Azərbaycan-Polşa münasibətləri çoxşaxəli əməkdaşlığa söykənir

 

Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud təmasların sıxlaşması hər iki ölkənin milli maraqlarına uyğundur

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclünüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasigeoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdanmilli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal tərəfdaşa çevrilməkdədir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemidünya siyasətinin nüfuzgüc iyerarxiyasında sürətlə irəliləyir.

Onu da qeyd etmək lazımdır ki, ölkəmiz beynəlxalq münasibətlərin müstəqil subyektləri - milli dövlətlərlə səmərəli ikitərəfli əlaqələrə malikdir. Bu baxımdan, müasir beynəlxalq münasibətlərin suveren aktoru olan Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biriPolşa Respublikasıdır. Hazırda ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədirlər.

Qeyd edək ki, iki dövlət arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından yüksələn xətlə inkişaf edib. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 30-dan çox sənəd imzalanıb. İlk sənəd 1997-ci ildə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq və ticarət haqqında saziş olub. Daha sonra iki ölkə arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında konvensiyanı, Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannaməni, dövlətlərin mədəni və elmi əməkdaşlığı haqqında sazişi, Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişi vurğulamaq olar. Bundan başqa, ölkələr arasında mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında, müdafiə sahəsində əməkdaşlıq haqqında, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiPolşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Dövlətlərarası əlaqələr dövlət başçılarının qarşılıqlı səfərləri ilə daha da möhkəmləndirilib. Bu mənada, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya səfəri xüsusi olaraq vurğulanmalıdır. Səfər çərçivəsində Prezidentimiz Polşanın keçmiş Prezidenti, mərhum Lex Kaçinski, Polşa Senatının marşalı B.Boruseviç, Baş nazir Donald Tusk ilə görüşüb. Bundan başqa, Prezident İlham Əliyev Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Ordeni ilə də təltif edilib.

Bununla yanaşı, 2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sammitinin işində iştirak edən Polşanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşüb.

2009-cu ildə Polşa Prezidentinin Bakıya rəsmi səfəri də dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələ sayıla bilər. Səfər zamanı keçirilən görüşdə Prezident İlham Əliyev bildirib ki, Polşa dövlət başçısının 2006-2009-cu illərdə 5 dəfə Azərbaycana səfər etməsi dövlətlər arasında münasibətlərin çox yüksək səviyyədə olmasından, intensiv xarakter daşımasından xəbər verir. Hər iki dövlətin qarşılıqlı yüksək iqtisadi-siyasi əlaqələrə malik olduğunu bildirən Prezident İlham Əliyev energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafının müşahidə olunduğunu söyləyib. Prezident daha sonra bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi işində Polşanın çox mühüm və təsirli imkanları varPolşa bu imkanlardan istifadə edir: “Şərq Tərəfdaşlığı” Proqramının başlanması, hesab edirəm, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması deməkdir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

Qeyd etmək lazımdır ki, 2010-cu ilin 12 aprelində Polşa Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskayanın, Polşa Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin, SenatSeym üzvlərinin, Polşa ordusunun yüksəkrütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar Prezident İlham Əliyev bu ölkənin rəsmilərinə, vətəndaşlarına başsağlığı verib. Aprelin 18-də isə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti Polşa Prezidenti Lex Kaçinskinin Krakov şəhərində keçirilən dəfn mərasimində iştirak etmək məqsədilə Polşaya səfər edib.

