Azərbaycan GUAM-la əməkdaşlığa xüsusi önəm verir

 

GUAM yarandığı vaxtdan respublikamız bu qurumlaonun çərçivəsində üzv dövlətlərlə sıx əlaqələr qurub

Məlum olduğu kimi, bu günlərdə Ukraynanın paytaxtında Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Katibliyində Fövqəladə hallar üzrə işçi qrupunun 11-ci iclası olub. Bu barədə AzərTAc-a təşkilatın Kiyevdəki mənzil-qərargahından məlumat veriblər.

İki günlük iclasda Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın iştirakçısı olan bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib. Tərəflər fövqəladə halların qarşısının alınması və onlara reaksiya verilməsi sahəsində fəaliyyət, habelə başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı barədə informasiya mübadiləsi keçiriblər.

Fövqəladə hallar üzrə işçi qrupu 2014-cü ilin hesabatını və 2015-ci il üçün planı müzakirə edərək təsdiqləyib. İclasın iştirakçıları 2015-2016-cı illərdə işçi qrupunda Gürcüstanın koordinasiyası barədə informasiyanı nəzərə alıb. Növbəti profil iclası 2015-ci ilin mayında keçiriləcək.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın fəaliyyətində və beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan Respublikasının da özünəməxsus rolu var. Daha doğrusu, Azərbaycan Respublikası təşkilatın üzvü kimi bu prosesdə fəal rol oynayır. Ümumiyyətlə isə, Azərbaycan Respublikası xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı və bərabərtərəfli əməkdaşlıq qurub. Bu əməkdaşlığın əsası isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin davam etdirdiyi xarici siyasət kursunun mühüm komponentini təşkil edir. Məhz bu siyasətin uğurla reallaşdırılması nəticəsində Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edilib və həmin qurumların kürsülərindən geniş istifadə edilərək ölkəmiz haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Belə beynəlxalq qurumlardan biriDemokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM-dır.

Hazırda Azərbaycan Respublikası ilə Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu da təbiidir. Belə ki, yuxarıda da vurğuladığımız kimi, balanslaşdırılmış xarici siyasət kursuna üstünlük verən Azərbaycan Respublikası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu münasibətlər yaradıb. Bu mənada respublikamızın yüksək səviyyəli əlaqələr formalaşdırdığı Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM da beynəlxalq qurumlar içərisində özünəməxsus əhəmiyyətə malikdir. Hazırda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən bu təşkilatın əsası 1997-ci il oktyabrın 10-da Strasburqda Birgə Kommunikenin imzalanması ilə qoyulub. Həmin Kommunikedə dövlət başçıları suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyiinsan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə, dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, 1999-2005-ci illər ərzində Özbəkistan da bu təşkilata üzv olub. Təsadüfi deyil ki, bundan sonra təşkilatın formalaşdırılması və təsisatlaşdırılması istiqamətində bir-birinin ardınca mühüm addımlar atılıb.

Belə ki, 2001-ci il iyun ayının 7-də GUAM-ın ilk Zirvə toplantısı Yaltada təşkil olunub. Toplantıda dövlət başçıları tərəfindən imzalanan GUAM-ın “Yalta Xartiyası” iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirib. Bundan 4 il sonra təşkilatın Kişinyovda baş tutan Zirvə toplantısı üzv dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid mövqeyini ortaya qoyub. 2006-cı il 22-23 may tarixində gerçəkləşən Kiyev Zirvə toplantısı isə GUAM üçün daha bir əlamətdar hadisə olan təşkilatın Nizamnaməsinin qəbulu ilə yadda qalıb. Bildirmək yerinə düşər ki, bu təşkilatın əsas yaranma tarixi də, əslində, elə həmin dövrdən hesablanır. Nizamnaməyə görə, demokratik dəyərlərin bərqərar olması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avroatlantik məkana inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitarsosial sahələrdə əməkdaşlığının genişləndirilməsi təşkilatın başlıca məqsədlərini təşkil edir. GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə toplantısında qəbul olunan Bəyannamədə təşkilatın qarşısında dayanan əsas məqsəd və vəzifələr müəyyənləşdirilib. Təşkilatın qarşısında duran əsas vəzifələr sırasında demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının, təhlükəsizliyinin və sabitliyin təmin olunması məqsədilə qarşılıqlı əlaqələrin gücləndirilməsini göstərmək olar. Təşkilatın adından da göründüyü kimi, üzv dövlətlər arasında iqtisadi əlaqələrin sıxlaşdırılması və qlobal iqtisadi proseslərdəki rolunun möhkəmləndirilməsi qurumun prioritetləri sırasındadır. Bu baxımdan, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a üzv dövlətlərin beynəlxalq tranzit potensialından istifadə olunması, enerji təhlükəsizliyi sahəsində səylərin artırılması, iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin, Azad Ticarət Zonası haqqında üzv dövlətlər arasında imzalanan Sazişin həyata keçirilməsi və digər məsələlər Bəyannamədə öz əksini tapıb.

