İsmayıllı rayonu
inkişafın keyfiyyətcə yeni mərhələsində
Görülən uğurlu işlərin nəticəsidir ki, rayon gündən-günə inkişaf edir, abadlaşır, sakinlərin həyat şəraiti yaxşılaşır
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son dövrlərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də İsmayıllı rayonudur.
İsmayıllı rayonunda ümumi məhsul istehsalının həcmi ildən-ilə artır
İsmayıllı rayonunda 2014-cü ilin birinci rübü ərzində 25 milyon 560 min manat məbləğində ümumi məhsul istehsal olunub. Vurğulamaq lazımdır ki, ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 255 min manat artıb. Bütün sahələrdə, o cümlədən sənaye sahəsində 2,4, kənd təsərrüfatında 0,4, tikintidə 0,3, nəqliyyatda 1,4, rabitə sahəsində 7,6 və ticarətdə 1,7 faiz artım müşahidə olunub.
Qeyd edilən dövr ərzində rayon büdcəsinin
gəlir hissəsi 4 milyon 439 min manata qarşı 4 milyon 691
min 840 manat icra olunub. Büdcə gəlirlərinin icrası
105,7 faiz təşkil edib. Yerli mənbələrdən daxil
olmalar üzrə proqnoz artıqlaması ilə icra edilib, 1
milyon 112 min 580 manata qarşı 1 milyon 360 min 840 manat (122 faiz)
vəsait daxil olub. Rüblük
məxaric proqnozu 4 milyon 439 min manata qarşı 4 milyon 129 min
390 manat, 309,6 min manat kəsrlə icra edilib. Birinci
rübdə əhaliyə 4 milyon 916 min manatlıq pullu xidmət
göstərilib. Pərakəndə əmtəə
dövriyyəsi 24 milyon 436 min manat olub ki, bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz
çoxdur. Bir işçiyə hesablanmış nominal orta
aylıq əməkhaqqı 2013-cü illə müqayisədə
35,6 manat artaraq 257 manata çatıb.
Rayonda
tikinti, abadlıq, quruculuq işləri uğurla davam etdirilir
İsmayıllı rayonunda tikinti, abadlıq və
quruculuq işləri daim diqqət mərkəzində
saxlanılır. “Milli Su təchizatı və Kanalizasiya Xidmətləri
Üzrə İkinci Layihə” çərçivəsində
İsmayıllı şəhərinin su və kanalizasiya
sisteminin tikintisi, rayon Mərkəzi Xəstəxanasının
yenidən qurulması, Yeni Azərbaycan Partiyası
üçün inzibati binanın, Nizami Gəncəvi
küçəsində iki beşmərtəbəli
yaşayış binasının tikintisi davam etdirilir. Bundan
başqa, şəhərin elektrik enerjisi təsərrüfatının,
Zərifə Əliyeva adına parkın, Heydər Əliyev
prospektinin, Nizami Səmədov, “Babadağ” küçələrinin,
Heydər Əliyev Mədəniyyət Sarayının,
İsmayıllı bələdiyyəsinin inzibati
binasının dam örtüyünün və
fasadının yenidən qurulması nəzərdə tutulur.
Qalınçaq kənd orta məktəbi üçün 380
şagird yerlik, Şəbiyan ümumi orta və
Külüllü kənd ibtidai məktəblərinin hər
biri üçün 80 şagird yerlik, Sumağallı kənd
uşaq bağçası üçün 40 uşaq yerlik
yeni binaların, “İlkin-3” quşçuluq fabrikinin 4 sexinin,
Keyvəndi kəndində 1400 başlıq südlük-ətlik
istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin
tikintisi də yüksək səviyyədə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq sərəncamları ilə
İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan
avtomobil yolunun tikintisinə başlanılıb. 10 saylı Yol İstismar Sahəsi
tərəfindən 2014-cü ilin I rübündə 362,6 min manatlıq təmir işləri
görülüb. Təmir işləri əsasən
Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolunda və yerli əhəmiyyətli yollarda
aparılıb. Qış
mövsümündə nəqliyyatın fasiləsiz və təhlükəsiz
hərəkətini təmin etmək üçün
lazım olan tədbirlər görülüb. Bu ilin birinci rübündə Qoşakənd və
Cülyan avtomobil yoluna çınqıl döşənib.
Rayonda əhaliyə göstərilən nəqliyyat
xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır.
