Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib

 

Fevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

* * *

Fevralın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

* * *

Fevralın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlayıram. Xoş gəlmisiniz!

Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarixqonşuluq münasibətləri bağlayır.

Bu gün biz müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edirik. Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, biz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur. Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaqdır.

Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik.

Siz dediniz ki, çoxdandır Azərbaycanda olmamısınız. Əminəm ki, bu səfər çox faydalı, maraqlı olacaq və münasibətlərimizin daha da inkişaf etməsinə yaxşı təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz”.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili görüşdə çıxış edərək deyib: “Çox sağ olun, cənab Prezident.

Bəli, bu səfər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür”.

* * *

Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz. Biz Gürcüstan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik.

Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da aiddir.

Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastrukturenerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər.

Daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir. Bu sahədə biz, həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik.

Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir. Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir. Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülhdostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, doststrateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır”.

Prezident Georgi Marqvelaşvilinin bəyanatı: “Sağ olun, cənab Prezident.

Bakıya səfərimizin çox yaxşı başlanğıcını, apardığımız mühüm görüşü qəbulu bir daha qeyd etmək istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi duyduq.

Bəli, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin regionun gələcəyi üçün nümunəvi olublar. Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji daşıma layihələrinə sadiqlik, regionda onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft qaz, eləcə nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir.

Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini dövlətlərini zənginləşdiririk.

Aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər vardır. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir.

Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk.

Bu gün mən Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə görüşəcəyəm bu bayramı onlarla qeyd edəcəyəm. Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik dövlətlərimiz arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk.

Bir daha sağ olun, cənab Prezident”.

* * *

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları mərasimdə çıxış ediblər.

 

Yeni Azərbaycan.-2014.- 13 fevral.- S.2.