Aqrar sənayenin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir

 

Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb

 

Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Ərzaq təhlükəsizliyinin əsas elementlərinə hər bir vətəndaşın keyfiyyətli qidaya fizikiiqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi, yəni əsas ərzaq malları üzrə ixracdan asılı olmaması, etibarlılığı, başqa sözlə, ərzaq məhsullarını mövsüm, hava və digər amillərlə bağlı olan risklərdən qorumaq, dayanıqlılığını və eləcə də, milli ərzaq sisteminin istehsalın genişləndirilməsi rejimində inkişafı daxildir. Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən, Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerjiekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təssərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.

Kənd təsərrüfatı sektorunda iNkişaf dinamik xarakter daşıyır

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsi nəticəsində sürətlə inkişaf etməkdədir. 2013-cü ildə də kənd təsərrüfatının məhsuldarlığı yüksək olub. Rəqəmlərlə ifadə etsək, ötən ilin dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961,8 min ton taxıl, 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz, 42,6 min ton pambıq, 839,7 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 152,5 min ton üzüm, 180,8 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 452,1 min ton ət, 1669,6 min ton süd, 1279,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunub. Dəyər ifadəsində bitkiçilik məhsullarının istehsalı 4 faiz, heyvandarlıq məhsullarının istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,8 faiz artıb.

Beləliklə, ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də yüksəlib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən, bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilən tədbirlər nəticəsində bitkiçilik məhsulları 3,1, heyvandarlıq məhsulları 3,4, ət istehsalı 1,6, sənaye üsulu ilə quş əti istehsalı 4,6, yumurta istehsalı 1,8, süd istehsalı 1,5, taxıl istehsalı isə 1,4 dəfə artıb.

Meliorasiyasu təsərrüfatı sahəsində genişmiqyaslı quruculuq işləri həyata keçirilir

Hazırda respublikamızda meliorasiyasu təsərrüfatı sahəsində də genişmiqyaslı quruculuq işləri həyata keçirilir, əkin sahələrinin su təminatının yaxşılaşdırılması, su itkilərinin azaldılması məqsədi ilə hər il onlarla obyektlərdə tikinti işləri aparılır. O cümlədən, meliorasiyairriqasiya layihələri nəticəsində on minlərlə hektar torpaq sahəsinin dövriyyəyə buraxılması nəzərdə tutulub. Məsələn, 2013-cü ildə 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıran, 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradan Taxtakörpü su anbarı istifadəyə verilib. Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində isə, daha 50 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, əlavə 20 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək.

Qeyd edək ki, 2014-cü il yanvarın 29-da dövlət başçısının imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sərəncama əsasən, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Kənd təsərrüfatında texniki təchizat məsələləri öz həllini tapır

Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsində, məhsul yığımında itkilərin minimuma endirilməsində istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması mühüm məsələlərdəndir və bu sahəyə dövlət dəstəyi daim diqqət mərkəzindədir. Təkcə ötən ilAqrolizinqASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 37,9 milyon manat dəyərində 765 ədəd müxtəlif növ traktor, 604 ədəd kotan, 239 ədəd səpici aqreqat, 95 ədəd taxılyığan kombayn, 50 ədəd çiləyici və tozlayıcı maşınlar, 41 ədəd otbiçənlər, 40 ədəd gübrəsəpən maşın, 33 ədəd taxıl-toxum təmizləyən, 22 ədəd malalar, 21 ədəd bağarası frez, 17 ədəd ot dırmıqları, 16 ədəd traktor yedəkləri (qoşqular), 11 ədəd kombayna qoşulan biçici aqreqatlar və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

Əlavə edək ki, kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret fikirlər üzrə təkliflər də hazırlanmaqdadır.

Rəqabətədavamlı istehsal sahələri və emal müəssisələri yaradılır

Ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsalemal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabətqabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Bu, həm də ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, Azərbaycanda özəl sektor da dinamik inkişaf edir. İlk növbədə, daxili bazarın rəqabətqabiliyyətli məhsullarla təminatı vətəndaşların ölkədə istehsal olunan ən yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsini şərtləndirir. Lakin kənd təsərrüfatının, emal sənayesinin sürətli inkişafı istehsal edilən məhsulların keyfiyyət və kəmiyyətcə rəqabət qabiliyyətli olması və xarici bazarlara çıxa bilməsini labüdləşdirir. Ona görə də, rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdən birinə çevrilib.

Qeyd edək ki, 2013-cü ildə Bakıda çörək zavodları, Sumqayıtda “Sağlam qidaAqrar Sənaye Kompleksi, Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonundaMillasüd məhsulları və dondurma istehsalı zavodlarının tikintisi başa çatdırılıb. Ağcabədi rayonundaAqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksi, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı istifadəyə verilib. Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeniLimonad, su, kompot və mürəbbə sexitikilib.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də həyata keçirilir. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavoduaqroservisin yaradılması nəzərdə tutulur. Layihələrin reallaşdırılması zamanı əsasən məcburi köçkünyerli sakinlərin işlə təmin olunmasına önəm verilir. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılıb.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramının icra edildiyiniidxaldan asılılığımızın böyük dərəcədə azaldığını bildirib. Dövlət başçısı deyib ki, lazım olan bütün əsas ərzaq məhsullarını biz yüz faiz Azərbaycanda istehsal edə bilərik: “Eyni zamanda, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də getməlidir. Artıq birinci təcrübə vardır. Təcrübə müsbətdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret fikirlər, təkliflər vardır. Biz texnika parkımızı yeniləşdiririk, yeniləşdirəcəyik. Dövlət vəsait ayırır və ayıracaqdır. Şəmkirçay su anbarının tikintisi bu il başa çatmalıdır. Bu, qərb zonasında kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Qeyd etdiyim kimi, on minlərlə hektar torpaq suvarılacaqdır. Artıq suvarılacaq torpaqların konturları müəyyən edilməlidir. Biz dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq sahəsi suvarılacaqdır. Ona görə, torpaq fondunun uçotu aparılmalıdır. Biz bu layihəni başa çatdırmalıyıq. Bir daha demək istəyirəm ki, dünyada mövcud olan ən müasir praktika tətbiq edilməlidir. Biz öz imkanlarımızı tam dəqiqliyi ilə bilməliyik və buna görə də fəaliyyət planımızı da tutmalıyıq”.

 

SEVİNC

Yeni  Azərbaycan.-2014.- 1 fevral.- S.2.