“Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

 

Rayonun sosial-iqtisadi inkişafı operativeffektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxilixarici siyasət kursu dayanır. Həyata keçirilən rasional iqtisadi strategiyanın qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modeli formalaşdırılıb və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamağı bacarıb. Təbii ki, bu inkişaf cari ildə də davam edib və əldə edilən göstəricilər həyata keçirilən iqtisadi kursun səmərəliliyini əks etdirir.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində iqtisadiyyat 2,1 faiz artıb, qeyri-neft sektorunda inkişaf 7 faiz olub. İnflyasiya cəmi 1,6 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq, inflyasiyanı 3 dəfə üstələyib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 54 milyard dollardan çoxdur.

Bakı şəhəri və onun qəsəbələrinin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir

Vurğulamaq yerinə düşər ki, Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlər də ölkəmizin ümumi tərəqqisinə fundamental töhfələr verir. Bu istiqamətdə bütün Dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin reallaşdırılmasına, elektrik enerjisi və təbii qaz təchizatına, içməli sukanalizasiya sistemlərinin yaradılmasına, magistral yolların çəkilişinə, kənd yollarının yenidən qurulmasına və yeni yolların inşasına nail olunub.

Onu da qeyd edək ki, proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası təkcə Bakı şəhəri və onun ətraf qəsəbələrinin inkişafına təkan verməyib. Bu eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.

Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etməsində Səbail rayonunun öz yeri və payı var

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Səbail rayonunun da öz yeri və payı var. Bu barədə daha aydın təsəvvürün yaranması üçün ayrı-ayrı sahələrdə konkret statistik göstəricilərə nəzər yetirmək lazımdır.

Qeyd edək ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 faiz çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 faiz çox xidmətlər göstərilib.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 faiz çoxdur.

Rayon ərazisində məşğulluğun təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib

Bundan başqa, rayon ərazisində məşğulluğun təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Görülən aktiv məşğulluq tədbirləri rayon ərazisində məskunlaşan insanların işlə təmin olunmasına əhəmiyyətli töhfələr verməklə yanaşı, onların sosial vəziyyətinin də yaxşılaşdırılmasında mühüm rol oynayıb. Belə ki, 2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni yeri açılıb. Bunlardan hamısı daimi yerləridir.

Onu da qeyd edək ki, Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən ilin ilk 6 ayı ərzində 485 nəfər axtaran vətəndaş daimi işlə təmin olunub, “Ərazi Məşğulluq Proqramı”na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər axtaran vətəndaş üçünKompüter istifadəçisi”, 16 nəfər axtaran vətəndaş üçünKompüterçi-dizayner”, 12 nəfər axtaran vətəndaş üçün “Xalçaçı”, 20 nəfər axtaran vətəndaş üçün isə “İngilis dili” peşə kursları açılıb, Əmək yarmarkasında 8 nəfər daimi işlə təmin olunub.

Əsaslı təmir-yenidənqurma işləri uğurla davam etdirilir

Bunlarla yanaşı, bəhs olunan müddətdə rayon ərazisində əsaslı təmir-yenidənqurma işləri uğurla davam etdirilib. Birinci yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, “Turacuşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın, Badamdar qəsəbəsində yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və 3 ədəd yeni su anbarının tikintisi davam etdirilir.

Hazırda rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 5 mərtəbəli “İnturist” mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idmanyataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması işləri aparılır, Neftçilər prospektində İdman Oyunları sarayı (Əl Oyunları sarayı) əsaslı təmir olunur, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə Badamdar qəsəbəsində “Könül” körpələr evinin əsaslı təmiri və yenidənqurulması həyata keçirilir.

Sadalananlarla yanaşı, rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki 35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsi 1 və 2 saylı, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılıb, Üzeyir Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər görülüb

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, ayrı-ayrı binaların dam örtüyündə təmir işləri aparılıb, sukanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb.

Eyni zamanda, Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal İdarəsi tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə işlər davam etdirilir

2014-cü ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 386 ailə (1520 ailə üzvü) müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122 manat sosial yardım təyin olunub. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçüyə ilin ilk 6 ayı ərzində 19.535 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.

Nəzərdə tutulmuş bütün işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsi rayon rəhbərliyinin qarşısında mühüm vəzifə kimi durur

Xüsusilə qeyd etmək istərdik ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn işlər çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi rayon rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi durur. Bu işlərin icrası ilə əlaqədar problemlərin həlli istiqamətində müvafiq tədbirlər planı - konseptual əsaslar müəyyənləşdirilib və bu sahədə işlər davam etməkdədir.

Göründüyü kimi, Səbail rayonunun sosial-iqtisadi inkişafı operativeffektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması naminə görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir. Yuxarıda nəzər saldığımız istiqamətlərdə görülən işlər və əldə edilən nəticələr digər sahələrin də paralel inkişafını təmin etmiş olur.

 

Nurlan QƏLƏNDƏROV

Yeni  Azərbaycan.-2014.- 20 avqust.- S. 4.