Azərbaycan Cənubi Qafqazın lider dövlətidir

 

Ötən əsrin sonlarında keçmiş ittifaq məkanında baş verən geosiyasi proseslər nəticəsində Azərbaycan xalqı 1991-ci ildə XX yüzillikdə ikinci dəfə müstəqillik arzusuna qovuşdu. İki onillik müstəqil dövlət quruculuğu baxımından elə də böyük zaman kəsiyi olmasa da, bu illərdə müstəqil Azərbaycan bütün istiqamətlərdə yeni, müasir çağırışlarla səsləşən böyük uğurlara imza ataraq qlobal miqyasda öz yeri olanregional əhəmiyyət daşıyan gücə çevrilib. Hazırda istənilən parametrlər baxımından müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.

Güclü liderlərin məqsədyönlü praqmatik siyasəti ilə müəyyənləşən uğurlu inkişaf yolu

Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Azərbaycanın nümunəsi bu fikrin əyani təsdiqidir. Azərbaycanın müasir tarixi məhz Ümummilli lider Heydər Əliyevin xalqın milli-mənəvi dəyərlərinə sadiq qalaraq gələcəklə bağlı müəyyənləşdirdiyi strategiyalar, siyasi-ideoloji əsaslarla zənginləşib. İctimai-siyasi platformadan asılı olmayaraq Onun parlaq şəxsiyyəti bütün dönəmlərdə xalqımız üçün mayaka, tərəqqi simvoluna çevrilib.

Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin fenomen xüsusiyyətləri Onun 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra bir daha bütün cəhətləri ilə öz təsdiqini tapdı.

Azərbaycanın dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşdiyi, ölkənin vətəndaş qarşıdurmasının astanasında dayandığı çox ağır, böhranlı bir tarixi şəraitdə siyasi rəhbərliyə gələn Heydər Əliyev özünəxas müdrikliklə qısa müddətdə respublikadakı anarxiyaya son qoydu və Azərbaycan tədricən inkişaf etməyə başladı.

Siyasi hakimiyyətdə varisliyin təmin olunması müstəqil Azərbaycanın uğurlarını şərtləndirən əsas amildir. 2003-cü ilin oktyabrında keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycanın Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə xalqın Ona bəslədiyi ümidləri doğruldacağına söz verdi. Seçicilərinə, xalqa verdiyi vədə əməlləri ilə sadiq qalan Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı yeni çağırışlar nəzərə alınmaqla daha da zənginləşdirərək uğurla reallaşdırır.

Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir

Prezident İlham Əliyevin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində respublikamızda iqtisadiyyatın keyfiyyətcə yeni səviyyəyə qalxması təmin edilib. İqtisadi inkişaf tempi baxımından dünya liderinə çevrilən Azərbaycanda son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.

2013-cü ildə ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Sevindirici haldır ki, iqtisadiyyatımıza yatırılan investisiyalar portfelində daxili sərmayələrin həcmi üstünlük təşkil edir.

Diqqəti çəkən əsas məqamlardan biriodur ki, Azərbaycan neft ölkəsi olsa da, son illərdə burada iqtisadi inkişaf dinamikası əsasən qeyri-neft sektorunun payına düşür. Son 10 ildə qeyri-neft sektorunda 2,6 dəfə artıma nail olunub.

Ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. “Dünya rəqabətqabiliyyətliyi 2013-2014” hesabatında Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri arasında birincidir. Dünyanın nüfuzlu reytinq agentlikləri “Fitch”, “Moodys” və “Standard and Poors” Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləyiblər.

Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkədir

Azərbaycanda daxili imkanlar və beynəlxalq təcrübə nəzərə alınmaqla elm tutumlu, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasına böyük önəm verilir. Bu cəhətdən böyük gələcəyə malik İKT sektorunun inkişafı diqqəti daha çox cəlb edir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafında mühüm rol oynayıb. Son 10 ildə informasiya-kommunikasiya sahəsində 8,2 dəfə artım müşahidə edilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 2013-cü il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın müstəqillik tarixində ən əlamətdar hadisələrdən biri baş verdi-Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkəyə çevrildi.

Kosmik ailənin üzvü olan ölkəmiz bu sahədə uğurlarını gələcəkdə daha da artırmaq əzmindədir. Qarşıdan gələn 2015-ci və 2016-cı illərdə Azərbaycanın daha iki peykinin orbitə çıxarılması nəzərdə tutulub.

Azərbaycan investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib

Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Cənubi Qafqazda liderdir və MDB məkanında ilk yerlərdən birini tutur. Ölkəmizin xarici dövlətlərin sərmayə bazarlarına yatırdığı investisiyaların həcmi təxminən 8 milyard dollar təşkil edir. Azərbaycanın investisiyalar yönəltdiyi ölkələrin coğrafiyasına Türkiyə, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Çexiya, Malayziya və digər dövlətlərin sərmayə bazarları daxildir.

