Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı
mənəvi dəyərlər tarixi birreallıqdır
YAP İdarə Heyətinin üzvü, partiyanın
Qadınlar Şurasının sədri Nurlana Əliyeva
- Nurlana xanım, Azərbaycan xalqının milli - mənəvi dəyərlərinin qorunması və inkişafında Ümummilli liderHeydər Əliyevin xidmətləri haqqında nə deyə bilərsiniz?
- Milli dövlətçilik dəyərlərinin
əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı,
yüksəkixtisaslıinsanlardan ibarət cəmiyyət
qarşıya çıxan bütün problemləri
asanlıqla həll edər, monolit bir qüvvə kimi fəaliyyət
göstərə bilər. Cəmiyyətin
sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin
hamısı əsas birgöstəricidə özünü büruzə verir: iqtisadi və mənəvi
tərəqqi surətində.
Biz Azərbaycanda baş verən
görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Lakin təkcə biz yox, bütün dünya gərginbir templə, mürəkkəb
proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə
olacağına heç bir təminat yoxdur. Sabahkı uğurlara yeganə təminat
– sağlam cəmiyyət quruculuğuna diqqəti
artırmaq,köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və
əzmlə aşılamaqdır. Mən əzm sözünü təsadüfi
işlədmirəm. Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev
şəxsiyyəti bu anlayışla
ayrılmaz surətdə bağlıdır. Əzmlə,
ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə
xidmət onun şəxsiyyətinin
əsas cizgiləri idi. Ulu öndər bütünhəyatını, ömrünü, ağlını,
zəkasını böyük milli məqsədlərə
sərf etmişdir. Buna görə
xalqımız ona minnətdardır.
Lakin bu minnətdarlıq azdır. Bu müqəddəs duyğular bizi Heydər Əliyev irsinin əsas məzmunundan
yayındıra bilməz. Çünki bu məzmun rəhbərin xalqa xidmət
ideyaları ilə bağlı idi. Xalqın tərəqqisinə
xidmət edən işlər görməkonun ömrünün mənasını
təşkil edirdi. Bu da Heydər Əliyev
şəxsiyyətinin çox qiymətli sosial və pedaqoji keyfiyyətiidi. Onun nümunəsi bizi adi xidmətə yox, böyük tarixi və milli məqsədli xidmətə sövq edirdi.
Heydər
Əliyev şəxsiyyətindən söhbət gedərkən, buraya Azərbaycanı da əlavə etmək
lazım gəlir. Çünki Heydər Əliyev
şəxsiyyəti Azərbaycanla bütövləşmiş, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir.
Azərbaycanın
milli-mənəvi dəyərlərinə Ulu öndərin ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqdaaxtarmaq lazımdır. Heydər Əliyevin milli-mənəvi dəyərlər
məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli
ilə bağlı müəyyənləşdirdiyi xətt,
atdığı addımlar bəzən əsl mahiyyəti
üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən
yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə
xidmətlərinin, sadəcə olaraq Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, incəsənətinə,
təhsilinə, səhiyyəsinə yüksək
qayğı kimi səciyyələndirilməsi bu işlərin
gerçək miqyasıüçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər, sadəcə
qayğı olmaqla məhdudlaşa
bilməz. Bütün bunlarulularımızdan
bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi
tək qorunaraq gələcək nəsillərə əmanət
edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği,
qəbul
olunması üçün atılan düşünülmüşməqsədyönlü
addımlardır.
Tarixdə
xalqına, onun maarifinə xidmət
edən rəhbərlər az olmayıb. Amma onların millilik və milli dəyərlərdə
təcəssüm tapmasına nədənsə nadir hallarda təsadüf olunur. Böyük öndərimiz Heydər
Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işləndiyi sovet dövründə
də, müstəqillik dövründə də o, ən böyükazərbaycanlı olduğunu parlaq təcəssüm
etdirən sadə və eyni zamanda, zəngin bir sima idi. Onu milli dəyərlərimiz,milli varlığımız
və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm,
qırılmaz tellər göstərmək olar. Lakin Ulu öndərin anadilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq millilik rəmzi kimi anlamağımız üçün kifayətdir.
