İtaliya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr
mövcuddur
İki ölkə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlıq edir
“İtaliya ilə Azərbaycan arasında səmərəli siyasi və iqtisadi dialoqa, xüsusilə enerji sahəsində əməkdaşlığa əsaslanan yaxşı münasibətlər var. Hazırda ikitərəfli ticarət dövriyyəsinin şaxələndirilməsi üzərində çalışsaq da, bizim iqtisadi tərəfdaşlığımızın təməlində enerji sahəsi dayanır. Bu tərəfdaşlıq Xəzər dənizindən təbii qazın İtaliyaya və Avropaya çatdırılması üçün Trans-Adriatik boru kəmərinin seçilməsi barədə 2013-cü ildə imzalanmış Şahdəniz konsorsiumu vasitəsilə daha da güclənib”. Bu fikirləri AzərTAc-a müsahibəsində İtaliyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Giulia Gullotti deyib. Onun sözlərinə görə, İtaliya hökuməti TAP və TANAP boru kəməri layihələri daxil olmaqla, Azərbaycan qazını ixrac edəcək “Cənub dəhlizi”ni dəstəkləyir. Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında fundamental rol oynayacaq. Orta əsrlərdə Azərbaycandan keçən İpək Yolu İtaliyanı Şərqin zəngin ehtiyatları ilə təmin etdiyi kimi, TAP boru kəməri layihəsi də gələcəkdə bu ölkəyə vacib enerji resursları çatdıracaq.
İki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığı dəyərləndirən G.Gulloti bildirib ki, İtaliya ilə Azərbaycanın uzunmüddətli mədəni əlaqələri var. Bu əlaqələrin tarixi qədim zamanlardan - florensiyalı və venesiyalı tacirlərin “İpək Yolu” kimi tanınan Azərbaycan ərazisinə qədəm qoyduğu vaxtlardan başlayır. Qeyd edilib ki, bu gün əsas hədəf Azərbaycan dəyərlərini İtaliyada, İtaliya mədəniyyətini isə ölkənizdə tanıtmaqdır. Səfirlik bu məqsədlə, eləcə də ölkələr arasında mədəni əlaqələri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Dünyada italyan dili həftəsi, Avropa film festivalı, sərgilər, film çəkilişləri və konsertlər bu qəbildəndir. Müvəqqəti işlər vəkili vurğluayıb ki, 2014-cü ildə səfirlik Kapri Fondu və Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində Kapri sərgisini, Beynəlxalq Muğam Mərkəzində İtaliyanın tanınmış musiqiçilərinin ifasında “O Sole mio” konsertini və “ADA” Universitetində Friuli-Venetsiya-Culiya regionunun Friuli notlarına köklənmiş italyan musiqisi gecəsini təşkil edib. Bundan əlavə, oktyabr ayında Bakı kinoteatrlarının birində “Oskar” mükafatına layiq görülmüş məşhur italyan kinofilmlərindən ibarət festival da keçiriləcək.
Müsahibədə o da bildirilib ki, İtaliyanın turizm sektorunda böyük təcrübəsi var və bu ölkə Azərbaycana bu sahəni inkişaf etdirməkdə kömək göstərməyə hazırdır. Qədim tarixi və gözəl təbiəti olan Azərbaycan böyük turizm potensialına malikdir: “Azərbaycan cəmiyyətinin italyan mədəniyyətinə verdiyi yüksək dəyərin bariz nümunələrindən biri də son bir neçə ayda dünya şöhrətli italyan mədəniyyət xadimlərinin iştirakı ilə ölkənizdə keçirilən tədbirlərdir. Buna misal olaraq “Kristal holl”da Ornella Mutinin aparıcılığı, məşhur bəstəkar Ennio Morrikone və tenor Alessandro Safinanın iştirakı ilə keçirilən “San Remo ulduzları” adlı konserti göstərmək olar. Məşhur italiyalı aktrisa Klaudia Kardinale də Bakıda olub, modelyer-dizayner Ermanno Şervino isə öz geyim kolleksiyalarını nümayiş etdirib”.
Qeyd edək ki, Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri
içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən
ilk dövlətlərdən biri, məhz İtaliya olub. Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini 1 yanvar
1992-ci il tarixində tanıyıb. Eyni zamanda,
8 may 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr
yaradılıb. Bununla belə,
məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlər
inkişaf etməyə
başlayıb. 1997-ci ilin martında İtaliya Respublikasının
Azərbaycanda, 2003-cü ilin
dekabrında isə Azərbaycan Respublikasının
İtaliyada səfirliyi
təsis edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında indiyədək
30 sənəd imzalanıb.
İki ölkə arasında əməkdaşlıq rəsmi
səfərlər sayəsində
daha da möhkəmlənib.
Ümummilli lider Heydər
Əliyevin İtaliya Respublikasına ilk rəsmi
səfəri 24-27 sentyabr
1997-ci ildə baş tutub. Prezident İlham Əliyev
isə 2005-ci ilin 24-26
fevral tarixlərində
İtaliyada rəsmi səfərdə olub.
