Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa söykənir

 

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının Bakıda keçirilmiş 12-ci iclasında humanitar, mədəni, iqtisadi mövzular, ikitərəfli əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəklənməsi məsələləri müzakirə olunub

Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdanmilli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf tempinə malikdir

Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm regiondankənar ölkələrlə səmərəli qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam inkişaf etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri Rusiya Federasiyasıdır.

Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı məhz 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç birxətli olmayıb. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada regionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını alıb. Öz növbəsində Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya Federasiyası ilə əlaqələrə böyük önəm verir.

Hazırda ölkələr arasında bir çox sahələri ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir.

Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə tarixi köklərə söykənən, ikitərəfli çoxşaxəli qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır.

Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı-faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.

Rusiya-Azərbaycan münasibətləri regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir

Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə məsələlərə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Təhsil, humanitar, nəqliyyat, kommunikasiya digər sahələrdə formalaşdırılmış əməkdaşlıq münasibətləri davamlı nizamlı surətdə inkişaf etməkdə yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir.

Qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verən fundamental faktorlar sırasında elmi-texniki, humanitar iqtisadi sahədə təmasların sıxlaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının Bakıda keçirilmiş 12-ci iclasında humanitar, mədəni, iqtisadi mövzular, ikitərəfli əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəklənməsi məsələləri müzakirə olunub.

Komissiyanın iclasının nəticələrinə həsr olunan mətbuat konfransında bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini, parlamentlərarası komissiyanın həmsədri İlyas Umaxanov məlumat verib.

İclasda keçirilən müzakirələrin səmərəli olduğunu bildirən həmsədr deyib: “İkitərəfli münasibətlər elə səviyyəyə yüksəlib ki, artıq açıq, qarşılıqlı etimad mühitində ən həssas məsələləri müzakirə edirik. Belə mövzulara vətəndaşlıq, əmək miqrasiyası, logistik mərkəzlərin yaradılması, sərhədi daha asan keçid qaydaları digər məsələlər aiddir. Bu iclasın nəticələri ilə bağlı deyə bilərəm ki, yeni ildə qarşılıqlı qanunvericilik bazasının daha da inkişaf etdirilməsi istiqamətində yaxşı perspektivlər var”.

Milli Məclisin sədr müavini, komissiyanın həmsədri Valeh Ələsgərov iclasda iki ölkə parlamentləri arasında münasibətlərin bütün sahələrinə aid önəmli məsələlərin müzakirə edildiyini bildirib: “Əlbəttə, burada həll olunmuş məsələlər, həllini gözləyən perspektiv məsələlər oldu. Önəmlisi isə odur ki, müzakirələr bərabərhüquqlu tərəflərin müzakirələri idi. Məsələlərin hər iki tərəfin maraqlarına uyğun, hər iki tərəf üçün səmərəli şəkildə həlli yolları axtarıldı. Əminəm ki, müzakirə edilən məsələlər həllini tapacaq”.

V.Ələsgərov Azərbaycan tələbələrinin Rusiyanın ali təhsil məktəblərində oxuması məsələsinin müzakirə olunduğunu əlavə edib.

İclasda, həmçinin, Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə müştərək tədbirlər planının hazırlandığı diqqətə çatdırılıb. Bildirilib ki, komissiyanın növbəti iclası gələn ilin yazında Rusiya regionlarından birində keçiriləcək. Konkret şəhərin hələ ki, müəyyən edilməməsi namizəd regionların çox olması ilə əlaqələndirilib. Tərəflərin razılığına görə, bu məsələ gələn ilin əvvəllərində dəqiqləşdiriləcək.

Tərəflər arasındakı iqtisadi əməkdaşlıq məmnunluq doğurur

Ümumilikdə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan münasibətlərə strateji keyfiyyət çalarları bəxş edən mühüm faktorlardan biri ölkələr arasındakı iqtisadi əlaqələrdir. Daha da dəqiqləşdirsək, regional əməkdaşlıq münasibətləri ilə beynəlxalq münasibətlər sisteminin mühüm komponenti qismində çıxış edən Bakı-Moskva əlaqələrini gücləndirən keyfiyyət ünsürlərindən biri də tərəflər arasındakı iqtisadi münasibətlərdir. Müşahidələr onu deməyə imkan verir ki, konstruktiv siyasi münasibətlər ölkələr arasındakı iqtisadi əməkdaşlığa da mühüm töhfələr bəxş edironun dinamik səciyyə daşımasını şərtləndirir. İqtisadi münasibətlər sisteminin mütəmadi inkişafı bəhs olunan sahədə əməkdaşlığın əsaslarını möhkəmlətməklə yanaşı, onun coğrafi arealını da genişləndirməyə imkan yaradır.

Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizlik baxımından strateji faktordur

Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.

Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.

Onu da vurğulamaq lazımdır ki, Bakı-Moskva münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, simmetrik əsaslara söykənən mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir.

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirir

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətləri xarakterizə edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq gərəkdir. Sirr deyil ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Məhz buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır.

Bütün hallarda, müasir beynəlxalq münasibətlər sistemidünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin, bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər) münaqişənin həlli ilə bağlı imperativoperativ səciyyəli tədbirlər görməlidir.

Məlum olduğu kimi, Rusiya Federasiyası da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu isə rəsmi Moskvaya problemin həlli prosesində daha fəal və intensiv olmağa xüsusi imkanlar yaradır.

Mövcud reallıq və situasiya onu göstərir ki, Rusiya bəhs edilən istiqamətdə öz səylərini daha da artırmalıdır.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2014.- 25 dekabr.- S.8.