Azərbaycanda ərazi bütövlüyünün bərpası yönündə möhkəm iqtidar-xalq birliyi və yüksək əhval-ruhiyyə mövcuddur

 

Prezident İlham Əliyev: Son hadisələr bironu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir

 

Məlum olduğu kimi, Dağlıq Qarabağ ətraf rayonların Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası dövlətin qarşıya qoyduğu birinci dərəcəli vəzifə olmaqla yanaşı, həm hər bir vətənpərvər azərbaycanlını düşündürən, xalqı vahid məqsəd ətrafında səfərbər edən məsələdir. Elə bu səbəbdən də, 20 illik atəşkəs dövrünə baxmayaraq, Azərbaycan ictimaiyyəti bu məsələyə zaman keçdikcə daha böyük həssaslıqla yanaşır, cəmiyyət üzvləri, o cümlədən, gənclər ərazi bütövlüyünün bərpası naminə hər bir sahədə dövlətə yardım səylərini göstərirlər.

Son günlərdə Ermənistan hərbçilərinin cəbhə xəttində törətdiyi təxribatlara Azərbaycan ordusunun və cəmiyyətinin reaksiyası xalqımızın torpaqların azad edilməsi kimi müqəddəs amala sadiqliyinibu işdə möhkəm hakimiyyət-xalq birliyinin mövcudluğunu bir daha göstərdi.

AZƏRBAYCAN ÖZ TORPAQLARINDA İKİNCİ QONDARMA ERMƏNİ DÖVLƏTİNİN YARADILMASINA İMKAN VERMƏYƏCƏK

Tarixi keçmişi unutmayan cəmiyyət indiki Ermənistan dövlətinin məhz Azərbaycan xalqına məxsus torpaqlarda yaradıldığını yaxşı bilir. Bu məqamı Prezident İlham Əliyev Öz çıxışlarında, hətta nüfuzlu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən tədbirlərində açıq şəkildə bildirir, ermənilərin artıq bir dəfə öz müqəddəratını həll edərək Ermənistan dövlətinə sahib olduqlarını vurğulayır. Bu səbəbdən də, Azərbaycan dövləti və xalqı əzəli torpaqlarımız olan Dağlıq Qarabağyeddi ətraf rayonun işğalı ilə heç vaxt barışmayacaq. Bu ərazilər istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycana məxsusdur. Beynəlxalq ictimaiyyət də bu əraziləri Azərbaycan Respublikasının sərhədləri daxilində qəbul edir. Belə olan halda, Prezident İlham Əliyevin bu günlərdə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi kimi, işğal altındakı torpaqlarda yaradılan qondarma rejim dünyada heç vaxt müstəqil qurum kimi tanınmayacaq: “Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın”.

Ermənistanın bu təcavüzkar niyyətini həyata keçirməsinin qarşısını almaq üçün isə Azərbaycan beynəlxalq siyasi nüfuzunu, iqtisadi, eləcə də, hərbi cəhətdən gücünü sürətlə artırır.

AZƏRBAYCAN ORDUSU REGİONDA ƏN GÜCLÜ ORDUDUR

Bildiyimiz kimi, Azərbaycanda ordu quruculuğu siyasəti dövlətin ən çox önəm verdiyi sahələrdən biridir. Son on ildə həyata keçirilən islahatlar, ardıcıl siyasət nəticəsində, Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti yüksəldilib.

Dövlət başçısının sözügedən görüşdə söylədiyi kimi: “Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir”.

Dövlət başçısının da bildirdiyi kimi, son vaxtlar həm Azərbaycanda müasir silahtexnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubbu proses davam etdirilir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar sayəsində Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər.

Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Ermənistan ordusunda işğal edilən ərazilərdə, onlara aid olmayan torpaqlarda məhv olmaq qorxusu hökm sürür. Azərbaycan hərbçiləri isə Vətən qarşısında müqəddəs borcu yerinə yetirərək tarixi torpaqlarımızı işğaldan azad etmək üçün mübarizəyə hər an hazır vəziyyətdədir.

Ağdamdakı “N” saylı hərbi hissədə döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışı zamanı Prezident İlham Əliyev ordudakı yüksək vətənpərvərlik ruhundan da bəhs edib: “Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.

ORDUMUZUN GÜCÜ DANIŞIQLARA MÜSBƏT TƏSİR EDİR

Məlum olduğu kimi, hər bir cəhətdən Ermənistandan dəfələrlə güclü olan Azərbaycan münaqişənin sülh yolu ilə həlli imkanlarının mövcudluğunu nəzərə alaraq, danışıqları davam etdirir. Azərbaycan özünün diplomatik imkanlarından geniş yararlanaraq status-kvonun saxlanması ilə barışmadığını göstərir.

Bu məqsədlə, Azərbaycan Ermənistanın siyasiiqtisadi baxımdan regionda müəyyən dərəcədə blokada şəraitdə saxlanmasına nail ola bilib. Mühüm regional iqtisadi layihələrdən kənarda qalan Ermənistanda iqtisadidemoqrafik böhran dərinləşir, ölkə getdikcə daha ağır duruma düşür. Bu isə ölkənin xaricdən asılılığını artırıb, beynəlxalq siyasi aləmdə tamamilə nüfuzdan düşməsinə səbəb olub. Əlbəttə ki, bütün bunlar Azərbaycanın uğurlu diplomatikiqtisadi fəaliyyətinin nəticəsidir. Ölkəmiz eyni zamanda, hərbi gücünü artırmaqla həm də işğalçı Ermənistanı psixoloji təzyiq altında saxlayır. Təsadüfi deyil ki, Azərbaycan ordusunun güclənməsi Ermənistanda ciddi təşviş yaradır, işğalçı ölkə rəhbərliyi də ölkənin müdafiə qabiliyyətinin olmadığını etiraf edir.

Ermənistan ordusunun cəbhədəki təxribatlarına Azərbaycan Silahlı Qüvvələrinin verdiyi tutarlı cavablar Ermənistanda, o cümlədən, işğalçı ölkənin ayaqda qalmasında maraqlı olan qüvvələrdə də narahatlıq doğurur. Dövlət başçısının söylədiyi kimi, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək: “Hətta bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu bizbilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır”.

MƏNƏVİ ÜSTÜNLÜK DƏ BİZİM TƏRƏFİMİZDƏDİR

Bu gün Azərbaycan cəmiyyətində ərazi bütövlüyünün bərpası yönündə ölkə rəhbərliyinin qətiyyətli mövqeyinə və ordumuzun gücünə böyük inam var. Dövlət başçısının vurğuladığı kimi, cəbhə xəttində gərginliyin artdığı günlərdə Azərbaycan xalqının, istər yaşlı, istərsə də gənc nəslin işğal altındakı torpaqlarımıza qayıtmaq arzusunun böyüklüyü özünü qabarıq göstərdi:Son hadisələr bironu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir”.

Məlum olduğu kimi, bu günlərdə əhalinin müxtəlif yaş təbəqələrindən olan insanlar, o cümlədən yüzlərlə gənc cəbhə bölgəsinə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciətlər etdilər. Ağdamdakı “N” saylı hərbi hissədə döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışında dövlət başçısı bu gerçəkliyin yaratdığı sevinc hissini ifadə edib: “Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirironu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir”.

Buna görə də, Azərbaycan xalqı ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunacağına tam əmindir və düşməni qorxudan da dövlət başçısının səsləndirdiyi və xalqın ürəyindən gələn bu inamdır: “Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır”.

 

Hülya Məmmədli

Yeni  Azərbaycan.-2014.- 8 avqust.- S. 2.