İstedadı, biliyi ilə ucalan, insaniiradi keyfiyyətləri ilə nümunə olan alim

 

Akademik Arif Paşayevin 80 yaşı tamam olur. Bu yaş ömrün müdriklik zirvəsidir. Xüsusən söhbət alim ziyalı ömründən gedəndə buraya barlı-bəhərli sözünü əlavə etmək yerinə düşər.

Ömrün elə məqamları var ki, insan öz-özünə hesabat verir, keçdiyi həyat yolunu göz önünə gətirir. Yubileylər, ad günləri belə məqamlardandır. Arif müəllim bir alim olaraq zəngin, məhsuldar ömür yaşayıb, ziyalı olaraq öz işıqlı əməlləri, coşqun fəaliyyəti ilə cəmiyyətə yetərincə fayda verib. O, görkəmli alim pedaqoqdur, fizika-riyaziyyat elmləri doktoru, professor akademikdir. Elm sahəsindəki nailiyyətlərinə görə bir sıra yüksək mükafatlara layiq görülüb.

Hər bir elmi adın, elmi dərəcənin, mükafatın arxasında neçə böyük zəhmət gərgin axtarışlar, nəhayət fitri istedad dayandığını hər kəs yaxşı bilir. Xüsusən fizika riyaziyyat kimi dəqiq elm sahəsində uğur qazanmaq, yeniliklərə imza atmaq daha gərgin , xüsusi bilik istedad tələb edir.

İnsanın formalaşmasında doğulub boya-başa çatdığı mühitin, genetik amillərin rolu çoxsaylı müşahidələr, həyati misallar əsasında zaman-zaman təsdiqlənib artıq buna heç kim şübhə etmir. Arif müəllim tanınmış nəsildəndir. Atası Mircəlal Paşayev Azərbaycanın görkəmli yazıçılarından biri olub, ədəbiyyatşünas alim pedaqoq kimi tanınıb hər iki sahəyə dəyərli töhfələr verib. Arif müəllimin ata ocağı bir çox məşhur simaların - Səməd Vurğunun, Mirzə İbrahimovun, Sabit Rəhmanın, Mehdi Hüseynin, Həmid Araslının, Cəfər Xəndanın başqalarının tez-tez yığışdığı ədəbi-elmi məclisləri xatırladırdı. Bu zəngin, münbit təkrarsız mühit təbii ki, Arif Paşayevin dünyagörüşünün yeniyetməlik gənclik illərində formalaşmasına öz təsirini göstərməyə bilməzdi. Əslində ədəbiyyat, elm musiqi korifeylərinin söhbətlərini dinləməyin, onları yaxından görməyin özü bir xoşbəxtlikdir Arif müəllimi bu mənada xoşbəxtlərin xoşbəxti hesab etmək, hətta ona həsəd aparmaq olar.

Arif Paşayev ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alıb onun ilk yeri Bakı Dövlət Universiteti, ilk vəzifəsi laborant olub. Biliyi istedadı zəhməti ilə birləşərək ona elm vəzifə pillələri ilə daim irəli getməyə imkan verib. 1957-ci ildə laborantlıqdan başlayan əmək elmi fəaliyyət yolu haralardan necə keçib?

1959-cu il. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu, kiçik elmi işçi; 1960-cı il. Dövlət Nadir Metallar İnstitutunun aspiranturası; 1966-cı il. AEA-nın Fizika-riyaziyyat texnika elmləri bölməsinin elmi katibi...

Arif Paşayev institutu bitirdikdən cəmi doqquz il sonra - 1966-cı ildəYüksək ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul cihazların işlənməsimövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. O, Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb. Sonralar daha irəli gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik digər xassələri kontaktsız tədqiq etmək metodunu işləyib hazırlayıb. Bu ixtiraların elmi işlərin nəticəsi olaraq alim tərəfindən təklif edilən cihazların kütləvi istehsalına başlanılıb bu işlərə bilavasitə Arif Paşayevin özü rəhbərlik edib. Nəhayət, 1978-ci ildəYarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri tətbiqi perspektivlərimövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almağa müvəffəq olub.

Elmin zirvələrinə aparan pillələr bir-birini beləcə əvəz edib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb, Azərbaycan EA-nın müxbir üzvü seçilib.

Bununla kifayətlənməyən Arif Paşayev elmi tədqiqatlarının əhatə dairəsini daim genişləndirib, bir-birindən dəyərli nailiyyətlərə imza atıb. Əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib. Fizika elminin inkişafında göstərdiyi xidmətlərə, xüsusən avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə 1991-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxarılan borularda isə parafinlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul vasitələr yaradılıb.

Diqqət verirsinizsə, Arif Paşayev iki istiqamətdə fəaliyyət göstərib: həm alim kimi tədqiqatlar aparıb, ixtiralar edib, həm konstruktor kimi onların bilavasitə istehsalata tətbiqi ilə məşğul olub hər iki sahədə diqqətəlayiq işlər görüb.

Görkəmli alimin zəngin çoxşaxəli fəaliyyətinin sübutu olan daha bir necə fakt: Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb.

Arif müəllimin həyatının böyük bir dövrü milli aviasiyanın təşəkkülü inkişafı ilə bağlıdır. 1996-cı ildən Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə böyük xidmətlər göstərib. Onun rəhbərliyi ilə milli aviasiya üçün hava su kimi vacib olan milli kadrlar - təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər yetişdirilib yetişdirilir.

Rektor işlədiyi bu illər Arif müəllimin yeni keyfiyyətlərini - təşkilatçılıq bacarığını, pedaqoji məharətini üzə çıxarıb. O, dünya standartlarına uyğun müasir bir təhsil ocağı yaratmağa nail olub. Buraya yolu düşən hər kəs gördüklərinə, xüsusən akademiya şəhərciyinə heyran qalır. Arif müəllimin haqqı var desin: Bu gün Azərbaycan təyyarələrini məharətlə idarə edən, bacarığına peşə hazırlığına görə heç kəsdən geri qalmayan oğullar mənim yetirmələrimdir. Onun bir rektor, pedaqoq alim kimi öz yetirmələri ilə fəxr etməyə, hətta öyünməyə tam haqqı var. Çünki akademiyanı belə bir yüksək səviyyəyə o çatdırıb...

Hər halda zəhmət itmir. Son illər Arif Paşayevin təltifləri sırasına daha iki ali mükafat -  ŞöhrətŞərəfordenləri əlavə olunub.

Arif müəllim haqqında söhbət düşəndə onu yaxından tanıyanlar belə deyirlər: Qayğıkeş, xeyirxah, mehriban, təvazökar insan, müdrik ziyalı olan Arif Paşayev, eyni zamanda, etibarlı, bütöv şəxsiyyətdir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün ən doğru yolu seçməyi bacarır, yolundan dönmür, hədəfə doğru düşünə-düşünə, addım-addım, inadla irəliləyir. Bilik istedadı bu insani iradi keyfiyyətləri ilə birləşərək ona daim uğur gətirir.

Dünyada tanınan bir nəslin nümayəndəsi olan görkəmli alim ziyalı haqqında qısa qeydləri AMEA-nın prezidenti akademik Akif Əlizadənin yerində deyilmiş bir fikri ilə tamamlamaq istəyirik: “Arif Mircəlal oğlu Paşayevin simasında təkcə Azərbaycan ziyalısının obrazı deyil, həm elmi elitanın müasir düşüncə səviyyəsi təcəssüm olunur”.

 

Yeni  Azərbaycan.-2014.- 15 fevral.- S.3.