İspaniya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

 

Ölkələr arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensial var

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Mendivil Peydronun etimadnaməsini qəbul edib. Səfir Rafael Mendivil Peydro etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Səfir Rafael Mendivil Peydro İspaniya Kralı VI Felipenin salamlarını ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Dövlətimizin başçısı beynəlxalq tədbirlərdə İspaniyanın Baş naziri ilə görüşünü əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı aparılan səmərəli müzakirələri məmnunluqla xatırladıb. İspaniya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Azərbaycan Prezidenti ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.

Prezident İlham Əliyev Kral VI Felipenin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İspaniya Kralına çatdırmağı xahiş edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, son illər Azərbaycanla İspaniya arasında əlaqələrdə fəallaşma müşahidə edilir. Ölkələrimiz arasında münasibətlər, o cümlədən, iqtisadi, siyasi sahələrdə əməkdaşlıq əlaqələri mühüm əhəmiyyət daşıyır. Vurğulamaq lazımdır ki, İspaniya krallığı Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanısa da, ölkələrarası münasibətlərin inkişafına Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra təkan verilib. Ölkəmizin İspaniya Krallığında səfirliyi 2005-ci ildə açılıb.

İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına xüsusi töhfə verir. Məsələn, 2011-ci ildə İspaniya Krallığına səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Krallığın Sahibkarlar Konfederasiyaları Təşkilatında (İSKT) bu ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb. Tədbirdə qurumun Beynəlxalq Əlaqələr Komissiyasının prezidenti J.Banegas İspaniyanın Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə xüsusi səfiri M.V.Skola iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan J.Banegas Azərbaycanın sürətlə inkişaf etdiyini, ispan şirkətlərinin yeni bazarlara çıxmasının vacibliyini, İspaniya Sahibkarlar Konfederasiyaları Təşkilatının bu sahədə lazımi dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. İSKT-nin prezidenti nazir Elmar Məmmədyarovun İspaniyaya səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni sahələrin tapılmasına öz töhfəsini verəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov iqtisadi siyasi sahələrdə ölkələrimiz arasında əməkdaşlığın yüksəldilməsinə yaxşı potensialın olduğunu bildirib. Azərbaycan bazarında artıq fəaliyyət göstərən ölkəmizə gəlmək istəyən bir neçə ispan şirkəti barədə məlumat verən nazir ölkəmizdə neft-qaz sahəsində əldə olunmuş nailiyyətlər, ixrac prosesi istiqamətləri, respublikamızda xarici şirkətlər üçün yaradılan böyük imkanlar haqqında danışıb.

Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması sərmayələrin qarşılıqlı qorunması sazişlərinin artıq hazır olduğunu bildirən nazir sənədlərin imzalanması üçün İspaniyanın əlaqədar qurumlarının Bakıya səfərlərinin təşkil edilməsinin vacibliyini vurğulayıb. Azərbaycanda həyata keçirilən iri layihələr barədə məlumat verən nazir Elmar Məmmədyarov ispan şirkətlərini ölkəmiz ilə birbaşa əlaqələrin qurulmasına dəvət edib.

2012-ci ilin noyabrında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun bu ölkəyə səfəri qarşılıqlı əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb. Səfər çərçivəsində İspaniyanın Xarici İşlər Əməkdaşlıq Nazirliyində xarici məsələlər üzrə dövlət katibi Qonsalo de Benito Sekades ilə siyasi məsləhətləşmələr aparılıb. Xələf Xələfov iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların potensialın mövcud olduğunu bildirib. Bu müstəvidə mədəniyyət, təhsil, elm idman sahələrində əməkdaşlığın, energetika iqtisadi sahədə münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd edilib. Səfər çərçivəsində tərəflər arasında razılaşdırılmışAzərbaycan Respublikası ilə İspaniya Krallığı arasında mədəniyyət, təhsil elm sahəsində əməkdaşlıq haqqındaikitərəfli sazişin imzalanma mərasimi keçirilib. Xələfov həmin sazişin müvafiq sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycanda həyata keçirilən iri layihələr həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanı barədə danışan nazir müavini bunun ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulayıb.

Görüş zamanı iki ölkənin birgə beynəlxalq və regional maraqları, xüsusilə Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Bununla əlaqədar, dövlət katibi Qonsalo de Benito Sekades Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsində İspaniyanın dəstəyini Xələf Xələfovun diqqətinə çatdırıb.

Səfər çərçivəsində İspaniya Senatında Xarici əlaqələr üzrə komissiyanın prezidenti Alexandro Munyoz-Alonso Ledo ilə Xələf Xələfov arasında görüş keçirilib. Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin son vaxtlar inkişafının təqdirəlayiq olması və sadəcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

İspaniya tərəfi Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd edib, xüsusilə iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduqları bildirilib. İspaniya tərəfi özlərinin də regionda strateji ölkə olan Azərbaycanda səfirliyin açılmasını məqsədəuyğun hesab etdiklərini qeyd ediblər.

Keçirilmiş bütün görüşlər zamanı Xələf Xələfov Azərbaycanın geosiyasi vəziyyəti, Cənubi Qafqaz və Xəzər regionunda yüksələn rolu barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını diqqətə bir daha çatdırıb, münaqişənin həll olunmamasının ümumilikdə regionda sülhə və təhlükəsizliyə təhdid yaratdığını, münaqişənin regionun inkişafına mane olan başlıca amil olduğunu vurğulayıb. İspaniya tərəfi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, münaqişənin həllinə dair ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini təsdiq edib.

Bu ilin aprelində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə səfər etmiş İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İspaniyanın Baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd edib.

Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniyanın Baş naziri Mariano Raxoy Breyin Azərbaycan Prezidentini İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu Prezident İlham Əliyevə təqdim edib. İspaniyalı nazir ölkəsinin Baş naziri Mariano Raxoy Breyin öz növbəsində Azərbaycan Prezidenti ilə Vilnüsdəkı görüşünü məmnunluqla xatırladığını deyib. İspaniya xarici işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan Xose Manuel Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından səfərin önəmini qeyd edib.

İki ölkə arasındakı əməkdaşlıq bir çox sahələri əhatə edir. Bunlardan birielm sahəsində əməkdaşlıqdır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası İspaniyanın Bask ölkəsi Universiteti ilə elm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş təhsil və tədqiqatlar üzrə əməkdaşlığın hər iki qurumun əhatə etdiyi sahələr çərçivəsində inkişaf etdirilməsini nəzərdə tutur. Yeri gəlmişkən, İspaniyanın Bask ölkəsi Universiteti İspaniyanın şimalında yeganə dövlət universitetidir. O, Bask ölkəsində bu ərazidə aparılan təqdiqatların 90 faizini həyata keçirən əsas elmi-tədqiqat müəssisəsidir.

Azərbaycan və İspaniya arasında digər bir əməkdaşlıq isə idman sahəsini əhatə edir. Belə ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə İspaniya Futbol Federasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Eyni zamanda, Azərbaycan və İspaniya arasında idman sahəsində də əməkdaşlıq haqqında memorandum imzalanıb.

Nəhayət, iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə müsbət yanaşıldığı sahələrdən biri də fövqəladə hallar sahəsidir. Belə ki, İspaniya ilə Azərbaycan arasında fövqəladə hallar sahəsində əməkdaşlıq imkanları yüksək qiymətləndirilir.

 

Pərviz SADAYOĞLU

 Yeni Azərbaycan.- 2014.- 23 dekabr.- S12.