Böyük rəhbərimizin
xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Lakin onların
arasında onun natiqlikirsi bizim üçün xüsusilə
müqəddəsdir. Böyük öndərin nitqinin xəlqiliyi azərbaycanlılığın
ən parlaq təcəssümü idi.
Böyük rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Onun 1969-cü ildə hakimiyyətə gəlişi
iləbaşlanan milliləşmə prosesi, mən deyərdim ki, bu nitqlərin
təsiri ilə başladı. Həm də ən mühümü odur ki,
əyalətdə,xalq kütləsinin işində
başladı. İnsanlar rəhbərin ana dilində etdiyi gözəl,
ifadəli çıxışlarda, onun dövlətçilik
məntiqində, vətənimizi sürətlə qurub qüdrətli
dövlətə çevirmək çağırışlarında döğma və müstəqil
dövlətimizin ilksədalarını eşitdilər.
Sonralar Ümummilli liderimiz Bakıda keçirilən tədbirlərdə
də ana dilində
danışmaq üçün fürsət tapdı.
O, yaradıcılıq ittifaqlarının, xüsulilə
Yazıçılar İttifaqının məclislərində
Azərbaycan dilində parlaq çıxışlar
etməyə başladı.Onun rəsmi partiya tədbirlərindəki
çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdır. Bunun özüdə tarixi bir xidmət idi. Yad dildə
danışan dövlət milli ola bilməz. Ona görə də Ulu öndərin nitqləri onun rəhbərliketdiyi hakimiyyətə
qarşı da doğmalıq hissləri
yaradırdı.
İnamla demək olar ki, Heydər Əliyevin
1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və
incəsənətimizdə millicərəyanın
yüksəlişinə səbəb oldu. O, Bəxtiyar
Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar kimi millizəminə
bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar
isə ədəbiyyatın milli varlığımız, millidəyərlərimizlə
bağlı mövzularını uğurla inkişaf etdirirdilər.
Heydər
Əliyev irsinin ayrılmaz bir qanadı da onun milli tariximizə və tarix elmimizə
qayğısı ilə bağlıdır. Millikeçmişimizi dərindən mənimsəmiş Ulu öndər, milli dövlət üçün milli tarixin və tarix elminin fundamentaləhəmiyyətini
gözəl bilirdi. Ona görə də o, Nizami Gəncəvinin və
Nəsiminin yubileylərinin dünya miqyasında qeydolunması üçün partiya qərarları verirdi. O zaman bu qərarlar bir yenilik idi. Bunlar cəsarət
nümunəsi idi. Buna qədər Azərbaycanın Rusiya tarixinə daxil olmasının 150 illiyi kimi bədnam yubileylər qeyd edilmişdir. Lakin Heydər Əliyevböyük ədəbi yubuleyləri
xalqın varlığını üzə çıxarmaq, onun milli tarixini araşdırıb
təbliğ etmək formasına çevirdi.Onun nüfuzu qarşısında Moskva da belə hallara etiraz etməkdən
çəkinirdi.
