Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində qurulub

 

                                       Əli Həsənov: Heç bir qüvvə Azərbaycanda dövlət çevrilişi həyata keçirmək, yaxud bunu təşkil etmək gücündə deyil

 

Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Uğurlu sosial-iqtisadi siyasət nəticəsində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən ölkəmizin əldə etdiyi uğurlar artıq beynəlxalq aləm tərəfindən də təqdir edilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu analitik mərkəzləri və reytinq agentlikləri öz ənənəvi hesabatlarında ölkəmizin əldə etdiyi uğurları xüsusilə vurğulayırlar. Heç şübhəsiz, bütün bunlar dövlətimizin inkişafında və daha da qüdrətlənməsində maraqlı olan hər bir Azərbaycan vətəndaşını sevindirir.

Lakin kimsəyə sirr deyil ki, bununla yanaşı ölkəmizin uğurlarına sevinməyən qüvvələr də var. Daha doğrusu, Azərbaycanın sürətli inkişafı, beynəlxalq müstəvidə mövqelərinin güclənməsi bəzi ermənipərəst qüvvələri narahat edir. Ona görə də, həmin qüvvələr daim qara piar kampaniyası aparmaqla ölkəmiz haqqında beynəlxalq müstəvidə mənfi rəy yaratmağa çalışır, müəyyən dövrlərdə isə hətta Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş planları da reallaşdırmağa cəhd göstərirlər. Bu prosesdə bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının “əməyindən” də istifadə olunur. Heç uzağa getməyək, bu günlərdə “Freedom House” təşkilatının Azərbaycanda dövlət çevrilişinə hazırlıqla bağlı audio yazısı mətbuatda yer alıb.

Məsələyə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, “Freedom House” təşkilatı neçə illərdir, özünün, həmçinin, ona sifariş verən ayrı-ayrı qurumların və dairələrin subyektiv mülahizələrini reallıq, həqiqət kimi qələmə verməyə təşəbbüs göstərir: “Təşkilat subyektiv mülahizələrlə Azərbaycana, dövlətin daxili siyasətinə, dövlət-vətəndaş münasibətlərinə, Azərbaycandakı siyasi plüralizm normalarına qarşı qarayaxma kampaniyası aparır və dünyanı aldatmağa cəhd edir”.

Freedom House” təşkilatının Azərbaycanda dövlət çevrilişi etmək təşəbbüsü haqqında mətbuatda yayılmış məlumata gəlincə, şöbə müdiri bildirib ki, heç bir qüvvə Azərbaycanda dövlət çevrilişi həyata keçirmək, yaxud bunu təşkil etmək gücündə deyil: “Nəinki “Freedom House”, ümumiyyətlə, dünyada bu gün Azərbaycanda dövlət çevrilişi həyata keçirəcək nə dövlət, nə də qeyri-dövlət qurumu yoxdur. Çünki Azərbaycan kifayət qədər sabit, özünü müdafiə etməyi bacaran, kənar müdaxilələrə qarşı güclü vətəndaş birliyinə malik olan bir dövlətdir. Ən əsası, dövlətin həyata keçirdiyi siyasi kurs birmənalı şəkildə vətəndaşlar, xalq tərəfindən dəstəklənir. Əlbəttə, bu tipli cəhdlər ola bilər, amma onların heç birinin real nəticəsi olmayacaq”.

Beləliklə, yuxarıda da qeyd olunduğu kimi, “Freedom House” təşkilatı Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edir. Bu təşkilat mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və artıq cəmiyyətimizdə bu beynəlxalq QHT-nin Azərbaycan haqqında obyektiv mövqedə olmaması barədə rəy formalaşıb. Eyni zamanda, Azərbaycan demokratiya, söz azadlığı, sərbəst toplaşmaq hüququ ilə bağlı daFreedom Housedaim qərəzli mövqe nümayiş etdirib. Təşkilatın son illik hesabatı da buna sübutdur. “Freedom Houseun sözdə “insan haqları müdafiəçisi” olsa da, əməldə nə işlər gördüyü, hansı məqsədlərə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Amma nəzərə almaq lazımdır ki, hər bir hüquqi dövlət özünün qanunları ilə idarə olunur. Bu mənada Azərbaycan dövləti də sivildemokratik qanunlar əsasında idarə olunurinkişaf edir. Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biriinsan hüquq və azadlıqlarının təmin olunmasıdır ki, bu amillər dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyası bu hüquqları tam təmin edir. Buraya sözfikir azadlığı, siyasi plüralizm, sərbəst toplaşmaq azadlığı və s. məsələlər daxildir. “Freedom Housekimi təşkilatlar isə Azərbaycanda guya insan hüquqları sahəsində problemlərin olduğunu iddia edirlər.

Əslində, bu vəziyyət həmin beynəlxalq təşkilatların ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirməməsi və bilərəkdən qərəzli mövqe nümayiş etdirmələri ilə əlaqədardır. Bu kimi təşkilatlar Azərbaycanda həyata keçirilən demokratik islahatların mahiyyətini düzgün qiymətləndirməyərək ölkəmizdə problemlərin olduğunu iddia edirlər. Əlbəttə ki, bunların heç biri gerçəkliyə uyğun deyil. Bu baxımdan, bəzi beynəlxalq səviyyəli QHT-lərin bu cür münasibət bildirmələri çox təəssüfedicidir. Eyni zamanda, son hadisələr bir daha təsdiqləyir ki, “Freedom Housekimi qurumlar üçün insan hüquqları anlayışı yalnız müəyyən ölkələrə təzyiq etmək, hansısa xarici qüvvələrin maraqlarına xidmət etmək vasitəsindən başqa bir şey deyil.

Ümumiyyətlə, “Freedom Housekimi təşkilatların hədəfə aldığı ölkələrdə etnik, dini vəziyyəti gərginləşdirmək yönündə fəaliyyət göstərmələri məlum məsələdir. “Hüquq və azadlıqların müdafiəsi” adı altında cəmiyyətdə qarşıdurma yaratmaq, insanları təxribatlara sövq etmək imperialist mərkəzlərin əlində təzyiq vasitəsi olan bu cür təşkilatların əsas vəzifəsidir. Təsadüfi deyil ki, “Freedom Housekimi siyasi sifarişlər əsasında çalışan qərəzli təşkilatlar öz “araşdırmalarında” birinci növbədə, diqqət mərkəzinə gətirdikləri şəxsin siyasi mövqeyi, peşə məşğuliyyəti, hansısa azlığın nümayəndəsi olub-olmaması ilə maraqlanırlar. İstəklərinə uyğun, süni hay-küy yarada biləcəkləri bir məqam tapdıqda, dərhal həmin şəxsin “hüquqlarının müdafiəsinə” qalxırlar.

Amma bu cür təzyiqlərlə, hansısa çevriliş planları ilə ölkəmizə təzyiq etmək mümkün deyil. Çünki Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində qurulub və hansısa qüvvənin onu sarsıda biləcəyi mümkün deyil.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 1 fevral.- S.4.