Eyni zamanda, 2 iyun 2011-ci il
tarixində İtaliyanın
birləşdirilməsinin 150 illiyi münasibətilə
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə,
Prezident İlham Əliyev həmin ölkəyə səfər
edib. Onu da qeyd edək
ki, 2013-cü ilin 5-6
mart tarixində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva İtaliyada səfərdə
olub və Romada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında
iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri
səviyyəsində də
davam etdirilib ki, bu da
Azərbaycanla İtaliya
arasında əlaqələrin
bütün sahələr
üzrə inkişafına
təkan verib.
Bu məqamda onu da xüsusi olaraq qeyd etmək
yerinə düşər
ki, ümumiyyətlə,
birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə
olunması İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında qarşılıqlı-faydalı
əməkdaşlığın güclənməsinə əlverişli
zəmin yaradıb. “Əsrin
müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində
İtaliya şirkətlərinin
təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına
təkan verib. Enerji sahəsində əməkdaşlıqla
yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni,
təhsil, səhiyyə,
turizm və digər bölmələrdə
intensiv əlaqələrin
inkişafı İtaliya-Azərbaycan
münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında yaradılmış
hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə
yeni dinamizm elementləri əlavə edib. Son illərdə
möhkəm təməllər
üzərində dərinləşən
Azərbaycan-İtaliya əlaqələri
öz növbəsində,
ikitərəfli münasibətlər
çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq
fazasına qədəm
qoyub. Hər iki dövlət
Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında
həlledici rola malik olmaqla strateji
əhəmiyyət kəsb
etməyə başlayıb.
İtaliya Respublikası ilə
Azərbaycan Respublikası
arasında iqtisadi münasibətlərin əsas
prioriteti neft və qaz sahəsində
əməkdaşlıqla bağlıdır.
Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftin əsas
alıcılarından biri
İtaliyadır. Hazırda Avropa
bazarlarına nəql olunan neft resurslarının
böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə
çatdırılır. Bu dövlət ölkəmizə
məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Respublikası Avropa
İttifaqında yüksək
nüfuza malik dövlət kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycan
Respublikası ilə uzunmüddətli və davamlı xarakterə malik strateji layihələri prioritet kimi qəbul edir.
Məlum olduğu kimi, İtaliya Respublikası neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki,
hələ 2007-ci ilin
dekabrında Azərbaycanla
İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair
protokol imzalanıb.
Əlavə edək ki,
“Şahdəniz” konsorsiumu
28 iyun 2013-cü ildə
elan edib ki, “Şahdəniz-2” layihəsindən
hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi
Avropadakı müştərilərə
çatdırmaq üçün
Trans-Adriatik boru kəmərini (TAP) seçib.
13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş
imzalayıblar. Bir sözlə,
İtaliya Azərbaycanın
şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya
dəhlizlərinin yaradılmasında
təşəbbüs göstərən
əsas dövlətlərdən
biridir. Beləliklə, görünən odur ki, enerji
əməkdaşlığı formatı gələcəkdə
daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu,
Bakı-Tbilisi-Ərzurum
(BTƏ) kəmərinin coğrafiyası
daha da genişlənəcək
və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində
Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış
olacaq. Yanacağın Azərbaycandan Türkiyə
və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına
və başqa Avropa ölkələrinə
ixracı üçün
regionda ən iri qaz marşrutu
mövcud olacaq. Eyni zamanda, bu enerji
sistemi şaxələnərək
Mərkəzi Avropanın
bir çox dövlətlərini əhatə
edəcək. Yanacağın sözügedən marşrut
üzrə Xəzər
hövzəsindən, Orta
Şərqdən və
Mərkəzi Asiyadan Avropaya çatdırılması
nəzərdə tutulur.
Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Bu amil
İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində
bu ölkənin də regionda tranzit dövlətə çevrilməsinə səbəb
ola bilər.
Yəni,
İtaliya təkcə
Azərbaycan qazının
alıcısı deyil,
həm də yanacağın digər Avropa dövlətlərinə
ixracı üçün
tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazı Avstriyaya,
Bolqarıstana, Macarıstana,
həm də bu ölkənin ərazisindəki marşrutlarla
çatdırılacaq. Bu strateji addım,
eyni zamanda, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoyur.
Yeri gəlmişkən,
İtaliya Respublikası
ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq
enerji resursları ilə məhdudlaşmır. Onu da qeyd edək ki, indiyədək keçirilən Azərbaycan-İtaliya
biznes-forumlarında müzakirə
olunan əsas məsələlər neft
və qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlığı
da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir
çox sahələri
üzrə geniş əməkdaşlıq əlaqələrini
gücləndirmək niyyətindədirlər.
ardı var
Sadayoğlu, Pərviz.
Yeni Azərbaycan.-2014.- 14 avqust.- S. 8.