Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir

 

Tarixi qonşu, həmçinin, strateji əməkdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər

Xəbər verildiyi kimi, Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvili fevralın 12-13-də Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər, həmçinin, qonağın şərəfinə rəsmi ziyafət verilib.

Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi xarakterizə edib. Dövlət başçısı vurğulayıb ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub”.

Öz növbəsində, Bakıda səmimi qarşılandığını xatırladan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bildirib ki, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar: “Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçündaha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regiondaonun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir”.

Qeyd edək ki, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Heydər Əliyev Mərkəzində olub. O, İçərişəhərlə, həmçinin, Qəbələyə gələrək bir sıra istehsalemal müəssisələri, turizm obyektləri ilə yaxından tanış olub.

Eyni zamanda, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili və Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bundan başqa, Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub.

Ümumiyyətlə, tarixi qonşu, həmçinin, strateji əməkdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər. Uzun illər keçmiş SSRİ-nin tərkibində olan bu iki xalqı həm də ortaq tarix birləşdirib. Şübhəsiz ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Gürcüstan dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edibdaha da möhkəmlənib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri bu günmövcuddur və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik inkişaf tendensiyasına malikdir.

Yeri gəlmişkən, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, 1993-cü ildən, yəni, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında Birgə İqtisadi Komissiya fəaliyyət göstərir. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb və xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan və Gürcüstan mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Son illərdə isə ölkələrimiz arasında siyasi, iqtisadihumanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. 2008-ci il mart ayının 14-də BMT Baş məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.

Onu da vurğulamaq lazımdır ki, son illərdə əsasən iqtisadi əməkdaşlığa əsaslanan bu əlaqələrin inkişafı qaynar strateji-coğrafi mövqedə yerləşən Azərbaycanla Gürcüstanın suverenliyinin gücləndirilməsinə, eləcə də, hər iki ölkənin nəinki bölgənin, hətta qonşu regionların siyasi-iqtisadi həyatında da böyük rol oynamasına gətirib çıxarıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr artıq region üçün həyati əhəmiyyət kəsb edir. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu strategiyasının gerçəkləşməsində Gürcüstanla əməkdaşlığı həlledici rola malikdir. Məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli çox böyük layihələr gerçəkləşib. Bunlar, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum (BTƏ) neftqaz kəmərləridir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında enerji təminatı, təhlükəsizlik, investisiya layihələrinin reallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: “Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastrukturenerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər”.

Öz növbəsində, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib ki, həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçündaha yaxşı gələcək imkanlarını yaradır: Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neftqaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir”.

Hər iki dövlət başçısının bəyanatlarından məlum olur ki, Azərbaycanla Gürcüstan strateji tərəfdaş ölkələrdir və bu dövlətlər arasında münasibətlər yüksək səviyyədədir. Bu iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayır.

Bir sözlə, bu gün Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. Yəni, Azərbaycan birgə layihələrdə Gürcüstanın iştirakının təminatçısı, Gürcüstanın müstəqilliyinin qarantı kimi çıxış edir.

Digər tərəfdən, Azərbaycanın maliyyə imkanlarının güclənməsi və bunun nəticəsində xaricə yatırılan investisiyalardan, daha çox, qonşu Gürcüstan bəhrələnməkdədir. Qeyd edək ki, artıq Gürcüstanın nəqliyyat və enerji infrastrukturunun yenidən qurulması, əsas etibarilə, Azərbaycanın sərmayələri hesabına həyata keçirilir. Bu məsələdə isə ARDNŞ xüsusi fəallıq göstərir. Hazırda qonşu ölkədə inşasına başlanılan yeni limanın, yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin və ən nəhəng layihələrdən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin maliyyələşdirilməsi məhz Azərbaycanın valyuta ehtiyatları hesabına gerçəkləşməkdədir.

Məlum olduğu kimi, “Dəmir İpək yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və aparıcı addımlar Azərbaycan tərəfindən atılıb. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Lakin Azərbaycan tərəfi maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Belə ki, Azərbaycan bu layihənin reallaşdırılması üçün Gürcüstana 200 milyon dollar kredit ayırdı.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqazda ən yaxın tərəfdaşı olan Gürcüstanla sıx əlaqələrə malikdir. Son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır. Bütün bunlar gürcü xalqı tərəfindən də yüksək qiymətləndirilir. 2012-ci il martın 6-da Bakıda rəsmi səfərdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstan ilə Azərbaycan arasında münasibətlərin gələcəyi ilə bağlı tam qarşılıqlı anlaşmanın möhkəm əsası olduğunu bildirib. Vurğulanıb ki, xalqlarımız arasında sıx qonşuluq tarixi mövcuddur və müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənib.

Bir sözlə, bu gün Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlusabit inkişafının qarantına çevrilib.

 

Sevinc NURİYEVA

Yeni  Azərbaycan.-2014.- 14 fevral.- S.8.