Velosiped istehsalı zavodunun tikintisi
üçün hazırlıq işləri
görülüb.
İsmayıllı
rayonunda kənd təsərrüfatının inkişafı
daim diqqət mərkəzindədir
Ölkəmizin
ərzaq təhlükəsizliyi məsələsində hər
zaman ön sıralarda yer alan
İsmayıllı rayonunda ötən dövr ərzində kənd
təsərrüfatı sahəsində görülən
işlər də olduqca qənaətbəxşdir. Belə ki, bu ilin birinci rübündə rayonda kənd
təsərrüfatında ümumi məhsul istehsalı əvvəlki
ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 32 min manat artıb. Rayonda
2013-cü ilin payızında əkilmiş 28449 hektar
payızlıq taxıl bitkisi sahələrində normal
bitiş alınıb. Bundan başqa,
rayonda 1428 ha sahədə yazlıq bitkilər, o cümlədən
515 ha sahədə dənli-paxlalılar, 394 ha sahədə
kartof, 300 ha sahədə yonca, 219 ha sahədə isə tərəvəz
bitkiləri əkilib.
İsmayıllı “Aqroservis” filialı tərəfindən
525 ton mineral gübrə gətirilib və kənd təsərrüfatı
məhsulları istehsalçılarına satışı ilə
əlaqədar müvafiq sənədləşdirmə
aparılıb. Bu il rayona “Aqrolizinq” ASC-nin xətti
ilə 12 taxılbiçən kombaynın verilməsi nəzərdə
tutulub.
Hesabat
dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min
172 başa, xırda buynuzlu heyvanlar 178 min 254 başa
çatdırılıb, 1302 ton ət, 8451 ton süd, 2 milyon
465 min ədəd yumurta istehsal olunub. Bütün
göstəricilər əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə yüksəkdir.
Rayonda
meşələrin mühafizəsi və
yaşıllaşdırma işi prioritetlərdən biridir
2013-cü
ilin birinci rübündə Meşə Mühafizəsi və
Bərpası Müəssisəsində ümumilikdə 18
hektar sahədə meşə bərpa tədbirləri
aparılıb, 12 min ədəd ağac tingi əkilib. Müəssisənin tinglik sahəsində yeni
ağac tinglərinin yetişdirilməsi məqsədi ilə
müxtəlif ağacların toxumları səpilib.
İsmayıllı
Suvarma Sistemləri İdarəsi tərəfindən hesabat
dövründə daşqın və selə qarşı
çay məcralarının lil və çınqıldan təmizlənməsi
məqsədilə 72,8 minkub metr həcmində ekskavator
işi, 139,8 min kubmetr həcmində buldozer işi
görülüb.
Birinci rübdə rayonun idarə və təşkilatları
könüllü olaraq iməciliklər təşkil edib,
ağac əkini və yeni yaşıllıqların
salınmasında fəal iştirak ediblər. İsmayıllı-Muğanlı
avtomobil yolunun ətrafında yaradılmış
yaşıllıq zolaqlarında təmir-bərpa işləri
aparılıb, qurumuş ağaclar yeniləri ilə əvəz
olunub. İsmayıllı-Qaraməryəm
yolu ətrafında İsmayıllı şəhərinin
çıxış hissəsində yeni yaşıllıq
zolağı salınıb, burada 210 ədəd ağac əkilib,
ətrafı dəmir torla mühafizə edilib.
Elektrik,
qaz və içməli su təchizatının yenilənməsi
istiqamətində əhəmiyyətli addımlar
atılıb
İsmayıllı rayonunda qazlaşdırma prosesi davam
etdirilir. Qaz İstismar sahəsi 12741 abonentə xidmət
göstərir ki, bunun da 12647-si əhali abonentləridir.
Rayon ərazisində 56 ədəd məişət
qaz sayğacı yenisi ilə əvəz olunub, 462 abonent
üçün yeni məişət qaz sayğacı
quraşdırılıb. Birinci rübdə
abonentlərə 12 milyon 665 min kubmetr qaz satılıb. Abonentlərə satılan qazın dəyəri 83
faiz ödənilib.