Respublikamız, həmçinin, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına sərmayələr yönəldən və regional infrastruktur layihələrini maliyyələşdirən investor rolunda çıxış edir. Təbii ki, Ermənistan məlum səbəblərdən Azərbaycanın investisiya imkanlarından məhrum qalıb. Digər Cənubi Qafqaz respublikası olan Gürcüstan isə Azərbaycanın ən çox investisiya yönəltdiyi ölkələrdəndir. Azərbaycan şirkətləri bu ölkənin yanacaq, energetika, turizm və digər sektorlarına iri həcmdə sərmayələr yönəldiblər. Hazırda Gürcüstanın “mavi yanacaqla” təminatının təxminən 70 faizi SOCAR-ın bu ölkədəki törəmə müəssisəsi tərəfindən həyata keçirilir. Bundan başqa, “SOCAR-CEORGİA” törəmə müəssisəsi qonşu ölkədə çoxlu sayda müasir standartlar səviyyəsində qurulan yanacaqdoldurma məntəqələri açıb.

Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 95 milyon dollar həcmində sərmayə yatırıb. Ümumiyyətlə, respublikamız bu Cənubi Qafqaz dövlətinə investisiyalar yönəldən ölkələr sırasında ilk beşlikdə qərar tutur.

Ölkədə iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılır

Azərbaycan yalnız iqtisadi göstəricilər baxımından deyil, eyni zamanda, siyasi təsisatlar, demokratik cəmiyyət quruculuğu, vətəndaşların fundamental hüquq azadlıqlarının təmin edilməsi, cəmiyyətin demokratikləşməsi, innovasiyaların tətbiqi nöqteyi-nəzərindən Cənubi Qafqazda lider mövqedə dayanır. Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlər region ölkələri üçün yaxşı nümunə sayıla bilər. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin tövsiyələri nəzərə alınmaqla hazırlanan referendumla qəbul edilən Konstitusiyada təsbit olunan vətəndaşların geniş spektrli hüquq azadlıqları Azərbaycanın bu sahədə inamlı mövqeyini ortaya qoydu. Vətəndaşların hüquq azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər davam etdirilir. Korrupsiya rüşvətxorluğa, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmətsisteminin yaradılması, qeydiyyat vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi digər addımlar bunu təsdiq edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla irəliləyir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları dövlətin artan dəstəyini hiss edirlər. Ölkədə fikir plüralizmi, mətbuat internet azadlığı təmin edilib. KİV üzərində senzura ləğv edilib, dövlət siyasi oriyentasiyasından asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrinin maddi-texniki təminatının, o cümlədən , jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə dəstək verir.

Respublikanın beynəlxalq nüfuzu qlobal əməkdaşlığa töhfələri getdikcə artır

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan paralel surətdə regionun beynəlxalq əməkdaşığa təhlükəsizliyə verdiyi töhfələrin artmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan, böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. Ölkəmiz qısa müstəqillik tarixində xarici siyasət sahəsində bir sıra uğurlara imza atıb. Azərbaycanın 2011-ci ildə BMT təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının parlaq təzahürüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu iki il ərzində, həmçinin, təşkilata sədrliyi dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada əməkdaşlığın sülhün bərqərar olmasına, sivilizasiyalararası dialoqa, o cümlədən, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə öz töhfəsini verib.

Son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlıq, tolerantlıq sivilizasiyalararası dialoq məkanına çevrildiyini məmnunluqla qeyd edə bilərik. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artırır. Ötən il Azərbaycan Davos İqtisadi Forumunu Cənubi Qafqaz Mərkəzi Asiya regionuna gətirən ilk ölkə olmuşdur. Bundan başqa, 2013-cü ildə respublikamızda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, II Mədəniyyətlərarası Dialoq Forumunun, bu günlərdə isə Avropa İttifaqınınRouz-Rout” seminarının, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının digər qlobal miqyaslı tədbirlərin keçirilməsi Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzuna, eləcə ölkəmizin, xalqımızın xoş niyyətinə dəlalət edir. 2015-ci ildə isə Azərbaycan ilk Avropa Oyunlarını Cənubi Qafqaza gətirəcək.

Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda əksər regional layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP enerji dəhlizləri digər layihələr buna misaldır.

Cənubi Qafqazın qlobal əməkdaşlığa verdiyi töhfələrdə mühüm payı olan Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. BMT, ATƏT, AŞ PA, İƏT kimi beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərar qətnamələr qəbul etsələr , hələ ədalətin bərpası mümkün olmayıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi işğalçılıq siyasətini davam etdirməsi üzündən münaqişənin həllinin uzanması Cənubi Qafqazda iqtisadi inkişafa, regional əməkdaşlığa təhlükəsizliyə təhdiddir.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 4 iyul.- S. 6.