Böyük öndərimiz həyatın bütün sahələrində
təsəvvürəgəlməz titanik işlər
görməyə qadir olan bir şəxsiyyət idi. Bəzən onun fəaliyyət dairəsinin genişliyi bizim təsəvvürlərimizin
əhatə dairəsinə sığışmır və məhz bu səbəbdən
Heydər Əliyev şəxsiyyəti əfsanələşir. Bu, bir tərəfdən onun əbədiyaşarlığını
təmin edirsə, digər tərəfdən böyüköndərin
şəxsi keyfiyyətlərinin tam görünməsinə mane olur. Çünki Ümummilli liderimiz,
hər şeydən əvvəl, bəşər
övladı, real şəxsiyyət idi. Biz onu məhz bu yöndə
tanımalı, öyrənməli, örnək götürməliyik. Məsələn, Heydər Əliyevin Zərifə
xanıma olan sonsuz sevgisi, bunu ekranda milyonlarla tamaşaçının
qarşısında etiraf etməsi real həyat
həqiqətləri üzərində intişar tapdığından onun xalqımızın
mənəvi-etik baxışlarında
oynadığı rolu qiymətləndirməmək olmur. Eləbuna görə də, Vaqif Mustafayevin çəkdiyi
“Əsl məhəbbət” filmi Moskvada keçirilən festivalda mükafat alarkən heçkim təəccüblənmədi:
məgər
qadına, ömür dostuna bundan da böyük sevgi, bundan da zərif
hisslər bəsləmək olardımı?
Mən böyük öndərimizin əhali
ilə görüşlərini xatırlayıram,
qaçqın şəhərciklərində yurd-yuvalarından
didərgindüşmüş insanlarla görüşlərini yada salıram. Onun qaçqın
toylarında rəqs etdiyini gözümün önünə gətirirəm.
İnanın ki, xalqımızı, onun həyatının
hətta bir anını belə
Heydər Əliyevsiz təsəvvür edə bilmirəm. Bu tək mənim
qənaətim deyil.Görüşdüyüm,
söhbət etdiyim, təmasda olduğum, ünsiyyət
bağladığım adamların
hamısı bu fikirdədir. ÇünkiÜmummilli liderimiz ən böyük azərbaycanlı idi. Çünki o, öz xarakterində
milli-mənəvi dəyərlərimizin bütünatributlarını
daşıyırdı.
Bu gün Heydər Əliyevin uğurlu strategiyası İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Prezident İlhamƏliyevi Azərbaycanın
milli-mənəvi dəyərlərinin ən qüdrətli
mühafizəçisi kimi görürük. Ölkə
rəhbəri bu dəyərləri gözbəbəyi kimi qoruyacağına, itkisiz,
təhrifsiz gələcək nəsillərə ötürəcəyinə bütün azərbaycanlılar
qarşısında, ən böyükazərbaycanlı
Heydər Əliyevin ruhu qarşısında and içib. Bu gün Azərbaycan
Respublikasının Prezidenti öz andınasadiqdir. Necə ki, bütün ömrünü öz xalqının
xoşbəxtliyinə həsr edən Ümummilli liderimiz bu andına sona qədər sadiqqaldı.
Azərbaycan
Respublikasının birinci xanımı Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində
ardıcıl fəaliyyəti də Azərbaycanın milli-mənəvi
dəyərlərinə yüksək hörmətin təzahürüdür.
Təsadüfi deyil ki, buistiqamətdəki
fəaliyyətinə görə Mehriban xanım YUNESKO-nun “Xoşməramlı
səfiri” statusuna layiq görülüb. Bu, ümumilikdə
dünyanın Mehriban xanımın
timsalında bütün Azərbaycan
xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə,
dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul
olunmalıdır. Bu gün Azərbaycan
qadını haqlı olaraqMehriban xanım Əliyevanın
timsalında bir etibarlı dayaq görür,
problemlərinə - mənəvi, ruhi, maddi-ehtiyaclarına
məlhəm qoyan, yardım edən çox doğma, munis Azərbaycan
qadınının varlığına güvənir. Çünki Mehriban Əliyeva
zəmanəmizin ən böyük Azərbaycanlısı
Heydər Əliyevin şəxsi nümunəsini görüb-götürmüş, onun yaratdığı
mənəvi dəyərlər məktəbindən dərs
almış, torpağa, millətə, insana bağlı bir şəxsiyyətdir.
