Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq

 

Aprelin 4-dən mayın 25-dək Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq.

Sərginin kuratoru Dina Naseri-Xadividir.

“YARAT” Müasir İncəsənət Məkanından AzərTAc-a bildiriblər ki, “Love Me, Love Me Not” Azərbaycanın qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən Azərbaycandan Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova Fərid Rəsulovun, İrandan Əfruz Amiqi, Şoca Azəri, Mahmud Baxşi, Əli Bənisədr Hərhad Moşirinin, Rusiyadan Taus Maxaçevanın, “Avrasiya”danSlavyanlar tatarlarqrupunun, Gürcüstandan İliko Zautaşvilinin əsərləri nümayiş etdiriləcək.

Dina Naseri-Xadivinin dediyinə görə, bu sərgidə nümayiş olunan hər əsər tamaşaçılara pavilyonda təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir əhatə olunan mövzular barədə daha dərin bilikləri paylaşmağa çalışır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdikləri işlərin nümayişi son nəticədə bizim hamımızın tarixi coğrafiyanı dərəcədə düzgün qavradığımızı sorğu-sual edir.

Sərgidə videoçarxlar, instalyasiyalar rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanıb müxtəlif mövzuları əhatə edən işlər təqdim olunacaq. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr yer alacaq.

Rəssam Faiq Əhmədin yaratdığı əsərlərin əsas mövzusu Azərbaycan xalçalarına xas süjetlərdir. O, həmin süjetləri, Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusi vurğulamaqla, yeni tərzdə əsərlər yaradır. Rəssamın 2012-ci ildə yaratdığıAdsızadlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyasına olan baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.

İndiyədək yaratdığı ən iddialı əsərdə-xüsusi sifarişlə çəkilən filmdə-rəssam Şoca Azəri XII əsrdə Nizami GəncəvininHəft peykər” (“Yeddi gözəl”) romantik poemasını yaddaşda canlandırır. Poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.

Rəssam Əli Bənisədr sərgidə nümayiş olunmaq üçün özünün indiyədək yaratdığı ən böyük əsərini gətirəcək. Əsər hər mövzunu əhatə edən, atəş nur simvoluna əsaslanan triptixdir. Vaxtilə Azərbaycanda İranda yayılmış bu ünsürlər, habelə fars dilindəatəşin keşikçilərimənasını verənAzərbaycansözünün özü zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərk etmə üsullarını gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus bəsirət gözü ilə görünən əlamətləri canlandırır.

Əli Bənisədrin ərsəyə gətirdiyi əsərlər bir çox dövlət muzeylərinin, o cümlədən Nyu-YorkunMetropolitenİncəsənət Muzeyinin, Los Anceles Müasir İncəsənət Muzeyinin, “Saatçisərgi salonunun Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.

Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığıSahibləradlı əsərində keçmiş sovet məkanında geniş yayılıb, təmizlik aləti olan yüzlərlə süpürgə bir-birilə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edir.

Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan Böyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyniadlı filmi təqdim edəcək. Filmin qəhrəmanı rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır.

Slavyanlar tatarlarrəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığıMolla Nəsrəddin-antimodernistadlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofundan bəhs edir. Bu sənət əsəri həm böyüklər, həm uşaqlar üçün müəyyən mənadaoyun meydançasırolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan əlavə, XX əsrin əvvəllərinə aid Azərbaycanın satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir edib, həmçinin mətbuatın gücünün nümayişinə müvəffəq olub. Yaratdıqları “Love Me, Love Me Not” instalyasiyada müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü biruzə verən təkamülü izhar edən uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir. Bu məsələ keçirilən sərginin əsas mövzusunu təşkil edir.

Azərbaycanın qonşu ölkələrin rəssamlarının əsərlərini bir sərgidə toplayan “Love Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni baxışları təqdim edir.

Sərginin kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasındaTeyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropolitenİncəsənət Muzeyinin müasir modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, yazıçı, “Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi Asiya Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis, yazıçı Suad Qarayeva Slavyanlar tatarlarqrupu yaxından iştirak ediblər.

“Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətin inkişafı dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Məkanının layihəsidir.

 

  Yeni  Azərbaycan.-2014.- 28 fevral.- S.5.