Bir daha vurğulamaq yerinə düşər ki, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yarandığı vaxtdan Azərbaycan Respublikası qurumlaonun çərçivəsində üzv dövlətlərlə sıx əlaqələr qurub. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, sonradan üzv olduğu digər təşkilatlardan fərqli olaraq, Azərbaycan Respublikası Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın yaradılmasında bilavasitə iştirak edib. Həmin dövrdə gənc müstəqil dövlət olan Azərbaycan Respublikasının seçdiyi demokratik inkişaf yolunda inamla irəliləməsini, beynəlxalq mövqeyinin möhkəmlənməsini qarşıya prioritet məqsədlərdən biri kimi qoyan Ümummilli lider Heydər Əliyev belə bir təşkilatın yaradılmasını yüksək qiymətləndirərək onun gələcəyinə böyük ümidlər bəsləndiyini bildirmişdi.

Ümumiyyətlə, Ümummilli liderimiz Heydər Əliyevin Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın-GUAM-ın yaradılması və inkişaf etdirilməsində əvəzsiz xidmətləri olub. Ümummilli liderimiz təşkilatın tarixində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton Zirvə görüşündə, 2001 və 2002-ci illər Yaltada keçirilən Zirvə toplantılarında şəxsən iştirak edib. 1999-cu il aprelin 24-də keçirilən Vaşinqton Zirvə görüşündən sonra Ulu öndər Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısındakı çıxışı zamanı təşkilatın beynəlxalq siyasi, iqtisadi əhəmiyyətini vurğulayaraq əlavə edib: “...Biz təşkilatımızın keçən vaxt ərzindəki fəaliyyətini müzakirə etdik və təsdiq etdik ki, ötən müddət təşkilatın zəruriliyini və həyat qabiliyyətinə malik olduğunu göstərmişdir. Təşkilat, hər şeydən öncə coğrafi prinsipə əsaslanır, ona daxil olan ölkələrin iqtisadi əməkdaşlığı və daha çox Trans-Qafqaz magistralı vasitəsilə əməkdaşlığı məqsədlərinə xidmət edir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizlə Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM arasındakı əlaqələri daim diqqət mərkəzində saxlayır. Belə ki, dövlət başçısı təşkilatın Zirvə görüşlərində yaxından iştirak etməklə bərabər, üzv dövlətlərlə təşkilat çərçivəsində hərtərəfli əlaqələrin inkişafı yönündə addımlar atır.

Bildirmək yerinə düşər ki, Azərbaycan Respublikası bu vaxta qədər Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a üç dəfə sədrlik edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının təşkilata son sədrliyi dövründə əsas prioriteti Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat -GUAM məkanında münaqişələrin həlli, hüquq-mühafizə sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində işbirliyi, GUAM çərçivəsində parlamentlərarası əməkdaşlığın inkişafı olub. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a sədrliyi ilə bağlı qərar 2011-ci il dekabrın 7-də GUAM Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən toplantısında qəbul olunub. Azərbaycanı sözügedən iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Görüşdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Moldovanın xarici siyasət idarəsinin rəhbəri Yurie Lyanke, Ukraynanın Litvadakı səfiri Valeri Jovtenko, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Baş katibi Valeri Çeçelaşvili iştirak ediblər. Beləliklə, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Baş katibi Valeri Çeçelaşvilinin də bəyan etdiyi kimi, Azərbaycan Respublikasının qurumdakı növbəti sədrliyi dövrüuğurlu keçib. Baş katib deyib ki, Azərbaycan Respublikasının sədrliyi dövründə mühüm işlər görülüb. Onun sözlərinə görə, mühüm işlərdən biri 2012-ci il dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub. “Azərbaycanın sədrliyinin son uğuru isə dekabrın 18-də Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu möhkəmləndirir”, - deyə Çeçelaşvili əlavə edib.

Əksər müşahidəçilərin vurğuladıqları kimi, Azərbaycan Respublikasının bundan əvvəl Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat -GUAM-a sədrlik etdiyi dövr də təşkilatın inkişafı baxımından mühüm bir mərhələni təşkil edib.

Xatırladaq ki, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-da Azərbaycan Respublikasının ilk sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə toplantısınadək davam edib. “GUAM: qitələri birləşdirərək” şüarı altında keçirilən Bakı Zirvə toplantısı təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəyyən edərək onun institusional cəhətdən möhkəmlənərək tərəfdaş ölkələrlə “GUAM+” formatında əməkdaşlığın üstünlüklərini nümayiş etdirib. Azərbaycan Respublikasının sədrlik proqramında əksini tapmış sözügedən strateji istiqamətlər təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının sədrliyi üzv dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması ilə yadda qalıb.