Heydər
Əliyevin həyat məktəbi, onun yaratdığı
mənəvi dəyərlər tarixi bir reallıqdır. Bu məktəb
xalqımızın ən qiymətli irsi, nailiyyəti və
fərəh yeridir. Onu gələcək nəsillərə
çatdırmat isə hər birimizin vətən
qarşısında borcudur.
- Belə fikirlər bildirilir ki, hələ sovetlər
hakimiyyəti dövründə Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin əsaslarını müəyyənləşdirmişdi. Bu barədə siz necə düşünürsünüz?
- Ulu öndər Heydər Əliyev bilirdi: öz varlığını, tarixini, öz taleyini dərk etməyən,
özəlliyi ilə fəxr etməyən xalqmüasir dövlət yaşaya bilməz. Amma gerçəklik başqa idi: milli, millətçi, türk kimi sözlər demək olar ki, qadağa altındaidi. Ona görə ehtiyatla, lakin məqsədyönlü
hərəkət etmək lazım gəlirdi.
Onun qəbul etdiyi qәrarlar Azәrbaycan
respublikasını addım-addım bütün sahələrdə
millilәşdirmәyә yönәlmişdi.Bu xәtt әvvәlcә milli ruһlu
kadrların aparıcı postlarda yerlәşdirilmәsindә, ikinci ermәni millәtindәn olan şәxslәrin
müһüm vә çox gәlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz әksini
tapırdı.
Belәliklә,
xalqın müdrik oğlu tərəfindən Müstәqil
Azәrbaycan Respublikasının
yaradılması işinin konkreticrası
başlandı. Azәrbaycanı müstәqillik vә müasirlik idealına
tәrәf aparmaq üçün Heydər Əliyev
qarşısında o zamantəşkilati
baxımdan iki әsas vәzifә dururdu: birinci Azәrbaycanın iqtisadiyyatını inkişaf etdirib müstәqil
ölkә kimiyaşaya biləcək bir sәviyyәyә
qaldırmaq idi. Ona görә
1969-1982-ci illәri müstәqilliyin iqtisadi әsaslarını yaratmaqmәrһәlәsi
adlandırmaq olar. İkinci vәzifә Azәrbaycan sovet respublikasının bütün һüceyrәlәrindә yuva salmış ermәni
һökmranlığını һiss olunmadan dağıtmaq idi. Bu mürәkkәb
vәzifәlәri Heydər Əliyev cәmi ona üç il әrzindә һәyata
keçirə bildi.
1969-1983-cü illәrdәki
sürәtli iqtisadi quruculuq xalqımızın
müasirliyə vә müstәqilliyә nail olması yolunda köklüәһәmiyyәt
daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq mənəviyyatca
müasirləşə bilməzdi vә onun dövlәti xaricidüşmәnlәrin
müqavimәtinә tab gәtirә bilmәzdi. Uzaqgörәn bir siyasәtçi kimi Ulu öndәr Azәrbaycanın
müstәqilliyinә һansı beynәlxalq
qüvvәlәrin vә dairәlәrin müqavimәt
göstәrәcәyini yaxşı bilirdi. Bu amillәr iyirmi üç ay yaşamışDemokratik Cümһuriyyәtin taleyi timsalında çox yaxşı
mәlum idi. 1918-1920-ci illәrdә dә ermәnilәr xariciqüvvәlәrin
vә dövlәtlәrin aləti kimi çıxış
edәrәk gәnc respublikada qətl və talanlar törәtmiş,
sәrһәd müһaribәsinialovlandırmağa nail olmuşdular.
