Azərbaycan hüquqi dövlətdir və hər bir şəxs qanun qarşısında bərabərdir

 

Əli Həsənov: Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmirbundan sonra da etməyəcəkdir

 

Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.

Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir dövlətdir

Azərbaycanda demokratiyaonun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir.

Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir.

Azərbaycanda insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur

Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də, qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür.

Lakin təəssüflər olsun ki, bəzi qurum və şəxslər “insan hüquqlarının müdafiəsi” adı ilə qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar. Bu kontekstdə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonqurumun genişlənmə üzrə komissarı Ştefan Füle, eyni zamanda, bəzi xarici hüquq-müdafiə təşkilatları növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxış ediblər.

Əlbəttə, bu, təzyiq məqsədi daşıyan manipulyasiyadan başqa bir şey deyil. Çünki Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. Sözügedən şəxslər məhz bunu nəzərə alaraq anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Başqa sözlə, Azərbaycan beynəlxalq miqyasda həm etibarlı tərəfdaş, həm də demokratik inkişaf tempinə malik olan ölkə kimi tanınır.

Qeyd etdiyimiz kimi, Azərbaycan qanunların aliliyinin təsbit edildiyi hüquqi dövlətdir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində bu məsələ ilə bağlı qeyd edib ki, Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludurlar: Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonqurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin məlum bəyanatında “məşhur” elan edilmiş, habelə müxtəlif xarici təşkilatların açıqlamalarında adları keçən, amma ölkəmizdə geniş ictimaiyyətə tanış olmayan şəxslər konkret cinayət əməllərində şübhəli bilinərək aidiyyəti orqanlar tərəfindən həbs olunmuş və onların müəyyən müddətə saxlanılması barədə məhkəmələr tərəfindən müvafiq qərarlar verilib. Yalnız istintaq və məhkəmə araşdırması onların günahkar olub-olmadığına aydınlıq gətirə bilər. Buna görə də, hesab edirəm ki, həmin dairələrin bəzi maraqlı yerli antimilli qrupların “operativ” donoslarına əsaslanan tələsik, növbətçi bəyanatları subyektiv mülahizələrdən ibarətdir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır, habelə istintaqa və məhkəmələrə təzyiq məqsədi güdür. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, “Amnesty İnternational”, “Human Rights Watch” və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar”.

Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır

O da nəzərə alınmalıdır ki, milliictimai maraqlara zidd fəaliyyət göstərən şəxslərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək. Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdir. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə ictimai və dövlət mənafelərinə zidd fəaliyyət göstərənlər çalışanlar layiq olduqları cəzanı alırlar.

Azərbaycanın müstəqil siyasətinə hər hansı bir manipulyasiya ilə təsir və təzyiq etmək mümkün deyil

Görünən odur ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonqurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin fikirləri, eləcə də “Amnesty İnternational”, “Human Rights Watchkimi təşkilatların “hesabatları” subyektiv, qərəzli xarakter daşıyır. Məhz bəhs olunan mövqelərdəki subyektiv və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir.

Bundan başqa, bəhs olunan qurum nümayəndələri nədənsə Qərb ölkələrində, eləcə də Avropa məkanında çoxsaylı qanun pozuntularına dair hər hansı bir bəyanatla çıxış etmir, bu məsələlərdən yan keçməyi üstün tuturlar. Əli Həsənovun bildirdiyi kimi: “Bu gün ATƏT məkanında, hətta Avropanın aparıcı ölkələrində də insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Görünür, adı çəkilən qurumların rəsmilərinə bu həqiqətlər barədə danışmaq, onları etiraf etmək sadəcə sərf etmir”.

Şübhəsiz, bütün bu təzyiq cəhdləri heç bir nəticə verməyəcək. Çünki Azərbaycan dinamik inkişaf tempinə, əsaslı ictimai-siyasi sabitliyə və pozitiv beynəlxalq imicə malik olan müasir dövlətdir. Ölkəmizin müstəqil siyasətinə hər hansı bir manipulyasiya ilə təsir və təzyiq etmək mümkün deyil: “Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmirbundan sonra da etməyəcəkdir”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 9 avqust.- S. 3.