Ölkəmizin sənaye xəritəsi yenilənir

 

Prezident İlham Əliyev: Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdürümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır

 

Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycan iqtisadiyyatının potensialı əhəmiyyətli dərəcədə artıb, ölkənin maliyyə imkanları genişlənib. Eyni zamanda, cari ilin 6 ayında ölkə iqtisadiyyatında 2,1 faiz artıma nail olunub. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb ki, bu da kifayət qədər böyük rəqəmdir. Azərbaycanın əldə etdiyi bu uğurlar, həmçinin, beynəlxalq maliyyə böhranının ölkəmizə təsir etməməsi bütövlükdə iqtisadiyyatımızın dayanıqlılığının, rəqabətədavamlılığının, kənar təsirlərdən asılılığının olmamasının göstəricisidir.

Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasını şərtləndirən əsas amillərdən biri isə ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfi belə müəyyənləşdirib: “Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir”.

Ölkədə məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsi siyasəti həyata keçirilir

Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşüb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və dövlət başçısının rəhbərliyi ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə qeyri-neft sektorunun inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb: “Vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti varbuna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdürümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”.

Onu da qeyd edək ki, olan Prezident İlham Əliyev iqtisadiyyatın çoxqütblüyünün təmin edilməsinin və bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib: “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır”.

Prezident İlham Əliyevin səyi ilə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi strategiyası öz gözəl bəhrələrini verib. Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun artım tempi neft sektorunun artım tempini üstələyib. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir”.

Artıq bir neçə ildir ki, ölkəmizdə qeyri-neft sektorunda davamlı olaraq böyük uğurlar əldə edilir. Ötən il bu sahədə 10 faiz, cari ilin birinci yarısında isə 7 faiz artıma nail olunub. Qeyri-neft sektorunun inkişafı ÜDM-in strukturuna da ciddi təsir göstərib. Belə ki, cari ilin birinci yarısında ÜDM-in strukturunda özəl bölmənin çəkisi artaraq 56,3 faizə çatıb. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.

Ölkədə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir

Təbii ki, ölkəmizdə qeyri-neft sektorunun uğurlarından söhbət açarkən bu sahəyə göstərilən dövlət dəstəyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafına güclü hüquqi təminat yaradır. Bundan başqa, ölkə Prezidentinin tapşırığına əsasən hər il bu sahəyə dövlət xətti ilə güzəştli kreditlər şəklində böyük məbləğdə maliyyə vəsaiti ayrılır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda vurğulayıb: “Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir”.

Son 10 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit yönəldilib.

Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 minədək yeni yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artıb ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür. Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Maliyyələşdirilmiş 20 istehsal, emalinfrastruktur müəssisələri artıq istifadəyə verilibilin sonunadək daha 60 belə müəssisənin işə salınması nəzərdə tutulur. Bütövlükdə il ərzində sahibkarlara veriləcək güzəştli kreditlərin həcmini 280 milyon manata çatdırmaq nəzərdə tutulub.

Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi sayəsində ölkənin sənaye xəritəsi yenilənir

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının təşviq edilməsi və dəstəklənməsi sayəsində respublikanın sənaye xəritəsinin yeniləndiyini də qeyd edə bilərik. Ötən ay Qaradağ rayonundaNormsement zavodunun açılışında Prezident İlham Əliyev ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ilielan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir”.

Beləliklə, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalartekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, həmçinin, çoxlu sayda tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib.

Prezident İlham Əliyev qeyri-neft sektorunda mühüm yer tutan sənayeləşmə siyasəti ilə bağlı hədəfləri də müəyyənləşdirib: “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun potensialının böyük hissəsi turizm və İKT sektorunda cəmləşib. Son 10 ildə hər iki sahədə intensiv surətdə həyata keçirilən tədbirləri nəzərə alsaq, ölkəmizdə qeyri-neft sektorunun inkişafının miqyası barədə konkret təsəvvür yaranar. Ötən 10 ildə respublikanın müxtəlif bölgələrində 14 beşulduzlu oteldaxil olmaqla, çoxlu sayda müasir turizm kompleksləri, istirahət mərkəzləri istifadəyə verilib. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şahdağ” Qış-Yay Turizm Kompleksində və “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində ən müasir dünya standartları tətbiq edilib.

Eyni sözləri İKT sektoru haqqında da demək mümkündür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması Azərbaycanda bu sahənin inkişafına güclü təkan verdi. Bundan başqa, ötən il ölkəmizin həyatında baş verən çox əlamətdar hadisələrdən biri də məhz İKT sektoru ilə bağlıdır. Belə ki, 2013-cü ildə Azərbaycan öz peykini orbitə çıxarmaqla beynəlxalq kosmik ailənin üzvlüyünə daxil oldu. Hazırda yaxın gələcəkdə Azərbaycanın daha bir peykinin orbitə çıxarılması istiqamətində ciddi aparılır. Ümumiyyətlə, Azərbaycanın İKT sektorunda yeniliklərin miqyası kifayət qədər böyükdür. Təkcə onu vurğulamaq kifayətdir ki, hazırda dünyanın bir sıra ölkələrində hələ də 2-ci nəsil İKT texnologiyalarından istifadə olunduğu halda, ölkəmizdə 3-cü və 4-cü nəsil texnologiyaların geniş tətbiqi həyata keçirilir.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 20 avqust.- S. 2.