ki, bunu nəzərə alasınız. Hüseyn haqqında onun əsgər yoldaşları komandirləri ətraflı danışa bilərlər. Onlar da qardaşım oğlu şəhid olan gün məzarı üstündə xeyli danışdılar. Hamısı da ağlayırdılar. Çünki onlar bir dost, xeyli müddətdir artıq isinişdikləri bir yoldaş itirmişdilər. Hüseyn qədər üzüyola, mülayim idisə, bir o qədər qürurlu yenilməz idi. Cəsurluğu zəhmətsevərliyi ilə ad çıxartmışdı. Mən qəhrəman qardaşım oğlu ilə fəxr edirəm. Ümumiyyətlə, Azərbaycanın qəhrəman övladları ilə fəxr edirəm. əgər Ali Baş Komandan göstəriş verərsə, müharibə şəraitində ərazi bütövlüyümüzü tam bərpa etmək üçün mən , qardaşlarım da, onların övladları da içində olmaqla bütün Azərbaycan xalqı ayağa qalxmağa hazırdır”.

İndiyədək onun yolunu gözləyirəm...

Digər əmisi Bəxtiyar Abdulov da Hüseynli günlərini yada salır: “Şəhidlər ölmür deyirlər. Mən buna inanıram! İnanırsınız, indiyədək onun yolunu gözləyirəm (yaşarmış gözlərini gizlədir - O.H.). Özünəməxsus qapı döyməyi var idi, heç vaxt zəngi basmazdı. Arada əsəbiləşirdim . Amma tez sovuşurdu hirsim. Hər an elə bilirəm həmin o səsi eşidəcəyəm, qapını açacağam ki, Hüseyn qapının ağzında dayanıb”.

Əmisi deyir ki, Hüseynin dostları çox idi: “Hamı onu çox istəyirdi, elə mehriban idi ki... Allah ondan heç nəyi əsirgəməmişdi. Gözəl siması, gözəl qəlbi var idi. Allahın ona verdiyi bu nemətləri hamı ilə bölüşürdü, bölüşdü . Vətən uğrunda şəhid oldu. deyə bilərəm?...

Uşaqlıqdan bəri birinə bir kömək lazım idisə, Hüseyn orada olmalı idi. Yaman ürəyiaçıq idi. Deyirdim, Hüseyn, bu dərəcədə olmaz axı. Bir əmi kimi qabağımda oturdub danlayırdım. Deyirdi, “əmi, mən sizdən belə görmüşəm , məni niyə danlayırsan?” Sonra da şirin-şirin qımışırdı. Çox mehriban, dostcanlı, qohumcanlı idi. Demək olar ki, bütün qohumlarımızın, dostlarımızın ad günlərini bilirdi zəng vurub təbrik edirdi. Yaddaşı çox yaxşı idi. Yalnız orta təhsil alsa da, çox savadlı idi. Deyirdim, “ay Hüseyn, sən bunları haradan bilirsən?” Deyirdi ki, “Az çox kitab oxumuşam”. Əlindən kitab düşmürdü, yemək yeyəndə oxuyurdu”.

Bəxtiyar dayı onu da dedi ki, Hüseyn Vətənini çox sevirdi: “Vətəni çox sevən oğul belə edər . Hərbi xidmətə könüllü getdi. Zəng vurub demişdi ki, manqalı hazırla, məzuniyyətə gəlirəm. Qismət belə imiş. Bircə təsəllimiz var ki, Onun qisası tezliklə qəhrəman ordumuz tərəfindən alınacaq”.

Balaca Eldarlar gözəl günlər görsün deyə...

Yas mərasimində diqqətimizi masanın arxasında oturan balaca bir oğlan uşağı cəlb edir. Yaxınlarından öyrənirəm ki, Hüseynin bacısı oğludur. Adı Eldardır. Şəhid əsgərimizin əmiləri onun tez-tez dayısının şəklini qucaqladığından danışırlar. Biz isə şəhidimizin ailəsinə başsağlığı verməklə yanaşı, balaca Eldaradayın Hüseyn, məhz sən başqa balaca eldarlar gözəl günlər görəsiniz deyə şəhid oldu. Başını dik tut! Ona layiq ol! Ərazi bütövlüyümüz bərpa olunandan sonra fəxrlə deyəcəksən ki, bu torpaqları öz qanı ilə suvaranlardan biri Hüseyn Abdulovdurdeyirik.

 

Oktay

Yeni  Azərbaycan.-2014.- 5 avqust.- S. 6.