Eyni zamanda, Bakıdakı Zirvə toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ideyası Azərbaycanın sədrliyinin başlıca vəzifəsi idi. Bu ideyadan irəli gələrək sədrlik edən ölkənin diqqəti GUAM-ın regional əhəmiyyətinin möhkəmləndirilməsinə və ona beynəlxalq dəstəyin gücləndirilməsinə, üzv dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəldildi. Azərbaycanın təşkilata sədrliyini əlamətdar edən daha bir hal isə Bakı Zirvə toplantısında GUAM Dövlət Başçıları Şurası tərəfindən təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaşlığının İnkişafı Strategiyasının qəbul edilməsi oldu. Qeyd edək ki, Azərbaycan Respublikasının təşkilata birillik sədrliyi kifayət qədər aktiv keçib. Bunun bariz nümunəsi kimi, Bakı Zirvə toplantısından sonra 27 sentyabr 2007-ci il tarixində Nyu-Yorkda keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli “GUAM+” formatında Vilnüsdə təşkilatın onilliyinə həsr olunmuş Zirvə toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda baş tutan GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclasını, 29-30 may 2008-ci il tarixində Bakıda keçirilən “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfransını və digər tədbirləri göstərmək olar.

Azərbaycan Respublikası Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın-GUAM-ın bütün, o cümlədən təşkilatın nəqliyyat-enerji layihələrində fəal iştirak edir. Qeyd etdiyimiz kimi, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat -GUAM çərçivəsində həyata keçirilən layihələr içərisində dövlətlər arasında ticarət münasibətlərinin inkişafına təkan vermək məqsədilə Azad Ticarət Zonasının yaradılması ən sərfəli layihə hesab olunur. Bu layihə təşkilata daxil olan ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azad iqtisadi zonaların isə tam şəkildə fəaliyyət göstərməsi Dünya Ticarət Təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmaqla liberal vergi-gömrük rejiminin yaradılmasına imkan verəcək. Bu isə Avroatlantik məkana inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanların həyat səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə çatmağa xidmət edəcək. Digər tərəfdən, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a üzv ölkələr arasında yaradılacaq azad ticarət mühiti qeyri-qanuni ticarətin qarşısını almaqda xeyli faydalı olacaq.

Son illər görülən tədbirlər nəticəsində Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. 2008-ci ildə Bakıda keçirilən “GUAM-ın inkişaf strategiyası” adlı beynəlxalq konfrans çərçivəsində təşkilata üzv ölkələrinin bank assosiasiyalarının Koordinasiya Şurasının yaradılmasına dair saziş imzalanıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın bank assosiasiyalarının prezidentləri tərəfindən imzalanan saziş əsasında Şuranın yaradılmasında əsas məqsəd ödəmə-hesablama alətləri və valyuta-kredit münasibətlərindən daha səmərəli istifadə yolu ilə GUAM ölkələri təsərrüfat subyektlərinin ticari-iqtisadi, elmi-texnikiinvestisiya əməkdaşlığının inkişafından ibarətdir. Qeyd edək ki, şuranın fəaliyyəti, əsasən, yüksək keyfiyyətli bank xidmətlərinin genişləndirilməsinə, GUAM iqtisadi məkanında mal, xidmət və kapital dövriyyəsinin formalaşdırılmasına yönəldilir.

Azərbaycan Respublikası Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a üzv olan ölkələr arasında enerji dəhlizinin yaradılması istiqamətində gedən proseslərdə də olduqca aktivdir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli və uğurlu enerji siyasəti, eləcə də, Azərbaycan Respublikasının bütün tərəfdaşları ilə azad bazar iqtisadiyyatı prinsipləri əsasında qurduğu münasibətlər təşkilatın dünya iqtisadiyyatındakı yerinin möhkəmlənməsinə müsbət təsir göstərib. Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın-GUAM-ın nəqliyyat dəhlizi hesabına Azərbaycanda hasil olunan neftin bir hissəsi Gürcüstan ərazisindən keçməklə Ukraynaya çatdırılıb. Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM daxilindəki enerji dəhlizinin daha bir komponenti isə sıxılmış və maye halına salınmış qazın nəqli ilə bağlıdır. Göründüyü kimi, enerji sahəsində Azərbaycan-GUAM əlaqələri təşkilata üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bununla da Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Avropa ilə Asiya arasında tranzit enerji dəhlizi kimi strateji rolu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Bir daha qeyd etmək yerinə düşər ki, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM dövlətlərin ərazi bütövlüyünün pozulması, həmçinin, təcavüzkarlıq hallarını pisləyərək terrorçuluq, ekstremizm, aqressiv separatçılıq, işğalbunlarla bağlı digər mənfi hallara qarşı mübarizə sahəsində əməkdaşlığa böyük önəm verir. Bu da səbəbsiz deyil. Məlum olduğu kimi, regionların sərbəst inkişafı, demokratiyanın tam təşəkkül tapması üçün dövlətlərin suverenliyini, ərazi bütövlüyünü pozan, tammiqyaslı demokratik islahatların həyata keçirilməsinə və regionun iqtisadi inkişafına mane olan münaqişələrin aradan qalxması lazımdır. Odur ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan bir təşkilat kimi Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM təcavüzkarlıq hallarını pisləyərək terrorçuluq, ekstremizm, aqressiv separatçılıq, işğalbunlarla bağlı digər mənfi hallara qarşı mübarizə sahəsində əməkdaşlığa da böyük önəm verir.

