Texnoparkların yaradılması ilə Azərbaycanda sənayeləşmənin yeni mərhələsi başlayıb

 

Prezident İlham Əliyev: Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir

 

Müasir dünya ilk növbədə yeni trendlərlə səciyyələnir. ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Çin, Cənubi Koreya kimi dövlətlərin təcrübəsi göstərir ki, həmin ölkələrin yüksək texnoloji inkişaf səviyyəsinə çatmasında xüsusi sənaye zonalarının, texnoparkların yaradılması mühüm rol oynayıb. Hazırda ABŞ-da fəaliyyət göstərən “Silikonvadisi, qardaş Türkiyənin “Arı Texno” kəndi, Rusiyanın “Skolkova” mərkəzi, İKT sektoru üzrə xüsusi iqtisadi zona olan Dubay internet şəhəri texnoparklar üzrə bir növ dünya brendinə çevriliböz ölkələrinin iqtisadiyyatına sanballı töhfələr verir.

Dinamik sosial-iqtisadi inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında yer tutmağı hədəfləyən Azərbaycan da məhz bu yolu tutub. Dövlət başçısı İlham Əliyev respublikamızın gələcək inkişaf dinamikasının sənaye sahəsi ilə bağlı olduğunu bəyan edib, ölkəmizdə ixracyönümlü, innovativ tutumlu məhsul istehsalının stimullaşdırılmasının və bu məqsədlə texnoparkların, xüsusi sənaye zonalarının yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulayıb: “Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.

Ölkədə sənayenin inkişafı, texnoparkların yaradılması geniş təşviq olunur və dövlət tərəfindən dəstəklənir

Sənayenin üstün inkişafını təmin etməyi hədəfləyən Azərbaycanda bu sahənin inkişafı yüksək səviyyədə təşviq olunur, eyni zamanda ölkədə müasir dünya trendlərinə uyğun olaraq texnoparkların yaradılmasına güclü dövlət dəstəyi verilir. Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bununla bağlı fikirlərini ifadə edərək deyib: “Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir”.

Ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca Qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ilielan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsidir. Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Dövlət başçısının imzaladığı bəhs olunan Sərəncama uyğun olaraq, ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb. Hazırda ölkədə cari il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ölkədə ilk texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb

Sevindirici haldır ki, artıq ölkəmizdə ilk texnoparklarda məhsul istehsalına start verilib. Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatında, həmçinin, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılmasında “Azərikimya” İstehsalat Birliyi ilə sıx əməkdaşlıq ediləcəkdir. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən poladpolietilen boruların istehsalına başlanıb, həmçinin, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulub. Eyni zamanda, yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir.

Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Balaxanı Sənaye Parkının potensialı isə daha böyükdür. Hazırda sözügedən sənaye parkına potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir.

Yaxın gələcəkdə ölkə ərazisində daha bir neçə texnoparkın qurulması nəzərdə tutulub. Belə texnoparklar, həmçinin, Mingəçevir və Gəncə şəhərlərində yaradılacaq. Hazırda hər iki şəhərdə sənaye parklarının yaradılması ilə bağlı hüquqi bazanın formalaşdırılması istiqamətində aparılır. Qeyd edək ki, Gəncədə polad kompleksinin və “Detalalüminium zavodunun tikintisinə bir milyard dollardan çox investisiya yönəldiləcək.

Prezident İlham Əliyev qeyri-neft sektorunda mühüm yer tutan sənayeləşmə siyasəti ilə bağlı hədəfləri də müəyyənləşdirib: “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

Onu da vurğulamaq lazımdır ki, sərmayə cəlbediciliyini təmin etmək məqsədilə texnoparkların ərazilərində yerlixarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Məsələn, Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad edilib.

Daha bir vacib məqam isə texnoparkların ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılması ilə bağlıdır. Belə ki, bütün texnoparklarda etibarlı elektrik enerjisi, qaz, su təzhizatı, həmçinin, axıntı suları şəbəkəsinin qurulması, nəqliyyat-kommunikasiya sisteminin yaradılması və digər zəruri infrastruktur təminatı nəzərdə tutulub.

Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev 5 noyabr 2012-ci il tarixində “Yüksək Texnologiyalar Parkının yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmitexnoloji nailiyyətlərə əsaslanan informasiyakommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını təmin etmək məqsədilə müasir komplekslər - Yüksək Texnologiyalar Parkının yaradılması nəzərdə tutulub. Parkın Sumqayıt şəhərində yaradılması planlaşdırılıb. Şübhə yoxdur ki, Sumqayıt şəhərində yaradılacaq Yüksək Texnologiyalar Parkı ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.

Qarşıda mühüm vəzifə durur: Ölkədə sənaye klasterləri, hər rayonda sənaye zonaları yaradılmalıdır

Prezident İlham Əliyev ölkəmizin yeni sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə əsaslanmağın vacibliyini vurğulayıb. Ayrı-ayrı inkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, sənaye istehsalının təşkilində sənaye tsikllərinin yaradılması daha effektiv nəticələr verir. Prezident İlham Əliyev Azərbaycanda da sənaye klasterlərinin yaradılmasının əhəmiyyətini vurğulayaraq deyib: “Hesab edirəm ki, texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq. Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçikorta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.

Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də hər rayonda sənaye zonalarının yaradılması ilə bağlıdır. Təbii ki, bu zaman bölgələrin ənənələri və potensial imkanları əsas götürülür. Artıq bu istiqamətdə işlərə start verilib. Belə ki, dövlət başçısının tapşırığına əsasən sənaye məhəllələrinin yaradılması sahəsində müasir təcrübə öyrənilib və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılıb.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 22 avqust.- S. 2.