Heydər Əliyev aqrar islahatları iqtisadi inkişafımızın əsaslarından biridir

 

“Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır”. Bu fikir XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə məxsusdur.

Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü Ulu öndərin adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda Ulu öndərin imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisiqurucusu, Ulu öndəri kimi yüksək zirvəyə ucalmışdır.

1969-1982-ci illər

1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi.

1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxt Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu.

1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində, Azərbaycanın kənd əməkçiləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Kənd təsərrüfatının orta illik ümumi məhsul istehsalının dəyəri 1971-75-ci illərdə 1,4 milyard manata çatdı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları istehsalı üzrə nəticələr nəzərdə tutulduğundan xeyli artıq oldu.

1976-80-ci illərin yekunları göstərir ki, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. 5 il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə vaxtından 2 il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatı üzrə ümumi məhsulun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə Azərbaycan keçmiş Sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Əgər 1966-70-ci illərdə respublikamızın payına Sovet İttifaqı üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1 faizi düşürdüsə, 1976-80-ci illərdə bu, 1,5 faiz təşkil etmişdir. İlk baxışdan az görünən bu artımın arxasında 1970-80-ci illərdə kənd təsərrüfatının ümumi məhsulunun təxminən 2 dəfə çoxalması dururdu. Hesablamalardan aydın görünür ki, Sovet İttifaqı üzrə 1976-79-cu illərdə 1966-70-ci illərə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının orta illik artımı 23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi respublikamızın payına düşmüşdür. 1980-ci ilin yekunları göstərdi ki, ölkə üzrə kənd təsərrüfatının ümumi məhsulunun mütləq artımında respublikamızın rolu daha da yüksəlmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” 1975-ci il 9 iyul tarixli, həmçinin, “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə, irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında” qərarlar qəbul edilmişdir. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti olmuşdur. Həmin illərdə respublikanın iqtisadisosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada irriqasiya-meliorasiya işləri, eləcə də, üzümçülükdə çox böyük uğurlar əldə edilmişdir. 1969-80-ci illərdə üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Xüsusən, dağ rayonlarında üzümçülük inkişaf etdirilmişdir ki, bu da onların iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir göstərmişdir.

Daha bir neçə fakta diqqət yetirək: 1969-cu ildə Azərbaycanda 299 min ton pambıq istehsal olunmuşdur. 1982-ci ildə isə pambıq istehsalı təqribən 1 milyon tona çatdırılmışdır. Bundan əlavə, 1980-ci ildə respublikamızda üzüm istehsalı 1,4 milyon ton olmuşdur ki, bu da Azərbaycan üçün rekord göstərici idi.

Üzümçülüyün intensiv inkişafı əlbəttə ki, həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan vermişdir.

Ümumiyyətlə, 1976-80-ci illərdə dövlətə 5 milyon tona yaxın üzüm satılmışdır.

Ulu öndər totalitar rejimin məngənəsində sıxılan respublikamızda torpağın sahibinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın verdiyi cüzi imkanlardan həssaslıqla istifadə edərək torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini kənd adamlarına qaytarılmasına nail olmağa çalışırdı.

Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də Ümummilli lider mənsub olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir.

Heydər Əliyevin torpaq islahatları

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan məhv olmaq təhlükəsi qarşısında qalanda 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən böyük siyasətə qayıdan Heydər Əliyev fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” - söyləyən Ulu öndər ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və Dövlət proqramları hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən Ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.

Ulu öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.

Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun ŞurutGal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixiinqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər olduqca yüksək qiymətləndirərək demişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özübu, hələlik başlanğıcdır”.

Beləliklə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. İndi qürurla deyə bilərik ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə “Heydər Əliyev torpaq islahatları” modeli kimi düşdü. Aqrar-torpaq islahatı ulu öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verildibununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər.

Qəbul edilmiş 52-dən çox Fərman, qanun və digər hüquqi normativ aktlar Azərbaycanda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı və Heydər Əliyevin Naxçıvan MR-ə rəhbərlik etdiyi dövrdə bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsinə start verildi. Nəticədə, respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxozsovxozlar ləğv edilərək onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Həmçinin, torpaq islahatları nəticəsində torpaq üzərində 3 mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 milyon 641 min 506 hektar torpaq sahəsindən 4 milyon 913 min 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı, 2 milyon 032 min 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verildi, 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə xüsusi mülkiyyətə ayrıldı.

Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan bu islahatlar digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan Heydər Əliyevin müəyyənləşdirdiyi 4 mühüm prinsip fərqləndirirdi.

Birincisi, Azərbaycanda torpaqlar məhz Ümummilli liderin təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə, 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.

İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq, Azərbaycanda vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verildi. Eyni zamanda, Azərbaycanın fizikihüquqi şəxslərinə mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoymas. kimi hüquqlar verildi ki, bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.

Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda, Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, torpaq əmlakçısına çevrilmiş 3 milyon 5 yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq-vətəndaş münasibətlərindən kənarlaşdırılmadı. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.

Dördüncüsü, məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Azərbaycan vətəndaşı olmayan fizikihüquqi şəxslərə torpağa mülkiyyətçilik hüququ verilmədi ki, bu da nəinki mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət daşıyırdı.

Məhz ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi Heydər Əliyevin sosial ədalətə söykənən bu prinsipləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun 52-dən artıq Fərman və sərəncamları ilə qanuniləşdirilən, düzgün icra mexanizmləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi, Azərbaycanda aqrar sahənin gündən-günə inkişafına səbəb oldu.

Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət qədər mükəmməl qanunlar sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı üçün istifadə edilir.

Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu da digər proseslərlə kompleks şəkildə həyata keçirilir. İslahatların birinci mərhələsi kimi torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında” 12 mart 1999-cu ildə Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq, “Torpaq-kadastr sənədlərinin aparılması qaydaları”, eləcə də, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında”, “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli qərarı ilə təsdiq edilmişdir. Bunlardan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, əsasən də keçid dövründə sosial-iqtisadi inkişafa mane olan hallara qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa, o cümlədən korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına yönəldilən əməli tədbirlər gücləndirilmişdir. Ümummilli liderin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun, “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanları, eləcə də “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli Sərəncamı cinayətkarlığa, o cümlədən, korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmiş, onun daha da məqsədyönlü aparılmasına şərait yaratmışdır. Ulu öndərin 28 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq olunmuşTorpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işinin komitəmizin müfəttişləri tərəfindən həyata keçirilməsi də torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması işlərində öz növbəsində şəffaflığı təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya gətirib çıxara bilən halların qarşısı alınmışdır. Bunun nəticəsi olaraq, 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış, 1997-ci ildə həmin rəqəm 5,8, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul 2002-ci ildə 21,2 faiz artmışdır ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində olmuşdur.

Ümumiyyətlə, Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə hər zaman maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Heydər Əliyevin torpaq islahatı” məktəbi yaradılmışdır. Hazırda bu məktəbdə mütəmadi olaraq mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam edir.

Regionların və aqrar sektorun inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman diqqətindədir

Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu öndər tərəfindən fundamental formada bünövrəsi qoyulan regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. Prezidentin bu sahələrə diqqəti Dövlət proqramlarında öz əksini tapır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2003-2013-cü illər ərzində imzalanmış Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iştirak etdiyi bir neçə Dövlət proqramlarına nəzər salaq:

1. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”

2. “Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı”

3. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”

4. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”

5. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”

6. “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 2008-2015-ci illər”

7. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın tədbirlər planına müvafiq olaraq, 956156 hektar torpaq sahəsində, o cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı örüş sahəsində və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində olan 301865 hektar qış otlağı və 42877 hektar yay otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət əraziləri torpaqlarında tədqiqat işləri aparılmışdır.

“Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı”nın tədbirlər planına müvafiq olaraq, 1174574 hektar təbii yem sahələrinin (yay və qış otlaqları, kiçik fermerlərin istifadəsindəki otlaqlar) yaxşılaşdırılmasına dair layihə-axtarış işləri həyata keçirilmişdir.

“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planına əsasən, 36306 hektar turizmin inkişafı və istirahət məqsədləri üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş və xəritələşdirilmişdir. Bununla yanaşı, həmin Dövlət proqramı çərçivəsində turizm məlumatlarını əks etdirən turist atlasları hazırlanmışdır.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın tədbirlər planının icrası çərçivəsində respublikanın 38 şəhər və rayonları üzrə 10763,41 hektar torpaq sahələrində müvafiq qaydada yerquruluşu işləri aparılmaqla torpaqayırma sənədləri hazırlanmış və təsdiqlənməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilmişdir. 4.2.8 yarımbəndinə uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır.

(davamı növbəti sayımızda)

 

Qərib MƏMMƏDOV,

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik

Yeni  Azərbaycan.-2014.- 12 fevral.- S.4.