Dövlətlərarası münasibətlər hökumətlər səviyyəsində də yüksək səviyyədə inkişaf etdirilir. 2009-cu ilin martında Azərbaycan Respublikasının müdafiə naziri Krakov şəhərində NATO ölkələri və Əfqanıstana töhfə verən tərəfdaş dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak edib, bununla yanaşı, Polşanın milli müdafiə naziri B.KlixBaş Qərargah rəisi F.Qaqora ilə görüşlər keçiribiki ölkə arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 2009-cu ilin mayında isə Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının III iclası Varşavada keçirilib. İclas çərçivəsində 100-dək şirkət, yerli ictimaiyyətinin iştirakı ilə Biznes seminar təşkil olunub. Ötən ilin yanvarında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə, Polşaya rəsmi səfər edib. Danışıqlarda əməkdaşlığa dair müvafiq razılıq əldə edilib və istiqamətlər müəyyənləşdirilib. Səfər çərçivəsində nümayəndə heyəti Polşanın müdafiə sənayesi müəssisələrinin istehsal prosesibu sahədə maraq doğuran yeni texnologiyalarla yaxından tanış olub. 2010-cu ilin fevralında isə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşüb. 2010-cu ilin martında isə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin dəvəti ilə Polşa Respublikasının Baş naziri Donald Tusk Azərbaycana səfər edib. Bu isə onu deməyə əsas verir ki, tarixən təxminən eyni mürəkkəblikdə siyasi-iqtisadi proseslərdən keçən Azərbaycan və Polşa münasibətləri bu gün bir çox ölkələr üçün müsbət örnəkdir.

Vurğulamaq gərəkdir ki, mədəni, humanitar, elm və təhsil sahələrindəki əlaqələr, həmçinin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı təmasları ölkələr arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verməkdədir. Yeri gəlmişkən, bu kontekstdə son olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondunun sədri Tomas Przychodzien ilə görüşüb. Bir neçə il əvvəl Azərbaycana səfər etdiyini deyən qonaq ötən müddət ərzində ölkəmizdə sosial, iqtisadi sahələrdə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini vurğulayıb. T.Przychodzien onda ölkəmiz haqqında zəngin təəssüratların yarandığını qeyd edib. O, həmçinin, Azərbaycanın Avropa dəyərlərinə xüsusi önəm verdiyinin şahidi olduğunu bildirib.

Şuranın dəstəyi ilə həyata keçirdikləri layihənin Azərbaycanın zəngin mədəniyyəti və müasir inkişafı haqqında məlumatların Polşa ictimaiyyətinə çatdırılması baxımından yaxşı fürsət olduğunu deyən qonaq bunun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə böyük təkan verəcəyini vurğulayıb.

Məlumat verilib ki, Fondun nümayəndələri layihə çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, qaçqın və məcburi köçkün qəsəbələrində, turizm bölgələrində çəkilişlər aparacaqtoplanan şəkillərdən ibarət sərgi təşkil edəcəklər. Sərgi 150 gün ərzində Polşanın 10 böyük şəhərində nümayiş etdiriləcək, eyni zamanda, ölkənin aparıcı media qurumlarında Azərbaycan haqqında məqalələr dərc olunacaq.

Azay Quliyev Şuranın fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun xarici QHT-lərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini söyləyib.

A.Quliyev sərgi materialları içərisində qaçqın və məcburi köçkünlərin həyatının hərtərəfli işıqlandırılmasının vacibliyini vurğulayıb.

Bundan başqa, xəbər verildiyi kimi, bir müddət öncə Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Elmlər Akademiyası (EA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA prezidenti, akademik Akif Əlizadə və Polşa EA-nın prezidenti, professor Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr üzrə, xüsusən də astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapıb.

Beləliklə, mövcud reallıqlar onu deməyə əsas verir ki, tərəflər əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdırlar. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud təmasların sıxlaşması hər iki ölkənin milli maraqlarına uyğundur. Bu baxımdan qeyd etmək olar ki, iki ölkənin aktiv təmsilçiliyi ilə gələcəkdə yeni əməkdaşlıq platformalarının yaradılması mümkündür. Yeri gəlmişkən, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasının tarixi açıqlanıb. İclas aprelin 13-15-də Bakıda keçiriləcək. Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iclas çərçivəsində, həmçinin, iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forumun keçirilməsi planlaşdırılır.

Nəticə etibarilə, Azərbaycan-Polşa münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 26 fevral.- S.8.