Deyilənlər bu il martın 11-12-də Kiyevdə keçirilən toplantıda bir daha vurğulanıb. Məlumat üçün bildirək ki, həmin tarixdə Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Katibliyində qurumun baş katibi Valeri Çeçelaşvilinin iştirakı ilə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 30-cu iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Elman Ağayevin də tərkibində olduğu iştirakçılar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində şəksiz dəstəklədiklərini təsdiq ediblər. Milli Əlaqələndiricilər Şurası onu da təsdiq edib ki, GUAM məkanında bütün münaqişələr Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın münaqişələrin nizamlanması məsələsinə dair 2006-cı il 23 may tarixli birgə Bəyannaməsində təsbit olunmuş prinsiplər əsasında həll olunmalıdır.

Milli Əlaqələndiricilər Şurasının üzvləri, həmçinin, GUAM formatında qarşılıqlı siyasi fəaliyyətin bəzi məsələlərini, o cümlədən, BMT-ninProtracted conflicts in the GUAM area and their implications for international peace, security and development” qətnaməsi layihəsinin həyata keçirilməsinin gedişatını müzakirə ediblər. Tərəflər GUAM Parlament Assambleyasının komitələrinin iclaslarının keçirilməsi imkanını nəzərdən keçirib və həmin iclasların GUAM Parlament Assambleyası komitələrinin 2013-cü il dekabrın 2-də Tbilisidə keçirilmiş birgə iclasında qəbul edilmiş qərarlara müvafiq olaraq keçirilməsini tövsiyə ediblər. Elə 10-11 noyabr tarixlərində GUAM-ın Parlament Assambleyasının (PA) Moldovanın paytaxtında keçirilən VII iclasında da bu kimi hallara qarşı mübarizənin vacibliyi bəyan edilib. GUAM-la yanaşı, Baltik Assambleyasının üzvü olan ölkələrin, Polşa Respublikası Seyminin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin, QİƏT PA, TürkPA və Vışeqrad Qrupunun təmsilçilərinin də iştirak etdikləri iclasın yekunlarına görə, GUAM PA-nın rəsmi məlumatı, habelə GUAM Parlament Assambleyası, Baltik Assambleyası və Polşa Respublikasının parlament nümayəndə heyəti arasında Birgə bəyanat qəbul edilib. Rəsmi məlumatda vurğulanıb ki, Demokratiyaİqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın üzvü olan ölkələrin həmrəyliyinin möhkəmlənməsi, onların ümumi mənafeləri prinsipial və ardıcıl surətdə qorumağa hazır olması, habelə beynəlxalq məkanda bir-birini dəstəkləməsi birinci dərəcəli məsələdir. GUAM Parlament Assambleyası qurumun məkanındakı münaqişələrin həllini tapmamasından son dərəcə narahat olduğunu təsdiq edərək, dövlətlərin başqa bir dövlətin daxili işlərinə qarışmamaq üzrə öhdəliklərini xatırladıb.

GUAM Parlament Assambleyası əmin olduğunu bildirib ki, GUAM məkanında münaqişələrin həlli BMT-nin üzvü olan ölkələrin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınan sərhədlərinin pozulmazlığı əsasında və kənardan neqativ təsir olmadan həll edilməlidir. Sənəddə vurğulanıb ki, dövlətin ərazisi ələ keçirilmə və ya zor ilə təhdidin, yaxud müvafiq beynəlxalq hüquq normalarını pozaraq onun tətbiqinin nəticəsi olan hərbi işğal obyekti ola bilməz. Hərbi əməliyyatlar, yaxud hər hansı təzyiq nəticəsində ələ keçirilən heç bir ərazi heç bir halda qanuni sayıla bilməz.

Mübariz Abdullayev

 Yeni Azərbaycan.- 2014.- 6 dekabr.- S.12.