Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir

 

Bu soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycan dövləti sistemli aparır

 

Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsindən 22 il ötür. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar güllə-baran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.

Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir.

122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora Qasımova bildirib ki, tarixən xalqımıza qarşı qətliamlar törədilib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla qətlə yetirilməsi bu faciələrin ən dəhşətlisi oldu: “Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Əlbəttə ki, ermənilərin siyasətinin kökündə tarix boyu həyata keçirmək istədikləri məqsədlər dayanırdı. Məlum olduğu kimi, “Böyük Ermənistan” xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının - işğalçı Sovet ordusunun köməyi ilə böyük işgəncələrlə 250 min azərbaycanlını Ermənistandakı, 15 mindən çox azərbaycanlını isə Xankəndidəki öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər”.

Millət vəkili Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından birinin Ermənistanın dövlət başçısı Serj Sarkisyan olduğunu xatırladıb: “Sarkisyan bu hadisəyə münasibət bildirərkən utanmadan deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq”. Bu sözlər özlərini dünyaya məzlum xalq kimi tanıtmağa çalışan, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən bir millətin nümayəndəsinin, dövlət başçısının azərbaycanlılara qarşı törədilən qətliamda əli olduğunu sübut etmirmi?”.

F.Qasımova bildirib ki, xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımını hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Onun sözlərinə görə, dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır: Biz, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyevaya minnətdarlığımızı bildiririk. Xocalı faciəsinin bütün dünyada siyasi qiymətini alması üçün aparılan işlərdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

Millət vəkili İmamverdi İsmayılov isə bildirib ki, 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Onun fikrincə, Xocalı soyqırımı dünya tarixinə humanizmə təcavüz aktı kimi yazıldı: “Əslində, Xocalı faciəsi bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan, bəlkə də başlamamışdan öncə hazırlıq görmüşdü. Onlar Qarabağın digər ərazilərində də bu cür faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf etdi. Elə həmin vaxtdan Xocalı soyqırımının əsası qoyulmuşdu. Ermənilər Sovet təhlükəsizlik orqanlarının əli ilə Azərbaycanın bir sıra bölgələrində iğtişaşlar törətdilər və bununla da Ermənistanda yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etmək üçün zəmin yaratdılar. Erməniləri silah-sursatla tam təmin edən, canlı qüvvə ilə kömək göstərən imperiya dairələri azərbaycanlılarda olan ov tüfəngini də zorla yığırdılar. O dövrdə Azərbaycanda rəhbərlikdə olanlar hələ də Kremlin əmrlərindən çıxa bilmirdi. Məhz belə bir vəziyyətdə Xocalı soyqırımı baş verdi. Ermənilər 366-cı alayın köməyilə tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazdılar”.

Millət vəkili deyib ki, hazırda Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli aparılır. İ.İsmayılov qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Belə ki, Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. “Eyni zamanda, Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər yüksək qiymətə layiqdir. Bütün xalqımız “Xocalıya ədalət!” kampaniyasını təqdir edirbu kampaniyanın dünyada doğurduğu əks-sədasının şahididir” - deyə, İ.İsmayılov vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının sədri Vahid Əliyev isə bildirib ki, 22 il əvvəl baş vermiş bu dəhşətl faciəni Xocalı sakinləri böyük ürək ağrısı ilə xatırlayır. Onun sözlərinə görə, bu acını yaşamış bütün insanlar dünya birliyindən bu qətliama hüquqi qiymət verilməsini tələb edir. Çünki dinc insanların ermənilər və onlara dəstək verən 366-cı rus alayının əsgərləri tərəfindən necə amansızlıqla qətlə yetirilməsinin şahididirlər. V.Əliyev hesab edir ki, bu qətliamı törədənlər gec-tez layiqli cəzalarını alacaqlar. Azərbaycan dövlətinin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli apardığını deyən təşkilat sədrinin sözlərinə görə, son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın keçmiş Sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini açıqlayıb:Bu mənada PakistanMeksika parlamentlərinin qəbul etdiyi qətnamələr xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, ABŞ-ın da bəzi ştatları bu soyqırımı tanıyıblar. Bu, Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərin müsbət nəticələridir. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Məhz Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Bununla yanaşı, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qeyd etmək lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamə sayılır. Bu yaxınlarda isə İƏT Parlament İttifaqının İndoneziyada keçirilən toplantısında Xocalı qətliamı soyqırım aktı kimi qiymətləndirilib. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu isə Azərbaycanın soyqırımın dünyada tanıdılması istiqamətində apardığı siyasətin uğuru sayılmalıdır. Bilirsiniz ki, hazırda dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Azərbaycan dövləti bu istiqamətdə öz addımlarını davam etdirir və Xocalı soyqırımının dünya birliyində tanınması yönündə aparılan fəaliyyət müsbət nəticələrini verməkdədir” - deyə, V.Əliyev vurğulayıb.

 

Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 21 fevral.- S.5.