70-ci illәrdә gedәn iqtisadi tәrәqqinin, onlarla yeni zavod vә
fabriklәrin tikintisininbir әһәmiyyәti
dә Bakı şәhәrinin böyümәsi
vә onun әһalisinin tәrkibindә Azәrbaycanlıların tam әksәriyyət
tәşkil edә bilmәsi idi. Yeni tikilən sәnaye
müәssisәlәrinә vә zavodlara lazım olan işçi qüvvәsi paytaxta kәnd
rayonlarından gəlir vә Bakının milli bir şәһәrә
çevrilmәsi məsələsini һәll edirdi. Bakının
müәssisәlәrindә çalışan qeyri millətlәrdәn olanfəhlələr böyük fəlakətlərin
səbəbkarı olmuşdular. Rəhbər bunu bilir və vəziyyəti
tənzimləyirdi.
Öndәr
һesab edirdi ki, Azәrbaycan
müstәqilliyә nail olmaq üçün müәyyәn
һәrbi potensiala malik olmalıdır. Bupeşəyə meyl bizdə ənənəvi olaraq güclü deyildi, Moskva bunu istəmirdi. Ona görә Moskvanın milli һәrbi kadrlara inamsızlıq
siyasәtinin әksinә olaraq xalqımızın müdrik rәһbәri
azәrbaycanlıların һәrbi vә zabit peşәlәrini
öyrədən məktəblərə kütlәvi şәkildә
getmәsi üçün müxtәlif tәdbirlәr görürdü.
Cәmşid Naxçıvanski adına Hәrbi mәktәbin
yaradılması bunlardan biri idi. Bu mәktәbdә onuncu sinfi bitirәn gәnclәr
ölkәnin һәrbi ali tәһsil
ocaqlarına qәbulolunurdu. Heydər Əliyev Azәrbaycanlı
gәnclәr üçün bu mәktәblәrdә
һәr il müәyyәn miqdar konkurssuz yerlәr alırdı.
Eyni zamanda, qısa bir vaxtda SSRİ müdafiә
sәnayesinin Azәrbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlarbir tәrәfdәn
һәrbi sәnaye ocaqları kimi müstәqillik dövrü üçün һava vә su kimi vacib idi. O biri tәrәfdәn, buzavodlarda keçmiş sovetlәrin әn müasir vә qabaqcıl
texnologiyaları tәtbiq olunurdu. Bu texnologiyalar Azәrbaycan
respublikasının sәnaye isteһsalında elmi tutumlu mәһsulların
һәcmini qat-qat artırdı. İndi һәmin
zavodların һamısı yeni yaradılmış
müdafiә sәnayesi nazirliyinin tәrkibinә daxildir. Bu zavodlar da Azәrbaycanın һәrbi kadr potensialının
mәnbәlәrindәn biri idi.
Ulu öndәrin mәqsәdyönlü
siyasәti nәticәsindә Azәrbaycanın aqrar-sәnaye kompleksi bir necә
dәfә artdı vә Vətənin nәinki әrzaq
müstәqilliyi tәmin olundu, üstәlik daxili mәһsulun
yarısından da artıq çəkisi olan bir saһәsinәçevrildi. Kәnd
rayonlarında yüzlәrlә zavod vә fabriklәr tikildi. Kәnddә әһalinin әksәriyyәti
dövlәtdәn әmәk һaqqıalmağa başladı. Maddi yüksәliş
Vәtәnimizdә һәm dә mәnәvi
yüksәlişә və müasirləşməyə,
Azәrbaycan milli şüurununyeni bir sәviyyәsinin
gerçәklәşmәsinә sәbәb oldu.
- Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını
Azərbaycan xalqına həsr edib. Ulu öndərimizin təhsil
siyasəti nəticəsində də bir çox mühüm sahələr
üzrə peşəkar mütəxəssislər yetişdirildi...
-
Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki,
elmə, təhsilə yüksək qiymət verən dövlət
başçıları bunanla nəinki özölkələrinin iqtisadi və
mədəni yüksəlişini təmin edir, həm də dünya elminə
və təhsilinə böyük töhfələr vermiş olurlar.