Rüb ərzində Paylayıcı Elektrik Şəbəkəsi
tərəfindən enerji təsərrüfatında cari təmir
işləri aparılıb. Belə ki, şəhər ərazisində
10 kilo/voltluq hava xətlərində 74 ədəd, 0,4
kilo/voltluq hava xətlərində 307 ədəd yeni dəmir-beton
dayaq quraşdırılıb, 10,5 km. SİP kabel xətti
çəkilib, abonentlər üçün 646 ədəd
Smart-kart tipli sayğac quraşdırılıb. Kəndlərdə
10 kilo/voltluq hava xətlərində 37 ədəd, 0,4
kilo/voltluq hava xətlərində 48 ədəd dayaq dəyişdirilib,
xətlərdə 2 ədəd transformator
yarımstansiyalarında 8 ədəd ayırıcı
quraşdırılıb. Rüb ərzində
istehlakçılara 13 milyon 59 min kilovat/saat elektrik enerjisi
verilib, 737,2 min manat vəsait yığılıb ki, bu da
satılan enerjinin dəyərinin 95,4 faizini təşkil edir. Bu da keçən ilin müvafiq dövrü ilə
müqayisədə 10 faiz artıqdır.
İsmayıllı “Sukanal” idarəsi 3212 abonentə xidmət
göstərir. Birinci rübdə təşkilat tərəfindən
su xətlərində cari təmir işləri
aparılıb. Şəhərdaxili xətlərdə
baş vermiş qəzalar aradan qaldırılıb.
Rüb ərzində abonentlərə 46,2
min manat dəyərində xidmət göstərilib, xidmətə
görə 42,3 min manat və ya 91,6 faiz ödəniş olub.
“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri
üzrə ikinci Layihə” çərçivəsində
İsmayıllı şəhərinin içməli su təchizatı
və kanalizasiya sisteminin infrastrukturunun tikintisi işləri
davam etdirilir.
Rüb ərzində tutumu 1500 ton olan su
anbarında tikinti işləri görülür.
Aztəminatlı
ailələr daim dövlətin himayəsindədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi
tərəfindən əhalinin aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin yaxşılaşdırılması
ilə əlaqədar tədbirlər davam etdirilib. Bu ilin birinci
rübü ərzində 230 ailənin 1044 nəfər
üzvünə ünvanlı sosial yardım təyin olunub.
Hazırda 725 ailənin 3378 nəfər
üzvünə ünvanlı sosial yardım ödənilir.
Adambaşına düşən orta aylıq məbləğ
24 manat 35 qəpik, bir ailəyə düşən orta
aylıq məbləğ 113 manat 42 qəpik təşkil edir.
Ünvanlı sosial yardım almaq hüququ
olanlara yardım təyin edilməsi davam etdirilir.
Rayonda 3715 nəfər vətəndaş müxtəlif
təyinatlı sosial müavinət alır. Rüb ərzində sosial
müavinətlərin ödənilməsinə 714,9 min manat ödəniş aparılıb. Mərkəzin Sosial-məişət xidməti
sektoru rayon ərazisində 224 nəfər ahıl və əlil
vətəndaşa evlərində xidmət göstərir.
Rayon Məşğulluq Mərkəzi tərəfindən
“Məşğulluq haqqında” Azərbaycan Respublikası
Qanununa uyğun olaraq işsiz vətəndaşların
işlə təmin olunması sahəsində müəyyən
işlər görülüb. Birinci rübdə Mərkəzdə
78 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata
alınıb. Hesabat dövründə
onlardan 45 nəfəri işlə təmin edilib. İşlə təmin olunanların 9 nəfəri
qadındır. Birinci rübdə rayonda 138 yeni iş
yeri yaradılıb.
Kommunal
xidmətlərin keyfiyyəti yüksəlib, əhaliyə
xidmət müasirləşdirilib...
Əhaliyə göstərilən kommunal xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması, şəhərin
təmiz saxlanması, yaşıllıqların qorunması,
antisanitariyaya qarşı mübarizə aparılması
üçün rayon Kommunal Müəssisələri
Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən
mühüm işlər görülüb. Kommunal Müəssisələri
Kombinatı şəhər ərazisində 315 min kvadratmetr
sahəsi olan küçə və meydanlara, 24,3
ha yaşıllıq sahəsinə qulluq edir, küçələrin
işıqlandırılmasına nəzarəti həyata
keçirir. Ötən rüb ərzində Kombinat tərəfindən
tutumu 1,1 kub metr olan 39 ədəd metal zibil
qutusu alınaraq şəhərin müxtəlif ərazilərinə
qoyulub. Şəhər daxilində olan
bütün ağacların gövdələri əhənglə
ağardılıb, şəhərin təmizliyi ilə əlaqədar
vaxtaşırı iməciliklər təşkil olunub.