Ümummilli liderimiz Heydər Əliyev üçün xalqın sabahı
həmişə milli təhsil sistemi ilə bağlı olmuşdur. Bu əsasprinsip onun hələ Azərbaycana
rəhbərlik etməyə başladığı yetmişinci illərdən özünü biruzə vermişdir. O zamanideoloji işin bir sahəsi kimi baxılan təhsilə
ölkə rəhbəri xüsusi önəm verir, təhsil
işçilərinin bütün tədbirlərində iştirakedir, proqram xarakterli nitqlər söyləyirdi. Bu nitqlərin leytmotivi Azərbaycan təhsilinin
keyfiyyətini artırmaq, onunmaddi bazasını
möhkəmləndirmək, təhsil işçisinin – müəllimin cəmiyyətdəki nüfuzunu yüksəltməkdən
ibarət idi.
Hələ
1998-ci ildə ölkə rəhbəri Azərbaycan müəllimlərinin
XI qurultayındakı nitqində xüsusi vurğulamışdır ki,bütöv şəxsiyyət probleminin həlli, ilk növbədə təhsil
sistemindən aslıdır. Bu sistemin aparıcı
qüvvəsi olan müəllimdən
aslıdır. Pedaqoji uğurlar, ilk növbədə
müəllim əməyinin nəticəsidir.
Milli təhsilimizin inkişafını
sürətləndirən, ona əməli istiqamət
verən onlarla yenicə hazırlanmış təhsil
sənədlərinin içərsində öz mahiyyəti,
məzmunu, aktuallığı və səriştəli tərtibi
ilə seçilən 2001-2004-cü illər üçün Azərbaycan
Respublikasında orta ixtisas təhsilinin İnkişaf Proqramı keçid dövründə
təhsil quruculuğunun ən ağır problemlərinin
həllinə, o cümlədən onun milli məzmununun
təmin edilməsinə xidmət edən bir sənəd kimi meydana çıxdı. İlkbaxışdan
sadə görünən milli məzmunun təmin edilməsi problemi həddən artıq
çətin və çoxtərəflidir. Çünki təhsilinmilliliyi anlayışı,
əslində məktəblilərin zahiri görkəmindən tutmuş,
təhsilin, tərbiyənin, maddi-texniki bazanın millidəyərlərimizə
bağlılığı ilə
yanaşı, bugünki tələblər səviyyəsində mövcudluğu kimi çətin,
fəqət çox vacib,
zəruri problemlərlə əlaqəlidir.
Görkəmli şəxsiyyət Heydər Əliyev öz çıxışlarının
birində deyir: “Təhsil sahəsi həyatımızın
ənmühüm sahəsidir. O, milli məqsədlər, milli mənafeylər əsasında
qurulmalıdır”.
Bu gün fəxrlə
deyə bilərik ki, Azərbaycanda milli təhsil quruculuğu möhtərəm
Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər
əsasında – təhsil sistemində hər bir yeniləşmənin
təkamül yolu ilə həyata keçirilməsi,dünya təcrübəsinin
öyrənilməsinin vacibliyi, təhsildə XX əsrdə
qazanılmış ənənlərdən istifadə
olunması, milli və ümumbəşəri
dəyərlərə əsaslanan, beynəlxalq standartlara uyğun, xalqın
sabahkı tərəqqisinin bütün şərtləri
nəzərə alınaraq təmin edilmişdir.
Heydər
Əliyevin ömrü boyu hazırladığı
və praktik şəkildə həyata keçirdiyi müstəqil Azərbaycan
dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyədir, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni
dərindən öyrənmək və öyrətmək həm
də dövləti bir işdir. Bu, rəhbərimizin pedaqoji təliminin prinsipidir.
Təhsil
və dövlətçilik qoşa qanaddır,
ayrılmazdır. Onların vəhdəti xalqın mənəvi, iqtisadi və siyasi qüdrətini, uğurfaktorunu daim artırır, onu tərəqqiyə
aparır
Nurlana Əliyeva.
Yeni Azərbaycan.
-2014.- 10 dekabr. S. 4.