2014-cü ilin ilk üç ayında 117 min manat dəyərində
kommunal xidmət göstərilib ki, bu göstərici keçən
ilin müvafiq dövrü ilə müqayisədə 16,4 min manat çoxdur.
İsmayıllı
rayonunun kəndlərində internet şəbəkəsi
genişləndirilir
İsmayıllı Poçt filialının 2 şəhər
və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara
müxtəlif adda poçt və maliyyə xidməti göstərir. Bu ilin ilk rüblük tarif
gəlirləri proqnozu 37,3 min manata
qarşı 51,9 min manat və ya 139,2 faiz yerinə yetirilib.
Hesabat dövründə əhaliyə 44,3
min manat poçt xidmətləri göstərilib ki, bu da nəzərdə
tutulduğundan 12,4 min manat çoxdur. Hazırda
İvanovka, Qalagah, Ruşan və Qalınçaq kəndlərində
yeni poçt binalarının tikintisinə
başlanılıb. İsmayıllı Telekommunikasiya
Qovşağı I rübdə 197,7 min
manat gəlir əldə edib, 59 mənzilə yeni telefon
çəkilib, 32 abunəçinin telefon xəttini yenidən
bərpa edilib. İndiki halda Qovşaq üzrə1969
ədəd boş tutum mövcuddur. Birinci
rübdə 2 ədəd 96 portluq ADSL aparatı alınaraq
Xanagah və Aşıqbayramlı kəndlərində
quraşdırılıb. Quşencə, Təzəkənd,
Lahıc, Ağbulaq, Cülyan və Qalagah kəndlərində
internet istifadəçilərinin montaj tutumu 144 ədəd
artırılıb. Mart ayında
genişzolaqlı internetin ötürülməsi
üçün Xanagah elektron ATS-də yeni RADVİN
avadanlığı quraşdırılıb. Rüb ərzində Diyallı, Kürdmaşı,
Qalınçaq, İvanovka və Qalagah kəndlərində
daxili xətt şəbəkələri təmir olunub. Optik kabellər üçün 150 ədəd nəzarət
nişanları basdırılıb, rayon ərazisində
ümumiyyətlə, 17 ədəd paylayıcı şkaf təmir
olunub. Telekommunikasiya qovşağının
xidmət etdiyi ərazidə 2564 abunəçi
genişzolaqlı internet xidmətindən istifadə edir ki, bu
da keçən ilin eyni dövrü ilə müqayisədə
900 nəfər çoxdur.
Rayonun təhsil,
səhiyyə və mədəniyyət sahələrində əsaslı
yeniliklər müşahidə olunmaqdadır...
Bu ilin birinci rübündə məktəb tikintisi, təhsil
müəssisələrinin əsaslı təmiri, maddi
bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların
tətbiqi, təhsilin müasir standartlara
uyğunlaşdırılması istiqamətində tədbirlər
davam etdirilib.
Bu il rayonda innovativ təlim
texnologiyalarının inkişafına təkan verilib. Hazırda ümumtəhsil məktəblərində
683 ədəd kompüter, 65 ədəd proyektor, 19 ədəd
elektron lövhə vardır. 11 məktəbdə
lokal şəbəkə, 25 məktəbdə sürətli
internet fəaliyyət göstərir. Rayon
Təhsil Şöbəsi müasir təlim
texnologiyalarının tətbiqi ilə bağlı
çoxsaylı tədbirlər, konfrans və seminarlar
keçirib, qabaqcıl təcrübənin öyrənilib
yayılmasını diqqətdə saxlayır. Rayon müəllimləri və şagirdləri
çoxsaylı beynəlxalq və respublika səviyyəli
layihələrdə iştirak edib, uğurlar qazanıblar.
Rayon Mərkəzi Xəstəxanası tərəfindən
ilin 3 ayı ərzində əhaliyə göstərilən səhiyyə
xidmətlərinin yaxşılaşdırılması istiqamətində
tədbirlər davam etdirilib. Hesabat dövrü ərzində
244 nəfər uşaq doğulub, ana və uşaq
ölümü qeydə alınmayıb.
Ölkə
rəhbərinin tapşırığına uyğun olaraq 17
fevral 2014-cü il tarixdən rayonda əhalinin
tibbi müayinədən keçirilməsi kampaniyası
uğurla keçirilib. Ümumən, 50 minə
qədər insan müayinədən keçirilib, onlardan bəziləri
ambulator, digər qismi stasionar müalicəyə cəlb
olunub. Lazım olduğu təqdirdə bir
sıra xəstələr Bakı şəhərinə
ixtisaslaşdırılmış tibbi müayinəyə
göndərilib.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən
mədəni-maarif müəssisələrinin fəaliyyətinin
yaxşılaşdırılması məqsədilə
müəyyən işlər görülüb. Mədəni-maarif
müəssisələrdə 340 nəfər işçi
çalışır. Onlardan 75 nəfəri ali, 167 nəfəri orta ixtisas, 98 nəfəri
isə orta təhsillidir. Bu ilin 3 ayı ərzində
54 tədbir keçirilib, Bakı şəhərində
keçirilən respublika və beynəlxalq əhəmiyyətli
sərgi və müsabiqələrdə rayonun yüksək səviyyədə
iştirakı təmin olunub. Dövlət
tədbirlərinin, tarixi günlərin, əlamətdar hadisələrin,
milli bayramların və digər tədbirlərin təşkili
və keçirilməsində rayon Mədəniyyət və
Turizm şöbəsi yaxından iştirak edir. Azsaylı xalqların, etnik qrupların milli-mədəni
irsi daim diqqətdə saxlanılıb, folklor
qruplarının çıxışları təşkil
edilib.
Cari ilin üç ayı ərzində rayonda
çoxsaylı ictimai-siyasi tədbirlər həyata
keçirilib, dövlət və dini bayramlar yüksək səviyyədə
qeyd olunub. İdeoloji işin gücləndirilməsini təmin
etmək üçün Heydər Əliyev Mərkəzinin
imkanlarından səmərəli şəkildə istifadə
edilib, tədbirlərin çoxu əsasən bu Mərkəzdə
keçirilib. Rayonda Dövlət-gənclər
siyasəti sahəsində bir sıra işlər
görülüb, idman sahəsində müəyyən
uğurlar qazanılıb. Gənclərin
dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində
mühüm addımlar atılıb, xeyli gənc kadr rayonun
dövlət müəssisələrində, digər sahələrdə
işə cəlb olunublar. Rayonda
yaranmış problemlərin həllində gənclərin
iştirakı əsas götürülüb.
Əhalinin
problemlərinin həlli rayon İcra Hakimiyyətinin gündəlik
diqqətində olan əsas məsələdir
İqtisadi inkişafın əsasını təşkil
edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin
qanuni əsasda təşkili, insanların sosial həyatının
zənginləşdirilməsi rayon İcra Hakimiyyətinin
gündəlik diqqətində olan məsələlərdəndir. Hesabat
dövründə rayonun 15 yaşayış məntəqəsində
görüş-qəbullar keçirilib. Rayonda
görülən işlər haqqında internet saytlarında
və sosial şəbəkələrdə daha çox məlumatlar
yerləşdirilib. Rayon İcra Hakimiyyətində
əhalinin qəbulu, onları narahat edən problemlərin həllinə
diqqət daha da artırılıb. Problemlərin
daha çevik öyrənilməsi və tədbir
görülməsi məqsədilə rayon İcra Hakimiyyətinin
“Qaynar xətti” fəaliyyət göstərir.
İsmayıllılılar
Ulu öndər Heydər Əliyev ideyalarına sadiqdirlər
İsmayıllı rayonunun sakinləri hər zaman siyasi
fəallığı ilə seçilib və Ümummilli
liderimiz Heydər Əliyev ideyalarına bağlılıq
nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi
Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatıdır.
YAP İsmayıllı rayon təşkilatı 1993-cü ilin
mart ayında yaradılıb. Rayon təşkilatında
hazırda 85 ərazi ilk partiya təşkilatı fəaliyyət
göstərir. YAP İsmayıllı rayon təşkilatının
7779 nəfər üzvü var. Bu üzvlərin 2861 nəfərini
qadınlar, 3076 nəfərini isə gənclər təşkil
edir. Bu ilin ilk yarısında rayon təşkilatına
170 nəfər üzv qəbul olunub. Vurğulamaq
lazımdır ki, bütün İsmayıllı ictimaiyyəti
Ulu öndər Heydər Əliyev kursunun davamçısı
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin daha da inkişaf edəcəyinə inanır və
Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.
Pərviz
SADAYOĞLU
Yeni
Azərbaycan.-2014.- 3 iyul.- S. 6.